Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-393/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı (xx.xx.1989-cu il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “orderin ləğvi və mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-704/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 28.11.2019-cu il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzilinə dair X2 adına verilmiş 12.07.1991-ci il tarixli 013645 saylı orderin ləğv edilməsi və həmin mənzilə dair iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Oktyabr (Yasamal) rayon XDS 1991-ci il tarixli, 6/2 saylı qərarına əsasən 12.07.1991-ci il tarixli 013645 saylı orderlə Gənclik MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzili X3 verilmişdir. İddiaçının atası X9 ilə X4 arasında həmin evə dair faktiki alqı-satqı olmuş, mənzil 50.000 rubla satılmış, atası öz ailə üzvləri ilə birgə 1991-ci il tarixdən həmin mənzilə köçərək hal-hazırkı tarixədək orada yaşamağa davam edir. X5 qızı İddiaçı həmin mənzildə qeydiyyatdadır. Həmçinin, anası mərhum X15 da vəfat edən 2017-ci il tarixədək həmin ünvanda yaşamaqla qeydiyyatda olmuşdur. X4 2012-ci ildə məhkəməyə müraciət edərək X9 və ailə üzvlərinin mənzildən çıxarılmaları ilə bağlı iddia qaldırmış, lakin iddiası rədd edilmişdir. Məhkəmədə iştirak edən X2 doğma qardaşı X6 bildirmişdir ki, evi həqiqətən də X2 mənzilinin satılması məqsədi ilə verdiyi etibarnamə əsasında və onun iradəsi ilə İ.Əzizova satmış, aldığı 50.000 rubl məbləği qardaşı X3 vermişdir. Məhkəmə aktları ilə (eləcə də X2 öz izahatı ilə) müəyyən olunmuşdur ki, həqiqətən də X9 ailə üzvləri ilə birgə 1991-ci ildə Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzilinə köçmüşlər və orada yaşayırlar. Həmçinin, həmin binada yaşayan qonşular tərəfindən tərtib olunmuş aktda da iddiaçının 1991-ci il tarixdən bu günədək qeyd olunan mənzildə yaşamağı, həyati mənafelərinin həmin ünvanla bağlı olduğu təsdiq olunur. Yaşayış yeri və qeydiyyatda olma haqda ******* nömrəli arayışdan həmçinin "xxxx" MTK tərəfindən verilmiş arayışdan da göründüyü kimi həmin mənzilin istismarı ilə bağlı bütün xərclər –qaz, işıq, su və digər kommunal xərcləri iddiaçı tərəfindən olunmuşdur. Qonşular tərəfindən tərtib olunmuş aktdan da göründüyü kimi həqiqətən də onlar – X9, X15, İddiaçı və X10 1991-ci il tarixdən Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzilinə köçərək həmin mənzildə yaşamışlar. Eyni zamanda məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, X4 və ailə üzvləri heç vaxt Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzildə yaşamayıblar. X1 və ailə üzvləri 1991-ci il tarixdən hal-hazıradək həmin mənzildə qeydiyyatda olmaqla maneəsiz yaşayırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 798/2013 saylı, 05.04.2013-cü il tarixli qərarı ilə təsdiqlənmişdir ki, “mübahisəli mənzil S.Məmmədovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə həmin mənzilə dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsi mümkün olmamışdır, iddiaçı S.Məmmədovun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan qardaşı Ə.Məmmədovla cavabdehlər arasında olan şifahi razılaşmaya əsasən Ə.Məmmədov mübahisəli mənzili cavabdehlərə 50.000 rubla faktiki olaraq satmış və cavabdehlərin öz ailə üzvləri ilə köçüb həmin mənzilə daimi pasport qeydiyyatına aldırmışdır. Cavabdehlər öz növbəsində ötən 21 il ərzində öz ailə üzvləri ilə birlikdə fasiləsiz və etirazsız yaşayıb ümumi təsərrüfatı idarə etmiş, mənzilə dair kommunal xidmət haqlarını ödəmiş, mənzilin yaşayış üçün yararlı vəziyyətdə saxlanılması üçün şəxsi vəsaitlərini xərcləmişlər. Cavabdehlər mübahisəli mənzildən iddiaçı ilə bərabər istifadə hüququ əldə etdiklərinə və hazırkı vaxta qədər orada yaşadıqlarına görə, onların həmin mənzildən çıxarılması üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Göründüyü kimi X4 ilə iddiaçı arasında alqı-satqının mövcud olduğuna məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş, həqiqətən də mübahisəli mənzilin 50.000 rubl məbləğində iddiaçıya satılması, məhz S.Məmmədovun iradəsi ilə iddiaçının həmin mənzilə köçüb yaşamağı, həmin mənzil ilə hüquq münasibətinin mövcudluğu, S.Məmmədovun və ailə üzvlərinin isə heç bir zaman mübahisəli mənzildə yaşamadıqları müəyyən olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-704/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia tələbi “orderin ləğvi” hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-704/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı Cavabdehnə qarşı mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbinə dair iddiası təmin edilməmişdir. 12.11.2020-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-704/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda apellyasiya şikayətində şikayətin əsaslandırılmış hissəsinin məhkəməyə təqdim ediləcəyi qeyd edilmişdir. İşin apellyasiya icraatı zamanı 29.06.2021-ci il tarixində iddiaçı apellyasiya şikayətinin əsaslandırılmış hissəsini məhkəməyə təqdim etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin rədd olunması əsasını məhkəmə bir sıra hallarla o cümlədən, Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı İddiaçı hüquqmüəyyənedici sənədlərinin-orderinin olmaması, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmadığı və bu kimi səbəblərdən də cavabdeh inzibati orqanın imtinasının qanunazidd olmadığı ilə əlaqələndirmişdir. İş materiallarından da göründüyü kimi təbii ki, iddiaçının adına order verilməyib. Eyni zamanda iddiaçı da onun adına order verilməsini tələb etməyib. İddiaçının tələbi Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzilinə dair X2 adına verilmiş 12.07.1991-ci il tarixli, 013645 saylı orderin ləğv edilməsi və həmin mənzilə dair onunla daimi kirayə müqaviləsinin bağlanması vəzifəsinin Cavabdeh üzərinə qoyulması olub. Məhkəmə nəzərə almamışdır ki, o istər adına order verilmiş mərhum X2 istərsə də evin faktiki alıcısı olan atasının razılığı (atası və digər ailə üzvlərimizlə birgə) ilə həmin mənzilə köçürülmüş və həmin mənzildə 3 yaşından qeydiyyatda olmaqla yaşayır. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə kirayəçi-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq istifadə edilir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı, onun birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş X14 (“Kəngərli və Partnyorları” Vəkil Bürosu) məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-704/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ata adının düzgün yazılışı “İnqlab qızı”dır. İş materiallarında olan: - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 06 noyabr 2019-cu il tarixli, Ə 225-068 saylı məktubuna əsasən, İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan yaşayış sahəsi Bakı şəhəri Cavabdeh 013645 nömrəli, 12.07.1991-ci il tarixli order ilə X3 məxsus olduğundan, iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması mümkün deyildir. - Azərbaycan Respublikası İcra Hakimiyyətinin Nəznində Bakı şəhəri "xxxx" MTK tərəfindən verilmiş 15 oktyabr 2019-cu il tarixli, 838 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 7, mənzil 116-da 1991-ci ildən hal-hazıradək yaşayır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı İnqilab qızı ünvan 5 ünvanında qeydiyyatdadır. - ünvan 6012-ci il tarixli qətnaməsindən (hakimlər E.Nəbiyev, K.Bədəlov, S.Hüseynova) görünür ki, apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31 may 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X2 cavabdehlər X7, X12 və İddiaçı qarşı Bakı şəhəri, Yasamal-2, ev 1, 116 saylı mənzildən çıxarılmalarına dair iddia tələbinin rədd edilməsi qət edilmişdir - Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Başçısının 19 mart 2020-ci il tarixli, 572/d saylı məktubuna əlavə edilmiş Oktyabr rayon XDS İK-nin 12.07.1991-ci il tarixli, 013645 nömrəli orderindən görünür ki, ünvan 7 ünvanında yerləşən sahəsi 30,14; 2 otaqlı 116 saylı mənzil X3 verilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 16 yanvar 2020-ci il tarixli, 05/2-125/13 saylı məktubuna əlavə edilmiş ölüm haqqında akt qeydindən görünür ki, 07.02.1962-ci il təvəllüdlü X4 27 fevral 2018-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 06 mart 2020-ci il tarixli, 05/1383- 11 saylı məktubuna əsasən, 27.02.2018-ci il tarixdə vəfat etmiş X2 adına vərəsəlik işi açılmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı maddəsinə əsasən yerli icra hakimiyyəti başçısı şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olan) 48-ci maddəsinə əsasən order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Hazırkı iş üzrə iddia tələbini Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzilə dair iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə görə, mənzilə dair kirayə müqaviləsinin bağlanması vətəndaşa verilmiş order əsasında həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən mənzilə dair 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsaslanmaqla kirayə müqaviləsinin bağlanması üçün nəzərdə tutulmuş orderi olmadığından birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan onun istər adına order verilmiş mərhum X2 istərsə də evin faktiki alıcısı olan atasının razılığı (atası və digər ailə üzvlərimizlə birgə) ilə həmin mənzilə köçürülmüş və həmin mənzildə 3 yaşından qeydiyyatda olmaqla yaşaması ilə bağlı qeyd edir ki, iddiaçının iddia tələbi - Bakı şəhəri, 2ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzilinə dair X2 adına verilmiş 12.07.1991-ci il tarixli 013645 saylı orderin ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının həmin ünvanda qeydiyyatı da mənzilə dair sırf onunla kirayə müqaviləsinin bağlanmasına əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-704/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-704/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-393/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-393/2021
01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver