Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3941/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə “3-cü şəxs qismində işə cəlb edilmə” barədə ərizəyə dair GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 5058/2018 saylı 11 avqust 2023-cü il tarixli qərardadından X15 Göyüş oğlu tərəfindən verilmiş şikayətə 20 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. X15 Göyüş oğlu məhkəməyə ərizə (vəsatət) ilə müraciət edərək, üçüncü şəxs qismində icraata cəlb edilməsini, həmin qərarın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, çıxarış verilən ünvan 3 ünvanda, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 1055,6 kv.m olan qeyri -yaşayış sahəsinin 1-ci mərtəbədə 210 kv.m, antresol mərtəbədə 100 kv.m, cəmi 310 kv.m hissə onun adına rəsmiləşdirilmiş və onunla bu barədə MTK arasında müqavilə bağlanılmışdır. MTK-nın ona dair müqavilənin etibarsız hesab edilməsinə dair iddiası üzrə məhkəmə qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmiş, yuxarı instansiya məhkəmələri tərəfindən həmin mövqedə qalınmışdır. Sonradan E.Göyüşov müqavilə öhdəliklərinin icra edilməsi barədə cavabdeh MTK-ya qarşı məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etsə də, Bakı Apellyasiya Məhkəməsi iddianın rədd edilməsi barədə mövqe nümayiş etdirmişdir. Həmin qətnamədə ona istinad edilmişdir ki, qeyri-yaşayış sahəsi 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarı ilə İddiaçı mülkiyyətinə verilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə qəbul edilmiş inzibati məhkəmənin qərarı onun qanunla qorunan hüquqlarına toxunmaqla, müqavilə əsasında əmlakına çıxarışın alınmasına mane olur. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(82)-5058/2018 saylı 11 avqust 2023-cü il tarixli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X15 Göyüş oğlu şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2-l(82)-5058/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın verilməsi" tələbi barədə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilib, işin təzələnməsi və 3-cü şəxs qismində cəlb edilməyinə dair təqdim etdiyi ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2l(82)-5058/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi barədə" iddia ərizəsi təmin edilmişdir. ünvan 4 ünvanda yerləşən "xxxx" MTK tərəfindən inşa edilən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 394.8 kv.metr antresol mərtəbəsində 262.4 kv.metr, həmçinin 225 kv.metr anbar sahəsindən ibarət qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iclasında X18 oğlu iştirak etməmiş və İddiaçı isə göstərilən əmlakla bağlı "xxxx" MTK ilə onun arasında xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinin olması barədə məlumat verməmişdir. Halbuki, ünvan 5 ünvanın 1ci mərtəbəsində yerləşən ümumi sahəsi 1055.6 kv.metr olan qeyri-yaşayış sahəsinin 1-ci mərtəbədə 210 kv.metr, antresol mərtəbədə 100 kv. metr cəmi 310 kv.metr hissəsi onun X18 oğlunun adına rəsmiləşdirilmiş və müqavilə üzrə qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. Bununla əlaqədar MTK ilə mübahisə yaranmış və "xxxx" MTK X18 oğluna qarşı "Müqavilənin etibarsız hesab edilməsinə dair" Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş lakin, həmin məhkəmənin 2(006)-8485/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-3547/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsi MK-nın 2(102)-6478/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra o, cavabdeh "xxxx" MTK-ya qarşı "Müqavilə üzrə öhdəliyin icra edilməsi barədə" Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin e-2(005)-1410/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-431/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı 3-cü şəxs qismində işə cəlb edilmiş və məhkəmənin sorğusuna əsasən müəyyən edilmişdir ki, ünvan 4 ünvanda yerləşən çoxmənzilli yaşayış binasının tərkibində olan zirzəmi, 1-ci və antresol mərtəbəsində yerləşən ümumi sahəsi- 882.2 kv.metr, əsas sahəsi-431.5 kv.metr, köməkçi sahəsi 450.7 kv.metr təşkil edən qeyriyaşayış sahəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-l(82)-5058/2018 saylı qərarına əsasən İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsi 2(103)-431/2022 saylı qətnaməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-l(82)-5058/2018 saylı qanuni qüvvədə olan qərarına əsaslanaraq qəbul edildiyinə və həmin qərar hüquq və vəzifələrimə toxunduğuna görə maraqlarını qorumaq məqsədi ilə Bakı İnzibati Məhkəməsinin sədrinə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müraciət edərək həmin qərarın ona təqdim edilməsi üçün Məhkəmənin arxivinə göstəriş verməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 5058/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı xx.xx.2023-cü il tarixdə rəsmi olaraq ona təqdim edilmişdir. Göründüyü kimi, hüquqlarına təsir etsə də, məhkəmə onu 3-cü şəxs qismində işə cəlb etmədən qanunsuz və əsassız nəticəyə gəlmişdir. Hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5058/2018 saylı xx.xx.2018- ci il tarixli qərarı ilə onun qanunla qorunan hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Göründüyü kimi, o, inzibati məhkəmə icraatına cəlb olunmamış və qanunla qorunan hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Hüquqlarının pozulduğu məlum olan vaxt dərhal məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi X5 şikayətin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «bu ünvanda yaşamır» səbəbindən geri qaytarıldığı üçün İddiaçı və X15 Göyüş oğlu məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakları təmin edilə bilməmişdir. İnizbati məhkəmə icraatının iştirakçısı hazırki işə onların iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və X15 Göyüş oğlunun iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığı mübahisələndirilənapelyantın işə 3-cü şəxs qismində cəlb olunmasından imtina edildiyi hissədə yoxlanılır. Belə ki, digər ərizəçi həmin qərardadı mübahisələndirməmişdir. Hazırki işdən müəyyən olunur ki, X15 Göyüş oğlu iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini tələb edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi qənaətinə gəlmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı iş üzrə qəbul edilmiş qərar ərizəçinin marağını (faktiki yaşadığı yerdən çıxarılma və s) pozsa belə, hər hansı qanunla qorunan marağını pozmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X15 Göyüş oğlunun 3-cü şəxs qismində işə cəlb olunması barədə verdiyi ərizəni təmin etməməklə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. ... Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.” Hazırki işdə ərizəçi işə 3-cü şəxs qismində cəlb edilməli olduğunu onunla əsaslandırır ki, onunla bağlanan alqı-satqı müqaviləsi qüvvədə olduğu halda və qanuni qüvvədə olan məhkəmə qərarı ilə müqavilə qanuni və əsaslı hesab edilməsinə baxmayaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi İddiaçı mülkiyyət hüquqlarını qeydiyyata alaraq ona çıxarış verilməsinə dair qərar qəbul etməkdə haqlı olmamışdır. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları ilə də müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddiaçı və "xxxx" MTK arasında bağlanılmış müqaviləyə əsaslanaraq qeyri-yaşayış sahəsinə çıxarışın verilməsini qərara almışdır. İş materiallarından, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-431/2022 saylı iş üzrə qəbul etdiyi 28 fevral 2022-ci il tarixli qətnaməsindən görünür ki, E.Göyüşov "xxxx" MTK arasında bağlanılmış müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. İddianın rədd edilməsinin əsası məhkəmə qətnaməsində onunla bağlıdır ki, hazırki iddia üzrə iddiaçı cavabdehi müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə məcbur etmək görüntüsü yaratmağa cəhd etsə də, əslində ona bəllidir ki, cavabdeh qeyd olunan müqavilənin tərəfi kimi rolu formal olmuş, yalnız müqavilənin tərtib və təsdiq olunmasında “notarius” funksiyasını yerinə yetirmişdir. Çünki, iddiaçıya da məlumdur ki, o, həmin müqavilə üzrə öhdəliklərini ümumiyyətlə icra etməmiş, yəni müqavilədə nəzərdə tutulan 93000 ABŞ dolların yaxud hər hansı bir məbləği MTK-ya ödəməmişdir. Belə olan vəziyyətdə cavabdehdən müqavilə üzrə öhdəliklərini yerinə yetirməyi tələb etmək əsaslı olmamışdır. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamış, iddianın təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ki, işdə olan iddiaçı "xxxx" MTK-nın cavabdehlər X18 oğluna, X8 və "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı "xxxx" MTK tərəfindən X18 oğlunun adına tərtib edilərək X8 verilən xx.xx.2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi 13 aprel 2018-ci il tarixli, 2(103)-3547/2018 nömrəli qətnaməsində müəyyən etmişdir, iddiaçı müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, iddia tələbindən və apellyasiya şikayətinin məzmunundan da görünür ki, iddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsinin yerləşdiyi binanı inşa edən və müqavilənin tərəfi olsa da, mübahisəli qeyri-yaşayış sahəsi müqavilə bağlanarkən faktiki olaraq hər hansı bir hüquqla ona məxsus olmamış, X6 istifadəsində və sahibliyində olmuşdur. Samir Rəcəbovun ərizəsinə əsasən qeyri-yaşayış sahəsinin 310 kv.m. hissəsinin X18 oğlunun adına, bir hissəsinin isə İddiaçı adına rəsmiləşdirilməsində müqavilə tərəfi olması isə iddiaçının həmin müqaviləninn etibarsızlığını tələb etməyə əsas vermir. X18 oğlunun "xxxx" MTK-ya müraciət edərək ona məxsus olan sahənin boşaldılaraq təhvil verilməsini tələb etməsi də, hazırki iddianı əsaslı edə bilməz. Çünki, iddiaçı müqavilə tərəfi olsa da, X6 ərizəsi əsasında sonuncuya məxsus qeyri-yaşayış sahəsinin 310 kv. metrinin digər cavabdeh Elxan Göyüşova satılmasında yalnız faktiki sahib və istifadəçi Samir Rəcəbovun iradə ifadəsinin rəsmiləşdirilməsində iştirak edən tərəf qismində iştirak etmişdir. Qeyri-yaşayış sahəsinin dəyərinin Elxan Göyüşov tərəfindən "xxxx" MTK-nın xəzinəsinə ödənilməsi barədə verdiyi maliyyə arayışı da Samir Rəcəbovun iradəsinə uyğun olmuşdur. Əlbətdə ki, X8 bütövlükdə məxsus olan qeyri-yaşayış sahəsinin ərazisi, həcmi iddiaçıya bəlli olmalı idi. Çünki, həmin sahəni Samir Rəcəbova əvvəllər iddiaçı satmış və konkret olaraq hansı ərazini və hansı ölçüdə satdığını da dəqiq bilməli idi. X10 da özünə məxsus qeyri-yaşayış sahəsinin hissələrlə hansısa şəxslərə satmasının rəsmiləşdirilməsini həyata keçirərkən də, hansısa şəxsin hüquqlarının pozulmasına səbəb olan halların baş verməsinə yol verməməli idi. X16 məxsus olmayan qeyri-yaşayış sahəsinin sonuncunun ərizəsinə əsasən hansısa şəxsə satılmasının rəsmiləşdirilməsində müqavilə tərəfi kimi iştirak etməsi onun hüquqi məsuliyyət daşımasına səbəb ola bilər. Ona görə də, iddiaçının mübahisələndirdiyi müqaviləni görünüş üçün bağlandığını qeyd etməsi əsassızdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş qeyd olunan qətnamədə də açıq-aşkar mübahisəli qeyri-yaşayış sahəsinin müqavilə bağlanarkən faktiki olaraq hər hansı bir hüquqla MTK-ya məxsus olmadığı, X6 istifadəsində və sahibliyində olduğu, Samir Rəcəbovun ərizəsinə əsasən qeyri-yaşayış sahəsinin 310 kv.m. hissəsinin X18 oğlunun adına, bir hissəsinin isə İddiaçı adına rəsmiləşdirilməsində iştirak etmiş, müqavilə tərəfi olsa da, X6 ərizəsi əsasında sonuncuya məxsus qeyri-yaşayış sahəsinin 310 kv. metrinin digər cavabdeh Elxan Göyüşova satılmasında yalnız faktiki sahib və istifadəçi Samir Rəcəbovun iradəsini ifadəsinin rəsmiləşdirilməsində iştirak edən tərəf qismində iştirak etmişdir. Qeyri-yaşayış sahəsinin dəyərinin Elxan Göyüşov tərəfindən "xxxx" MTK-nın xəzinəsinə ödənilməsi barədə verdiyi formal maliyyə arayışı da Samir Rəcəbovun iradəsinə uyğun olmuşdur. Fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş qeyri-yaşayış sahəsi o vaxt verilə bilər ki, həmin qeyri-yaşayış sahəsi digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun. Yəni, MTK yaxud digər şəxs qeyri-yaşayış sahəsini əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni üçüncü şəxslərə vermişdirsə, onda iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsini tələb etmək hüququ yoxdur. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıq-aşkar göstərilmişdir. Bu hal da bir daha eyni əşyaya dair üçüncü şəxslərlə bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Lakin bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb edə bilər(MM.m.443,452.2, 448). Lakin hazırki iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə görə cavabdehə hər hansı bir məbləğdə vəsait ödəməsi də mötəbər sübutlarla tam təkzib edilir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli ********* nömrəli məktubundan və cinayət işinin icraatına xitam verilməsi barədə qərardan görünür ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, "xxxx" MTK-nın ünvan 6 ünvanında inşa etdiyi yaşayış binasının birinci mərtəbəsindən 210 kv.m., antresol mərtəbəsindən 100 kv.m. olmaqla, ümumilikdə 310 kv.m olan qeyri yaşayış sahəsi X18 oğlunun adına 2010-cu ilin yanvar ayında rəsmiləşdirilsə də həmin sahə sonuncuya satılmamış, E. Göyüşov həmin sahəyə görə hərhansı bir ödəniş etməmiş, X11 2011-ci ilin yanvar ayında "xxxx" ASC-dən 400.000 ABŞ dolları məbləğində kredit götürsə də qeyd olunan qeyri-yaşayış sahəsinin həmin kreditə görə girov məqsədi ilə bankın əməkdaşı Elxan Göyüşovun adına rəsmiləşdirilməsi öz təsdiqini tapmamış, qeyd olunan kredit məbləğinə görə X4 tərəfindən Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzili və Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv. m yaşayış sahəsindən ibarət mənzili ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi, "xxxx" ASC ilə X11 və X4 arasında mübahisə mülki münasibətdən yaranmış, Samir Rəcəbov bankdan kredit götürüb qaytara bilmədiyi üçün bankın əməkdaşı X18 oğlu kreditin ödənilməsini təmin etmək üçün müraciət edərək guya X4 və X2 350 000 ABŞ dolları məbləğində pul ödəyərək qeyd olunan sahələri aldığını bildirmiş, lakin istintaq zamanı etiraf edərək həmin sahəyə görə pul ödəmədiyini, kreditin ödənilməsini təmin etmək üçün guya pul ödəyərək qeyd olunan sahələri aldığını bildirmişdir. X18 oğlunun adına girov kimi yazıldığı, faktiki olaraq sonuncu tərəfindən həmin qeyri-yaşayış sahəsinə görə hər hansı bir məbləğdə ödəniş edilmədiyi, toplanmış sübutlar və istintaq zamanı Elxan Göyüşovun vermiş olduğu ifadəsinə əsasən sübuta yetirildiyindən cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə, yəni "xxxx" MTK və "xxxx" MMC-nin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi olmaması əsası ilə 21 iyun 2019-cu il tarixdə xitam verilmişdir. Göründüyü kimi, qeyd olunan cinayət işinin istintaqı zamanı da iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə görə hər hansı bir məbləğdə ödəniş etdiyi öz təsdiqini tapmadığı təsdiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən, həmin iş üzrə sadalanan iş materiallarından görünür ki, yuxarı instansiya məhkəməsi E.Göyüşovun adıçəkilən müqavilə üzrə hər hansı hüquqa malik olmaması, MTK-ya heç bir məbləğ ödəməməsi, formal olaraq müqavilə tərəfi kimi göstərilməsi, müqavilə bağlanılarkən faktiki olaraq hər hansı bir hüququnun ona məxsus olmamasını, S.Rəcəbovun istifadəsində və sahibliyində həmin əmlakın olmasını, həmin şəxsin S.Rəcəbovun iradə ifadəsinin rəsmiləşdirilməsində iştirak edən tərəf qismində iştirak etməsini, maliyyə arayışının da S.Rəcəbovun iradəsinə uyğun olmasını, müqavilə bağlanılarkən ümumiyyətlə qeyri-yaşayış sahəsinin MTK-ya məxsus olmadığı barədə mövqe nümayiş etdirmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin mövqe hazırkı iş üzrə də keçərlidir. Həmin qətnamədə istinad edilən Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 12 aprel 2021-ci il tarixli məktubunda və cinayət işinə xitam verilməsi barədə qərarda da E.Göyüşov istintaqda vermiş olduğu ifadədə pul ödəmədiyini, kreditin ödənilməsinin təmini üçün guya pul ödəyərək qeyd olunan sahələri aldığını bildirmişdir. Həmin qərarda da qeyd edildiyi kimi, ödəniş olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Belə ki, E.Göyüşovun diqqətinə çatdırılmışdı ki, əgər ödəniş olmuşdursa həmin hal cinayət işinə başlanılma əsası qismində çıxış edir ki, hazırkı iş üzrə həmin şəxs tam əks mövqedən çıxış edir, bir tərəfdən ödənişin olmamasına istinad edilərək cinayət işinə xitam verilir, hazırda isə müqavilə və maliyyə arayışına istinad edilməklə qanuni qüvvəyə minmiş qərarın ləğvinə əsaslanılır ki, məhkəmə də həmin halın yolverilməz olması qənaətində olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hazırki iş üzrə çıxarılan məhkəmə aktının X15 Göyüş oğlunun hər hansı qanuni mənafeyinə toxunmasının müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq sonuncunun işə cəlb olunmasından imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir. Bununla bağlı X15 Göyüş oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5058/2018 saylı 11 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X15 Göyüş oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5058/2018 saylı 11 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3941/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3941/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver