Məhkəmə qərarları › İş №2-1(103)-393/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-393/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-393/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1881/2023 saylı, 22 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyət Baş İdarəsinin Kadrlar idarəsinin xx.xx.2022-ci il tarixli, 0541 №-li əmrinin ləğv edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə əsasən xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Sərəncamda olduğu dövrdə xx.xx.2020-ci ildə belə bir əmr qəbul edilmişdir. Yaxın günlərdə iddiaçıya təyinat vərəqəsi verilmişdir. 2020-ci ilin iyun ayında H.Əliyev adına Ali hərbi məktəbin poliklinikasında lor həkim təyin edilmiş, işlədiyi müddət ərzində heç bir töhməti, nöqsanı olmamışdır. İşinə vicdanla yanaşmış, sərəncamda olduğu dövrdə belə bir əsassız əmr qəbul edilmişdir. Müdafiə Nazirliyinə müraciət etmiş, lakin nəticəsi olmamışdır. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində, 2020-ci ilin iyun ayında H.Əliyev adına Ali hərbi məktəbin poliklinikasında lor həkim təyin edildiyini, işlədiyi müddət ərzində heç bir töhmətinin və nöqsanının olmadığını, işə vicdanla yanaşdığını göstərərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyət Baş İdarəsinin Kadrlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 0541 nömrəli əmrin ləğv edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Tibb xidməti kapitanı İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1-1(104)-43/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4cü, 341.2.1-ci və 341.2.3-cü maddələrinə əsasən 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edildiyinə görə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 30 iyun 2022-ci il tarixli 0541 nömrəli əmrilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq qeydiyyat üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinə göndərilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 0541 №-li əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1881/2023 saylı, 22 may 2023-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həkimdir, borcu insanların sağlamlığının qayğısına qalmaqdır. Ona qarşı haqsızlıq edilib. Əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və cəza çəkmişdir. Həm cavabdeh qurum tərəfindən, həm də məhkəmə tərəfindən Konstitusiyada təsbit edilmiş hüquqları kobudcasına pozulmuşdur. Məhkəmə iddianı rədd edərkən əsassız olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci, 40.3-cü, 41-ci maddələrinə istinad etmişdir. Bu normalara istinadən xidmətə uyğunsuz hesab edilməsi qanunsuzdur. Xidmətə uyğunsuz hesab edilməsi həm cavabdeh, həm də məhkəmə tərəfindən əsaslandırılmamışdır. Məhkəmə 03 oktyabr 1997ci il tarixli “Hərbi xidmət keçmə haqqında” əsasnamənin 162-ci maddəsinə istinad edir. Yəni hansısa fərdi söhbət aparılmasını qeyd edir. Bu halın da hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Məhkəmə sadəcə onu qeyd edir ki, məhkum olduğuna görə hərbi xidməti davam etdirə bilməz. Məhkum edilməsi xidmətə uyğunsuzluq anlamına gəlməməlidir. Sərəncamda olduğu dövrdə işdən azad edilməsi barədə əmrin verilməsi də kobud qanun pozuntusudur. Məhkəmə qərarda göstərir ki, Əmrdə xidməti uyğunsuzluğa dair sübutlar sadalanmasa da, bu sübutlar iş materiallarına əlavə edilmişdir. Yanlış fikirdir. Cavabdeh qurum tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan təyinat vərəqəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli əmr barədə xx.xx.2022-ci il tarixdə məlumatlandırılmış, məhkəmədə iddia xx.xx.2022-ci il tarixdə -30 günlük müddət ötürülmədən qaldırılmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: -40.1- ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. -40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları "Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. -41-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (-); 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 03 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -156-cı maddəsinin e) bəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. -163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. -165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan: - Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1- 1(104)-43/2019 nömrəli qərarından görünür ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(098)-187/2018 nömrəli hökmü ilə xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 341.2.1-ci və 341.2.3-cü maddələri ilə təqsirli bilinməsi və 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1 və 341.2.3 maddələri ilə təqsirli bilinməsi və 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi qərara alınmışdır. -Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1- 1(104)-43/2019 nömrəli qərarından görünür ki, İddiaçı təqsirli biliindiyi AR CM-nin 133.2.1ci, 133.2.3-cü, 133.2.4-cü maddələri 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 341.2.1 və 341.2.3 maddələrinə AR CM-nin 62- ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum edilmişdir. AR CM-nin 69.3-cü maddəsinə əsasən İddiaçı 18 iyun 2017-ci il tarixdən 20 iyun 2017-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 (üç) gün bir günə bir gün hesablanmaqla cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) 2 (ay) 27 (iyirmi yeddi gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. -Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin 12 may 2021-ci il tarixli təqdimatından görünür ki, tibb xidməti kapitanı İddiaçı xx.xx.2020-ci il tarixdən, tibb xidməti baş leytenantı, tibb xidməti kapitanı hərbi hissədə müvafiq vəzifəyə təyin olunması üçün təqdim olunmuşdur. -11 may 2022-ci il tarixli söhbət vərəqəsindən görünür ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar İddiaçıla xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissədə söhbət aparılmış, onun cavab və mülahizələri öyrənilmişdir. Söhbət vərəqəsi iddiaçı və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi tərəfindən imzalanmışdır. -Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi tərəfindən verilən 12 may 2022-ci il tarixli təqdimatdan görünür ki, tibb xidməti kapitanı İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin poliklinikasının lor həkimidir, 29 may 2020-ci il tarixdən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunmuşdur. G.X6 adına Azərbaycan Ali Hərbi Məktəbində xidmət etdiyi dövrdə özünü müsbət cəhətdən tanıtmağa çalışmışdır, xəstələrə təxirəsalınmaz tibbi yardım göstərməyə çalışır. Zabit heyətinin genişləndirilmiş tibbi müayinəsininin aparılmasında iştirak edir, ehtiyacı olanları dispanser-dinamik müşahidəyə götürür və onlara təyin olunmuş müalicəprofilaktika tədbirlərinin yerinə yetirilməsinə nəzarət edir. G.X2 Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1-1(104)-43/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 341.2.1-ci və 341.2.3-cü maddələrinə əsasən 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasının 71 Az №li arayışına əsasən xx.xx.2019-cu il tarixdə cəzası bitdiyi üçün həbsdən azad edilmişdir. Göstərilənlərə əsasən İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədəuyğun hesab edilmişdir. Qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə göndərilməsini xahiş etmişdir. İddiaçı Silahlı Qüvvələrdə xidmət illəri təqvim ilə 15 il 09 ay 01 gün, güzəştlə 08 il 00 ay 05 gün, ümumi 23 il 09 ay 06 gün təşkil edir. Nəticə: Xidməti uyğunsuzluğa görə həqiqi hərbi ximətdən ehtiyata buraxılması barədə vəsatət qaldırıram. -AR Müdafiə Nazirliyinin MHHK-nın xx.xx.2022-ci il tarixli 7843 nömrəli arayışından görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Heydər Əliyev aına Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 1459 nömrəli göndərişi ilə xx.xx.2022-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №li qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” İİİ qrafasına əsasən hərbi xidmətə yararlıdır. Diaqnoz: sol supraspinatus vətərinin hissəvi yırtığı Glenoid labrumun hissəvi zədələnməsi. Akromioklavikulyar oynağın ilkin mərhələ degenerasiyası. Boyun fəqərələrinin ilkin mərhələ osteoxondrozu. Sol böyrəyin mikrolitləri. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. -Azərbaycan Respublikası Müdafiə nazirinin 30 iyun 2022-ci il tarixli 0541 nömrəli əmrindən görünür ki, Heydər Əliyev adına Hərbi Məktəbin Poliklinikasının həkimi-lor, tibb xidməti kapitanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutu tərəfindən verilən 18 iyul 2022-ci il tarixli 814 №li təyinat vərəqindən görünür ki, tibb xidməti kapitanı İddiaçı Müdafiə nazirinin 0541 №li 30 iyun 2022- ci il tarixli əmrindən çıxarışa əsasən 18 iyul 2022-ci il tarixdə SHXÇDX-nin Nəsimi rayon İdarəsi rəisinin sərəncamına qeydiyyata durmaq üçün 12 avqust 2022-ci il tarixədək qeydiyyata durması əmri verilmişdir. - İddiaçı ARMN-nin xx.xx.2022-ci il tarixli 0541 №li Əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdən H.Əliyev adına Hərbi İnstitutun şəxsi heyətin siyahısından çıxarılmışdır. İşin apellyasiya instansiyası məhkəməsində araşdırılması zamanı xx.xx.1985-ci il təvəllüdlü İddiaçı məxsus şəxsi iş materialları cavabdeh orqandan sorğu edilmiş, şəxsi iş materialları məhkəmə işinin materiallarına əlavə edilmişdir. Beləliklə, iş materiallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 30 iyun 2022-ci il tarixli 0541 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hazırki iddiasında cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, 0541 №-li əmrini mübahisələndirərək, əmrin ləğv edilməsini xahiş edir. İddiaçının iddiasının və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, mübahisələndirdiyi əmr onun barəsində başlanılmış cinayət işi üzrə sərəncama götürüldüyü və həmin cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin yekun qərarı üzrə təyin edilmiş cəzasını çəkdiyi müddətdə verilməmiş, cəza müddətini başa vurduqdan sonra sərəncamdan çıxarılaraq 2020-ci ilin iyun ayında H.Əliyev adına Ali hərbi məktəbin poliklinikasına lor həkim kimi xidmətə qəbul edildikdən və orada iki ilə yaxın müddət işlədikdən sonra verilmişdir. Hansı ki, sonuncu xidmət yerində işlədiyi müddət ərzində heç bir töhməti, nöqsanı olmamışdır. İşinə vicdanla yanaşmışdır, buna baxmayaraq 2022-ci ilin iyun ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Hesab edir ki, əmrin ləğv edilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, törədilmiş cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilən hərbi qulluqçuların "Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada hərbi xidmətdən ehtiyata buraxılması qanunla birbaşa təsbit edilmişdir. İddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə təqdimat da onun Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1-1(104)-43/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 341.2.1-ci və 341.2.3-cü maddələrinə əsasən 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının arayışına əsasən xx.xx.2019-cu il tarixdə cəzası bitdiyi üçün həbsdən azad edilməsi ilə əsaslandırılmış, qeyd olunanlar nəzərə alınaraq iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1-1(104)-43/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4- cü, 341.2.1-ci və 341.2.3-cü maddələrinə əsasən 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin hərtərəfli araşdırılmış hallarından müəyyən olunur ki, məlum cinayət hadisəsi nəticəsində iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü (əzab vermə- iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə;. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) 341.2.1-ci və 341.2.3-cü maddələrinə (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən törədildikdə; ağır nəticələrə səbəb olduqda) əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hər hansı bir bəraətverici əsas olmadan cəzasının bitməsi əsası ilə həbsdən azad edilmişdir. İddiaçı xidməti uyğunsuzluq əsası ilə yəni ki, hərbi xidmətinin davam etməsinə imkan verməyən faktların mövcudluğu əsası ilə ehtiyata buraxılmışdır. Bu baxımdan, həbsdən azad edildikdən bir müddət keçdikdən sonra yuxarıda qeyd edilən əsasla xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması vəziyyəti iddiaçının xeyrinə dəyişmir və ona Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli əmrinin ləğvi üçün əsas vermir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, göstərilən əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmə iddiaçı barəsində onun hərbi xidmətinin davam etməsinə imkan verməyən faktların mövcudluğunu təsdiq edir. Belə olan halda, iddiaçının dəlilləri mübahisələndirilən əmrin ləğvi üçün əsas kimi çıxış edə bilməz. Kollegiya iddiaçının ehtiyata buraxılması barədə əmrin əsaslandırılmaması haqqında apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, bu hal belə əmrin ləğvi üçün əsas sayıla bilməz. Çünki, İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Bu normanın tələbləri baxımından, inzibati aktın məzmununa dair tələblər inzibati orqanın qərarına təsir edəcək dərəcədə pozulduğu hallarda qərarın ləğvi mümkündür. Mübahisələndirilən əmrdə iddiaçının xidməti uyğunsuzluğuna dair sübutlar sadalanmasa da, bu sübutlar (məhkəmə qərarı, təqdimat, vəsatət, söhbət vərəqələri və s.) hazırki iş üzrə inzibati icraat materiallarına və baxılan inzibati iş materiallarına əlavə olunmuşdur. Belə ki, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün xx.xx.2022-ci il tarixli təqdimatda iddiaçının xidməti uyğunsuzluğunu təsdiq edən kifayət qədər faktların əksini tapdığı müəyyən edilmişdir. Beləliklə, iddiaçı tərəfindən mübahisələndirilən əmrin əsassız olmasına dair tələb sübuta yetirilmədiyindən, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərini münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və qanuni qərarın ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1881/2023 saylı, 22 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1881/2023 saylı, 22 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar