Məhkəmə qərarları › İş №2-1(103)-3942/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3942/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3942/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X7 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11549/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə qarşı “cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin İddiaçı Mirhüseyn qızına 27 aprel 1983-cü il təvəllüdlü X6 ölməsi barədə “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtinasının qanunsuz və əsassız hesab edilməsi və İddiaçı Mirhüseyn qızına 27 aprel 1983-cü il təvəllüdlü X6 ölməsi barədə “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi vəzifəsinin cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə, iddiaçı 27 aprel 1983-cü il təvəllüdlü İ.X9 ilə 24 mart 2006-cı il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan X10 və X8 adlı uşaqları doğulmuşdur. Lakin əri X9 30 avqust 2022-ci il tarixdə ölmüşdür. Təcili və X3 Stansiyasının “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndə X6 həkimə qədər ölüm faktı qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbə Bələdiyyəsinin 05 sentyabr 2022-ci il tarixli 312 saylı arayışına əsasən X9 30 avqust 2022-ci tarixdə Bakı şəhəri Sabunçu rayonu qəbiristanlığında dəfn edilmişdir. Ona ölüm haqqında şəhadətnamə lazım olduğu üçün Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbəsinin 27 sentyabr 2022-ci il tarixli 2867/13 saylı məktubu ilə onun müraciəti belə cavablandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”- nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni hazırda təmin edə bilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11549/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Mahkamasi 21 iyul 2023-cü il tarixli qarardadını iddiaçı tərəf olaraq onun yaşadığı yer üzrə "hüquqi əhəmiyyətli faktın müəyyən edilmasi barədə” ərizə ilə ümumi məhkəməyə müracİət etməli olması ilə əsaslandırıb. Məhkəmənin gəldiyi nəticə qanunsuz va əsassızdır. Belə ki, məhkəmə nəzərə almayıb ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi artıq üç dəfə hazırkı tələbə inzibati icraat qaydasında baxılmalı olması barədə qərardad qəbul edib (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixlİ 2(001)7600/2022 saylı, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 fevral 2023-cii il tarixli 2(001)-1645/2023 saylı va Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 aprel 2023-cii il tarixli 2(001)-3255/2023 saylı qarardadları).Göründüyü kimi, ümumi məhkəmənin qanuni qüvvəyə minmiş üç qərardadı olduğu halda, inzibati məhkəmə yenidən ümumi məhkəməyə müraciət etməli olduğu barədə qərar qəbul edib. Birinci İnstansiya məhkəməsi mübahisələndirilən qərardadını qəbul edərkən iş materiallarına əlavə edilmiş Binəqədi rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2(001)-3255/2023 saylı qərardadına münasibət bildirməyib. Birinci instansiya məhkəməsi onu faktiki olaraq məhkəmə müdafiəsi hüququndan məhrum edib. Odur ki, məhkəmənin mübahisələndirilən qərardadının apellyasiya qaydasında ləğv edilməsi zəruridir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş və məhkəməyə gəlmədiyi təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və iddiaçının hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda, iddiaçının cavabdeh Bakı Baş Səhiyyə Mərkəzinə qarşı ölüm haqqında tibbi şəhadətnamə verilməsi tələbinin məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. İddia ərizəsinə və işə əlavə olunmuş - Təcili X3 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən AZ-İ seriyalı 211128 saylı xx.xx.2006-cı il tarixli nikah haqqında şəhadətnaməyə, Bakı şəhəri Sabunçu rayonu Kürdaxanı Bələdiyyəsi tərəfindən təqdim edilmiş 312 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı X1 24 mart 2006-cı il tarixdə X9 ilə birgə nikaha daxil olaraq sonuncunun soyadını qəbul etmiş, lakin sonuncu həyat yoldaşı İ.Rəhimov xx.xx.2022-ci il tarixdə vəfat etmiş, həmin tarixdə Sabunçu rayon Kürdəxanı qəsəbə qəbrstanlığında dəfn olunmuşdur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ tərəfindən iddiaçının müraciətinə ünvanlanmış PHŞ-6/2-R-71xx-xx-10872/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə cavabında bildirilmişdir ki, qaldırılan məsələ məhkəmə predmeti olduğundan qanunla müəyyən edilmiş qaydada aidiyyəti üzrə müraciət etmək tövsiyə olunur. Eyni zamanda, həmin Birliyin “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs tərəfindən iddiaçıya ünvanlanmış PHŞ-6-1/2-R780-31-753/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, onun mərhum həyat yoldaşı X6 yaşadığı müddət ərzində qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən 15 nömrəli Şəhər Poliklinikasına müraciət etməyib və ona aid ambulator tibbi kitabça olmadığından “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 5 nömrəli Kollegiya Qərarına əsasən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Cavabdehin qeyd olunan cavabından göründüyü kimi, iddiaçı, birincisi, onun tələbinə cavab verməli 15 nömrəli Şəhər Poliklinikasına müraciət etməli idi, həmin poliklinkaya cavab verməli olsa belə, həmin poliklinikada mərhuma aid ambulator tibbi kitabça olmadığından qeyd olunan «Qayda»ya görə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkünsüzdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» isə aşağıdakıları nəzərədə tutur: 8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır; ...; 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 05 nömrəli əmri ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın 1.1-ci bəndi isə nəzərədə tutur ki, bu Qayda «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39cu maddəsinin ikinci hissəsinə əsasən insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarlarını və qaydasını müəyyən edir. Həmin Qaydanın: 4.1-ci bəndinə görə “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanatorkurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.3-cü bəndinə görə ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla, vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir...” Konkret halda, iddiaçı 15 nömrəli Şəhər Poliklinikasına müraciət etməmiş, etsə də belə, həmin poliklinkada ona aid ambulator tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) mövcud olmadığı halda, həmin poliklinkaya qarşı iddisıanın mahiyyəti üzrə rədd olunmasına gətirib çıxarması labüddür. Başqa sözlə, iddiaçı istər hazırkı cavabdehə, istersə də qeyd olunan poliklinkaya qarşı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi tələbinə mahiyyəti üzrə baxılması yolu ilə arzuladığı məqsədinə çatması, yəni, ərinin ölümü haqqında şəhadətnaməsini əldə etməsi mümkünsüzdür. Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 №-li Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qayda»sının 8.5-ci bəndi isə nəzərdə tutur ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, iddiaçının tibb müəssisəsinə qarşı hazırkı ölüm haqqında şəhadətnamənin verilməsi tələbinin inzibati məhkəmə icraatının mümkün sayılmasını zəruri edən faktiki şərtlər mövcudluğu sübuta yetirilmir. Belə olan halda iddianın İPM-in 35.1-ci maddəsinin qeyd olunan tələbləri baxımından əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edilir. Birinci instansiya məhkəməsi tərəfindən də məhz, əsaslı olaraq iddianın mümkün sayılmaması barədə nəticə etibarı ilə düzgün qərardad qəbul olunmuşdur. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11549/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegyası konkret halda, tibb müəssisəsinə qarşı «ölüm haqqında tibbi şəhadətnamə verilməsi tələbinə dair» iddiasının mahiyyəti üzrə baxılmasının böyük ehtimalla uğursuzluğu baxımından iddiaçıya izah edir ki, «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qayda»sının 8.5-ci bəndinin tələbinə müvafiq olaraq ölüm faktının mülki icraat çərçivəsində məhkəmə qaydasında həll edilməsi mümkündür. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11549/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar