Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3911/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifov və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Aytən Novruz qızı Kərimovanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X2 Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkli X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X8) “sərəncamın və torpağın alqı-satqısına dair aktın etibarsız hesab edilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(112)-4460/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxılır. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 359 saylı, 20 aprel 2006-cı il tarixli 400 kv.m torpaq sahəsinin alqı-satqısına dair sərəncamın və tərtib edilmə tarixi göstərilməyən torpağın alqı-satqısına dair aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 02 iyul 2003-cü il tarixli, 532 saylı qərarına əsasən vətəndaş X5 Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən ayrılmış 600 kv.metr torpaq sahəsinin yerində sərhədləri müəyyən edilmiş və ona təhvil verilmişdir. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 26 avqust 2011-ci il il tarixli, 673 saylı qərarına əsasən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 02 iyul 2003-cü il tarixli, 532 saylı qərarı ilə vətəndaş X3 istifadəsinə ayrılmış 600 kv.metr torpaq sahəsi iddiaçının istifadə və sahibliyinə keçmişdir. Sonralar, yəni 2019-cu il tarixdə X8 iddiaçıya 2003-cü ildən ayrılmış torpaq sahəsini zəbt etmiş və iddia edir ki, Bakı şəhəri. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 20 aprel 2006-cı il tarixli, 359 saylı Sərəncamına əsasən Binəqədi qəsəbə ərazisindən ona ayrılmış 400 kv.metr torpaq sahəsi iddiaçıya ayrılmış torpaq sahəsidir. Orada hətta avtomobil təkər təmiri sexi tikmiş və köhnə təkərləri iddiaçının torpaq sahəsinə yığaraq iddiaçıya torpaq sahəsindən istifadə etməyinə maneçilik törədir. Beləliklə, məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 20 aprel 2006-ci il il tarixli, 359 saylı Sərəncamına əsasən X6 ayrılmış Binəqədi qəsəbə ərazisindən 400 kv.metr torpaq sahəsi iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Halbuki, iddiaçıya verilən torpaq sahəsinin naturada sərhədləri göstərilmişdir. İlkin torpaqayırma sənədlərində qonşular, yollar göstərilməklə torpaq sahəsinin həcmi 600 kv.metr olduğu göstərilmişdir. İddiaçı həmin torpaq sahəsini alandan sonra daş hasara almış və müəyyən abadlıq işləri aparmışdır, fərdi evin fundamentini tökmüşdür. Təxminən 2019-cu ilə kimi iddiaçının istifadə və sahibliyində olan torpaq sahəsi ilə əlaqədar nə dövlət orqanları ilə, nə də fiziki şəxslərlə hər hansı problem olmamışdır. Lakin 2019-cu ildə Səyyar Hüseynov iddiaçının torpağını zəbt etdikdən sonra iddiaçının istifadəsində olan torpaq sahəsinin ölçüsü aparılmış və müəyyən olunmuşdur ki, həmin hasarın hüdudları daxilində 200 kv.metr artıq torpaq sahəsi vardır. İddiaçıya torpaq sahəsinin sərhədləri naturada göstərilərkən torpaq sahəsinin sərhədləri həm əsas, həm də köməkçi yoldan bağlandığı göstərilmişdir. Həmin torpaq sahəsi hasara alınarkən dəqiq ölçüsü müəyyən edilməmiş qalmışdır. Hazırda isə müəyyən olunur ki, hasara aldığı torpaq sahəsi 800 kv.metrdən artıqdır. İddiaçıya təqdim olunan ilkin torpaqayırma sənədlərində torpaq düzbucaqlı formadadır. Lakin naturada torpaq sahəsi ölçülərkən şimal tərəfdən çıxıntı olması səbəbindən ümumi sahədə 100 kv.metrə yaxın artıqlıq yaranmışdır. Artıqlığın başqa yaranma səbəbi odur ki, torpaq sahəsi hasara alınarkən yaşıllıq üçün nəzərdə tutulmuş qoruma zolağı da daş hasara alınmışdır ki, bu da hasar daxilində olan faktiki torpaq sahəsində artıqlıq yaratmışdır. İddiaçı tərəfindən torpaq sahəsi hasara alınarkən əsas yol tərəfdən təxminən 2 metrə yaxın içəri çıxmaqla torpaq sahəsi artırılmışdır. Bununla da iddiaçıya ayrılmış torpaq sahəsi ilə üçüncü şəxsə ayrılmış 400 kv.metr torpaq sahəsini topladıqda orada hasarlanmış torpaq sahəsinin cəmi 1.000 kv.metr təşkil etmir. Yaranmış mübahisənin əsas səbəbi Bələdiyənin iddiaçıya verdiyi torpaq sahəsinin hüdudlarında sonradan yaranmış artıqlıqdan məlumatları olmuş və bundan istifadə edərək üçüncü şəxsə torpaq satıldıqdan 13 il sonra saxta torpaq sahəsinin plan-sxemini vermişlər. Həmin plansxem Bələdiyyə torpaqlarının ayrılması və idarə edilməsi barədə olan Əsasnamənin 7.24cü maddəsinin tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti orqanlarının memarlıq şöbəsi tərəfindən razılaşdırılmamışdır. İddiaçıya və digər qonşulara torpaq sahələri ayrılarkən onlara təqdim olunan plan-çizgilər rayon icra hakimiyyətinin memarlıq şöbəsi tərəfindən razılaşdırılmışdır. Bu plan-sxemdə iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuları göstərilmiş və şəhər memarlıq şöbəsi ilə razılaşdırılmışdır. Lakin cavabdehə ayrılmış torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Azərbaycan Respublikası Qanununun 6.5-6.6-cı maddələrinin tələblərinin pozulması ilə verilmiş və yerqurluşu şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyətinin rəyi alınmamışdır. Lakin üçüncü şəxsin təqdim etdiyi sənəddə belə bir razılaşma yoxdur. Bu da onu sübut etməyə əsas verir ki, üçüncü şəxsə təqdim olunmuş sənədlər saxtadır. Göstərilənlərlə təsdiq olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi iddiaçıya verilmiş torpaq sahəsinin bir hissəsini iddiaçıya torpaq sahəsi verildikdən 13 il sonra üçüncü şəxsə saxta sənədlər əsasında verməklə iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin üçüncü şəxs tərəfindən zəbt olunmasına şərait yaratmışdır. Halbuki, qanunvericiliyin tələblərinə görə iddiaçının hasarının daxilində torpaq sahəsində artıq torpaq sahəsinin olduğu müəyyən olunduğu halda bu sahə iddiaçıya təklif olunmalı idi. Lakin Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən iddiaçıya belə bir təklif olunmamışdır. Daha sonra, iddiaçı 2003-cü ildən 2019-cu ilə kimi hasarının daxilində yerləşən torpaq sahəsinin tam hüquqlu istifadəçisi və sahibi olmuşdur. Bu müddət ərzində X8 bir dəfə olsun belə torpaq sahəsinə gəlib torpaq sahəsinin ona məxsus olmasını bildirməmişdir. X8 13 il sonra yolun genişləndirilməsi məqsədi ilə rayon icra hakimiyyəti tərəfindən iddiaçının hasarının sökülməsindən istifadə edərək geri tarixə saxta sənədlər əldə edərək, başqa sözlə ona torpaq sahəsinin ayrılması barədə etibarlılığı şübhə doğuran sənədləri bəhanə etməklə iddiaçının torpağını zəbt etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(112)-4460/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxaraq Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 359 saylı, 20 aprel 2006-cı il tarixli 400 kv.m torpaq sahəsinin alqı-satqısına dair Sərəncamının və tərtib edilmə tarixi göstərilməyən torpağın alqı-satqısına dair aktın etibarsız hesab edilməsi barədə öhdəliyini cavabdeh- Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsinin üzərinə qoyulması və X4, eləcə də cavabdeh- X1 İddiaçı vurulmuş 10.000 manat məbləğində maddi ziyanın müştərək qaydada alınıb İddiaçı verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2- 1(103)-1405/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)- 1405/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Cvabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırkı iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 69.3-cü maddəsində deyilir ki, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir: “Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ilə üçüncü şəxsə ayrılmış torpaq sahələrinin üst-üstə düşməsi öz təsdiqini tapmır. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da həmin torpaq sahələrinin üst-üstə düşmədiyini təsdiq etmişdir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X12 və Ekspertiza Mərkəzi” MMCnin xx.xx.2022-ci il tarixli, 05 nömrəli mütəxəssis rəyindən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7316 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 673 nömrəli qərarı ilə ayrılmış 600 kv.m torpaq sahəsi və üçüncü şəxs X6 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 359 nömrəli sərəncamı ilə ayrılmış 400 kv.m torpaq sahəsi «X15» Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərdə yerləşir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması haqqında düzgün nəticəyə gəlmişdir. 16. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1 və 35.1 maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ekspert (mütəxəssis) rəyində aşkar olaraq qeyd olunur ki, iddiaçıya və üçüncü şəxsə ayrılmış torpaq sahələrinin (600 və 400 kv.m) ümumi sahəsi 1000 kv.m olduğu halda, naturada 848 kv.m təşkil edir. Yəni iddiaçıya aid 600 kv.m torpaq sahəsi ayrıldıqdan sonra halhazıradək həmin sahədən kənarda 400 kv.m deyil, yalnız 248 kv.m boş torpaq sahəsi qalmışdır. Rəydə, həmçinin qeyd olunur ki, sözügedən torpaq sahələrinin sxemi kəsişir, tərtib olunmuş sxem rəyə əlavə olunur. İddiaçının torpaq sahəsinin qismən zəbt olunduğu müəyyən olunur. 17. Mübahisələndirilən qərarın məzmunundan da göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi həmin rəyi tam və hərtərəfli tədqiq etməmiş, yalnız cavabdehin nümayəndəsinin şifahi izahatına əsaslanmaqla torpaq sahələrinin üst-üstə düşmədiyinə, buradan, iddiaçının hazırkı məzmunda tələb hüququnun olmadığına dair nəticəyə gəlmişdir. 18. İddia olunan torpaq sahəsinin «X15» Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərdə yerləşməsi də iddianın mümkünlüyü ilə bağlı vəziyyəti iddiaçının zərərinə dəyişmir. Belə ki, həmin torpaq sahəsi hələ 2003-ci ildə Bələdiyyə qərarı ilə iddiaçının hüquq sələfinə ayrılmışdir. Həmin qərarın mübahisələndirildiyinə yaxud ləğv edildiyinə dair işdə məlumat yoxdur.” Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. Məhkəmə Kollegiyası hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında iddianın mümkünlüyü ilə bağlı hüquqi mövqeyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(112)-4460/2022 saylı qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” bağlı tələblər pozulmuşdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(112)-4460/2022 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-3911/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3911/2023
05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver