Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-395/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi, vəkil X3 iştirakları ilə; İddiaçı cavabdeh Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin X4 üzrə Mərkəzi Filialına “pensiya” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3908/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan dövr üçün pensiyanın düzgün hesablanmaması, konkret olarq həmin vaxt qüvvədə olan «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsində nəzərdə tutulmuş səlahiyyətin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 %-i miqdarında hakimlərə ödənilən pul təminatının məbləği əmək haqqının məcmuuna daxil edilmədən həmin Məcəllənin 107 və 109-cu maddələrinin tələbi üzrə hər il 2 aylıq əmək haqqı miqdarında müavinatın müalicə edilmək üçün 2 aylıq pul təminatının qanunvericiliyə zidd olaraq düzgün hesablanmaması nəticəsində həmin məbləğlərin azaldılması səbəbindən yaranmış fərqin 5.136.77 AZN (beş min yüz otuz altı manat 77 qəpik) pul vəsaitinin birdəfəlik olaraq ona ödənilməsi, xx xxxxxxxx 2019-cu il tarixdən pensiyanın hesablanması prosesində «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı və 107-ci maddələrinə edilmiş dəyişikliklərə uyğun olaraq müəyyən edilmiş vəzifə maaşına bir aylıq vəzifə maaşı həcmində ödənilən əlavə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 %-i miqdarında vergidən azad olunan aylıq pul təminatının məbləğlərinin əmək haqqının məcmusuna (tərkibinə) daxil edilməsini və bu qaydada müəyyən edilmiş əmək haqqının məbləği meyar (əsas) götürülərək, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 107 və 109-cu maddələrinin göstərişlərinə uyğun olaraq hakimlərə məzuniyyətə çıxarkən ildə 1 dəfə ödənilməsi nəzərdə tutulan Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə müəyyən edilmiş qayda əsasında hesablanmaqla məzuniyyət haqqının, iki aylıq əmək haqqı miqdarında müavinatın, 2 aylıq əmək haqqı miqdarında müalicə edilmək üçün ödənilən pul təminatının məbləğləri hesablanıb toplanaraq 12 aya bölünüb, bir aylıq əmək haqqına əlavə edilməklə pensiyasının yenidən hesablanmaqla hər ayda ona veriləcək sabit məbləğinin müəyyən edilməsi, həmçinin xx xxxxxxxx 2019-cu il tarixdən keçən aylar üçün ödənilməmiş pul məbləğinin birdəfəlik olaraq ona verilməsi vəzifələrinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarının göstərişlərinə əmək etməklə xx xxxxxx 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin beşinci hissəsinin müddəasını tətbiq etməklə iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1987-1990-cı illərdə hakim, 1999-2000-ci il ərzində isə məhkəmə sədrinin müavini vəzifəsində işləmişdir. 2008-ci il tarixdən pensiyaçıdır. Hazırda 2812 AZN məbləğində pensiya alır. xx xxxxxxx 2019-cu il tarixdə cavabdeh təşkilata ərizə ilə müraciət edərək xx xxxxxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixə qədər olan dövr üçün pensiyası hesablanarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154 və 157-ci maddələrinin tələblərinə riayət edilmədən, yəni həmin vaxt qüvvədə olan «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsilə nəzərdə tutulmuş hakimlik səlahiyyətinin yerinə yetirilməsi xərcləri üçün vəzifə maaşının 15 %-i həcmində ödənilməli əlavə məbləğ əmək haqqının məcmusuna daxil edilmədən hesabat aparılması səbəbindən bu Məcəllənin 107-ci maddəsi üzrə hər il məzuniyyət haqqı olaraq 2 aylıq əmək haqqı miqdarında 109-cu maddəsinə uyğun olaraq müalicə olunmaq üçün 2 aylıq pul təminatının miqdarının da - il ərzində cəmi 4 aylıq əmək haqqı həcmində ona ödənilməli olan müavinatın məbləği azaldıldığından əmələ gəlmiş fərqin 5.135 AZN məbləğində pulun (iddia ərizəsinə əlavə edilmiş 1 saylı hesablama cədvəli əsasında) ona ödənilməsi, habelə xx xxxxxxxx 2019-cu il tarixdə pensiyasının yenidən hesablanarkən təkrarən qanunvericiliyin tələbləri pozulmaqla xx xxxx 2019-cu il tarixli Qanun əsasında «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsinə edilmiş dəyişikliklərə uyğun olaraq edilmiş əlavələr, o cümlədən vəzifə maaşına ödənilən 1 aylıq vəzifə maaşı həcmində əlavə və səlahiyyətlərin verinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 %-i miqdarında hakimlərə ödənilən aylıq pul təminatı, əmək haqqının məcmununa daxil edilmədiyindən 107-ci və 109-cu maddəyə uyğun olaraq məzuniyyət və müalicə edilmək üçün hər il 4 aylıq əmək haqqı miqdarında müavinatın məbləğinin düzgün müəyyən edilməməsi, həmçinin 107-ci maddəyə edilmiş dəyişiklik əsasında hər il məzuniyyətə çıxarkən hakimlərə qırx təqvim günü üçün «məzuniyyət haqqının ödənilməməsi səbəbindən pensiyanın miqdarının azaldılması üzrə əmələ gələn fərqin ona ödənilməsi, həmçinin qanunun tələbinə əsasən pensiyanın yenidən hesablayaraq hər ay üçün sabit məbləğinin müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat Qanuna uyğun olaraq 15 iş gün ərzində ona cavab verməli olduğu halda bu günə qədər dəfələrlə müraciət etsə də cavabını müxtəlif bəhanələrlə ləngitməyə üstünlük verməkdədir. Əmək Məcəlləsinin 154cü maddəsinə əsasən əmək haqqı işə götürən tərəfindən ödənilən gündəlik və ya aylıq məbləğ, habelə əlavələrin, mükafatların və digər ödənişlərin məcmuudur. Həmin Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsinin göstərişinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 157-ci maddənin 5-ci hissəsində qeyd edilir ki, əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına əmək haqqında müəyyən edilən əlavə ödəncdir. “Əmək pensiyası haqqında” Qanunun 20.7-ci maddəsində sabiq hakimlərin pensiyası hesablanarkən əmək haqqındakı sonrakı artımların mütləq nəzərə alınması təsbit edilmişdir. Konstitusiya Məhkəməsinin Plenimu tərəfindən xx xxx 2020-ci il tarixdə qəbul edilmiş Qərarda «Əmək pensiyası haqqında» Qanunun 20-ci maddəsində, o cümlədən tərəfindən iddianın hüquqi əsasına qoymuş olduğu 20.7-ci maddəsində təsbit edilmiş «Əmək haqqının sonrakı artımı» müddəasına verilmiş təfsir (izah) belə artımı müəyyən şərtlərlə əlaqələndirdiyindən və nəticədə xx xxxxxx 2005-ci il tarixədək təyin edilmiş hakimlərin, konkret olaraq onun Konstitusiyada təsbit edilmiş sosial müdafiə təminatının pisləşməsinə yönəldiyindən Konstitusiyanın 149cu maddəsinin Vİİ hissəsinə əsasən tətbiqi yolverilməzdir və bu nöqteyi nəzərdən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 54-cü maddəsinə uyğun olaraq iddiasının hüquqi əsasını dəyişərək, Konstitusiya Məhkəməsinin Plenimunun xx xxxx 2008ci il tarixli Qərarının göstərişinə və tələbinə əsasən xx xxxxxx 2005-ci il tarixədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsini qoymağı zəruri sayır. İlk dəfə xx xxxxxxx 2008-ci il tarixdə ona pensiya təyin edilərkən də düzgün olaraq həmin maddənin müddəaları tətbiq edilmişdir. Konstitusiya Məhkəməsi xx xxxx 2008-ci il tarixli Qərarını onunla əsaslandırır ki, xx xxxxxx 2006-cı il tarixdə qanuni qüvvəyə minmiş «Əmək pensiyası haqqında» Qanundan fərqli olaraq, xx xxxxxx 2005-ci il tarixədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsində təsbit edilmiş müddəalar heç bir qeyd, şərt, tələb qoyulmadan əmək haqqının sonrakı artımındakı dəyişiklərin xx xxxxxx 2005-ci il tarixədək təyin edilmiş pensiyaçı sabiq hakimlərin pensiya məbləğinə əlavə edilməsini birmənalı olaraq mütləqləşdirir.Həmin müddəadan məlum olur ki, «Pensiya yaşı çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir». Qeyd edilən müddəanın məzmunundan aydın olur ki, qanunverici əmək haqqının sonrakı artımındakı dəyişikliklərin sabiq hakimlər tərəfindən hakim vəzifəsində işlədikləri dövrdə vəzifə maaşı, ona əlavələr, digər ödənclər və təminatlar qismində ahbalmamasmm, habelə onlar üçün sığorta haqqı ödəyib- ödəməməsinin fərqinə varmır, bu asılılığı pensiya təminatında mütləq şərt olaraq nəzərə almır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahalarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3908/2020 saylı qərarı iddianın xx xxxxxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan dövr üçün pensiyanın düzgün hesablanmaması, konkret olarq həmin vaxt qüvvədə olan «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsində nəzərdə tutulmuş səlahiyyətin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 %-i miqdarında hakimlərə ödənilən pul təminatının məbləği əmək haqqının məcmuuna daxil edilmədən həmin Məcəllənin 107 və 109-cu maddələrinin tələbi üzrə hər il 2 aylıq əmək haqqı miqdarında müavinatın müalicə edilmək üçün 2 aylıq pul təminatının qanunvericiliyə zidd olaraq düzgün hesablanmaması nəticəsində həmin məbləğlərin azaldılması səbəbindən yaranmış fərqin 5.136.77 AZN (beş min yüz otuz altı manat 77 qəpik) pul vəsaitinin birdəfəlik olaraq ona ödənilməsi, həmçinin, xx xxxxxxxx 2019-cu il tarixdən pensiyanın hesablanması prosesində iki aylıq əmək haqqı miqdarında müavinatın, 2 aylıq əmək haqqı miqdarında müalicə edilmək üçün ödənilən pul təminatının məbləğləri hesablanıb toplanaraq 12 aya bölünüb, bir aylıq əmək haqqına əlavə edilməklə pensiyasının yenidən hesablanmaqla hər ayda ona veriləcək sabit məbləğinin müəyyən edilməsi, həmçinin xx xxxxxxxx 2019-cu il tarixdən keçən aylar üçün ödənilməmiş pul məbləğinin birdəfəlik olaraq ona verilməsi vəzifələrinin cavabdehə həvalə edilməsi hissəsində ləğv olunmalı, həmin hissədə iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin 2-1(81)-4883/2014 saylı iş üzrə xx.xx.2014-cü il tarixdə qəbul etdiyi qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə qarşı iddia tələbi təmin edilərək, iddiaçıya “Məhkəmələr və hakimlər Haqqında Azərbaycan Respublikası Qanunu”-na edilmiş dəyişikliyə əsasən xx.xx.2010-cu il tarixdən müvafiq olaraq birinci instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşının 15 % miqdarında edilmiş artımlar nəzərə alınmaqla, əmək pensiyasının xx.xx.2010-cu il tarixdən dəyişdirilərək yenidən hesablanıb məbləğin müəyyən edilməsi və keçən müddət ərzində pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qərarı qanuni qüvvəyə minmişdir. Eyni zamanda, 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4902/2016 saylı iş üzrə xx.xx.2016-cı ildə qəbul etdiyi qərarı ilə İddiaçı iddiası təmin edilmiş, pensiya hesablamasında hakimlər məzuniyyətə çıxdıqdan sonra iki aylıq əməkhaqqı məbləğində verilən müavinətin, həmçinin, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi qərara alınmışdır. Məhkəmənin qərarı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müəssisə, təşkilat, idarə və vətəndaşlara İcra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir. Məhkəmələrin mülki, inzibati və iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Hazırkı işin halları ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iddianın xx xxxxxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan dövr üçün pensiyanın düzgün hesablanmaması, konkret olarq həmin vaxt qüvvədə olan «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsində nəzərdə tutulmuş səlahiyyətin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 %-i miqdarında hakimlərə ödənilən pul təminatının məbləği əmək haqqının məcmuuna daxil edilmədən həmin Məcəllənin 107 və 109-cu maddələrinin tələbi üzrə hər il 2 aylıq əmək haqqı miqdarında müavinatın müalicə edilmək üçün 2 aylıq pul təminatının qanunvericiliyə zidd olaraq düzgün hesablanmaması nəticəsində həmin məbləğlərin azaldılması səbəbindən yaranmış fərqin 5.136.77 AZN (beş min yüz otuz altı manat 77 qəpik) pul vəsaitinin birdəfəlik olaraq ona ödənilməsi hissəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Yaranmış fərqin ödənilməməsi inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması ilə bağlı mübahisədir. Məhkəmələrin inzibati mübahisələrə dair, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmaması ilə əlaqədar icra və probasiya qurumuna və qərarı qəbul etmiş hakimə müraciət etməli idi. Həmçinin, iddianın xx xxxxxxxx 2019-cu il tarixdən pensiyanın hesablanması prosesində iki aylıq əmək haqqı miqdarında müavinatın, 2 aylıq əmək haqqı miqdarında müalicə edilmək üçün ödənilən pul təminatının məbləğləri hesablanıb toplanaraq 12 aya bölünüb, bir aylıq əmək haqqına əlavə edilməklə pensiyasının yenidən hesablanmaqla hər ayda ona veriləcək sabit məbləğinin müəyyən edilməsi, həmçinin xx xxxxxxxx 2019cu il tarixdən keçən aylar üçün ödənilməmiş pul məbləğinin birdəfəlik olaraq ona verilməsi vəzifələrinin cavabdehə həvalə edilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, qeyd olunan mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkmə qərarı mövcuddur. Azərbaycan Respublikası İnzibari Prosessual məcəlləsinin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Məcəllənin 116.2-ci maddəsinə əsasən Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 15-cimaddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 3908/2020 saylı qərarı iddianın xx xxxxxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan dövr üçün pensiyanın düzgün hesablanmaması, konkret olarq həmin vaxt qüvvədə olan «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsində nəzərdə tutulmuş səlahiyyətin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 %-i miqdarında hakimlərə ödənilən pul təminatının məbləği əmək haqqının məcmuuna daxil edilmədən həmin Məcəllənin 107 və 109-cu maddələrinin tələbi üzrə hər il 2 aylıq əmək haqqı miqdarında müavinatın müalicə edilmək üçün 2 aylıq pul təminatının qanunvericiliyə zidd olaraq düzgün hesablanmaması nəticəsində həmin məbləğlərin azaldılması səbəbindən yaranmış fərqin 5.136.77 AZN (beş min yüz otuz altı manat 77 qəpik) pul vəsaitinin birdəfəlik olaraq ona ödənilməsi, həmçinin, xx xxxxxxxx 2019-cu il tarixdən pensiyanın hesablanması prosesində iki aylıq əmək haqqı miqdarında müavinatın, 2 aylıq əmək haqqı miqdarında müalicə edilmək üçün ödənilən pul təminatının məbləğləri hesablanıb toplanaraq 12 aya bölünüb, bir aylıq əmək haqqına əlavə edilməklə pensiyasının yenidən hesablanmaqla hər ayda ona veriləcək sabit məbləğinin müəyyən edilməsi, həmçinin xx xxxxxxxx 2019-cu il tarixdən keçən aylar üçün ödənilməmiş pul məbləğinin birdəfəlik olaraq ona verilməsi vəzifələrinin cavabdehə həvalə edilməsi hissəsində ləğv olunmalı, həmin hissədə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3908/2020 saylı qərarıləğv olunsun. İddiaçı iddia tələbinin xx xxxxxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan dövr üçün pensiyanın düzgün hesablanmaması, konkret olarq həmin vaxt qüvvədə olan «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsində nəzərdə tutulmuş səlahiyyətin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 %-i miqdarında hakimlərə ödənilən pul təminatının məbləği əmək haqqının məcmuuna daxil edilmədən həmin Məcəllənin 107 və 109-cu maddələrinin tələbi üzrə hər il 2 aylıq əmək haqqı miqdarında müavinatın müalicə edilmək üçün 2 aylıq pul təminatının qanunvericiliyə zidd olaraq düzgün hesablanmaması nəticəsində həmin məbləğlərin azaldılması səbəbindən yaranmış fərqin 5.136.77 AZN (beş min yüz otuz altı manat 77 qəpik) pul vəsaitinin birdəfəlik olaraq ona ödənilməsi, həmçinin, xx xxxxxxxx 2019-cu il tarixdən pensiyanın hesablanması prosesində iki aylıq əmək haqqı miqdarında müavinatın, 2 aylıq əmək haqqı miqdarında müalicə edilmək üçün ödənilən pul təminatının məbləğləri hesablanıb toplanaraq 12 aya bölünüb, bir aylıq əmək haqqına əlavə edilməklə pensiyasının yenidən hesablanmaqla hər ayda ona veriləcək sabit məbləğinin müəyyən edilməsi, həmçinin xx xxxxxxxx 2019-cu il tarixdən keçən aylar üçün ödənilməmiş pul məbləğinin birdəfəlik olaraq ona verilməsi vəzifələrinin cavabdehə həvalə edilməsi hissəsi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-395/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-395/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver