Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3946/2025 06.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X9 ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, üçüncü şəxs X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X25nə (adi cəlbetmə qaydasında üçüncü şəxs X16, X18 və X13) qarşı "çıxarışın ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11315/2025 nömrəli 29 iyul 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X3 adına verilmiş Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 143641 nömrəli xx.xx.1994-cü il tarixli (saxta olaraq qeyd olunan tarixdir) "Qeydiyyat vəsiqəsi"nə dair qeydiyyat yazısını və həmin qeydiyyat yazısı əsasında verilmiş ÖM № 143641 nömrəli qeydiyyat vəsiqəsinin, eyni zamanda həmin qeydiyyat vəsiqəsi əsasında mərhumun adına cavabdeh tərəfindən qeydiyyata alınmış xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın qeydiyyat nömrəli çıxarışa dair qeydiyyat yazısının etibarsız hesab edilməsi və həmin qeydiyyat yazısı əsasında üçünşü şəxslər X6, X10, X4 adına (ünvan 1 ünvanında yerləşən mənzilə dair) verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa dair qeydiyyat yazısının və həmin qeydiyyat yazısı əsasında verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi vəzifəsinin, eyni zamanda ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliklərinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini, eləcə də mərhum X3 adına verilmiş Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 143641 nömrəli xx.xx.1994-cü il tarixli (saxta olaraq qeyd olunan tarixdir) "Qeydiyyat vəsiqəsi"nin tərtib edilməsində iştirak edən şəxslər barəsində "xüsusi qərardad"ın elan edilməsini və aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini və araşdırma nəticəsinin məhkəməyə təqdim olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum oğlu X11 xx.xx.2022-ci ildə vəfat etmişdir. X16, X18, X13 ünvan 4 (əvvəlki adı ünvan 2 ünvanında yerləşən X5 məxsus mənzil üzərində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair cavabdeh Bakı şəhəri 29 saylı Notariat Ofisinə müraciət etmiş və onlara "Qanun üzrə vərəsəlik hüququ haqqında" Şəhadətnamə (vərəsəlik işinin nömrəsi: V-57/2022, reyestrdə 2V-109 № ilə qeyd olunmuşdur) xx.xx.2024-cü ildə verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X16, X18 və X13 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11315/2025 nömrəli 29 iyul 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia tələbinin predmeti olan mənzil X5 ilkin olaraq Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994cü il tarixli 200/17 nömrəli sərəncamına əsasən ayrılmışdır. İddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq müvafiq mənzilin üçüncü şəxslərin vərəsələri olduqları X3 adına qeydiyyata alınmasına əsas olmuş sərəcamı mübahisələndirilə bilər. İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, müvafiq sərəncam iddiaçı tərəfindən müstəqil iddia tələbi daxilində mübahisələndirilmiş, lakin Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə müəyyən etmişdir ki, qeyd edilən tələb üzrə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmış və məhkəmə tərəfindən iddia tələbi mümkün sayılmamışdır (2-1(112)-12901/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardad). Məhkəmə hesab etmişdir ki, hazırkı iddia mümkün sayılmamalıdır, eləcə də iddia tələbi üzrə iddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını və təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərardad qəbul edilərkən mübahisə açan tərəfin həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci ilədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci ilədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməyəcəyini, eyni zamanda İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmadığı hallarına istinad etmişdir. Lakin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı xx.xx.1994-cü il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 409/185 nömrəli xx.xx.1994-cü il tarixli Bakı şəhəri Nəsimi rayonu R.Axundov küçəsi ev 7 mənzil 14-ün mərhum X5 şəxsi mülkiyyət kimi verilməsi haqqında sərəncam ilə vərəsəlik işinin açılması nəticəsində məlumatı olmuş və daha öncədən heç bir məlumatı olmamışdır. Hakim tərəfindən işə mahiyyəti üzrə baxılıb davam etdirilməli olduğu halda, iddia mümkün sayılmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Digər üçüncü şəxslər X14 və X7 da təmsil edən üçüncü şəxs X16 apellyasiya şikayəti ilə razılaşmadığını bildirdi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İŞİN HALLARİ: İşdə olan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 200/17 nömrəli sərəncamına əsasən, R.Axundov küçəsi 7 №-li evin k/k Sarkisovun 2 otaq yaşayış sahəsi 35 kv.m olan mənzili A.M.Yəhyayevnanın mənzil sahəsinə əlavə edilmişdir və gələcəkdə 11 nəfər ailə tərkibi ilə 7 otaq yaşayış sahəsi 110 kv.m olan mənzilin kirayəçisi hesab edilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 409/185 nömrəli sərəncamına əsasən, Rayon İcra Hakimiyyəti başçısının qiymət komissiyasının rəyi təsdiq olunmuşdur. Azərbaycan Respublikası ərazisində mənzillərin özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli qanuna əsasən R.Axundov küçəsi 7 №-li evin ümumi sahəsi 170,4 kv.m yaşayış sahəsi 110 kv.m olan bütün kommunal şəraitli 14 №-li mənzilini Sayadov S.Ə. oğluna əvəzsiz olaraq şəxsi mülkiyyət kimi verilmişdir. Mənzillərin əvəzsiz olaraq verilməsi barədə xx.xx.1994-cü il tarixli müqaviləyə əsasən, "Ev sahibi" Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən R.Axundov küçəsi 7 №-li evin 7 otaqlı bütün kommunal şəraitli 170,4 kv.m ümumi istifadə sahəsi, 110 kv.m yaşayış sahəsi olan 14 №-li mənzilini əvəzsiz olaraq alana (X5) vermişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli ÖM 143641 seriya nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri R.Axundov küçəsi 7 nömrəli evin 110 yaşayış sahəsindən ibarət 7 otaqlı 14 nömrəli mənzili X3 (5 yaş/ot) və X1 (2 yaş/ot) adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 205 nömrəli reyestr kitabında 30214 səhifə qeydə alma 30/163 xx.xx.1994-cü ildə qeydiyyat aparılmışdır. AZ-İİ 280984 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən, X11 xx.xx.2022-ci ildə ölmüşdür. İşdə olan Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnaməyə əsasən, Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X17 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: 1) ünvan 3 ünvanında qeydiyyatda olan arvadı X12r (AA3826915, xx.xx.2022 - Asan 4, FİN:3BEW5YZ, d/t:xx.xx.1972) 2) ünvan 3 ünvanında qeydiyyatda olan oğlu X15r (AA0999818. xx.xx.2019 - Asan 1, FİN:86YKMNQ, d/t:xx.xx.2003) 3) ünvan 3 ünvanında qeydiyyatda olan qızı X8r (AA3824240, xx.xx.2022 - Asan 4, FİN:63159NL, d/t:l9.03.1997) və onların hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X25 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü ildə X5 verilmiş **********98-05301-093216 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 47.4 kv/m olan mənzildən ibarətdir. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X16, X18 və X13 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Adıçəkilən Qərarın 6.2-ci maddəsinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin mahiyyətindən aydın olur ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Göründüyü kimi, inzibati prosessual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin "İnzibati icraat haqqında" Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi hüquqların qeydiyyatı üçün əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia düzgün qaydada qaldırılmamışdır. Belə ki, hazırkı iddia tələbi qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmaması ilə bağlı deyil. Belə ki, iddia tələbinin predmeti olan mənzil mərhum X5 ilkin olaraq Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 200/17 nömrəli sərəncamına əsasən ayrılmışdır. Göründüyü kimi, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq müvafiq mənzilin üçüncü şəxslərin vərəsələri olduqları X3 adına qeydiyyata alınmasına əsas olmuş sərəcamı mübahisələndirilə bilər. Belə ki, müvafiq sərəncam iddiaçı tərəfindən müstəqil iddia tələbi daxilində mübahisələndirilmiş və Bakı İnzibati Məhkəməsinin qərardadı ilə mümkün sayılmamışdır. Məhkəmə müəyyən edir ki, qeyd edilən tələb üzrə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmışdır və məhkəmə tərəfindən iddia tələbi mümkün sayılmamışdır (2-1(112)-12901/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardad). Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan faktiki və hüquqi hallarını nəzərə almış və iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11315/2025 nömrəli 29 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.