Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3929/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin mümkün sayılmaması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Mədətli Fərid İlham oğlu və X4 ibarət tərkibdə, Səmədzadə Günay Sarstən qızının katibliyi ilə, İddiaçının nümayəndə-vəkili Vəkil1, cavabdehin nümayəndəsi X1 və Maraqlı şəxs MTK-nın nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinin (mənzil) təyinatının qeyri-yaşayış sahəsi kimi dəyişdirilməsi ilə əlaqədar sərəncam vermək vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2-1(112)-10216/2025 nömrəli qərarından Maraqlı şəxs MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə (bundan sonra mətndə Nizami RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 39,8 kv. metrdən ibarət olan 2 nömrəli mənzilin pəncərəsinin qapı ilə əvəz edilməklə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi-vəkili vasitəsilə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 39,8 kv. metrdən ibarət olan 2 nömrəli yaşayış sahəsinin təyinatının dəyişdirilərək, qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam qəbul edilməsi vəzifəsinin Bakı şəhəri Nizami RİH-yə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2-1(112)-10216/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan Maraqlı şəxs MTK apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, idda tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs MTK-nın nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 Maraqlı şəxs MTK tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsini məhkəmənin mülahizəsinə həvalə edilməsini qeyd etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi S.Abbasəliyev apellyasiya şikayətinin mümkün hesab edilib-edilməməsini məhkəmənin mülahizəsinə həvalə edilməsini qeyd etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Maraqlı şəxs MTK-nın Bakı İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2-1(112)-10216/2025 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. - 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdir. İş materiallarından göründüyü kimi şikayətçi Maraqlı şəxs MTK-nın hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı müraciəti olmamışdır. Həmçinin Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Odur ki, Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs MTK tərəfindən verilmiş apellyasiya mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs MTK-nın Bakı İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2-1(112)- 10216/2025 nömrəli qərarından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fərid Mədətli Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3929/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3929/2025
02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver