Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3918/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi) “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Albalı İ» bağlar massivində yerləşən 0.12 ha torpaq sahəsinin X1na mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Albalı İ» bağlar massivində yerləşən 600,0 kv.m torpaq sahəsinin X1na mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu Maştağa Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, **/* saylı qərarına əsasən Maştağa qəsəbəsi, «Albalı İ» bağlar massivində yerləşən ərazidə fərdi bağ evinin tikintisi üçün İddiaçı ##.##.1958-ci ildə anadan olmuş, ##.##.2019-cu ildə vəfat etmiş mərhum həyat yoldaşı X2 1200 kv.m torpaq sahəsi satılmışdır. Torpaq sahəsi mübahisəsiz olaraq İddiaçı istifadəsindədir və həmin inzibati akt hal-hazırda qüvvədədir. ##.##.2006-cı il tarixli, **/* saylı qərarın 2-ci bəndinə əsasən ayrılmış torpaq sahəsi X2 mülkiyyətinə verilmiş, 3-cü bəndinə əsasən X2 ilə Maştağa Bələdiyyəsi arasında torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Torpaqların Alqı-Satqısına dair ##.##.2006-cı il tarixli akta əsasən X2 bələdiyyəsinin hesabına 2112 (iki min yüz on iki) manat torpaq haqqını ödəmişdir. İddiaçı "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsi ilə bağlı Bakı şəhəri * saylı Notariat Ofisinə müraciət etmiş və ##.##.2024-cü il tarixdə adına **** saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ## ####### 2024-cü il tarixli, *- **-*F/*-P-****-*-****/**** nömrəli arxiv arayışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bələdiyyəsinin arxiv fondu üzrə ## ###### 2006-cı il tarixli, **/* saylı qərarının və ona əlavə edilimş akt sənədinin təsdiq edilmiş ksero surətləri İddiaçı təqdim edilmiş, lakin qərara cizgi sənədi əlavə edilməmişdir. Cavabdeh imtina haqqında məktubunda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsinin hansı bəndini rəhbər tutduğunu qeyd etməmişdir. Halbuki həmin maddədə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilən 6 fərqli hal nəzərdə tutulmuşdur ki, onlardan heç biri cavabdehin istinad etdiyi imtina səbəbini özündə ehtiva etməmişdir. Cavabdeh inzibati orqanın imtina haqqında məktubunun məzmunundan görünür ki, o, istinad etdiyi bu halı ümumiyyətlə əsaslandırmamış və hər hansı müşayiətedici sübut təqdim etmədən mülahizələrlə bildirmişdir. Qeyd olunan ünvanda yerləşən torpaq sahəsi magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmir və mühafizə zolağına düşmür. Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Albalı İ» bağlar massivində yerləşən ərazidə fərdi bağ evinin tikintisi üçün satılmış 0,12 ha ərazisi olan torpaq sahəsinə mülkiyyət hüququnun X1na məxsus olması barədə arayışın verilməməsindən imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubliksı Qanununun tələbləri təmin edildiyindən cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Bakı Inzibati Məhkəməsinin (hakim Səlma Qənbərova) *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu Maştağa Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, **/* saylı qərarına əsasən Maştağa qəsəbəsi, «Albalı İ» bağlar massivində yerləşən ərazidə fərdi bağ evinin tikintisi üçün, İddiaçı ##.##.1958-ci ildə anadan olmuş, ##.##.2019-cu ildə vəfat etmiş mərhum həyat yoldaşı, X2 1200 kv.m torpaq sahəsi satılmışdır. Torpaq sahəsi mübahisəsiz olaraq İddiaçı istifadəsindədir və həmin inzibati akt hal-hazırda qüvvədədir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ## ####### 2024-cü il tarixli, 3-48-2F/2-P-4958-8- 5335/2024 № li arxiv arayışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bələdiyyəsinin Arxiv Fondu üzrə ## ###### 2006-cı il tarixli, **/* saylı qərarının və ona əlavə edilimş akt sənədinin təsdiq edilmiş ksero surətləri İddiaçı təqdim edilmiş, lakin qərara cizgi sənədi əlavə edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında" qanunun 22.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı İddiaçı ##.##.2019-cu ildə vəfat etmiş mərhum həyat yoldaşı, X2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Albalı İ» bağlar massivində yerləşən ərazidə fərdi bağ evinin tikintisi üçün satılmış 600 kv.m torpaq sahəsinin X1na mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı təqdim edilməsi barədə cavabdehə ##.##.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmiş və cavabdeh ##.##.2024-cü il tarixli, ************ qeydiyyat nömrəli məktubu ilə mülkiyyət hüququnun X1na məxsus olması haqqında arayışın verilməsindən imtina etmişdir. Iddiaçı sözügedən torpaq sahəsinin qanuni sahibi, istifadəçisidir və torpaq sahəsinə “mülkiyyət hüququnun tanınması" üçün (əvəzsiz olaraq) "qanuni gözlənti"si var. Bakı Inzibati Məhkəməsi ##.##.2025-ci il tarixli, *-l(***)-****/**** saylı qərarı qəbul edərkən qeyd olunan faktları nəzərə almamışdır. Hesab edir ki, dövlət orqanlarına, komitələrə, idarələrə, arxiv idarələrinə göndərilməli olan sənədlərin göndərilib-göndərilməməsinə vətəndaş nəzarət etmir. Saxlanılması üçün göndərilmiş sənədlərin qorunub saxlanmasında məhz müvafiq dövlət orqanları məsuliyyət daşıdığından, bunun məsuliyyəti vətəndaşın üzərinə qoyula bilməz. Bu səbəbdən müvafiq icra orqanı tərəfindən verilmiş sənədlər mötəbər sübut kimi qiymətləndirilməlidir. X1 Maştağa Bələdiyyəsinin ##.##.2006-cı il tarixdə keçirdiyi iclasda iştirak etməmişdir. ** saylı iclasın qərarında Maştağa bələdiyyəsinin 2007-ci ilin yerli büdcəsinin və illik iş planının müzakirəsinin ona heç bir aidiyyatı olmamışdır. ##.##.2006-cı il tarixli, **/* saylı qərarın 2-ci bəndinə əsasən ayrılmış torpaq sahəsi X2 mülkiyyətinə verilmiş, 3-cü bəndinə əsasən X2 ilə Maştağa bələdiyyəsi arasında torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Torpaqların salqı-satqısına dair ##.##.2006-cı il tarixli akta əsasən X2 bələdiyyəsinin hesabına 2112 (iki min yüz on iki) manat torpaq haqqını ödəmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F- ***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Apellyasiya baxışı zamanı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi onun hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin ##.##.2006-cı il tarixli **/* nömrəli qərarının surətindən görünür ki, X8 Maştağa qəsəbəsi «Albalı İ» bağ massivində 1200 kv.m torpaq sahəsi fərdi bağ evi tikintisi üçün ayrılmışdır. Iş materiallarında olan Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında ##.##.2006-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq Maştağa Bələdiyyəsinin **/* saylı qərarı əsasında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalı İ b/m küçəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi X8. Iş materiallarında olan * saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ##.##.2019-cu ildə verilmiş AZ-II seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2019-cu il tarixində Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2019-cu ildə 1003 nömrə ilə qeyd edilmişdir. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli, ************ saylı məktubda iddiaçının tələbinin təmin edilməsindən imtina edilmiş və bildirilmişdir ki, torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Iş materiallarında olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsinin sərhədlərinin üç tərəfi daş hasar, bir tərəfinə isə daş düzülmüşdür. Tikili yoxdur. Hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha, faktiki sahəsi isə 0,06 ha-dır. Iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Baş Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunur: Sabunçu rayonu Maştağa bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı iclasının qərarından çıxarış Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınsa da, həmin qərardan çıxarışda vətəndaş A.X.Cəbiyevin mülkiyyətinə Sabunçu rayonu Maştağa qəsəbəsi “Albalı İ” bağlar massivində yerləşən torpaq sahəsinin ayrılması barədə məsələ müzakirə edilməmişdir. Iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəzin arxivində aparılmış araşdırma zamanı Sabunçu rayonu Maştağa bələdiyyəsinin ##.##.2006-cı il tarixli **/* nömrəli Qərarı ilə X2 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Işin faktiki halları ondan ibarətdir ki, iddiaçı İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin ##.##.2006-cı il tarixli **/* nömrəli qərarı ilə X4 ayrıldığı iddia edilən Maştağa qəsəbəsi «Albalı İ» bağ massivində yerləşən torpaq sahəsi üzərində hüquqların X1na məxsus olması barədə arayışın verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin ##.##.2006-cı il tarixli **/* nömrəli qərarında göstərilən torpaq sahəsinin «Albalı İ» bağ massivinin ərazisində yerləşməklə dövlət mülkiyyəti torpağı olduğu bildirilmişdir. Bundan başqa, məhz Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin ##.##.2006-cı il tarixli **/* nömrəli qərarının özündə də ayrılmış torpaq sahəsinin «Albalı İ» bağ massivinin torpaq sahəsi olduğu qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan torpaq sahəsi «Albalı İ» bağ massivinə aid torpaq sahəsidir. Həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması barədə məlumat yoxdur. Beləliklə, iddiaçıya ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması hər hansı sübutla öz təsdiqini tapmır. Qeyd olunan dövrdə bağ təsərrüfatı idarələri fəaliyyət göstərmişdir, həmin torpaq sahəsi bağ massivinin ərazisində yerləşməklə dövlət mülkiyyəti torpağı olmuşdur və bələdiyyələrin həmin torpaqların başqa şəxslərə ayrılması səlahiyyətləri olmamışdır. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli **** nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər Icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Göründüyü kimi, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, qeyd olunan torpaq sahəsi «Albalı İ» bağ massivinin ərazisi olmaqla dövlət mülkiyyətində olan torpaqlara aiddir və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması hər hansı sübutla öz təsdiqini tapmır. Iddiaçıya qeyd olunan torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun ayrılmamışdır. Sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3918/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3918/2025
08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver