Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-393/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, vəkili X2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə ünvan 1 qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi (keçmiş Vorovski qəsəbəsi), 22-ci Dağlıq küçəsi, 12A saylı evin üzərində onun xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi (keçmiş Vorovski qəsəbəsi), 22-ci Dağlıq küçəsi, 12 A saylı evi keçmiş Bakı sakini X6 satın almışdır. Həmin vaxtdan iddiaçı və onun ailə üzvləri həmin evə köçüb yaşamağa başlamışlar. Hazırda iddiaçı həmin evdə yaşayır. 1995-ci ildə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək iddiaçı həmin evə daimi pasport qeydiyyatına alınmağını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 334 saylı sərəncamı ilə iddiaçı və anası həmin evə daimi pasport qeydiyyatına alınmışlar. Qeyd olunan sərəncamda İddiaçı 1988-ci ildən göstərilən ünvanda qeydiyyatsız yaşadığı, həmin vaxtdan evin bütün kommunal xidmət xərclərini ödədiyi göstərilmişdir. Evin sənədləşdirilməsi üçün iddiaçı 1995-ci ildə Bakı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etmiş, iddiaçının müraciətinə əsasən həmin idarə tərəfindən xx.xx.1995-ci il tarixdə iddiaçının yaşadığı evə dair texniki pasport tərtib edilmişdir. Texniki pasportda evin yerləşdiyi torpaq sahəsi üzrə eksplikasiya öz əksini tapmış və torpaq sahəsinin həqiqi sahəsinin 166,8 kv.m, evin tikintialtı sahəsinin isə 70,6 kv.m olduğu göstərilmişdir. Qeyd olunan ev birmərtəbəli olmaqla 166,8 kv.m torpaq sahəsində yerləşir və iki otaqdan ibarət olub ümumi sahəsi 52,4 kv.m təşkil edir. Hazırda iddiaçı həmin ev üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaq məqsədilə cavabdehə müraciət etmişdir. Lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan sənədlər təqdim edilməmişdir. Bununla bağlı idarə tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. ünvan 1 qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (keçmiş Vorovski) qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 12a saylı fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 23 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, Binəqədi Rayon İcra Hakimiyyətinin arxivində 2016-2021-ci illəri əhatə edən dövr üzrə sənədlər mövcuddur və 2016-cı ildən əvvəlki illəri əhatə edən dövrə aid sənədlər Azərbaycan Respublikasının Dövlət Arxivinə təhvil verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı nümayəndəsi X4 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətlə əlaqədar bildiririk ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində (8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, həmçinin həmin Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb olunur) nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, BA-05910-2021 saylı məktubla məhkəməyə təqdim edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaş İddiaçı pasport qeydiyyatına alınmasına dair” 23 iyun 1995-ci il tarixli, 334 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş Rəhimova X5 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Binəqədi rayonu, Vorovski qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 12 a nömrəli evə daimi pasport qeydiyyatına alınmasını xahiş edib, tələb olunan sənədləri təqdim etmişdir. Yaşayış sahəsi 32,0 kv.mdir, həmin ünvanda pasport qeydiyyatında heç kəs yoxdur. Vətəndaş İddiaçı 1986-cı ildən Bakı şəhəri, Lenin rayonunda pasport qeydiyyatındadır. 1988-ci ildən göstərilən ünvanda qeydiyyatsız yaşayır. Həmin vaxtdan evin bütün kommunal xərclərini ödəyir. Göstərilənlərə əsasən Komissiyanın pasport qeydiyyatına alınmaq haqqında rəyinin qəbul edilməsi və İddiaçı ailə tərkibi iki nəfərdə (özü, anası) Binəqədi rayonu, Vorovski qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 12 a nömrəli evə daimi pasport qeydiyyatına alınması qərara alınmışdır. Əsas: Fond-146, siyahı-1, iş-863, vərəq-8 (həmin sərəncamın surəti iddiaçı tərəfindən də məhkəməyə təqdim edilmişdir). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla birinci instansiya məhkəməsinə təqdim edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22ci Dağlıq küçəsi, 12 saylı evə dair xx.xx.1995-ci il tarixdə İddiaçı adına texniki pasport tərtib edilmişdir (Reyestr nömrəsi 30/33). Yaşayış evi 2 otaq, ümumi sahəsi 52,4 kv.m, yaşayış sahəsi 30,8 kv.m, köməkçi sahə 6,0 kv.m, talvar 15,6 kv.m. Yaşayış evi 1970-ci ildə tikilmişdir. Torpaq sahəsi ümumi 166,8 kv.m, tikinti altında isə 70,6 kv.m təşkil edir. Torpaq sahəsinin planı da çəkilmişdir (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda ünvan ünvan 10zərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 5.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına – üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport da (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daxil edilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1995-ci il tarixli, 334 nömrəli sərəncamına əsasən İddiaçı ailə tərkibi 2 nəfər (özü, anası) olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Vorovski (indiki M.Ə.Rəsulzadə) qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 12a nömrəli evə daimi pasport qeydiyyatına alınması qərara alınmışdır. Qeyd olunan sərəncamdan görünür ki, evin yaşayış sahəsi 32,0 kv.m-dir, həmin ünvanda pasport qeydiyyatında heç kəs yoxdur, İddiaçı 1988-ci ildən göstərilən ünvanda qeydiyyatsız yaşayır, həmin vaxtdan evin bütün kommunal xərclərini ödəyir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin evə dair xx.xx.1995-ci il tarixdə İddiaçı adına texniki pasport tərtib edilmişdir. Yaşayış evi 2 otaq, ümumi sahəsi 52,4 kv.m, yaşayış sahəsi 30,8 kv.m, köməkçi sahə 6,0 kv.m, talvar 15,6 kv.m., yaşayış evi 1970-ci ildə tikilmişdir, torpaq sahəsi ümumi 166,8 kv.m, tikinti altında isə 70,6 kv.m təşkil edir. Texniki pasportda torpaq sahəsinin planı da çəkilmişdir. Qeyd olunan texniki pasportun təsdiq edilmiş surəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022- ci il tarixli məktubla məhkəməyə təqdim edilmişdir. İddiaçı qeyd olunan evə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün müəyyən olunmuş əsaslardan heç birinə əsaslanmadan formal mülahizələrə istinad etməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1995-ci il tarixli, 334 nömrəli sərəncamına əsasən ünvan 3 ünvanına qeydiyyata alınmış, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin evə dair xx.xx.1995-ci il tarixdə İddiaçı adına texniki pasport tərtib edilmişdir. Həmin ev uzun müddətdir iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi (keçmiş Vorovski qəsəbəsi), 22-ci Dağlıq küçəsi, 12A saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. ünvan 1 qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-393/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-393/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver