Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-394/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6719/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2022-ci il tarixli *** **** 2334 660 nömrəli və *** **** 2334 658 nömrəli qərarların qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilmsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı «xx.xx.2022-ci il tarixli **********4660 saylı və xx.xx.2022-ci il tarixli **********4658 saylı qərarların ləğv edilməsi» iddiasından «xx.xx.2022-ci il tarixli **********4660 saylı qərarın ləğv edilməsi tələbi” üzrə icraat ayrılmışdır. Bundan sonra, məhkəmənin e-2-1(112)-6719/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə 2-1(112)-7092/2022 nömrəli iş üzrə məhkəmə icraatı e-2-1(112)-6719/2022 nömrəli iş üzrə məhkəmə icraatına birləşdirilmiş və eyni tarixli qərardadı ilə 2-1(112)- 7092/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına e-2-1(112)-6719/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilmişdir. Daha sonra, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4658 nömrəli, xx.xx.2022-ci il tarixli **********4660 nömrəli, xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarların ləğv edilməsi tələbinə dəyişdirilmişdir Beləliklə də, hazırkı iddianın predmetini iddiaçının cavabdeh vergi orqana qarşı soununcunun “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli üç qərarının - **********4658, **********4660 və **********4662 - nömrəli qərarların ləğv edilməsi barədə mübahisələndirmə haqqında iddia tələbləri təşkil edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddianın əsaslarına görə Bilgi X15 və İddiaçı MMC arasında‘Bilgi” X9 tələbələrinin istehsalat təlimi və təcrübəsi keçməsi haqqında 22 noyabr 2021-ci il tarixli Müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında tələbələr X7, X8, X3 və X4 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 1 ay müddətinə təcrübəyə göndərilmişlər. Təcrübə sərbəst qrafik əsasında həyata keçirilmiş, əsas məqsəd tələbələrin ilk peşə hazırlığını, onlar tərəfindən istehsalat avadanlığının texniki istismar qaydalarını, müəssisənin ərazisində davranış qaydalarını, təhlükəsiz iş qaydalarının və normalarının öyrənilməsi və bunlara riayət olunmasını təmin etmək olmuşdur. 20 dekabr 2021-ci ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən MMC-yə məxsus olan filiallarda operativ vergi nəzarəti keçirilmişdir. Yoxlama zamanı tələbələrdən də izahat alınmış, onlar da öz izahatlarında Bilgi X15ndə tələbə olduqlarını, MMC-yə müqavilə əsasında təcrübəyə gəldiklərini göstərmişlər. Lakin, buna baxmayaraq heç bir hüquqi əsas olmadan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları bu tələbələri işçi kimi qiymətləndirmişlər və guya şirkət tərəfindən onlar əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Həmin əsasla əsassız olaraq müəssisəyə mübahisələndirilən “Vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 fevral 2022-ci il tarixli qərarları ilə MMC-yə Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə 4000 manatdan olmaqla maliyyə sanksiyaları tətbiq edilmişdir. Cavabdeh iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Bilgi” X15 dövlət və qeyri-dövlət təhsil müəssisələrinə aid olmadığından və məzunlara müvaiq təhsil haqqında dövlət sənədi vermədiyindən , sözügedən şəxslərin istehsalat təcrübəsinin keçməsi mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6719/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsininin İddiaçı MMC barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarı ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: iddia tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6719/2022 nömrəli qərarı qismən-12 min manat hissədə rədd, 4 min manat hissədə təmin edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2021-ci il tarixli **********5130 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr 830-835 ci məhəllədə yerləşən “ÖZSÜT" Gənclik Moll restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1 nəfər fiziki (X1) şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004227 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında' aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4662 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 4.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.18-ci maddəsinə əsasən peşə təhsili müəssisəsi - əmək bazarının tələblərinə uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı və sistemli peşə təhsilini və təlimim həyata keçirən təhsil müəssisəsidir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.47-ci mədəsinə əsasən təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Həmin qanunun 14.18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyə uyğun olaraq "Tələbəməzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır. Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamənin" 3.2-ci bəndinə əsasən istehsalat (pedaqoji) təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat müəssisələri dövlət və qeyri-dövlət ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar. Göründüyü kimi, “Bilgi” X15 dövlət və qeyri-dövlət təhsil müəssisələrinə aid olmadığından və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi vermədiyindən, sözügedən şəxslərin istehsalat təcrübəsinin keçməsi mümkün deyildir. Həmçinin, Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikasının Qanunun Təhsil fəaliyyətinin 5.3-cü bəndində qeyd olunur ki, dövlət peşə təhsili müəssisələri istisna olmaqla, peşə təhsili müəssisələrinin lisenziyası olmalıdır. Bilgi” X6vericiliyin tələblərinə uyğun olaraq peşə təhsil müəssisəsi hesab edilmədiyi üçün, hər hansı şəxsin istehsalat təcrübəsi keçməsi üçün göndərmək səlahiyyəti olmamışdır. Digər tərəfdən də, “İş yerində təcrübə müqaviləsinin Nümunəvi Formasr’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı ilə iş yerində təcrübə müqaviləsinin nümunəvi forması təsdiq edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilələr həmin qərarın tələblərinə cavabvermir Məhkəmə iddianın təmin edilməsinin yeganə əsası kimi, X7 tərəfindən verilən izahatda 3 gündür ki aşpaz peşəsi üzrə praktikant olaraq işlədiyini qeyd etmişdir. Onun barəsində müqavilə də məhz xx.xx.2021-xx.xx.2022-ci il tarixlərini əhatə edir. Odur ki, məhkəmə iddiaçı ilə həmin şəxs arasında faktiki olaraq əmək münasibətlərinin olduğu qənaətinə gəlmir. İlk öncə, xx.xx.2021-ci il tarixdə X7 tərəfindən verilən izahatdan da görünür ki, həqiqətən də həmin müəssisədə praktikant kimi deyil işçi kimi çalışdığıı, 3 gündür ki orada işlədiyini, hələki əmək haqqının təyin edilmədiyini və əmək müqaviləsi bildirişinin bağlanmadığını bildirmişdir. Göründüyü kimi, X7 tərəfindən verilmiş izahatda həmin müəssisədə praktikant kimi işləməsini öz təsdiqini tapmır. Bu hal isə onu deməyə əsas verir ki, həqiqətən də X7 müəssisədə işçi kimi çalışır. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün başlıca şərt əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə işlənməsi və bu barədə bildirişin işəgötürənə göndərilməsidir. Hazırkı halda isə məhkəmə həmin işçilərin ümumiyyətlə praktikant kimi həmin müəssisədə çalışmasını qəbul etməmiş, digər işçiyə münasibətdə isə paktikant kimi işləməsini qəbul etmişdir. Bu halda isə hesab edirik ki, məhkəmə işə mahiyyəti üzrə baxmamış və dügün araşdırma aparmamış üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları tam araşdırmamış, işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir…” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Camalov apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılasnı mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbi qismən təmin edilərək, vergi orqanının mübahisələndirilən qərarlarından - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarı ləğv edilmiş, bundan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarı, iddianın təmin edilən həmin hissəsində də ləğv edilərək, rədd olunmasını məhkəmədən xahiş etmişdir. İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə cavabdehin apellyasiya şikayəti həddində, yəni, birinci instansiya məhkəməsinin qərarı, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarının ləğv edilməsi hissəsində, əsaslılığı yoxlanılmalıdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəilə razılaşır. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İş materiallarından görünür ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5130 №-li qərarına əsasən “ÖZSÜT" Gənclik Moll restoranında operativ vergi nəzarəti həyata keçirilərkən, 1 nəfər fiziki (X1) şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, bu barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 004227 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında da qəbul etdiyi, xx.xx.2022-ci il tarixli **********4662 saylı qərarı ilə MMC - Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə (ikinci dəfə eyni pozuntuya yol verməsi əsası ilə) 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilmişdir (i.v.208-222). İPM-in 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsi isə nəzərdə tutur ki, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Lakin cavabdehin qeyd olunan aktına və həmin akta əsasən qəbul etdiyi qərarından görünür ki, iddiaçı tərəfindən vət.X1 əmək müqavilə hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə cəlb etməsi mötəbər sübutlarla əsaslandırıldığı müəyyən olunmur. Əksinə, X1 işə əlavə olunmuş izahatına (i.v.216) əsasən müəyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı vergi orqanının əməkdaşlarına verdiyi yazılı izahatında bildirmişdir ki, 3 gündür restoranda aşpaz peşəsi üzrə praktikant kimi işləyir, ona əmək haqqı təyin edilməmişdir, müəllimləri menecer Orxan, və usta Elşaddır. İşə əlavə olunmuş Bilgi X9 tələbələrinin istehsalat təlimi və təcrübə keçməsi haqqında İddiaçı MMC ilə fərdi sahibkar (VÖEN:**********) Tural Cahangirov arasında bağlanmış müqaviləyə əsasən də o cümlədən müəyyən olunur ki, vət. X7 xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində müəssisədə aşpaz kimi istehsalat təcrübəsi keçməlidir. Göründüyü kimi, tədbir keçirilən gün, yəni, Ə.Abbasovun təcrübə keçdiyi tarix (xx.xx.2021), onun barəsində bağlanmış müqavilə ilə şərtləndirilən xx.xx.2021xx.xx.2022-ci il tarixlərini əhatə edir (i.v.178). Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı ilə Ə.Abbasovun əmək münasibətlərində olması faktı öz təsdiqini tapmır. Ona görə də cavabdehin apellyasiya şikayətinin, sonuncunun iddiaçı ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, əmək münasibətdə oluduğunu mübahisələndirən dəlilləri əsassızdır. Cavabdehin apellyasiya şikayətinin, iddiaçının müvafiq lisenziyası olmayan, fərdi sahikar ilə bağladığı müqavilə ilə bağlı iradlarına gəldikdə isə məhkəmə kollegiyası onu qeyd edir ki, konkret halda, cavabdehin vergi orqanı olaraq vəzifəsi iddiaçı tərəfindən vergi öhdəliklərini qanunvericiliyə uyğun yerinə yetirməməsinə nəzarət etməkdən və vaxtında vergilərin ödənilməsini təmin edilməsinə qanunla müəyyən olunan üsul və vasitələrlə nail olmaqdan ibarətdir. Başqa sözlə,lisenziyanın olub-olmaması məsələsi, mübahisəli operativ vergi nəzarətitinin predmetini təşkil edə bilməz. Ən azından, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Beləliklə də, xx.xx.2021-ci il tarixində iddiaçıya məxsus təsərrüfat subyektində keçirilən operativ vergi nəzarətinin nəticələri onu göstərir ki, iddiaçı barəsində “Vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”xx.xx.2022ci il tarixli **********4662 nömrəli qərarın qəbul edilməsini zəruri edən şərtlərin mövcud olmamışdır. Bununla da həmin qərarla iddiaçının haqsız olaraq 4000 manat maliyyə sanksiyası qismində vergi məsuliyyətinə cəlb edilməklə onun hüquqlarının pozulduğu sübuta yetirilir. İPM-in 70.1-ci maddəsi də məhz, nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırılaraq onlara düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarına uyğun olaraq cavabdehin xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarının ləğv olunması barədə qanuni və əsaslı nəticəyə gəlinmişdir. Ona görə də qeyd olunanları nəzərə alan cavabdehin apellyasiya şikayətinin, məhkəmə üzərinə düşən vəzifələri icra etmədiyini, işi hərtərəfli araşdırmadığını və əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6719/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 70, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6719/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı yoxlanılan hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-394/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-394/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver