Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-395/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X7, vəkili Vəkil, cavabdehin nümayəndəsi X8 və üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxslər X15 və X16 göstərilməklə “yeni texniki pasportun verilməsi, tikilinin koordinatlarının müəyyən edilməsi, çıxarışın və texniki pasportun ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli 2-1(112)-4553/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 01-04 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı və həmin qərar əsasında tərtib edilmiş 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu və 90/234 saylı ayrıc aktına uyğun olaraq "xxxx" kooperativinə (hazırda İddiaçı MMC-yə) ünvan 1 ünvanda ayrılmış 0,2 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikililərə dair texniki pasportun tərtib edilərək iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, X15 ilə X10 aralarında bağlanmış 03.08.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında axırıncıya satılmış 255,2 kv.m sahəli “D” tikilisinin koordinatlarının müəyyən edilməsi və İddiaçı MMCnin sərəncamında olan torpaq sahəsində yerləşən 177,8 kv.m sahəli tikiliyə dair X10 adına verilmiş **********48-06301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı ilə “Polimer’’ kooperativinə ünvan 1 ünvanda 0,2 ha torpaq sahəsi ayrılmış, 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu tərtib edilmiş və 90/234 saylı ayrıc aktı cizgisi əsasında 0,2 ha torpaq sahəsi "xxxx" kooperativinə təhvil verilmiş, həmin sahədə kooperativ tərəfindən 706,2 kv.m. istehsalat binaları inşa edilmiş və həmin tikililərin və tikililərin yerləşdiyi torpaq sahəsinə dair AR DƏK-in Dövlət Əmlaklarının İnventarlaşdırılması İdarəsi tərəfindən 02.12.1997-ci ildə texniki pasport verilir, daha sonra isə 2004-cü ildə kooperativ həmin tikililəri özəlləşdirir və Dövlət Əmlak Komitəsi tərəfindən kooperativə 01.12.2004-cü il tarixli 007619 saylı texniki pasport və 22.12.2004-cü il tarixli 004077 saylı özəlləşdirmə şəhadətnaməsi verilir. Reyestr xidməti idarəsi tərəfindən verilmiş istinad edilən 02.12.1997-ci il tarixli və 01.12.2004-cü il tarixli texniki pasportların hər birində "xxxx" kooperativinin mülkiyyətində olan tikililərin Bakı şəhəri İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarına və tikinti inşaat pasportuna uyğun olaraq 0,2 ha torpaq sahəsində yerləşməsi öz əksini tapmışdır. 24.07.2006-cı il tarixdə isə “Polimer’’ kooperativinin bazasında İddiaçı MMC yaradılır və İddiaçı MMC 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu və 90/234 saylı ayrıc aktı əsasında "xxxx" kooperativinə təhvil verilmiş 0,2 ha torpaq sahəsindən istifadə və sahiblik etməyə davam edir. Lakin 25.05.2016-cı il tarixdə cavabdeh heç bir hüquqi əsas göstərmədən iddiaçının mülkiyyətində olan tikililərin yerləşdiyi torpaq sahəsinə dair yeni texniki pasport tərtib edərək iddiaçının sərəncamında və istifadəsində 1770,1 kv.m. torpaq sahəsinin olmasını əks etdirir. Cavabdehin bu hərəkətləri qanunla qorunan qanuni əsaslarla iddiaçıya ayrılmış torpaq sahəsinə sərəncam vermək, sahiblik və istifadə hüquqlarımın pozulması olmasına istinad edərək bu yanlışlığın aradan qaldırılması və Bakı şəhəri İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı, 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu və 90/234 saylı ayrıc aktı əsasında verilmiş 0,2 ha torpaq sahəsinə dair öncə tərtib edilmiş 02.12.1997-ci il tarixli və 01.12.2004-cü il tarixli texniki pasportları əsasında İddiaçı MMC-nin mülkiyyətdə olan tikililərin 0,2 ha torpaq sahəsində yerləşməsinə dair düzgün tərtib edilmiş texniki pasportun verilməsini müraciəti naməlum səbəblərdən bu günə qədər təmin edilməmişdir. 1994-cü ildə Bakı şəhəri İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı ilə "xxxx" kooperativinə ayrılmış 0,2 ha torpaq sahəsi ilə bağlı Süni Dəri və Plonka materialları zavodu ilə "xxxx" kooperativi aralarında “kooperativə ayrılmış 0,2 ha torpaq sahəsinin 0,12 ha olmasının müəyyən edilməsi”nə dair AR Arbitraj Məhkəməsinin icraatında olan iş üzrə tərəflər arasında barışıq sazişi bağlanmış və Ali Arbitraj Məhkəməsinin 22.09.1994-cü il tarixli,2445/4a 4-152 saylı qərardadı ilə Süni Dəri və Plonka materialları zavoduna "xxxx" kooperativinə məxsus ərazidən istehsalat məqsədləri üçün istifadə etməyə gediş-gəliş yolun verilməsinə dair barışıq sazişi təsdiq edilmişdir. Eyni zamanda qanuni qüvvəsini almış AR Ali Məhkəməsinin MK-nın 03.02.2010-cu il tarixli saylı qərarı ilə müəyyən edilmişdir ki, 1997-ci ilədək fəaliyyət göstərmiş ünvan 1 ünvanda yerləşən ayrı giriş-çıxışı olan Süni Dəri və Plonka materialları zavodun qeyri-yaşayış tikililərini ilkin “Xəz” KDM-nin adına rəsmiləşdirilmiş, “Xəz” KDM ilə X13 aralarında bağlanmış 07.04.1997-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin tikililəri Oktay Əsədov əldə etmiş və axırıncı istinad edilmiş tikililərə öz adına mülkiyyət hüququ verən sənədi almış, daha sonra isə o, 825,4 kv.m. olan qeyri-yaşayış sahəsini (“B” və “D” tikililərini) Bakı şəhəri 42 saylı DNK-da 17.06.2000-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında X4, 03.08.2002-ci il tarixdə isə X6 Dəri və Plonka materialları zavodun ərazisində yerləşən özünə məxsus sahəsi 825,4 kv.m qeyriyaşayış sahəsindən 255,2 kv.m olan “D” tikilisini Bakı şəhəri 3 saylı DNK-da bağlanmış alqısatqı müqaviləsi əsasında iddiaçı X5, axırıncının mülkiyyət hüquqları dövlət reyestri xidməti idarəsində 30.10.2002-ci ildə qeydə alınmış və həmin sahəyə onun adına 30.09.2002-ci ildə texniki pasport tərtib edilmişdir. Lakin həmin alqı-satqı müqaviləsi bağlandıqdan sonra X26 Quliyevdən aldığı 255,2 kv.m qeyri-yaşayış sahənin axırıncıdan ona təhvil verməyi tələb etmək əvəzinə, həmin tikilinin İddiaçı MMC-nin həyətində yerləşdiyini iddia edərək əsassız tələblər irəli sürmüş və bu günədək bu zəmində aralarında mübahisələr davam edir. X26 Quliyevdən 17.06.2000-ci il tarixdə satın aldığı 255,2 kv.m olan “D” tikilisi axırıncının sərəncamında və sahibliyində qalmış, əvəzində isə cavabdeh Nuru Bağırovun adına ”SAC” MMC-nin sərəncamında olan torpaq sahəsində yerləşən 177,8 kv.m sahəli tikiliyə qanunsuz olaraq **********48-06301 reyestr nömrəli çıxarış vermişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı və həmin qərar əsasında tərtib edilmiş 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu və 90/234 saylı ayrıc aktına uyğun olaraq İddiaçı MMC-nin adına ünvan 1 ünvanda ayrılmış 0,2 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikililərə dair texniki pasportun tərtib edilərək iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, X15 ilə X10 aralarında bağlanmış 03.08.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 255,2 kv.m sahəli “D” tikilisinin koordinatlarının müəyyən edilməsi və İddiaçı MMC-nin sərəncamında olan torpaq sahəsində yerləşən 177,8 kv.m sahədən ibarət tikiliyə dair X10 adına verilmiş **********48-06301 reyestr nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin 17 iyul 2021-ci il tarixli məhkəmə iclasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2-1(112)-4553/2021 saylı qərardadı ilə iddia X15 ilə X10 aralarında bağlanmış 03.08.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında axırıncıya satılmış 255,2 kv.m sahəli “D” tikilisinin koordinatlarının müəyyən edilməsi və İddiaçı MMC-nin sərəncamında olan torpaq sahəsində yerləşən 177,8 kv.m sahəli tikiliyə dair X10 adına verilmiş **********48-06301 reyestr nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. (hakim: H.Ağalarov) Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2-1(112)-4553/2021 saylı qərarı ilə iddia "Bakı Şəhər İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı və həmin qərar əsasında tərtib edilmiş 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu və 90/234 saylı ayrıc aktına uyğun olaraq İddiaçı MMC-nin adına ünvan 1 ünvanda ayrılmış 0,2 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikililərə dair texniki pasportun verilməsi" hissəsində təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, iddia tələbi bundan ibarət olmuşdur: Bakı şəhəri İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı ilə "xxxx" Kooperativinə ünvan 2 ünvanda 0.2 ha torpaq sahəsi ayrılmışdır; 17.07.1990-cı il tarixli tikinti inşaat pasportu tərtib edilmiş və 90/234 saylı ayrıc aktı cizgisi əsasında 0.2 ha torpaq sahəsi "xxxx" kooperativinə təhvil verilmişdir; Həmin sahədə kooperativ tərəfindən, 706.2 kv.m istehsalat binaları inşa edilir və həmin tikililərin və tikilililərin yerləşdiyi torpaq sahəsinə dair AR DƏK-nin Dövlət Əmlakların İnventarlaşdırılması İdarəsi tərəfindən 02.12.1997-ci il tarixdə texniki pasport verilir; 2004-cü ildə kooperativ həmin tiklililəri özəlləşdirir və Dövlət Əmlak Komitəsi tərəfindən kooperativə 01.12.2004-cü il tarixli 007619 saylı texnik pasport və 22.12.2004-cü il tarixli 004077 saylı mülkiyyət hüququ barədə şəhadətnaməsi verilir; Reyestr Xidməti tərəfindən verilmiş 02.12.1997-ci il tarixli 01.12.2004-cü il tarixli texniki pasportların hər birində "xxxx" kooperativinin mülkiyyətində olan tikililərin Bakı şəhəri İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarına və tikinti-inşaat pasportuna uyğun olaraq 0.2 ha torpaq sahəsində yerləşməsi öz əksini tapır; 24.07.2006-cı il tarixdə "xxxx" Kooperativinin bazasında İddiaçı MMC yaradılır; İddiaçı MMC 17.07.1990-cı il tarixli tikintiinşaat pasportu və 90/234 saylı ayrıc aktı əsasında "xxxx" kooperativinə təhvil verilmiş 0.2 ha torpaq sahəsindən istifadə və sahiblik etməyə davam edir; 25.05.2016-cı il tarixdə cavabdeh heç bir hüquqi əsas olmadan İddiaçı MMC-nin mülkiyyətində olan tiklililərin yerləşdiyi torpaq sahəsinə dair yeni texniki pasport tərtib edərək, həmin texniki pasportda İddiaçı MMC-nin sərəncamında və istifadəsində 1770.1 kv.m torpaq sahəsinin olmasını əks etdirir; 8-ci bənddə qeyd etdiyi yanlışlığın aradan qaldırılması və İddiaçıMMC-nin mülkiyyətdə olan tikililərin 0.2 ha torpaq sahəsində yerləşməsinə dair düzgün tərtib edilmiş texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət olunmuş, lakin hal-hazıradək naməlum səbəblərdən bu günə qədər müraciət təmin edilməmişdir; 1994-cü ildə Bakı şəhəri İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı ilə "xxxx" kooperativinə ayrılmış 0.2 ha torpaq sahəsi ilə bağlı Süni Dəri və Plonka materialları zavodu ilə "xxxx" kooperativi aralarında kooperativə ayrılmış 0.2 ha torpaq sahəsinin 0.12 ha olmasının müəyyən edilməsinə” dair AR Arbitraj məhkəməsinin icraatında olan iş üzrə tərəflər arasında barışıq sazişi bağlanmış və Ali Arbitraj Məhkəməsinin 22.09.1994-cü il tarixli, 2445/4a 4-152 saylı qərardadı ilə Süni Dəri və Plonka materialları zavoduna "xxxx" kooperativinə məxsus ərazidən istehsalat məqsədləri üçün istifadə etməyə gediş-gəliş yolun verilməsinə dair barışıq sazişi təsdiq edilmişdir. Yəni, həmin qərardadla Süni Dəri və Plonka materialları zavodu ilə "xxxx" kooperativi aralarındakı” kooperativə ayrılmış 0.2 ha torpaq sahəsinin 0.12 ha olmasının müəyyən edilməsinə” dair tələbi təmin edilməmişdir; 2005-ci il tarixədək X17 və X10, cavabdehə və İddiaçı MMC-yə qarşı 0.2 ha torpaq sahəsinə dair qaldırdığı iddialarla bağlı bir neçə məhkəmə mübahisələri olmuş və həmin iddiaların təmin edilməməsi barədə məhkəmə qətnamə və qərarları qəbul edilmiş və həmin məhkəmə qərarları qanuni qüvvəsini almışdır; Qanuni qüvvəsini almış Bakı şəhəri Xətai rayon məhkəməsinin 14.05.2010-cu il tarixli, 2(011)-155/2010 saylı qətnaməsi ilə X17 və X10 İddiaçı MMC-yə, AR ƏMDK-nə, Əmlakın Texniki İnventarlaşdırılması Bürosuna qarşı qaldırdığı ”01.12.2004cü il tarixli 007619 saylı texniki pasportunun ləğv edilməsi, tikilinin sökülməsinin qarşısının alınması və kooperativin hesabına bərpa edilməsi, ümumi istifadədə olan sahənin dəqiq müəyyən edilməsi, müəyyən edilmiş sahələr üzrə yeni texniki pasportun tərtib edilməsinin Əmlak Məsələləri Komitəsinə həvalə edilməsinə dair” iddiası təmin edilməmiş, həmin qətnamədən iddiaçıların verdikləri apelyasiya və kassasiya şikayətləri Bakı Apelyasiya Məhkəməsinin 13.05.2011-ci il tarixli, 2(103)-15/2011 saylı qətnaməsi və AR Ali Məhkəməsinin 04.10.2011-ci il tarixli, 2(102)-286/2011 saylı qərarı ilə təmin edilməmişdir; Qanuni qüvvəsini almış hazırki ərizəyə əlavə edilmiş AR Ali Məhkəməsinin MK-nın 03.02.2010-cu il tarixli, 29102J-4098/327 saylı qərarı ilə müəyyən edilmişdir ki, 1997-ci ilədək fəaliyyət göstərmiş ünvan 3 ünvanda yerləşən ayrı giriş-çıxışı olan Süni Dəri və Plonka materialları zavodun qeyri-yaşayış tikililəri ilkin “Xəz” KDM-nin adına rəsmiləşdirilmiş, “Xəz” KDM-si ilə X14 aralarında bağlanmış 07.04.1997-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin tikliləri Oktay Əsədov əldə etmiş və axırıncı istinad edilmiş tiklilərə öz adına mülkiyyət hüququ verən sənədi almış, daha sonra isə o, 825,4 kv.m olan qeyri-yaşayış sahəsini (“B” və “D” tiklilərini) Bakı şəhəri 42 saylı DNK-da 17.06.2000-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında X4, 03.08.2002-ci il tarixdə isə X6 Dəri Plonka materialları zavodun ərazisində yerləşən özünə məxsus sahəsi 825,4 kv.m qeyriyaşayış sahəsindən 255.2 kv.m olan “D” tikilisini Bakı şəhəri 3 saylı DNK-da bağlanmış alqısatqı müqaviləsi əsasında iddiaçı X5, axırıncının mülkiyyət hüquqları dövlət reyestrində 30.10.2002-ci ildə qeydə alınmış və həmin sahəyə onun adına 30.09.2002-ci ildə texniki pasport tərtib edilmişdir; Alqı-satqı müqaviləsi bağlandıqdan sonra X26 Quliyevdən aldığı 255.2 kv.m qeyri-yaşayış sahəsinin Hafiz Quliyevdən ona təhvil verməyi tələb etmək əvəzinə, həmin tiklinin İddiaçı MMC-nin həyətində yerləşdiyini iddia edərək əsassız tələblər irəli sürmüş və bu günədək bu zəmində aralarında mübahisələr davam edir. Məhkəmə araşdırmaları zamanı da dəfələrlə məhkəmələr Hafiz Quliyevdən Bakı şəhəri 42 saylı DNKda 17.06.2000-ci il tarixdə Nuru Bağırovla bağladığı alqı-satqı müqaviləsindən sonra onun mülkiyyətində qalmış 647 kv.m olan “B” tikilisinin çıxarışını məhkəməyə təqdim etməyi tələb etsə də o, həmin çıxarışı və ya qeydiyyat vəsiqəsini məhkəmələrə təqdim etməmiş, özü də məhkəmə çağırışlarına bir daha gəlməmişdir; Hamıya məlumdur ki, X22 Bağırovun aralarında Bakı şəhəri 42 saylı DNK-da 17.06.2000-ci il tarixdə bağlanmış alqı-satqı müqavilə İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən tikililərə qanunsuz sahiblənmək məqsədi ilə bağlanmış müqavilə olmuş, həmin müqavilədən sonra X15 mülkiyyətində qalmış sahəsi 647 kv.m olan ”B” tiklisinə yeni çıxarış və qeydiyyat vəsiqəsi almamış, bu günədək 825,4 kv.m qeyri-yaşayış sahəsi onun mülkiyyətində və sahibliyində olmaqla istifadə etməyə davam edir. Beləliklə, X23 Quliyevdən 17.06.2000-ci il tarixdə satın aldığı 255,2 kv.m olan “D” tikilisi Hafiz Quliyevin istifadəsində qalmış, Nuru Bağırovun adına İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsində yerləşən 177,8 kv.m-dən ibarət tikiliyə qanunsuz olaraq **********48-06301 reyestr nömrəli çıxarış verilmişdir. Beləliklə, Bakı şəhəri İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı ilə "xxxx" kooperativinə ünvan 4 ünvanda 0.2 ha torpaq sahəsi ayrılmış, 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu tərtib edilmiş və 90/234 saylı ayrıc aktı cizgi əsasında 0.2 ha torpaq sahəsi "xxxx" kooperativinə təhvil verilmişdir. O vaxtdan 3 dəfə 1997-ci, 2004-cü və 2016-cı illərdə reyestr xidməti idarəsi tərəfindən "xxxx" kooperativin (SAC MMC) adına texniki pasportlar tərtib edilmiş və hər üç texniki pasportda hazırda Nuru Bağırovun iddia etdiyi qeyri-yaşayış sahəsinin Bakı şəhəri İK-nin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı ilə “POLİMER kooperativinin adına tərtib edilmiş 17.07.1990-cı il tarixli tikinti pasportunda əks edilmiş 0.2 ha torpaq sahəsində yerləşməsi müəyyən olunur. Belə olan halda qanuni əsaslarla 13.06.1990-cı ildən İddiaçı MMC-nin qanuni istifadəsində olan torpaq sahəsində X23 Quliyevdən satın aldığı 255.2 kv.m sahəli qeyri-yaşayış sahəsinin yerləşməsi nə texniki, nə də ki, hüquqi cəhətdən mümkün deyildir. Göründüyü kimi qanuni əsaslarla İddiaçı MMC-yə ayrılmış torpaq sahəsinə, İddiaçı MMC tərəfindən inşa edilmiş tikintiyə və ümumiyyətlə İddiaçı MMC-nin mülkiyyətində olan əmlak kompleksinə dair heç bir əsas olmadan tam şəkildə texniki pasportun verilməsindən imtina edilir və İddiaçı MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsində X23 Quliyevdən satın aldığı 255.2 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin yerləşməsi Nuru Bağırovun adına verilmiş texniki pasportda əks etdirilir. Bununla da cavabdeh tərəfindən İddiaçı MMC-nin qanunla qorunan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X7 və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X8 və üçüncü şəxs X16 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən üçüncü şəxs X15 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 10 mart 2021-ci il tarixli məktubuna əlavə edilmiş, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 4/142 nömrəli, 13.06.1990-cı il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Nizami rayon XDS İcraiyyə Komitəsinin 03/5015 nömrəli 24 noyabr 1989-cu il tarixli məktubuna əsasən "xxxx" kooperativinə şəhərin Nizami rayonundakı 2016-cı məhəllədə istehsalat sahəsi yaratmaq üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin "xxxx" kooperativinə və Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinə ünvanlanmış 21 fevral 1994-cü il tarixli, 18/03-8/95 saylı məktubunda göstərilmişdir ki, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 4/142 nömrəli, 13.06.1990-cı il tarixli qərarına əsasən Nizami rayonundakı 2016-cı məhəllədə "xxxx" kooperativinə ayrılmış torpaq sahəsinin ayrıc aktında dəyişikliklər edilmiş, məktuba yeni tərtib olunmuş 94/41 nömrəli, 17.02.1994-cü il tarixli ayrıc aktı əlavə edilmişdir. Ayrıc aktında torpaq sahəsinin ölçüsü 0,12 ha olaraq göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin 22.09.1994-cü il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə "xxxx" kooperativinə verilmiş və "xxxx" kooperativi tərəfindən hasara alınmış sahə "xxxx" kooperativinin istifadəsində qalır, lakin "xxxx" kooperativinin alaqapısından sahənin qurtaracağında olan hasaradək sxemdə göstərilmiş “ümumi istifadədə olan sahə”dən Süni Dəri və Plyonka materialları zavodu istehsal məqsədi ilə gediş-gəliş üçün istifadə edə bilər. “Ümumi istifadədə olan sahə”də tərəflər tikinti işləri apara bilməz və bir-birinin gediş-gəlişinə mane ola bilməz. İş materiallarında olan 02.12.1997-ci il tarixli texniki pasportda həqiqi sahə 2000 kv.m. olaraq göstərilmişdir. İş materiallarında olan 01.12.2004-cü il tarixli 007619 saylı texniki pasportda torpaq sahəsi sənəd üzrə 2000 kv.m., faktiki 1770,1 kv.m. olaraq göstərilmişdir. İş materiallarında olan 24.07.2006-cı il tarixli X3 Reystrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMC 24.07.2006-cı ildə qeydiyyata alınmış və "xxxx" kooperativinin bazasında yaradılmış və onun hüquqi varisidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin 23 yanvar 2010-cu il tarixli 06/2241 nömrəli məktubunda göstərilmişdir ki, Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən 01.12.2004-cü il tarixli 007619 saylı texniki pasport tərtib edilərkən sözügedən qeyri-yaşayış sahəsinə sənədlər tam (yəni dəyişiklik edilmiş ayrıc aktı, Barışıq sazişi və Arbitraj Məhkəməsinin qərardadı) təqdim edilməmiş, nəticədə texniki pasport səhv tərtib edilmişdir. Göstərilənlərə əsasən, İddiaçı MMC-yə (keçmiş "xxxx" kooperativinə) verilmiş 007619 saylı texniki pasport ləğv edilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 687,8 kv.m. əmlak kompleksi kimi müəssisə İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. İş materiallarında olan 25.05.2014-cı il tarixli **********14-12301 reyestr nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, faktiki istifadədə olan sahə 0,1770 ha, əsas tikili altında olan sahə 0,0759 ha olaraq göstərilmişdir. İş materiallarında olan 03 avqust 2002-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X18 “D” tikilisini, yəni 255,2 kv.m. ümumi sahəsi olan qeyriyaşayış sahəsini X1. İş materiallarında olan 30.10.2002-ci il tarixli 001912 nömrəli “Mülkiyyət hüququ haqqında Şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2-ci Köndələn küçəsi, 2 ünvanında yerləşən 177,8 kv.m, qeyri-yaşayış sahəsi X10 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 559165 nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 177,8 kv.m. qeyri-yaşayış sahəsi X10 xüsusi mülkiyyətindədir. İş materiallarında olan X12 məxsus qeyri yaşayış sahəsinə dair 003493 saylı texniki pasportda tikinti altı sahə 213,0 kv.m, ümumi sahə 177,8 kv.m (əsas sahə 67,1 kv.m, köməkçi sahə 110,7) olaraq göstərilmişdir. İş materiallarına əlavə edilmiş Əmlakın İnventarlaşdırılması Bürosunun 6583 nömrəli torpaq sahəsinin təsnifatından görünür ki, texniki pasportun hazırlanması üçün təqdim olunmuş sənədlərin siyahısı aşağıdakılar olmuşdur: a) 1543/a saylı 29.09.2002-ci il tarixli sifariş məktubu; b) 000479 saylı 20.11.2000-ci il tarixli Dövlət Əmlakı Nazirliyinin Mülkiyyət hüququ haqqında Şəhadətnaməsi; c) 07-1/3334-Q-189 saylı 27.06.2002-ci il tarixli İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının özəlləşdirilməsi departamentinin arayışı; c) 4Ə-03-478 saylı 03.08.2002-ci il tarixli Bakı şəhər 3 saylı Dövlət notariat kontorunun təsdiq etdiyi alqısatqı müqaviləsi; d) bina və qurğuların texniki parametrlərinin göstəricisi. İşdən görünür ki, iddiaçının iddia tələbi üç hissədən ibarətdir:
1. Bakı Şəhər İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı və həmin qərar əsasında tərtib edilmiş 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu və 90/234 saylı ayrıc aktına uyğun olaraq İddiaçı MMC-nin adına ünvan 1 ünvanda ayrılmış 0,2 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikililərə dair texniki pasportun verilməsi;
2. X15 ilə X10 aralarında bağlanmış 03.08.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 255,2 kv.m sahəli “D” tikilisinin koordinatlarının müəyyən edilməsi;
3. X10 adına verilmiş **********48-06301 reyestr nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi. Birinci instansiya məhkəməsinin 30.08.2021-ci il tarixli, 2-1(112)-4553/2021 saylı qərarı ilə iddia tələbinin 1-ci hissəsi təmin edilməmişdir. Eyni zamanda məhkəmənin eyni tarixli qərardadla iddia tələbinin 2 və 3-cü hissəsini isə mümkün saymamışdır. Məhkəmə iddia tələbinin X10 adına verilmiş **********48-06301 reyestr nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ləğvini tələb etdiyi X10 adına olan daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın aparılmasına əsas 03 avqust 2002-ci il tarixli alqı-satqı müqaviləsi olmuşdur. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarında göstərilir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Qeyd olunan Qərarın 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarışın mübahisələndirilmə əsasını mülki hüquq münasibətləri təşkil edir. Bu halda kollegiya hesab edir ki, iddiaçının həmin tələbi hüquqi təbiəti baxımdan mülki-hüquqi tələbdir. Bu səbəbdən iddiaçının həmin tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayıla bilməz. Belə ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsi alqı-satqı müqaviləsi əsasında X9 alınmış və X10 adına cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən çıxarış daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə olduğundan, həmin çıxarış inzibati akt hesab olunmadığından və tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yarandığından müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı çıxarışın verilməsinə əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərin ləğvinə və ya etibarsızlığına nail olduqdan sonra həmin hala istinadla qeydiyyatın və çıxarışın ləğvinə dair inzibati orqana müraciət etməli, həmin müraciəti təmin edilmədikdə isə inzibati orqanın hərəkətini məhkəmədə mübahisələndirməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin “tikilinin koordinatlarının müəyyən edilməsi” hissəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, işin faktiki hallarından görünür ki, iş üzrə iddiaçı üçüncü şəxs X10 xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin koordinatlarının müəyyən edilməsini tələb edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı sözügedən əmlaka dair hər hansı hüququnun mövcudluğu ilə bağlı biri digərini tamamlayan mötəbər dəlillərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli 2-1(112)-4553/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.