Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-392/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Renessans-S MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 893/2021 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin **********198252 nömrəli 12 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Sonuncu dəfə müəssisədə 24 sentyabr 2018-ci il tarixdən 17 yanvar 2020-ci il tarixədək ə 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayınadək olan dövrü əhatə edən səyyar vergi yoxlaması aparılmışdır. Bütün sənədlər təqdim edilməsinə baxmayaraq 22 yanvar 2020-ci il tarixdə akt tərtib edilərək yenidən həmin dövrə əlavə vergilərin hesablanması barədə **********198252 nömrəli 12 mart 2020-ci il tarixli qərar çıxarılmaqla, müəssisəyə cavabdeh tərəfindən 2017 – 2018 illər üçün 1.849.156,91 manat ƏDV, 2017-ci il üçün 236.156,33 manat mənfəət vergisi, 2017 – 2018-ci illər üçün 1.619.403,72 manat MDSS (məcburi dövlət sosial sığorta) haqqı, 2018-ci il üçün 22.960,72 manat işsizlik sığortası üzrə rüblük hesabata görə, 2017 – 2018-ci illər üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (ƏDV bəyannaməsi tərkibində) 932.016,94 manat, ümumilikdə 4.659.694,62 manat əlavə vergilər hesablanmış və həmin məbləğlərə 50% miqdarında maliyyə sanksiyası tətbiq olunmuşdur.Yoxlama aktı tərtib edilərkən vergi qanunvericiliyinin normalarına riayət edilməmiş, qanunsuz dövriyyə formalaşdırılmışdır, əsassız vergilər hesablanmışdır. Vergilər hesablanarkən heç bir analoji vergi ödəyicisinin göstəricilərinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Yoxama aktında əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlama 16 ay ərizində aparılmış və vergilər elektron fayllarda olan məlumatlara əsasən hesablanmışdır. Bu məlumatlardan isə MMCnin məlumatı olmamışdır. Bütün sənədlər (mühasibat sənədləri, müəssisənin gəlir və xərclərinin, qaimə-fakturalar və s.) yoxlamaya təqdim edilmiş, mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarında tərtib olunmuşdur. Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabatlar isə, vergi orqanına yoxlama gününədək təhvil verilmişdir. Sənədlər təqdim edilmədiyi halda, vergi orqanı tərəfindən AR Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə, tərtib olunmamışdır. Vergi orqanının 12 mart 2020-ci il tarixli qərarında AR Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələbinə zidd olaraq, vergi ödəyicisinə müvafiq izahat verilməmiş, pozuntunun şəraiti və s. əks olunmamışdır. Qərar səthi və formal şəkildə hazırlanmışdır. Bununla «İnzibati icraat haqqında» AR Qanununun 61-ci maddəsinin və AR Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinin tələbləri də pozulmuşdur. Qeyd olunanlar qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır (Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə). Odur ki, mübahisələndirilən 12 mart 2020-ci il tarixli qərar qəbul edilərkən Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə əməl edilmədiyindən, ləğv edilməlidir. Mühasibat uçotu elektron formatda aparılmayan vergi ödəyicisindən götürülən elektron məlumat – adi exsell cədvəl əsasında gəlirin müəyyən edilməsinin heç bir əsası yoxdur. Çünki, gəlirə dair elektron məlumatlar yalnız vergi ödəyicisinin elektron mühasibatlıq proqramından götürüldüyü halda, əsaslı mənbə kimi istifadə oluna bilər. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş edərək bunu onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması məhz, vergi ödəyicisinindən özündən götürülmüş elektron fayllar əsasında aparılmışdır. Həmin sənədlərin götürülməsi “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə” 14 noyabr 2018-ci il tarixli protokolda ödəyicinin möhürü və qanuni təmsilçinin imzası ilə təsdiq edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-893/2021 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198252 nömrəli 12 mart 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, cavabdeh orqan “apardığı səyyar vergi yoxlamasında əlavə vergi məbləğlərini hesablayarkən yuxarıda sadalanan “əlaqəli məlumatlar”dan hər hansı birinə istinad etməmiş, eləcə də bu məlumatların mövcudluğuna toxunmadan, habelə xronometraj metodu ilə müşahidə aparılması və ya “mənbəyi bəlli olan” digər məlumatlara əsaslanmadan iddiaçıya müvafiq illər üzrə dövriyyə müəyyənləşdirmiş və həmin dövriyyəyə əlavə vergi məbləğləri hesablamış, maliyyə sanksiyaları tətbiq etmişdir. Cavabdehin istinad etdiyi “elektron daşıyıcı”dakı məlumatlara gəldikdə isə, bu məlumatlar rəsmi xarakterli olmadığından, Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulan “əlaqəli məlumatlar” kimi qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 45.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Bununla da, hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan 12 mart 2020-ci il tarixli **********198252 nömrəli qərarının qanuni əsaslarla qəbulunu sübut edə bilməmişdir.” Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, vergi orqanının “Mühasibat uçotu haqqında” Qanunun 2.10-cu maddəsinin 2.1.11-ci maddəsi ilə qarşılıqlı təhlil nəticəsində formalaşmış hüquqi mövqeyinə görə səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmişelektron fayllar-cədvəllər ilkin uçot sənədi hesab edilir. Məhkəmənin əsaslandığı mötəbər sübut hesab etdiyi, lakin qiymətləndirmədiyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3647 saylı ekspert rəyi ilə bağlı qeyd edilməlidir ki, ekspert qarşısında həm məhkəmə tərəfindən, həm də cavabdeh tərəfindən təqdim edilmiş vəsatətlə qoyulmuş suallar cavablandırılarkən “qara mühasibatlıq” sənədlərinin mötəbər sübut kimi qəbul edilməli olmaması ilə bağlı qanunvericiliyə istinad edilmiş və həmin sənədlərdə qeyd olunan məlumatlar əsasında hesablama aparılmamışdır. Ekspert rəyi verilərkən, cavabdehin sualları cavablandırılmamışdır. Belə ki, “qara mühasibatlıq” sənədlərinin qiymətləndirilməsi ekspertin deyil, məhkəmənin səlahiyyətidir. Məhkəmə “qara mühasibatlıq” sənədlərinin mötəbərliyini qəbul qəbul edib həmin sənədləri ekspertizaya təqdim etdiyi halda, ekspert tərəfindən həmin fayllarda əks olunmuş məlumatlar əsasınd hesablama aparılmalı idi. Ekspert tərəfindən isə hər hansı hesablama aparılmamış, əksinə səlahiyyət həddini aşmışdır. Rəydə yoxlama aktında fləş kartda olan məlumatların hansı sənəd və ya məlumat olması həmin aktda qeyd edilmədiyi göstərilmişdir. Lakin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndələri tərəfindən müəssisədən götürülərək xx.xx.2019-cu il tarixli sənədlərin təhvil verilməsi aktı ilə ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinə təhvil verilmiş elektron faylların araşıdırılması nəticəsində müəssisənin yoxlanılan dövrdə aylar və illər üzrə (2017-2018) dövriyyəsi (gəliri) müəyyən edilmişdir. Elektron faylların tərkibində cədvəl formasında müəssisənin aybaya (xidmət) üzrə gəlirinin məbləği göstərilməklə yekun gəlir məbləği göstərilmişdir. Məhkəmə cavabdehin əsas götürdüyü elektron daşıyıcıda olan məlumtlaracədvəllərin hansı tələbələrə cavab vermədiyinə dair əsaslandırma aparmamışdır. Digər tərəfdən məhkəmə sübutları qiymətləndirərkən fərdin maraqları ilə ictimai maraqlar arasında ədalətli balansı gözləməmiş və tarazılığı pozmuşdur. Məhkəmə qeyd etmişdir ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması müddətinin 10 dəfə dayandırılması 2 dəfə uzadılması barədə qərar qəbul edilsə də onların zəruriliyinin əsaslandırılmaması yoxlama müddətinin əsassız olaraq uzadılması qənaətini yaradır. Məhkəmənin bu qənaəti maddi hüquq normaları tələbi baxımından əsassız fərzlərə söykənir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Baloğlanov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Vəkil oxşar işlər üzrə məhkəmə praktikasına əsaslanaraq və son dövrdə analoji iş üzrə Ali Məhkəmənin qərarını məhkəməyə təqdim edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh vergi orqanının 7 sentyabr 2018-ci il tarixli qərarına əsasən "xxxx" MMC-də 1 yanvar 2017-ci il tarixdən 31 iyul 2018ci il tarixədək növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama, müəssisədən götürülmüş elektron daşıyıcıda (flaş kartda) olan fayllardakı məlumatlar və müəssisədən götürülmüş digər mühasibat sənədləri əsasında aparılmış və aşkar olunmuş faktlar 22 yanvar 2020-ci il tarixli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198252 nömrəli 12 mart 2020-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən iddiaçıya: -yoxlanılan 2017–2018 illər üçün 1.849.156,91 manat ƏDV, 2017-ci il üçün 236.156,33 manat mənfəət vergisi, 1.619.403,72 manat MDSS (məcburi dövlət sosial sığorta) haqqı, 2018-ci il üçün işsizlik sığortası üzrə rüblük hesabata görə 22.960,72 manat, 2017-2018-ci illər üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (ƏDV bəyannaməsi tərkibində) 932.016,94 manat, ümumilikdə 4.659.694,62 manat vergi məbləğində əlavə vergi hesablamaqla, Vergi Məcəlləsinin 58.1-ci maddəinə əsasən həmin məbləğin 50% miqdarında da maliyyə sanksiyası tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, iş üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Mərkəzin eksperti (Əziz Alqayev) tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli 9/3647 nömrəli ekspert rəyində aşağıdakı nəticəyə gəlinmişdir: “- səyyar vergi yoxlaması aktında yoxlama ilə müəyyən olunmuş hesablamaların müəssisəyə aid elektron daşıyıcı (flyaş kart) və müxtəlif mühasibat sənədləri əsasında aparıldığı qeyd edilmişdir. Beləliklə, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən 22 yanvar 2020-ci il tarixli **********163763 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə 236.156,33 manat məbləğində mənfəət vergisinin, 1.849.156,91 manat məbləğində ƏDV-nin, 932.016,94 manat məbləğində MÖVM-in, 1.619.403,72 manat məbləğində MDSS-in, 22.966,72 manat məbləğində işsizlikdən sığorta haqqının, 210 manat ÖMV-nin az hesablanmasının düzgünlüyü müəyyən olunmur. -həmçinin “qara mühasibatlıq” sənədləri əsas götürülməklə əlavə hesablamaların aparılması qüvvədə mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, “flaş kart” məlumatlarının və ya “qara mühasibatlıq” sənədlərinin mötəbərliyi öz təsdiqini tapmır. Belə olan halda, Vergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisinin öz hesabatları qəbul oluna bilər; - 22 yanvar 2020-ci il tarixli **********163763 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə gəlirin əldə edilməsi ilə bağlı iddiaçı "xxxx" MMC-nin vergi ödəyiciləri tərəfindən tərtib olunmuş xərc sənədləri iş materiallarında öz əksini tapmışdır. Həmin sənədlərin adı, tarixi, rekvizitləri, məbləğləri, təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında olan sənədlərdə göstərilmişdir.” Cavabdeh vergi orqanının apellyasiya şikayətinin əksər hissəsinin ekspertin gəldiyi həmin nəticə ilə razılaşmayan dəlillərinin ümumi mahiyyəti ondan ibarətdir ki, ekspertə təqdim olunmuş elektron (fləş kartda) olan qara mühasibatlıq məlumatları hərtərəfli aparılmamış, həmin fayllardakı cədvələrdə olan göstəricilərə münasibət bildirməmiş, qarşısında qoyulan müvaftiq suallar cavablandırılmamışdır. Cavabdehin şikayətinin qeyd olunan dəlilləri, habelə, mübahisəli səyyar vergi yoxlaması ilə iddiaçıya əlavə hesblanmış vergiləri və tətbiq olunmuş maliyyə sanksiyalarının həmin elektron daşıyıgıda olan qara mühasibatlıq məlumatları əsasında hesablandığını nəzərə alan məhkəmə kollegiyası ekspert rəyinin natamamlığını və elektron daşıyıcıdakı qara mühasibatlıq məlumatlarına əsasən hesablanmış veriglərin nə dərəcədə həqiqəti əks etdiyiryinə və yoxlamanın nəticələrinin düzgünlüyünə aydınlıq gətrilməsi üçün iş üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə əlavə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti (Əziz Alqayev) tərəfindən aparılan ekspert tədqiqatının nəticəsinə görə “...səyyar vergi yoxlamasının əhatə etdyi dövr üzrə 236.156,33 manat məbləğində mənfəət vergisinin 1.849.156,91 manat məbləğində ƏDVnin, 932.016,94 manat məbləğində MÖMV-nin, 1.619.403,72 manat məbləğində MDSS-in, 22.960,72 manat məbləğində işsizlik sığortasının və 210,0 manat məbləğində ÖMV-nin az hesablanmasının düzgünlüyü müəyyən olunmur. Həmçinin, qara mühasibatlıq sənədləri əsas götürülməklə əlavə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərədə tutulmamışdır. Yəni, “flaş” kart məlumatlarının və ya “qara mühasibatlıq” sənədlərinin mötəbərliyi öz təsdiqini tapmır. Belə olan haldaVergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisinin öz hesabatları qəbul oluna bilər.” Məhkəmə kollegiyası faktlar-nöqteyi nəzərindən ekspertin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, vergi orqanı tərəfindən hesablanmış həmin vergilərin düzgünlüyü elektron daşıyıcıdakı fayllarda olan cədvəldəki kəmiyyət göstəricilərinin əsasını təşkil edən sübutetmə vasitələri, o cümlədən ilkin mühasibat sənədləri mövcud olmalıdır ki, həmin göstəricilərin (kəmiyyətləri) düzgünlüyünün yoxlanılması mümkün olsun. Vergi Məcəlləsinə əsasən vergi məqsədləri üçün gəlir anlayışı aşağıdakıları nəzərdə tutur: 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirdir. 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. 13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.11-ci maddəsinə, habelə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının “30” yanvar 2017-сi il tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”n 2.1.14-cü bəndinə əsasən: -“İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.” Həmin Qaydaların 7.2-ci bəndinə əsasən isə ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, vergi məqsədləri üçün gəlir vergisi, əlavə dəyər vergisi (və s.) vergilər ilkin mühasibat üçütu sənədləri əsasında müəyyən edilir. Konkret halda isə mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədələri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. Ən azından, həmin məlumatları formalaşdıran halların (təqdim etmənin, ödənişlərin və s.) barədə qeyriqanuniliyini təsdiq edə bilən sənəd-sübut və ya hər hansı bir başqa mənbə məlumatları mövcud deyil. İPM-in 14.1-ci maddəsinin tələbi baxımından isə, nə qədər ki yoxlanılan dövr üzrə hesablanan əlavə vergilər cavabdeh vergi orqanı tərəfindən elektron daşıyıcıda olan cədvəl məlumatları əsasında hesablanmışdır, həmin məlumatların doğluruluğunu və həmin məlumatların əsasını təşkil edən ilkin sənədlərin varlığını da sübut etmək vəzifəsi məhz, vergi orqanının öz üzərinə düşür. Eyni zamanda, elektron daşıyıcıda təsbit olunan məlumatların yaranmasına əsas olan halları araşdırıb aşkar etmək inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyi kimi müəyyən edilmişdtir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən isə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Onu da qeyd etmək lazımdır ki, iş materiallarında olan “Sənədlərin və nümunə kimi əşyaların lərin götürülməsi haqqında” protokol müəssisə direktorunun (İ.Ə.Ağayev) iştirakı ilə tərtib olunsa da, həmin protokolda operativ vergi nəzarəti qaydasında müəssisədən “1 ədəd flaş kart (elektron məlumatlar) 7 fayl” götürüldüyü qeyd olunsa da, sözügedən faylların nə barədə olması, hansı mənbədə işlənildiyi və oradan çıxarıldığı təsbit olunmamış, deməli bütün bunlar haqqında götürülmə prosesində iştirak edən müəssisə direktorunun diqqətinə çatdırılmamışdır. Yuxarıda qeyd olunanlar baxımından, cavabdeh vergi orqanının “elektron daşıcıda” mövcud olan məlumatları həqiqəti əks etdirən mötəbər məlumatlar kimi qiymətləndirilməsi istisna edilir. Ola bilsin ki, müəssisədən götürülmüş həminelektron daşıycıda (flaşda) olan məlumatlar vergi orqanında müssisənin vergidən yayınmasına müyyən şübhəli məqamlar yaratsın, lakin həmin şübəhələri aradan qaldıran, yəni, fayllardakı məlumatların doğruluğu ilkin sənədlərlə sübuta yetirilmədiyi halda, iddiaçıya külli miqdar vergilər hesablanması üçün əsaslı hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən: “ Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.https://www.e-qanun.az/framework/46948 Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur...” Beləliklə də cavabdeh tərəfindən yoxlanılan 2017-2018-ci illəri əhatə edən dövr üzrə səyyar vergi yoxlamasının nəticələrinə dair cavabdehin **********198252 nömrəli 12 mart 2020-ci il tarixli qərarı ilə müəssisəyə, ümumilikdə 4.659.694,62 manat vergilərin azaldılması adı altında, həmin məbləğdə əlavə vergilər hesablanmasının və bu məbləğlərə 50% miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi əsassız və vergi qanunvericiliyinin tələblərinə zidd olduğu sübuta yetirilir. Blə olan halda, İPM-in 70-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən mübahisələndirilən qərarı ilə iddianın təmin olunmasını faktlar nöqteyi nəzərindən mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasyia şikayətinin, məhkəmə tərəfindən zəruri olan mühüm xüsusatların və qanunvericiliyin tələblərinin tam araşdırılmadğını, maddi və prosessual hüquq normalarını pozulması ilə qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-893/2021 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-893/2021 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-392/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-392/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver