Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3941/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2680/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. 04 mart 2005-ci il tarixli Bakıxanov Bələdiyyəsi ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış müqaviləyə əsasən Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5, mənzil 4 həyətində yerləşən daş qaraj 02 yanvar 2005-ci ildən İddiaçı müddətsiz istifadəsinə verilmişdir.
2. Bakı şəhəri Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5 ünvanında yerləşən qaraj sökülmüşdür.
3. İddiaçı həmin qarajın sökülməsinə görə kompensasiya tələbi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir.
4. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi, 5 saylı binanın qarşısında mövcud olan qarajların yerləşdiyi torpaq sahəsi bina sakinlərinin ümumi istifadəsindədir. Əlavə bildirirmişdir ki, iddiaçı ilə Bakıxanov bələdiyyəsi arasında bağlanmış 04 mart 2005-ci il tarixli, 4/38 saylı müqavilənin 5-ci bəndində torpaq sahəsinin birinci tələbdən boşaldılması ilə bağlı müddəa öz əksini tapmışdır”
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sökülmüş daş qarajın əvəzinə 35000 (otuz beş min) manat pul kompensasiya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında daimi yaşayır. Yaşadığı binanın həyətində istifadəsində daş qarajı var idi. Həmin daş qarajı uzun illər ərzində onun istifadəsində olmuşdur və o, qaraj üçün hər il Bakıxanov Bələdiyyəsinə torpaq vergisi ödəmişdir. Lakin 2023-cü ilin yay aylarında heç bir xəbəri və icazəsi olmadan Bakı şəhəri Cavabdeh göstərişi ilə uzun illər ərzində istifadəsində olan daş qarajını qanunsuz olaraq söküblər. Hesab edir ki, cavabdeh tərəfindən sökülmüş qaraj qanuni əsasla uzun illər ərzində onun istifadəsində olmuşdur. Belə ki, 4/38 nömrəli 04 mart 2005-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi tərəfindən onunla aşağıdakı məzmunda müqavilə bağlanılmışdır: Mövcud qurğunun daş qarajın yerləşdiyi yer Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5, mənzil 4 həyətində əsasən kommunikasiya xəttləri istismarına xəta toxunmadan və yanğın mühafizə qaydalarını qorumağı nəzərə alaraq 02 yanvar 2005-ci ildən torpaq sahəsi müddətsiz onun istifadəsinə verilir. Eyni zamanda müqavilənin 3-cü bəndinə əsasən qurğunun tutduğu sahə 25 kv.m təşkil edir və hər kv.m-nin qiyməti 800 manatdır, bunu nəzərə alaraq sahənin ümumi məbləği 20.000 manat təşkil edir. Buna uyğun olaraq o, hər il istifadəsində olan daş qarajın altında olan torpaq sahəsi üçün müəyyən məbləğdə torpaq vergisi ödəmişdir. Bununla təsdiq olunur ki, ona müddətsiz icarəyə verilən torpaq sahəsinin üzərində olan daş qarajı ona məxsus idi.
7. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, bələdiyyə torpaqları mülkiyyət və icarə əsasında verilə bilər. İcarə əsasında verilən torpaq sahələri bələdiyyənin ümumi yığıncağının qərarı və iclas protokolunda öz əksini tapmalıdır. İşdə olan sənədlərdən görünür ki, həmin torpağı özbaşına zəbt edib və qanunsuz istifadə etmişdir. Vətəndaşın torpaq sahəsindən istifadəsi o halda qanuni sayılır ki, dövlət torpağı istərsə də, bələdiyyə torpağı dövlət qeydiyyatına alınmış olsun (11 aydan artıq verilmiş torpaqlar). Sənədlərdən görünür ki, iddiaçının qanuni istifadəsində torpaq sahəsi olmamış və zəbt edilmiş torpaq sahəsində tikinti işləri aparılmışdır. İddia edilən torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Həmin torpaq sahəsində əsaslı tikinti işləri aparıla bilməz. Təqdim edilmiş vergiyə cəlb olunma ilə bağlı sənədlər qanunsuzdur. Belə ki, zəbt edilmiş torpaq sahəsi vergiyə cəlb oluna bilməz. Torpaq sahəsi boşaldılmalıdır əks halda məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3-cü maddəsinə əsasən Cavabdeh müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək sahəsində səlahiyyətlidir. Torpaq sahəsi əsassız olaraq iddiaçı tərəfindən zəbt edildiyindən eyni zamanda Bakıxanov bələdiyyəsi ilə aralarında bağlanmış vergiyə cəlb olunma ilə bağlı müqavilənin 5-ci bəndinə əsasən birinci tələbdən torpaq sahəsi boşaldılmalı olduğundan hesab edirlər ki, iddiaçıya kompensasiya ödənilməməlidir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2680/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən sökülmüş daş qarajın əvəzinə İddiaçı 19500,00 (on doqquz min beş yüz manat 00 qəpik) manat kompensasiya ödənilməsi öhdəliyi Cavabdehnə həvalə edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, sökülən qarajın sökülənə kimi iddiaçının sahiblik və istifadəsində olması işin mübahisələndirilməyən halıdır.
11. Cavabdeh abadlıq işləri çərçivəsində həmin qarajın söküldüyünü bildirir. Lakin özbaşına da olsa belə, nə imtina məktubunda, nə iddia ərizəsinə verdiyi etiraz məktubunda, nədəki məhkəmə iclasında nümayəndəsinin izahatında cavabdeh qanunsuz tikilinin sökülməsi ilə bağlı səlahiyyətli olmasını əsaslandıra bilməmişdir.
12. Həmçinin yuxarıda qeyd edildiyi kimi, torpaq sahəsinin özbaşına zəbt olunduğu halda belə, cavabdeh bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görə bilərdi (məhkəmədə iddia qaldırmaq, müvafiq aidiyyəti qurumlara xidməti məktublar göndərmək və s.).
13. İddiaçı ilə Bələdiyyə arasında bağlanmış müqavilənin 5-ci bəndində torpaq sahəsinin birinci tələbdən boşaldılması ilə bağlı müddəa qeyd edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu müddəa, cavabdehə səlahiyyəti olmadığı halda həmin qarajın sökülməsi hüququ vermir. Bu müddəa iddiaçı ilə Bələdiyyə arasında bağlanmış müqavilənin şərtidir və belə bir tələblə yalnız Bələdiyyə çıxış edə bilərdi.
14. Məhkəmə kompensasiyanın məbləği ilə bağlı qeyd etmişdir ki, Məhkəmənin xx.xx.2024- cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekpertizası təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2024-cü il tarixli 9/918-10/965 №-li rəyində qeyd edilmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5, mənzil 4 ünvanında yerləşən, ümumi sahəsi 25 m2 olan qaraja yaxın ərazilərdə yerləşən analoji qarajın mövcud orta bazar dəyəri təqribən 19500,00 (25 x 780,00 man) manat müəyyən edilir.
15. İddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2680/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdirlər.
APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətlərinin dəlilləri
16. İddiaçının apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhməsinin 2-1(112)-2680/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı X2 cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi barədə” iddia ərizəsi qismən təmin edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən sökülmüş daş qarajın əvəzinə İddiaçı 19500,00 (on doqquz min beşyüz manat 00 qəpik) manat kompensasiya ödənilməsi öhdəliyi Cavabdehnə həvalə edilmişdir. Ümumiyyətlə, iddiaçı məhkəmənin qərarı ilə razıdır, lakin qarajın sökülməsi nəticəsində dəymiş maddi ziyanın məbləğini mübahisələndirir. Belə ki, iddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, o, ünvan 3 ünvanda yerləşən mənzildə daimi yaşayır. Onun yaşadığı binanın həyətında daş qarajı var idi. Həmin daş qarajı iddiaçının uzun illər ərzində istifadəsində olmuşdur və o, qarajın altında olan torpaq sahəsi üçün Bakıxanov Bələdiyyəsinə torpaq vergisi ödəmişdir. Lakin 2023-cü il tarixdə yay aylarında iddiaçının xəbəri və razılığı olmadan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin göstərişi ilə uzun illər ərzində istifadəsində olan daş qarajını qanunsuz olaraq söküblər. İddiaçı daş qarajın sökülməsi ilə bağlı ona dəymiş maddi ziyan bu günki bazar qiyməti ilə 35000 (otuz beş) min manata qiymətləndirmişdir. Məhkəmə tərəfindən 2-1(112)-2680/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. ünvan 1 ünvanda yerləşən binanın həyətində sökülmüş daş qarajın orta bazar qiyməti nə qədər təşkil edir (yerləşdiyi torpaq sahəsi nəzərə alınmaqla)? 2. ünvan 1 ünvanda yerləşən binanın həyətində sökülmüş daş qarajın orta bazar qiyməti nə qədər təşkiledir (yerləşdiyi torpaq sahəsi nəzərə alınmadan)? Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/918- 10/965 nömrəli ekspert rəyi ilə ünvan 4 ünvanında yerləşən binanın həyətində sökülmüş daş qarajın orta bazar qiyməti 19500 (on doqquz min beş yuz) müəyyən edilmişdir. Lakin bu qiymət sökülən qarajın indiki bazar qiymətinə uyğun gəlmir. 26 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı tərəf iş üzrə təkrar qiymətləndirmə (əmtəəşünaslıq) ekspertizası təyin edilməsi barədə vəsatət qaldırmışdır. Lakin vəsatət əsassız olaraq məhkəmə tərəfindən rədd edilmişdir. Həmin gün də məhkəmə iş üzrə qərar qəbul edilmişdir. Lakin, işə hər tərəfli, obyektiv və qanuni baxılması üçün iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməlidir. İddiaçı hesab edir ki, təkrar ekspertiza rəyinə əsasən orada sökülən qarajın qiymətinə uyğun olaraq məhkəmənin qərarı da dəyişdirilməlidir.
17. Cavabdehin tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, bələdiyyə torpaqları mülkiyyət və icarə əsasında verilə bilər. İcarə əsasında verilən torpaq sahələri Bələdiyyənin ümumi yığıncağının qərarı və iclas protokolunda öz əksini tapmalıdır. İşdə olan sənədlərdən görünür ki, həmin torpağı özbaşına zəbt edib və qanunsuz istifadə etmişdir. Vətəndaşın torpaq sahəsindən istifadəsi o halda qanuni sayılır ki, dövlət torpağı istərsə də Bələdiyyə torpağı dövlət qeydiyyatına alınmış olsun. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3-cü maddəsinə əsasən Cavabdeh müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək sahəsində səlahiyyətlidir. Qanunvericiliyin yuxarıda göstərilən müddəları məhkəmə tərəfindən nəzərə alınmamış və zəruri araşdırılma aparılmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
23. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi:
Maddə 95. Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 № li Fərmanı:
Bənd 4.10. həmin Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. İşin faktiki hallarından görünür ki, iddiaçı ilə Bakıxanov Bələdiyyəsi arasında bağlanmış müqaviləyə əsasən Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5, mənzil 4 həyətində yerləşən daş qaraj 02 yanvar 2005-ci ildən iddiaçının müddətsiz istifadəsinə verilmişdir.
36. Cavabdeh tərəfindən aparılmış abadlıq işləri çərçivəsində həmin qaraj sökülmüşdür.
37. İddiaçı qarajın sökülməsinə görə, cavabdehdən 35000 manat kompensiyasiya tələb etmiş, cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, aparılan abadlıq işləri çərçivəsində həyətdə yerləşən qanunsuz tikililər, dəmir və daş qarajlar sökülmüşdür. İddiaçı ilə Bakıxanov bələdiyyəsi arasında bağlanmış müqavilənin 5-ci bəndində torpaq sahəsinin birinci tələbdən boşaldılması ilə bağlı müddəa qeyd edilib.
38. Cavabdeh həmçinin bildirmişdir ki, bələdiyyə torpaqları mülkiyyət və icarə əsasında verilə bilər. İcarə əsasında verilən torpaq sahələri bələdiyyənin ümumi yığıncağının qərarı və iclas protokolunda öz əksini tapmalıdır. İşdə olan sənədlərdən görünür ki, həmin torpağı özbaşına zəbt edib və qanunsuz istifadə etmişdir. Vətəndaşın torpaq sahəsindən istifadəsi o halda qanuni sayılır ki, dövlət torpağı istərsə də, bələdiyyə torpağı dövlət qeydiyyatına alınmış olsun.
39. Cavabdeh inzibati orqan, apellyasiya şikayətində iddia tələbinə qarşı verdiyi etirazın dəlillərinə istinad etmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd edilən səbəblərdən və istinad olunan normalara əsasən iddiaçıya vurulmuş maddi ziyanın (kompensasiyanın) ödənilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
41. Belə ki, sökülən qarajın sökülənə kimi iddiaçının sahiblik və istifadəsində olması işin mübahisələndirilməyən halıdır.
42. Göründüyü kimi, iddiaçı daş qarajın sökülməsi nəticəsində vurulmuş ziyanı tələb edir. Aşağıda qeyd olunanlara əsasən iddiaçı daş qarajın sökülməsi nəticəsində vurulmuş ziyana görə kompensasiya tələb etməkdə haqlı olmuşdur.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.
44. Nəzərə almaq lazımdır ki, şəxs ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək üçün ən azından belə tələb hüququna malik olmalıdır. Şəxsin qeyd olunan tələb hüququ qanuna və yaxud başqa normativ hüquqi və ya inzibati akta və ya müqaviləyə əsaslanmalı, onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində həmin hüququn pozulmasına görə vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, yuxarıda istinad olunan normaya görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
45. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
46. Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir...Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir.
47. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).
48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə bağlı öz qərarlarında qeyd etmişdir ki, kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyrimütənasib yük qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71-ci bənd; Plataku Yunanistana qarşı iş, 55-ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; X3rşı, 103-cü bənd; X10 və başqaları Portuqaliyaya qarşı, 76-cı bənd).
49. “Axverdiyev Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu fakta əsasən cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
51. Birinci instansiya məhkəməsi öz qərarında əsaslı olaraq bildirmişdir ki, “cavabdeh abadlıq işləri çərçivəsində həmin qarajın söküldüyünü bildirir. Lakin özbaşına da olsa belə, nə imtina məktubunda, nə iddia ərizəsinə verdiyi etiraz məktubunda, nə də ki məhkəmə iclasında nümayəndəsinin izahatında cavabdeh qanunsuz tikilinin sökülməsi ilə bağlı səlahiyyətli olmasını əsaslandıra bilməmişdir.”
52. Belə ki, əvvəla həmin qarajın iddiaçının uzun müddətdir sahiblik və istifadəsində olması işin mübahisələndirilməyən halıdır. İddiaçının mülkiyyət hüququ qeydə alınmasa belə iddiaçı sahibliyin müdafiəsi ilə bağlı qadağan edilmiş özbaşınalıqdan müdafiə hüququ var.
53. Belə ki, Mülki Məcəllənin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir
54. Digər tərəfdən mübahisələndirilən daş qaraj özbaşına tikili olsa belə qanunvericilikdə özbaşına tikililərin sökülməsi ilə bağlı hallar tənzimlənmişdir.
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə, 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, özbaşına tikili müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
56. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: Maddə 95. Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
57. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 № li Fərmanı: Bənd 4.10. həmin Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;
58. Göründüyü kimi, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir. Digər hallarda isə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət edir.
59. Həmçinin yuxarıda qeyd edildiyi kimi, torpaq sahəsinin özbaşına zəbt olunduğu halda belə, cavabdeh bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görə bilərdi (məhkəmədə iddia qaldırmaq, müvafiq aidiyyəti qurumlara xidməti məktublar göndərmək və s.).
60. İddiaçı ilə Bələdiyyə arasında bağlanmış müqavilənin 5-ci bəndində torpaq sahəsinin birinci tələbdən boşaldılması ilə bağlı müddəa qeyd edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu müddəa, cavabdehə səlahiyyəti olmadığı halda həmin qarajın sökülməsi hüququ vermir. Bu müddəa iddiaçı ilə Bələdiyyə arasında bağlanmış müqavilənin şərtidir və belə bir tələblə yalnız Bələdiyyə çıxış edə bilərdi.
61. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2680/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekpertizası təyin edilmişdir.
62. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2024-cü il tarixli 9/918-10/965 №-li rəyində qeyd edilmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5, mənzil 4 ünvanında yerləşən, ümumi sahəsi 25 m2 olan qaraja yaxın ərazilərdə yerləşən analoji qarajın mövcud orta bazar dəyəri təqribən 19500,00 (25 x 780,00 man) manat müəyyən edilir.
63. Bununla bağlı kollegiya bildirir ki, ekspert rəyi kifayət qədər əsaslandırılmış, analoji əmlaklarla bağlı müqayisəli təhqiqat aparılaraq rəy verilmişdir. Məhkəmə kollegiyası parılmış ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
64. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçıya məxsus daş qaraj cavabdeh inzibati orqan tərəfindən söküldüyündən, iddiaçı hazırda sahibliyində olmuş daş qarajın sökülməsi nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etdiyindən və həmin ziyan ödənilmədiyindən ona 3-16-16/2-9/918-10/965/2024 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyi nəzərə alınmaqla iddia tələbindən kənara çıxmamaqla 19.500 (on doqquz min beş yüz) manat məbləğində kompensasiya ödənilməsi təmin olunmalıdır.
65. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin və iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2680/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2680/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.