Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-392/2024 01.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Şəmsəddin oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz İİ dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1806/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi və əlilliyə görə müavinət verilməsinin (2021ci ilin oktyabr ayından nəzərə alınmaqla) müddətsiz olaraq bərpa edilməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavabdeh qismində göstərilməklə İddiaçı təyin edilmiş ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması və İddiaçı təyin edilmiş ikinci dərəcəli əlilliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətsiz müəyyən edildikdən sonra əlilliyə görə əmək pensiyasının ödənilməsinin müddətsiz olaraq bərpa edilməsi və 1 oktyabr 2021-ci il tarixdən hesablanmaqla ödənişlərin dayandırıldığı dövr üzrə əlilliyə görə əmək pensiyasının birdəfəlik qaydada ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, 2-1(112)-10930/2022 №-li qərardadla icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi və əlilliyə görə əmək pensiyasının ödənilməsinin müddətsiz olaraq bərpa edilməsi tələbləri üzrə inzibati işdən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi barədə iddia tələbi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əlilliyə görə əmək pensiyasının ödənilməsinin müddətsiz olaraq bərpa edilməsi barədə iddia tələbi üzrə icraatların ayrılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1978-ci il təvəllüdlü İddiaçı xx.xx.1993-xx.xx.2006-cı il tarixləri ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir rütbəsində xidmət etmişdir. 2004-2006-cı illərdə müxtəlif vaxtlarda Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Klinik Hospitalında müalicə olunmuşdur. 2006-cı ilin fevral ayında ordu sıralarından tərxis olunmuşdur. 2006-cı ildə Tibbi-Sosial Ekspert Komissiyasının (“TSEK”) müvafiq qərarına əsasən, nevrastaniya diaqnozu ilə ona hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin dövrdən başlayaraq əlilliyə görə müavinət almışdır. Bununla yanaşı bildirir ki, 2006- 2016-cı illərdə, yəni ardıcıl 10 il ərzində TSEK-də müvafiq qaydada təkrar müayinələrdən keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq iddiaçı bildirir ki, 2006-cı ildə ona təyin edilmiş ikinci dərəcəli əlillik 2016-cı ildən etibarən müddətsiz müəyyən edilməlidir. Lakin 2021-ci ilin oktyabr ayından etibarən, iddiaçıya əlilliyə görə müavinət ödənilməsi heç bir xəbərdarlıq edilmədən və əsaslandırılmadan dayandırılmışdır. 2022-ci ilin may ayında X2 əldə etdiyi çıxarışdan məlum olmuşdur ki, sonuncu dəfə xx.xx.2016-cı ildə keçdiyi tibbi müayinədən sonra ona növbəti müayinə tarixi kimi xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir. İddiaçı bildirir ki, 2016-cı ildə sonuncu dəfə tibbi müayinədən keçərkən ona 5 il sonra növbəti dəfə müayinədən keçməli olduğu barədə heç bir məlumat verilməmişdir. İddiaçı ona müddətsiz əlilliyin təyin edilməsi və əlilliyə görə müavinətin ödənilməsinə dair ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, cavab olaraq, ünvanına Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən **********7 nömrəli, xx.xx.2022-ci il tarixli və X3 Fondundan **********7 nömrəli xx.xx.2022-ci il tarixli məktublar göndərilmişdir. Lakin təəssüf ki, hər iki inzibati orqan tələbi yerinə yetirməmişdir və əsassız cavablar vermişdir. İddiaçı yenidən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1806/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Şabran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90- G99 - Sinir sisteminin digər pozğunluqları => G90 - Vegetativ sinir sisteminin pozğunluqları => G90.8 - Vegetativ [avtonom] sinir sisteminin digər pozğunlu...; Diaqnozun mətni: simpato-adrenal xarakteli vegetativ damar krizləri ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şabran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1 Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G99 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə digər pozğunluqları => G99.8* - Digər...; Diaqnozun mətni: simpato-adrenal sistemin çatmamazlığı ilə gedən NSD OU mürəkkəb miopik astiqmatizm.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: digər səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şabran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.0 - Nevrasteniya; Diaqnozun mətni: Nevrasteniya; Meyar: 2.2, İkinci dərəcə əlillik => DİGƏR: Nevrasteniya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.0 - Nevrasteniya; Diaqnozun mətni Nevrasteniya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Nevrasteniya” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik altsistemində olan sənədlərdən də göründüyü kimi, İddiaçı əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu müraciəti xx.xx.2016-c tarixdə olmuş və ona eletron təyinatla 5 il müddətinə İİ dərəcə əlillik dərəcəsi verilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdiyi üçün iddiaçıya sosial müavinət verilməsi dayandırılmışdır. Həmin tarixdən sonra isə iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciəti cavabdehə daxil olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Hal-hazırda iddiaçıya yeni göndərişlə əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməs Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1993-xx.xx.2006-cı il tarixləri ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir rütbəsində xidmət etmişdir. 2006-cı ilin fevral ayında ordu sıralarından tərxis olunmuşdur. 2006-cı ildə Tibbi- Sosial Ekspert Komissiyasının (“TSEK”) müvafiq qərarına əsasən, nevrastaniya diaqnozu ilə ona hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin dövrdən başlayaraq əlilliyə görə müavinət almışdır. Sonuncu dəfə iddiaçıya xx.xx.2016-cı tarixli müraciəti əsasında ona eletron təyinatla 5 il müddətinə İİ dərəcə əlillik dərəcəsi verilmişdir. Bundan sonra isə xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdiyi üçün iddiaçıya sosial müavinət verilməsi dayandırılmışdır. İddiaçı isə bununla razılaşmayaraq ona 2016-cı ildə sonuncu dəfə tibbi müayinədən keçərkən ona 5 il sonra növbəti dəfə müayinədən keçməli olduğu barədə heç bir məlumat verilmədiyini, ona müddətsiz əlilliyin təyin edilməsi və əlilliyə görə müavinətin ödənilməsinə dair ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, cavab olaraq, ünvanına Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən **********7 nömrəli, xx.xx.2022-ci il tarixli və X3 Fondundan **********7 nömrəli xx.xx.2022-ci il tarixli imtina məktubları göndərilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası işin hərtərəfli araşdırılması məqsədi ilə 2-1(103)-3437/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardad qəbul edərək qərara almışdır ki, iş üzrə İddiaçı əlillik dərəcəsinin təyin edilməsi məqsədilə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən yenidən araşdırma aparılsın və bunun üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd edilmişdir ki, İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün telefon nömrəsi vasitəsi ilə əlaqə saxlanılmış, həmçinin qeydiyyat ünvanına çağırış məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin cari tarixə kimi müraciəti qeydə alınmamışdır. Kollegiya iddiaçının əyani müayinədə iştirak etməməsini nəzərə alaraq, iş materiallarında olan sənədlərə və işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. Belə ki, iddiaçının əlilliyinin qiymətləndirildiyi və onun hazırkı tələblə cavabdehə müraciət etdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: -1-ci bəndinə əsasən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). .... -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. .... -6.1-ci bəndinə əsasən, Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. Göründüyü kimi, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda daha sonra əlillik müddətsiz olaraq təyin edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçıya 22 fevral 2006-cı il tarixdən başlayaraq ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra 30 sentyabr 2015-ci il tarixədək hər dəfə bir il müddətinə olmaqla artırılmış, bundan sonra isə həmin tarixdən sonra 30 sentyabr 2021-ci il tarixədək iddiaçının əlillik müddəti 5 (beş) il müddətinə uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya AR DSMF-nin Dəvəçi rayon şöbəsi tərəfindən ilk dəfə xx.xx.2006-cı il tarixdən ikinci dərəcəli əlilliyə görə pensiya təyin edilmiş, sonradan vaxtaşırı olaraq uzadılmış, sonuncu dəfə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fasiləsiz olaraq iddiaçının ikinci dərəcəli əlilliyi mövcud olmuşdur. Cavabdehin mövqeyinə əsasən isə, iddiaçının Dövlət tibb müəssisəsinin göndərişi əsasında müayinə-müalicə olunacağı və yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq adsızlaşdırıldığı sənədlər üzərindən iştirakı olmadan qiymətləndirilməlidir. Cavabdehin mövqeyi ilə razılaşmayan Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qərarında qeyd etmişdir ki, “...iddiaçıya məxsus bəhs edilən sənədlərdə ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma 88”-in tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. Odur ki, cavabdehin imtinasının dəlili əsaslı sayıla bilməz. Belə ki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə 10 ildən artıq mövcud olmuşdur.” Kollegiya apelyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, şikayətdə məhkəmə qərarının qanunsuz və ya əsassız olmasına dair hər hansı mötəbər dəlil qeyd edilməmiş, formal mülahizələrə istinad edilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması xahiş olunduğundan, şikayət təmin olunamamlıdır. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1806/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-392/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-392/2024
01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver