Məhkəmə qərarları › İş №2-1(103)-393/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-393/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-393/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və X1 ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(112)- 4192/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 10 aprel 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli **********994200 nömrəli, xx.xx.2019-cu il tarixli **********410400 nömrəli və xx.xx.2019-cu il tarixli **********648300 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, xx.xx.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə (İ cild i/v 21) məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********994200 saylı, xx.xx.2019-cu il tarixli **********410400 saylı, xx.xx.2019-cu il tarixli **********648300, xx.xx.2019-cu il tarixli **********786300 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsinə dair qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, xx.xx.2019-cu il tarixdə iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə (İ cild i/v 58) məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********410400 saylı, xx.xx.2019-cu il tarixli **********648300, xx.xx.2019-cu il tarixli **********786300 saylı, xx.xx.2019-cu il tarixli **********308300 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsinə dair qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2-1(82)- 1782/2019 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergilərin hesablanması barədə qərarların ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. (mətnə uyğun) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 2-1(82)- 1782/2019 nömrəli qərardadı ilə (hakim A.Oruczadə) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2-1(82)-1782/2019 nömrəli qərarında yol verilmiş yanlışlıq düzəldilmiş, qərarın nəticə hissəsində “İddia təmin edilsin” ifadəsi, “İddia təmin edilməsin” kimi oxunması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1030/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakimlər A.Nuriyeva,V.Ağayev,A.Hüseyn) İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2-1(82)- 1782/2019 saylı qərarı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qərardaddan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2328/2020 saylı, 02 dekabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Quliyev,R.Nəbizadə,İ.Şəfiyev) Cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1030/19 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsində təkrar məhkəmə baxışı zamanı, 30 aprel 2021-ci il tarixli məhkəmə iclasında məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla xx.xx.2019- cu il tarixdə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iddia tələbinin “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********410400 saylı, xx.xx.2019-cu il tarixli **********648300 saylı, xx.xx.2019-cu il tarixli **********786300 saylı, xx.xx.2019-cu il tarixli **********308300 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsinə dair qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi qərara alınmışdır Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(112)-4192/2021 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********786300 saylı və xx.xx.2019-cu il tarixli **********308300 saylı “vergilərin hesablanması barədə” qərarları ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə xx.xx.2019-cu il tarixli **********786300 saylı qərarın ləğv edilməsi hissəsində iddianı təmin edərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Məhkəmənin qərarında qeyd olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən dövr üzrə dəqiqləşdirilmiş bəyannamə xx.xx.2019-cu il tarixdə təqdim edilmiş, həmin bəyannamə üzrə vergi orqanı kameral vergi yoxlamasının keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 iş gününü ötürmüşdür. İddiaçı tərəfindən ard-arda 2018-ci il dekabr ayı üzrə xx.xx.2019-cu il tarixdə (bəyan edilən vergi məbləği: 1648.90 manat), xx.xx.2019-cu il tarixdə (bəyan edilən vergi məbləği: 6382.90 manat), xx.xx.2019cu il tarixdə bəyan edilən vergi məbləği: 1648.90 manat) dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmişdir. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli bəyannamə üzrə aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi”nə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müddətdə 31 iş günü olmuşdur. Vergi Məcəlləsinin 68-ci maddəsinə əsasən bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.Qeyd olunanlardan da göründüyü kimi vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsi ilə müəyyən edilmiş 30 iş günü ötürülməmişdir, (dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi ilə bağlı məlumat əlavə edilir). Məhkəmə tərəfindən Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri həm də xx.xx.2019-cu il tarixli **********308300 saylı qərarın ləğv edilməsi əsaslandırılarkən pozulmuşdur. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli qərar ilə müəyyən edilmiş kənarlaşma 21246.25 manat özündə 11008.2 manat kənarlaşmanı da ehtiva etmişdir. Məhkəmə qərarında da qeyd olunub ki, cəmiyyət tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmış ƏDV-nin məbləği 2473090,31 manat təşkil etdiyi üçün hesablanmalı ƏDV məbləğində 11008.2 manat kənarlaşma yaranmışdır. 2018-ci ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə aparılan araşdırma zamanı baza məlumatlarına əsasən vergi ödəyicisinin ƏDV qeydiyyatının qüvvəyə minmə tarixindən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində digər şəxslərlə aparılmış qarşılıqlı əlaqələrin təhlili nəticəsində (təqdim edilmiş vergi hesabfakturaları, elektron vergi hesab-fakturaları və ƏDV depozit hesabına daxil olmuş ƏDV məbləğləri) ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumilikdə 2484098,51 manat məbləğ təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, cəmiyyət tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmış ƏDV-nin məbləği 2473090,31 manat təşkil etdiyi üçün hesablanmalı ƏDV məbləğində 11008,2 manat kənarlaşma yaranmışdır. Həmçinin qeyd edilməlidir ki, ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumilikdə 2484098,51 manat məbləğ xx.xx.2018-ci ilədək olan dövrü əhatə etdiyindən həmin dövr üzrə verginin hesablanması zamanı 2019-cu ilin yanvar ayı üçün ödənilməli olan ƏDV məbləği ilə ehtiva edilməmişdir Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2- 1(112)-4192/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş emişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(112)-4192/2021 nömrəli qərarı qismən ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli **********410400 nömrəli qərarına əsasən, yanvar 2019 vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 21.246,25 manat təşkil etmişdir. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV-nin 2.505.568,26 manat məbləğində olduğu müəyyən edilmişdir. Təqdim edilmiş bəyannaməyə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV 2.484.322,01 manat təşkil etdiyi üçün 21.246,25 manat kənarlaşma yaranmışdır; - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli **********648300 nömrəli qərarına əsasən, aprel 2018 vergi dövrü üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 9.962,30 manat təşkil etmişdir. HS seriyalı 211339 nömrəli vergi-hesab fakturası üzrə (**********)-a 8.13 manat ƏDV məbləği ödənilmədiyi üçün bu vergi-hesab fakturası üzrə əvəzləşdirmə aparıla bilməz; - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli **********786300 nömrəli qərarına əsasən dekabr 2018 vergi dövrü üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 2.700,00 manat təşkil etmişdir; - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli **********308300 nömrəli qərarına əsasən, noyabr 2018 vergi dövrü üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 11.008,20 manat təşkil etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz; Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir; Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir; Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır; Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən, bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər; Həmin Məcəllənin 37.6-ci maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması (müəyyən edilməlidir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz); Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli **********786300 saylı və xx.xx.2019-cu il tarixli **********308300 saylı “vergilərin hesablanması barədə” qərarları ləğv edildiyindən və iddiaçı tərəfindən qərarla iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilmədiyindən, apellyasiya baxışının predmetini cavabdeh tərəfindən qəbul edilmiş 2 qərar təşkil edir: 1) xx.xx.2019-cu il tarixli **********786300 saylı; 2) xx.xx.2019-cu il tarixli **********308300 saylı. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli **********410400 saylı qərarına münasibətdə qeyd edir ki, müvafiq qərar qanunvericiliklə nəzərdə tutulmuş 30 iş günü müddəti başa çatdıqdan sonra qəbul edilmişdir. Belə ki, kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən (qərarın vergi ödəyicisinə göndərilməsi üçün Vergi Məcəlləsinin 37.4-cü maddəsində müəyyən edilmiş 5 günlük müddət istisna edilməklə) həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 iş günü müddəti daxilində qəbul edilməli idi. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki (cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında da qeyd etmişdir), iddiaçı tərəfindən 2017-ci ilin dekabr ayı üzrə dəqiqləşdirilmiş bəyannamə vergi orqanına xx.xx.2019-cu il tarixdə təqdim olunmuşdur. Mübahisələndirilən qərar isə xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi bəyannamənin təqdim edildiyi 6 fevral tarixdən sonrakı gündən başlayaraq hesabladıqda (VM-in 68.1-ci maddəsi) aprelin 17-nə təqvim tarixi ilə 70 gün təşkil edir ki, bunun da 24 günü (9, 10, 16, 17, 23, 24 fevral; 2, 3, 8, 9, 10, 16, 17, 20-26 mart, 6, 7, 13, 14 aprel) qeyri-iş günlərinə təsadüf edir (VM-in 68.2-ci maddəsi). Odur ki, mübahisələndirilən qərar 30 iş günü müddəti başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin xx.xx.2019-cu il tarixli **********410400 saylı qərarının ləğv edilməsi barədə gəldiyi nəticə ilə razılaşsa da, xx.xx.2019-cu il tarixli **********308300 saylı qərarın ləğvi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin xx.xx.2019-cu il tarixli **********308300 saylı qərarına münasibətdə qeyd etmişdir ki, “mübahisələndirilən qərar ilə, noyabr 2018 vergi dövrü üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 11.008,20 manat təşkil etmişdir. Cavabdeh inzibati orqan qərarını belə əsaslandırmışdır ki, ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumilikdə 2.484.098,51 manat məbləğ təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, cəmiyyət tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmış ƏDVnin məbləği 2.473.090,31 manat təşkil etdiyi üçün hesablanmalı ƏDV məbləğində 11008,2 manat kənarlaşma yaranmışdır. Lakin nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli **********410400 saylı qərarı ilə, yanvar 2019-a qədər ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumilikdə 2.505.568,26 manat, bəyannamə üzrə 2.484.322,01 manat əsas götürülərək, 21246,25 manat kənarlaşma müəyyən edildiyindən, noyabr 2018-ə qədər olan dövr də həmin qərarla əhatə edilmişdir. Başqa sözlə, xx.xx.2019-cu il tarixli qərar ilə müəyyən edilmiş kənarlaşma 21246,25 manat özündə 11008,2 manat kənarlaşmanı da ehtiva etmişdir. Bu səbəbdən cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli qərarı eyni dövr üzrə artıq nəzərə alınmış ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDVnin məbləği təkrarən əsas götürülərək qəbul edildiyindən qanuni hesab edilə bilməz.” Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən 2018-ci ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə aparılan araşdırma zamanı baza məlumatlarına əsasən vergi ödəyicisinin ƏDV qeydiyyatının qüvvəyə minmə tarixindən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində digər şəxslərlə aparılmış qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumilikdə 2484098,51 manat məbləğ təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, iddiaçı tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmış ƏDV-nin məbləği 2473090,31 manat təşkil etdiyi üçün hesablanmalı ƏDV məbləğində 11008,2 manat kənarlaşma yaranmışdır. Göründüyü kimi ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV-nin ümumilikdə 2484098,51 manat məbləğ xx.xx.2018-ci ilədək olan dövrü əhatə etdiyindən həmin dövr üzrə verginin hesablanması zamanı 2019-cu ilin yanvar ayı üçün ödənilməli olan ƏDV məbləği ilə ehtiva edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarı ilə tam razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, qərar cavabdehin xx.xx.2019-cu il tarixli **********308300 saylı qərarının ləğvi edilməsi hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(112)-4192/2021 nömrəli qərarı qismən - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********308300 saylı “vergilərin hesablanması barədə” qərarının ləğv edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(112)-4192/2021 nömrəli qərarı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********308300 saylı “vergilərin hesablanması barədə” qərarının ləğv edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar