Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3927/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: ünvan 1 Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə,ünvan 1 X2 və X12 ibarət tərkibdə, ünvan 1 Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə,ünvan 1 Iddiaçılar Həmzəyeva Kifayət Imanverdi qızı və X3, ünvan 1 Üçüncü şəxs X4 iştirakları ilə,ünvan 1 Təsviri hissə: ünvan 1 Iddiaçı Tağıyev Mirhüseyn Səməd oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, 11 A saylı ünvanında yerləşən və iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan üçüncü şəxslər X6 və X7 göstərilən Bakı şəhəri,Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, 11 A saylı ünvandan qeydiyyatdan çıxarılması öhdəliyini cavadeh Yasamal Rayon Polis Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.ünvan 1 Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xreblovı küçəsi, 11 A saylı ünvanında yerləşən ev iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda yuxarıda göstərilən mənzili satmaq istəyərkən Notariat ofisində iddiaçıya məlum oldu ki, mənzildə 2 (iki) nəfər şəxs qeydiyyatdadır. Həmin mənzilin çıxarışını 1991-ci ildə almışdır. Adları aşağıda qeyd olunan şəxslər qeyri-qanuni olaraq mənzildə pasport qeydiyyatına düşmüşdür. Həmin şəxslər aşağıdakılardır: 1.X6, 2.X7ünvan 1 Iddiaçı sonradan məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “üçüncü şəxs4 Fikrət oğlunun, X4, X9 və X8 Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi (hazırda Dadaş Bünyadzadə küçəsi) ev 11A ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.ünvan 1 Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə X8, X9, ##.##.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs4 Fikrət oğlu, X4 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar. ünvan 1 Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. ünvan 1 Qərardan narazı qalan iş üzrə üçüncü şəxs X4 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ona aid olan hissədə ləğv edilərək iddia tələbinin həmin hissədə rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.ünvan 1 ünvan 1 Apellyasiya şikayətinin dəlilləriünvan 1 Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz, əsassız və eləcə də prosessual hüquq normalarına zidd olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə işə onun iştirakı olmadan, eləcə də ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbər vermədən baxdığı üçün, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutları köklü surətdə araşdırmamış və bunun da nəticəsində qanunu pozmaqla qərar qəbul etmişdir. Belə ki, hakim qərarın 5-ci səhifəsində konkret olaraq ona dair münasibətdə belə qeyd edir ki, guya o, qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 11A ünvanında yaşamadığına görə qeydiyyatdan çıxarılmalıdır. Hakim hansı fakta və sənədə əsasən bu qənaətə gəldiyini əsaslandıra bilməmişdir. Qeyd edir ki, apellyasiya şikayətinə əlavə etdiyi * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)- ****/**** saylı, ##.##.2015-ci il tarixli qərarına əsasən o, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ev 11A ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmış və hazırda da ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2015-ci il tarixli qərarında buna səbəb kimi onun, 5 nəfər ailə üzvü ilə 2001-ci ildən həmin ünvanda yaşamağı faktının müəyyən edilməsi əsas gətirilmişdir. Qeyd olunan məhkəmə qərarı qanuni qüvvəsini almış və icra edilmişdir. O, hazırda yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 11A ünvanında nə iddiaçı nə də ki, iddiaçının iddia ərizəsində göstərdiyi digər 3-cü şəxslər yaşamırlar və onları tanımır. Yəni onların heç birinin onun yaşadığı ünvana aidiyyəti yoxdur. Iddiaçının iddia ərizəsində göstərdiyi ünvan başqa ünvandır. Məhkəmə hazırkı iddia tələbi üzrə işə səthi və qeyri-obyektiv baxdığından, eləcə də yerli baxış keçirmədiyindən səhvən onun qeydiyyatda olduğu ünvanı iddiaçının ünvanı hesab etmişdir. Bununla da qanunsuz olaraq qanuni qüvvəsini almış * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2015-ci il tarixli qərarına zidd gedərək həmin qərarın icrasının ləğv edilməsinə səbəb olmuşdur. Bu hal isə yol verilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Onu da qeyd etmişdir ki, hazırkı qərarda məhkəmə Yasamal rayon ** saylı Mənzil- Kommunal Istismar sahəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışa istinad edərək iddiaçının mübahisələndirdiyi ünvanda kimlərin yaşayıb-yaşamaması qeyd edilmişdir. Bununla bağlı Məhkəmə Kollegiyasının nəzərinə çatdırılmışdır ki, onun yaşadığı Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 11A ünvanına ** saylı MKIS deyil, Yasamal rayon ** saylı MKIS baxır. Bu fakt onu təsdiq edir ki, iddiaçının və onun yaşadığı ünvanlar ayrı-ayrı ərazilərdə yerləşir və bir-birinə heç bir aidiyyəti yoxdur.ünvan 1 Məhkəmə icraatında tərəflərin iştirakı:ünvan 1 Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardadı ilə Həmzəyeva Kifayət Imanverdi qızı və X3 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.ünvan 1 Məhkəmə iclasında iştirak edən iddiaçı Mirhüseyn Tağıyev ərizə təqdim edərək hazırda mübahisəli ünvanda yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin onun olmadığının nəzərə alınaraq iddiaçının əsl iddiaçılarla ilə əvəz edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə iddiaçı əsl iddiaçılarla - Həmzəyeva Kifayət Imanverdi qızı və X3 ilə əvəz edilmiş və sonuncuların iş üzrə 3-cü şəxs statusu ləğv edilmişdir.ünvan 1 Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.ünvan 1 Məhkəmə iclasında iştirak edən iddiaçılar mübahisənin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Əlavə olaraq izahatlarında qeyd etdilər ki, X4 onlara məxsus evdə yaşamır, həmçinin mülkiyyətlərində olan evə yeni ünvan verilmişdir: Bakı şəhəri, Yasamal rayonu, Vedibasar küçəsi, giriş 87.ünvan 1 Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh Bakı şəhər Yasamal rayon Polis Idarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir.ünvan 1 Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh inzibati orqanın nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.ünvan 1 Əsaslandırıcı hissə:ünvan 1 ünvan 1 Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. ünvan 1 Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. IPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.ünvan 1 Işdən göründüyü kimi, iddia tam təmin olunsa da, qərardan üçüncü şəxslərdən yalnız X4 tərəfindən apellyasiya şikayəti verildiyindən, məhkəmə kollegiyası yalnız üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti həddində məhkəmə qərarını yoxlayır. ünvan 1 Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə ləğv edilməli, iddia tələbi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə rədd edilməlidir.ünvan 1 Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir:ünvan 1 Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçıların subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır.ünvan 1 Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Hazırki iddia öhdəliyin icrasına dair iddiadır. Inzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Iddiaçı inzibati orqana müraciət etmiş, inzibati orqan müraciətini təmin etməmişdir. ünvan 1 Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsaslı hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir:ünvan 1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin:ünvan 1 -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. ünvan 1 -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ünvan 1 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:ünvan 1 -1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. ünvan 1 - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.ünvan 1 - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. ünvan 1 - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.ünvan 1 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.ünvan 1 Apellyasiya şikayətinin dəlillərinə münasibət:ünvan 1 Məhkəmə kollegiyası əvvəla iş materiallarında olan sənədlərə nəzər yetirir:ünvan 1 - Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi (hazırda Dadaş Bünyadzadə küçəsi) ev 11A Tağıyev Mirhüseyn Səməd oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.ünvan 1 - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq Maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnamə əsasında müvafiq Icra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildirilmişdir ki, mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi (hazırda Dadaş Bünyadzadə küçəsi) ev 11A ünvanından X9 və X8 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə bilərlər.ünvan 1 - Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli ## ### 2024-cü il tarixli arayışdan görünür ki, X8 (##.##.1954cü il təvəllüdlü), X9 (##.##.1974-cü il təvəllüdlü), üçüncü şəxs4 Fikrət oğlu (##.##.1976-cı il təvəllüdlü) və X4 (##.##.1955-ci il təvəllüdlü) Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi (hazırda Dadaş Bünyadzadə küçəsi) ev 11A ünvanında qeydiyyatdadırlar.ünvan 1 - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Bakı şəhər Yasamal rayonu Icra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi ** saylı Mənzil- Kommunal Istismar sahəsi tərəfindən verilmiş ** nömrəli ## #### 2024-cü il tarixli məktubla bildirilmişdir ki, ** saylı MKIS-də olan mövcud sənədlərə əsasən 11-ci Xrebtovı küçəsi ev 11a ünvanında ##.##.2002-ci il tarixindən hal-hazıradək X8, X9, üçüncü şəxs4 Fikrət oğlu qeydiyyatdadırlar və faktiki yaşayırlar.ünvan 1 - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ## ##### 2024-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi (hazırda Dadaş Bünyadzadə küçəsi) ev 11A ünvanında yerləşən fərdi yaşayış evi Tağıyev Mirhüseyn Səməd oğlunun adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X8, X9 Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi (hazırda Dadaş Bünyadzadə küçəsi) ev 11A ünvanında yerləşən fərdi yaşayış evi üzərində istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir.ünvan 1 - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon Icra Hakimiyyəti tərəfindən verilmiş *-**/*-***/**** nömrəli ## ### 2024-cü il tarixli məktubla bildirilmişdir ki, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsinin adı Bakı Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1967-ci il tarixli, **/**** nömrəli Qərarı ilə dəyişdirilərək Dadaş Bünyadzadə küçəsi adlandırılmışdır.ünvan 1 - Apellyasiya araşdırması zamanı təqdim edilmiş ## ####### 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi, ev 11A Yeni qaydalarla: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, Vedibasar küçəsi, giriş 87 ünvanında yerləşən ümumi sahəsi 44.8 kv/m olan fərdi yaşayış evini Tağıyev Mirhüseyn Səməd oğlu Həmzəyeva Kifayət Imanverdi qızına 68500 manata satmışdır. ünvan 1 - ## ###### 2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Həmzəyeva Kifayət Imanverdi qızı Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi, ev 11A Yeni qaydalarla: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, Vedibasar küçəsi, giriş 87 ünvanında istifadədə olan 0.0060 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 44.8 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 10 kv/m olan hissəni oğlu X3 bağışlamışdır. ünvan 1 - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydiyyat nömrəsi 1125133557 və 1125133558, qeydiyyat tarixi ##.##.2025) surətindən görünür ki, Həmzəyeva Kifayət Imanverdi qızı və X3 adına paylı mülkiyyət kimi qeydiyyata alınmış fərdi yaşayış evinə yeni qaydalarla AZ1138, Bakı şəhəri, Yasamal rayonu, Vedibasar küçəsi, giriş 87 ünvanı verilmişdir.ünvan 1 Işin hallarından müəyyən edilir ki, iddiaçı olmuş Tağıyev Mirhüseyn Səməd oğlu Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi (hazırda Dadaş Bünyadzadə küçəsi) ev 11A ünvanında yerləşən fərdi yaşayış evinin onun xüsusi mülkiyyətində olmasına və üçüncü şəxslərin həmin mənzildə qeydiyyatda qalmalarının onun sahiblik, istifadə və sərəncam vermək hüquqlarının tam olaraq həyala keçirilməsinə mane olmasına istinad edərək, üçüncü şəxslərin, o cümlədən X4 həmin ünvandan qeydiyyatdan çıxarılmalarını xahiş edir. Cavabdeh inzibati orqan tərəfindən imtina verilmiş və məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etmişdir. ünvan 1 Iddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxslərdən X8, X9, üçüncü şəxs4 Fikrət oğlunun yaşadıqları evlə iddiaçının evi fərqli evlərdir. Lakin məhkəmənin qənaəti üçün həlledici məqam ondan ibarətdir ki, vaxtilə üçüncü şəxs(lər)in qeydiyyata alınmaları üçün əsas qismində keçmiş mülkiyyətçi X10 ərizəsi olmuşdur. Həmin ərizəyə əsasən, o, X8 Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, ev 11 ünvanına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Aydındır ki, digər ailə üzvlərinin qeydiyyata alınması həmin ərizəyə əsaslanmışdır. Belə olan təqdirdə, üçüncü şəxslər vaxtilə müvafiq ərizə əsasında Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi ** nömrəli evə qeydiyyata alınmalı olduqları halda, iddiaçıya məxsus **A nömrəli evə qeydiyyata alınıblar. Üçüncü şəxslərdən X4 isə qeyd edilən evdə yaşaması müəyyən olunmur. ünvan 1 Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni yoxlanılan hissədə əsassız, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir.ünvan 1 Üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## #### 2015-ci il tarixli qərarına əsasən o, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ev 11A ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmış və hazırda da ailə üzvləri ilə birlikdə 2001-ci ildən həmin evdə yaşayır. Qeyd olunan məhkəmə qərarı qanuni qüvvəsini almış və icra edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 11A ünvanında nə iddiaçı, nə də ki, iddiaçının iddia ərizəsində göstərdiyi digər 3-cü şəxslər yaşamırlar. Həmin şəxslərin heç birinin onun yaşadığı ünvana aidiyyəti yoxdur, belə ki, daşınmaz əmlakların yerləşdiyi ünvanlar fərqli ünvanlardır.ünvan 1 Üçüncü şəxs tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## #### 2015-ci il tarixli qərarından görünür ki, iddiaçı X4 cavabdeh Yasamal Rayon Polis Idarəsinə qarşı qeydiyyata alınma vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia tələbi təmin edilərək, X4 Bakı şəhəri D.Bünyatzadə küçəsi ev 11a ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhər Yasamal rayon Polis Idarəsinə həvalə olunması qərara alınmışdır.ünvan 1 Apellyasiya baxışı zamanı Bakı Inzibati Məhkəməsinə sorğu ünvanlanaraq *- *(**)-****/**** nömrəli inzibati iş üzrə hakim X13 tərəfindən çıxarılmış qərarın qanuni qüvvəsini alıb-almaması barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur.ünvan 1 Bakı Inzibati Məhkəməsi tərəfindən verilmiş *-*/*-****/**** nömrəli ## ###### 2026cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, iddiaçı X4 cavabdeh Yasamal Rayon Polis Idarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2015-ci il tarixli qərarı ilə təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və müvafiq qərar ##.##.2015-ci il tarixdə qanuni qüvvəsini almışdır.ünvan 1 Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin və apellyasiya şikayətinin dəlillərinin obyektiv araşdırılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə Bakı şəhəri, Yasamal rayonu, Xrebtovi küçəsi, **A saylı evin hazırda kimin mülkiyyətində olması ilə bağlı bütün inzibati icraat materiallarının, cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal Rayon Polis Idarəsinə və eyni zamanda Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinə Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi (indiki Dadaş Bünyadzadə), **A saylı fərdi yaşayış evində qeydiyyatda olan şəxslər, həmin şəxslərin qeydiyyata düşmə tarixi barədə məlumatın və qeydiyyata düşməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.ünvan 1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi *-**-*-**/*-*****/**** nömrəli ## ###### 2025-ci il tarixli sorğuya cavab məktubu ilə bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, **A saylı fərdi yaşayış evi 34.8 kv.m hissəsi Həmzəyeva Kifayət Imanverdi qızının, 10.0 kv.m hissəsi X3 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.ünvan 1 Bakı şəhəri Yasamal Rayon Polis Idarəsi tərəfindən verilmiş *-**-**/*-**** nömrəli ## ###### 2026-cı il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi (indiki D.Bünyadzadə) küçəsi, 11A ünvanında pasport qeydiyyatda olan şəxslər barəsində məlumat verilməsi imkanları xaricindədir. Vətəndaşlar X8, X9, X11 və X4 qeydiyyata düşmə əsasları Azərbaycan Respublikası DINin müvafiq əmrinə əsasən məhv edilmiş və məlumat üçün bildirilmişdir ki, adları qeyd olunan şəxslər Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi (indiki D.Bünyadzadə) küçəsi, 11A ünvanından pasport qeydiyyatların dəyişərək başqa ünvana pasport qeydiyyatına alınmışdırlar.ünvan 1 Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsi tərəfindən verilmiş **/*-**** nömrəli ## ###### 2026-cı il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Həmzəyeva Kifayət Imanverdi qızı, X1 və X3 ##.##.2024-cü il tarixdən hal-hazıradək Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi, ev 11A (Yeni qaydalarla: Yasamal rayonu, Vedibasar küçəsi, giriş 87) ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmin şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin kserosurətləri məhkəməyə təqdim edilmişdir.ünvan 1 Göründüyü kimi, hazırkı vəziyyətdə iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi, ev 11A ünvanı yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Vedibasar küçəsi, giriş 87 ünvanı olmuşdur.ünvan 1 Beləliklə, işin araşdırılması nəticəsində müəyyən olundu ki, iddiaçıların mülkiyyətində olan və qeydiyyatdan çıxarılmasını tələb etdikləri mübahisəli ünvan (əvvəlki Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi, ev 11A, Yeni qaydalarla:Bakı şəhəri, Yasamal rayonu, Vedibasar küçəsi, giriş 87) ilə hazırda üçüncü şəxs Rahim Salahovun faktiki olaraq ailəsi ilə birgə yaşadığı və Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı icra olunmadan öncə məhkəmə qərarı ilə qeydiyyata düşdüyü evin ünvanı (Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 11A) fərqlidir. Həmçinin, məhkəmə aradırmaları zamanı mübahisəsiz hal kimi müəyyən edilmişdir ki, sözügedən evlər fərqli ərazidə yerləşir. Hazırda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə yeni qaydalarla ünvan verilmişdir. Həmin ünvanda da hazırkı apellyasiya şikayəti verən şəxsin qeydiyyatı mövcud olmamışdır.ünvan 1 Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir:ünvan 1 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə;ünvan 1 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə;ünvan 1 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda;ünvan 1 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda;ünvan 1 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə;ünvan 1 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda.ünvan 1 Sözügedən Qaydalara edilmiş dəyişikliyə əsasən daşınmaz əmlaklara yeni qaydalarla ünvan verilməsinə başlanılmışdır. Binalara yeni və dəqiq ünvanların verilməsi, vahid ünvan reyestrinin aparılması, küçə və prospektlərdə binalara müasir dizaynlı lövhələrin vurulması dövlət tərəfindən həyata keçirilən sosial əhəmiyyətli layihədir. Bu layihənin nəticələri vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə və təşkilatlara ünvan məlumatlarına çevik, vahid və etibarlı çıxış əldə etmək imkanı yaradır, həm də şəhərlərdə ünvanların tapılması, sosial və idarəetmə məsələlərinin həlli zamanı vaxt itkisi problemi aradan qaldırmağa xidmət edir.ünvan 1 Məhkəmə kollegiyası diqqət çatdırır ki, hər bir mülkiyyətçi kimi hazırki iş üzrə iddiaçı da mülkiyyətində olduğu ünvan üzrə digər şəxslərin pasport qeydiyyatından çıxarılmasını tələb etməkdə haqlı olsa da, işin ətraflı araşdırılmış hallarından bəlli olur ki, hazırda apellyasiya şikayəti ilə müraciət edən şəxsin yaşadıqları evlə iddiaçıların mülkiyyətində olan ev fərqlidir, həmçinin yeni qaydalara əsasən iddiaçıların mülkiyyətində olan evin artıq ünvanı dəyişdirilmişdir.ünvan 1 Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın qismən ləğvinə əsas verir, bu səbəbdən, şikayət qismən təmin edilməli və Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı apellyanta münasibətdə ləğv edilərək, iddia tələbi ona aid hissədə təmin edilməməlidir. ünvan 1 Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı icra olunması üçün Bakı şəhəri Yasamal Rayon Polis Idarəsinə göndərilmiş, Yasamal Rayon Polis Idarəsi tərəfindən qərar icra edilərək üçüncü şəxslər iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi, ev 11A ünvanından qeydiyyatdan çıxarılmışlar.ünvan 1 AR IPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.ünvan 1 AR MPM-in 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.ünvan 1 Həmin Məcəllənin 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir.ünvan 1 Qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən, hazırda üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı qismən, üçüncü şəxs X4 münasibətdə ləğv edildiyindən və həmin şəxsə münasibətdə iddia tələbi rədd edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarının icrasında həmin şəxsə münasibətdə dönüş edilməli, əvvəlki pasport qeydiyyatı bərpa edilməlidir.ünvan 1 Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.ünvan 1 Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. ünvan 1 Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. ünvan 1 Nəticəvi hissə:ünvan 1 ünvan 1 Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası ünvan 1 QƏRARA ALDI: ünvan 1 Üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. ünvan 1 Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı üçüncü şəxs X4 münasibətdə ləğv edilsin.ünvan 1 Iddiaçılar Həmzəyeva Kifayət Imanverdi qızı və X3 cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis Idarəsinə qarşı tələbinə dair iddiası üçüncü şəxs X4 aid hissədə təmin edilməsin.ünvan 1 Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarının icrasında X4 münasibətdə dönüş edilsin.ünvan 1 Üçüncü şəxs ##.##.1955-ci il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 11A ünvanına qeydiyyatı bərpa edilsin.ünvan 1 Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. ünvan 1 ünvan 1 Sədrlik edən: Aytən Oruczadə ünvan 1 Hakimlər: Elvin Əliyev ünvan 1 Fərid Mədətliünvan 1
Məhkəmə qərarları › İş №2-1(103)-3927/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3927/2025
08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver