Məhkəmə qərarları › İş №2-1(103)-3951/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3951/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3951/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon Şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; iddia müddəti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 (sədrlik edən və məruzəçi), X8 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2469/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(82)- 2445/2015 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2009-cu il tarixdən (55 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2009-cu il tarixdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdı.

2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli məktubu ilə məhkəmənin xx.xx.2015-ci il tarixli 2-1(82)-2445/2015 nömrəli qərarı icra olunması üçün DSMF-nin Suraxanı rayon Şöbəsinə göndərilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı “1981-ci ildən 1986-cı il tarixinə kimi təhsil aldığı illəri və xx.xx.1987-ci ildən xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə alınmaqla 07 dekabr 2015-ci il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsi və ərizəçi Fondun Bakı şəhəri Nizami rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, ona xx.xx.2009-cu il tarixdən (55 yaşdan) qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət SosialMüdafiə Fondunun Suraxanı rayon şöbəsinin (bundan sonra-Şöbə) üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(82)- 2445/2015 nömrəli qərarı ilə iddia təmin edilmişdir. İş üzrə icraatın təzələnməsi üçün əsaslar: Pensiya işində olan sənədlərdən məlum olmuşdur ki, yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1 №-li yataqxana olan, xx.xx.1954-cü ildə Kürdəmir rayonunda doğulmuş İddiaçı adından pensiya təyin edilməsi barədə yazılmış xx.xx.2011 -ci il tarixli ərizə (1 nömrəli əlavə) Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsində (bundan sonra - şöbə) eyni gündə qeydiyyata alınmışdır. Şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2011-ci il tarixli 652 №-li qərarı ilə xx.xx.2011-ci il tarixdən 57 yaşının tamam olduğu gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin şərtlərinə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Baş ofisinin Mərkəzi Arxivinin möhürü ilə təsdiq edilmiş xx.xx.2011 -ci il tarixli 26-03/112 №-li “Güzəştli şərtlər barədə” və xx.xx.2011 - ci il tarixli “Əmək haqqı barədə”, “X12 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2011-ci il tarixli 805/AS №-li iş stajı, xx.xx.2011-ci il tarixli 1176 №-li əmək haqqı (eyni №-li 2 arayış) barədə arayışlarında və xx.xx.2011-ci il tarixli 17 №-li təqdimatında (3 nömrəli əlavə), həmçinin hərbi biletin notarial qaydada təsdiq olunmuş surətində qeyd olunanlara əsasən xx.xx.2006-cı ilədək hesablanmış 31 il 2 ay sığorta stajı, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı dövr üzrə mövcud pensiya kapitalı nəzərə alınmaqla İddiaçı baza hissəsi 85,0 manat, sığorta hissəsi 108,57 manat (60,26+48,31) olmaqla cəmi 193,57 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 2011-ci ilin sentyabr ayında ödənişə göndərilmişdir. Şöbəyə təqdim etmək üçün adına Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Baş ofisinin Mərkəzi Arxivinin möhürü və səlahiyyətli şəxslərin imzası ilə təsdiq edilməklə təqdim olunmuş xx.xx.2011-ci il tarixli 26- 03/112 №-li “Güzəştli şərtlər barədə” arayışında, “X12 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin möhürü və səlahiyyətli şəxslərinin imzası ilə təsdiq edilməklə təqdim olunmuş xx.xx.2011-ci il tarixli 805/AS №-li iş stajı haqqında arayışında və 17 №-li təqdimatında qeyd olunanlara əsasən ardıcıllıq nəzərə alınmaqla İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: -xx.xx.1975-xx.xx.1976-cı il tarixləri arasındakı dövr ərzində “Qaradağneft” X15 İdarəsinin Quyuların Əsaslı Təmiri sexində quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi, -xx.xx.1976-xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzində “Rostelmaş” zavodunun Mexaniki yığma və variatorların yığımı sexində yığıcıçilingər və usta, -xx.xx.1977-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Şassi4 mexaniki yığma sexində çilingər, -xx.xx.1983-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Nijnivartovskneftqaz” X3 Yeraltı Əsaslı Təmiri sexində quyuların yeraltı əsaslı təmiri üzrə operator, -xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində “Orconikidzeneft” Neftqazçıxarma İdarəsinin Quyuların Yeraltı Təmiri sexində quyuların yeraltı təmiri üzrə operator, -xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin idarənin Neftin və Qazın Hasilatı sexində quyuların yeraltı təmiri üzrə operator, -xx.xx.1987-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Əzizbəyovneft” Neftqazçıxarma İdarəsinin Neftin və Qazın Hasilatı sexində quyuların yeraltı təmiri üzrə operator (1987-1988, 1991), Quyuların Yeraltı Təmiri sexində quyuların yeraltı təmiri üzrə operator (1988-1991), xx.xx.1991-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Suraxanıneft” Neftqazçıxarma İdarəsinin Neftin və Qazın Hasilatı sexində quyuların yeraltı təmiri üzrə operator (1991-1992), Quyuların Yeraltı Təmiri sexində quyuların yeraltı təmiri üzrə operator (1992-2006), -xx.xx.2006-cı il tarixindən hazıradək “X12 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Quyuların Əsaslı və Yeraltı Təmiri sexində quyuların yeraltı təmiri üzrə operator.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2469/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin mümkün sayılmaması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi məlumatlar barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni 9 il keçdikdən sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Hətta iş materiallarında cavabdehin məhkəməyə ünvanladığı cavablarda-ən tezi xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının pensiya hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhə yarandığı və araşdırmanın aparılmasına zərurət yarandığından pensiya ödənişinin dayandırıldığını bildirmişdir. Başqa sözlə, ən geci qeyd edilən 2022-ci ilin dekabr tarixindən cavabdeh icraatın təzələnməsinə dair ərizəsində qeyd etdiyi halları bildiyi və buna görə pensiya ödənişini dayandırdığı halda üzərindən 2 ilə yaxın müddət keçdikdən sonra yeni açılmış hallarla bağlı ərizəni təqdim etmişdir.

7. Ərizəçi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2469/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, ona xx.xx.2009-cu il tarixdən (55 yaşdan) qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin (bundan sonra-Şöbə) üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(82)- 2445/2015 nömrəli qərarı ilə iddia təmin edilmişdir. İş üzrə icraatın təzələnməsi üçün əsaslar: Pensiya işində olan sənədlərdən məlum olmuşdur ki, yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1 №-li yataqxana olan, xx.xx.1954-cü ildə Kürdəmir rayonunda doğulmuş İddiaçı adından pensiya təyin edilməsi barədə yazılmış xx.xx.2011 ci il tarixli ərizə (1 nömrəli əlavə) Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsində (bundan sonra - şöbə) eyni gündə qeydiyyata alınmışdır. Şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2011 -ci il tarixli 652 №-li qərarı ilə xx.xx.2011 -ci il tarixdən 57 yaşının tamam olduğu gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinin şərtlərinə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Baş ofisinin Mərkəzi Arxivinin möhürü ilə təsdiq edilmiş xx.xx.2011 -ci il tarixli 26-03/112 №-li “Güzəştli şərtlər barədə” və xx.xx.2011- ci il tarixli “Əmək haqqı barədə”, “X12 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2011 -ci il tarixli 805/AS №-li iş stajı, xx.xx.2011 -ci il tarixli 1176 №-li əmək haqqı (eyni №-li 2 arayış) barədə arayışlarında və xx.xx.2011-ci il tarixli 17 №-li təqdimatında (3 nömrəli əlavə), həmçinin hərbi biletin notarial qaydada təsdiq olunmuş surətində qeyd olunanlara əsasən xx.xx.2006-cı ilədək hesablanmış 31 il 2 ay sığorta stajı, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı dövr üzrə mövcud pensiya kapitalı nəzərə alınmaqla İddiaçı baza hissəsi 85,0 manat, sığorta hissəsi 108,57 manat (60,26+48,31) olmaqla cəmi 193,57 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 2011-ci ilin sentyabr ayında ödənişə göndərilmişdir. Şöbəyə təqdim etmək üçün adına Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Baş ofisinin Mərkəzi Arxivinin möhürü və səlahiyyətli şəxslərin imzası ilə təsdiq edilməklə təqdim olunmuş xx.xx.2011-ci il tarixli 26-03/112 №-li “Güzəştli şərtlər barədə” arayışında, “X12 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin möhürü və səlahiyyətli şəxslərinin imzası ilə təsdiq edilməklə təqdim olunmuş xx.xx.2011-ci il tarixli 805/AS №-li iş stajı haqqında arayışında və 17 №-li təqdimatında qeyd olunanlara əsasən ardıcıllıq nəzərə alınmaqla İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: -xx.xx.1975-xx.xx.1976-cı il tarixləri arasındakı dövr ərzində “Qaradağneft” X15 İdarəsinin Quyuların Əsaslı Təmiri sexində quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi, -xx.xx.1976-xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzində “Rostelmaş” zavodunun Mexaniki yığma və variatorların yığımı sexində yığıcı-çilingər və usta, -xx.xx.1977-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Şassi- 4 mexaniki yığma sexində çilingər, -xx.xx.1983-xx.xx.1984cü il tarixləri arasındakı dövr ərzində “Nijnivartovskneftqaz” X3 Yeraltı Əsaslı Təmiri sexində quyuların yeraltı əsaslı təmiri üzrə operator, -xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində “Orconikidzeneft” Neftqazçıxarma İdarəsinin Quyuların Yeraltı Təmiri sexində quyuların yeraltı təmiri üzrə operator, -xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin idarənin Neftin və Qazın Hasilatı sexində quyuların yeraltı təmiri üzrə operator, -xx.xx.1987-xx.xx.1991 -ci il tarixləri arasındakı dövr ərzində “Əzizbəyovneft” Neftqazçıxarma İdarəsinin Neftin və Qazın Hasilatı sexində quyuların yeraltı təmiri üzrə operator (1987-1988, 1991), Quyuların Yeraltı Təmiri sexində quyuların yeraltı təmiri üzrə operator (1988-1991), -xx.xx.1991-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Suraxanıneft” Neftqazçıxarma İdarəsinin Neftin və Qazın Hasilatı sexində quyuların yeraltı təmiri üzrə operator (1991-1992), Quyuların Yeraltı Təmiri sexində quyuların yeraltı təmiri üzrə operator (1992-2006), -xx.xx.2006-cı il tarixindən hazıradək “X12 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Quyuların Əsaslı və Yeraltı Təmiri sexində quyuların yeraltı təmiri üzrə operator. xx.xx.1975xx.xx.1995-ci il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyəti təqdimatda rus dilində yazılmışdır. Təqdimatda və hərbi biletin pensiya işinə tikilmiş və notarial qaydada təsdiq olunmuş surətində qeyd olunanlara əsasən İddiaçı 1972-1974-cü il tarixləri ərzində hərbi xidmətdə olmuş, eyni zamanda uçot vərəqinə tikilmiş 6271 №-li attestatın surətinə əsasən xx.xx.1975-xx.xx.1975-ci il tarixləri arasındakı dövr ərzində texniki məktəbdə təhsil almışdır. Dövlət Neft Şirkətinin Baş ofisinin Mərkəzi Arxivinin xx.xx.2011 -ci il tarixli 26- 03/112 №-li arayışında sadalananlara əlavə olaraq vətəndaşın işlədiyi peşənin Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli 12 saylı qərarına əsasən 10-cu “Qazma” bölməsinin 10.2ci yarımbölməsinin a) fəhlələr - quyuların yeraltı təmiri üzrə operatorların güzəştli şərtlərlə pensiya almağa əsas verdiyi qeyd olunmuşdur. “X12 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2011 -ci il tarixli 805/AS №-li arayışında da İddiaçı xx.xx.2006-cı il tarixindən bu günə kimi həmin nümayəndəlikdə quyuların yeraltı təmiri üzrə operator peşəsində işlədiyi, həmin peşənin yuxarıda qeyd edildiyi kimi müvafiq peşəyə aid olduğu qeyd edilmişdir. İddiaçı xx.xx.2011 -ci il tarixindən təyin edilmiş 193,57 manat aylıq pensiya məbləği avtomatlaşdırılmış qaydada müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və baza hissəsinin məbləği artırılmaqla xx.xx.2012- ci il tarixindən 202,15 manata, xx.xx.2013-cü il tarixindən 203,44 manata, xx.xx.2013-cü il tarixindən 218,44 manata, 01.01,2014-cü il tarixindən 221,28 manata, 01.01,2015-ci il tarixindən 222,98 manata çatdırılmış və sonuncu məbləğlə xx.xx.2015-ci il tarixinədək ödənilmişdir. İddiaçı pensiya işi üzrə açılmış “Pensiyaçının uçot vərəqi”nə tikilmiş sənədlərin icra tarixlərinin araşdırılması ilə müəyyən edilmişdir ki, onun pensiyasının ötən dövrlərdən yenidən hesablanaraq yüksək məbləğə çatdırılması ilə əlaqədar hərəkətlərə bu işdə maraqlı olmuş şəxslər tərəfindən 4 il sonra başlanılmış, sonrakı mərhələdə birinci instansiya məhkəməsinin qərarının alınmasına və ötən dövrlərdən daha yüksək miqdarda aylıq pensiya məbləğinin təyin edilərək ödənilməsinə nail olunmuşdur. Belə ki, vətəndaşın pensiya işinə tikilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2- 1(82)-2445/2015 №-li qərarında qeyd olunanlardan məlum olmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia qaldıraraq ona xx.xx.2009-cu il tarixindən (55 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2011 -ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, hesablama aparılarkən 01.01,2010-cu il tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilmişdir. İddiaçı 1969-1972-ci il tarixləri arasındakı dövr ərzində Kürdəmir rayonunda traktorçu işləmiş, sonra isə 1975-ci il tarixindən Bakı şəhərində əmək fəaliyyətinə başlamışdır. İddiaçının xx.xx.1997-ci il tarixədək 25 il ümumi stajı vardır. İddiaçı hesab edir ki, ona 55 yaşdan xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Buna görə iddiaçı ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə müraciət etmiş, iddiaçıya Qanunun 9-cu maddəsini əsas gətirərək mövcud qanunvericiliyə görə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunduğundan 55 yaşdan pensiya təyin olunmasından imtina edilmişdir. Qərarda qeyd olunanlara əsasən məhkəmənin xx.xx.2015-ci il tarixli sərəncamı ilə İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi cavabdehə təqdim edilmiş və ondan iddiaya dair öz münasibətlərini (etirazı) məhkəməyə bildirmək tələb olunmuşdur. Lakin şöbə tərəfindən yazılı münasibətin təqdim edilibedilməməsi barədə məhkəmə qərarında heç bir məlumat verilməmişdir. Bununla belə, İddiaçı şöbəyə qarşı qaldırdığı iddiaya baxılaraq və Azərbaycan Respublikası İPM-nin 68, 73, 85.1-86-ci maddələri rəhbər tutularaq 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(82)-2445/2015 №-li qərarı ilə iddia tələbi təmin edilmişdir. İddiaçı xx.xx.2009-cu il tarixindən (55 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2009-cu il tarixində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004- 2005-ci il tarixləri arasındakı dövr ərzində orta aylıq əməkhaqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh həvalə edilməsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. Sözügedən məhkəmə qərarında qeyd olunanlara baxılarkən vətəndaşın iddiası ilə əlaqədar olmayan başqa bir şəxsin adı qeyd olunmuş yazılar aşkar edilmişdir. Belə ki, qərarın 3-cü səhifəsinin sonuncu abzasında və həmin abzasın davam etdirildiyi 4-cü səhifədə işə heç bir aiddiyəti olmayan X5 adında şəxsin iddiası üzrə cümlələr yer almışdır. Eyni zamanda, həmin səhifədə məhkəmə orqanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə istinad etməklə, həmin bəndin deyil, 1 №-li siyahıya uyğun olan “a” bəndinin şərtlərini sadalamışdır. Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müvafiq qərarından apellyasiya şikayətinin verilməsi təmin olunmamışdır. Ehtimal edilir ki, ümumiyyətlə vətəndaş, onun adından verilmiş iddia üzrə keçirilmiş məhkəmə prosesindən məlumatsız olmuşdur. Məhkəmə iclasında cavabdeh şöbə tərəfindən vətəndaşın iddiasına qarşı etibarlı müdafiə təşkil edilməmiş, məhkəməyə qanunvericiliyin şərtləri təqdim və ətraflı izah olunmamışdır. Araşdırma zamanı, şöbə tərəfindən İddiaçı adına açılmış pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə vətəndaşın şöbəyə 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla 55 yaşından əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət sənədi (ərizəsi), şöbənin pensiya təyin edən komissiyasının vətəndaşın müraciəti ilə əlaqədar verdiyi imtina qərarı, imtina barədə vətəndaşa şöbə tərəfindən ünvanlanmış məktub, vətəndaşın məhkəməyə müraciət etməsini təsdiq edən iddianın surəti, məhkəmənin şöbə ilə yazışmaları, şöbənin məhkəməyə göndərdiyi müvafiq etiraz və şikayət sənədləri aşkar edilməmişdir. Fond tərəfindən yerli qurumlara mütəmadi olaraq pensiya işlərinin inventarizasiyasının aparılması barədə verilmiş ciddi tapşırıqlara baxmayaraq İddiaçı aid işə tikilmədiyi qeyd edilən zəruri sənədlərlə əlaqədar şöbənin məsul işçiləri tərəfindən heç bir tədbir görülməmişdir. Beləliklə, araşdırma nəticəsində, vətəndaşın 55 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması əsaslı hüquqverici sənədlərlə sübuta yetirilməmiş, təyin olunacaq və yenidən hesablanacaq pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, məhkəmə orqanı yalnız məhkəmə materialları kimi işə tikilmiş əmək kitabçasının surətinə, iş stajı barədə arayışlara baxmaqla kifayətlənmiş, vətəndaşın iddiasında qeyd olunanlara istinad etməklə iddia tələbini təmin etmişdir. Məhkəmə qərarından göründüyü kimi, məhkəmə orqanı tərəfindən Qanunun 9.8-ci - “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.” maddəsi əsas götürülərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun (qanun) tələblərinə uyğun olaraq mübahisələndirilmişdir. Belə ki, qeyd olunan qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Həmin dəyişikliyə kimi 13-cü maddənin b) bəndində kişilər azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə (vaxtilə qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş) çalışdıqları halda 55 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırdılar. Lakin xx.xx.1954-cü il təvəllüdlü vətəndaşın xx.xx.1997-ci il tarixində 42 yaşı var idi və həmin tarixdə vətəndaşın pensiya hüququ yaranmırdı. Eyni zamanda, 1997-2000-ci il tarixləri arasındakı dövr ərzində yaş həddinin artırılması ilə kişilərin pensiya yaşı 57 yaşına çatdırılmış, vətəndaş isə 1997-ci ilin sonuna 43 yaşına çatmışdır. Əmək pensiyaları üzrə yaş həddinin artırılması isə qanunun təkcə 13-cü deyil, 12-ci, 15-ci 16-cı, 19-cu, 35-ci və 40-cı maddələrində, habelə sosial pensiyaların təyinində də tətbiq edilmişdir. Bunlardan əlavə, yaş həddinin artırılması 2 №-li Siyahı üzrə nəzərdə tutulmuş kişi və qadınlara münasibətdə tətbiq edilmişdir. Qanunun 9.8-ci maddəsinin şərtləri daxilində 42 yaşlı vətəndaşın pensiya hüququna 1997-ci il tarixindəki qanunvericiliklə nəzərdə tutulmuş 55 yaşdan təyin edilməsi isə göründüyü kimi qanunvericiliklə ziddiyyət təşkil edir. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 2-ci bölməsinin 2.1.6-2.1.8-ci bəndlərində güzəştli şərtlərlə əmək pensiyası hüququ ilə bağlı ətraflı məlumat verilməklə və misallar göstərilməklə Qanunun 9.1 və 9.8-ci maddələrinin tələbləri geniş şərh edilmişdir. Qeyd olunanlarla yanaşı, 2006-cı il tarixinin 1 yanvarından qüvvədə olan Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 2017-ci ilin 1 iyulundan Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli siyahı qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunan zaman tətbiq edilir. Güzəştli siyahıda nəzərdə tutulan işləri Qanunun 9.1-ci və 9.8-ci maddəsindəki şərtlər üzrə tam iş günü ərzində yerinə yetirən işçilər güzəştli şərtlərlə pensiya hüququ qazanırlar. Bununla belə, pensiyanın təyin edilməsi və yenidən hesablanması barədə qərarın rəsmiləşdirildiyi 2015-ci il tarixinədək İddiaçı 6 il əvvəl, yəni 2009-cu il tarixindən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 55 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən təyin edilməklə və yenidən hesablanmaqla vətəndaşa təyin edilmiş əmək pensiyasının aylıq miqdarının yüksək məbləğə çatdırılması və ötən dövrlərdən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Məhkəmədə proseslərin vətəndaşın xeyrinə başa çatdırılmasına nail olunduqdan, o cümlədən sonuncu instansiya məhkəməsinin qərarı xx.xx.2015-ci il tarixində şöbəyə daxil olduqdan sonra məhkəmə qərarı və digər sənədlərə, o cümlədən Dövlət Neft Şirkətinin Baş ofisinin Mərkəzi Arxivinin möhürü ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli SOCAR/15- 1000/26-10-000/26 №-li “Əmək haqqı barədə” 2004-2005-ci il tarixləri arasındakı dövr üzrə əməkhaqqı arayışı əsas götürülməklə İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2009-cu il tarixindən yenidən hesablanmışdır. Yenidən hesablama uçot vərəqinə tikilmiş şöbənin Pensiya təyin edən komissiyasının şöbə müdiri, pensiya təyinatı sektorunun müdiri, maliyyə-uçot sektorunun müdiri - baş mühasibinin imzası ilə təsdiq edilmiş tarixsiz pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamı ilə rəsmiləşdirilsə də, həmin sərəncamda pensiyanın məbləğinin xx.xx.2015-ci il tarixindən 648.76 manat olması barədə qısa qeyd aparılmışdır. Ötən dövrlərdən hesablanmış məbləğlər barədə müvafiq qeydlər isə uçot vərəqinə yazılmışdır. Uçot vərəqinin daxili hissəsində müvafiq qrafalara şöbənin əməkdaşları tərəfindən yazılmaqla xx.xx.2009-cu il tarixindən baza hissə 75,0 manat, orta aylıq əməkhaqqı üzrə 427,43 manat, pensiya kapitalı üzrə 24,16 manat olmaqla cəmi 526,59 manat məbləğində hesablanmış pensiyanın aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla 01.01,2010-cu il tarixindən 533,36 manat, 01,09.2010-cu il tarixindən 543,36 manat, xx.xx.2011 -ci il tarixindən 569,48 manat, 01.01,2012-ci il tarixindən 607,15 manat, xx.xx.2013-cü il tarixindən 613,50 manat, xx.xx.2013-cu il tarixindən 628,50 manat, 01.01,2014-cü il tarixindən 641,19 manat, xx.xx.2015- ci il tarixindən 648,76 manat müəyyən edilmiş və xx.xx.2015-ci il tarixindən sonuncu qeyd edilən məbləğlə ödənişi aparılmışdır. Şöbə tərəfindən xx.xx.2009-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək olan dövr üzrə 33075.76 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğinin 19000,0 manatı 2015-ci ilin sentyabr ayının 4-də, 14075,66 manatı həmin ayın 28-də vətəndaşın plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Sonuncu qeyd edilmiş 648,76 manat məbləğində hesablanmış pensiyanın aylıq məbləği müvafiq dövrlər üzrə baza hissəsi məbləğinin artırılması, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə xx.xx.2016-cı il tarixindən 670,71 manat, xx.xx.2016-cı il tarixindən 680,71 manat, 01.01,2017-ci il tarixindən 751,48 manat təşkil etmiş və ödənilmişdir. Qeyd olunanlardan əlavə, xx.xx.2017-ci il tarixindən Qanunun 37.3.1 -ci maddəsinə edilmiş dəyişikliklərdən istifadə edilərək və yenidən hesablandığı xx.xx.2009cu il tarixindən 6 il və daha çox işləməsi nəzərə alınaraq vətəndaşın adından ərizə blankı doldurulmaqla və imza edilməklə (ehtimal olunur ki, imza saxtalaşdırılıb) uçot vərəqinə tikilmiş xx.xx.2017- ci il tarixli ərizəsi, xx.xx.2006-01.01,2017-ci il tarixləri arasındakı dövr üzrə xx.xx.2017-ci il tarixli 99/xx/xx-15092 №-li “Sığortaolunanların fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış”ına əsasən şöbənin pensiya üzrə komissiyasının şöbə müdiri, pensiya sektorunun müdiri, mühasibat uçotu sektorunun müdiri imzaları ilə təsdiq edilmiş, xx.xx.2017-ci il tarixli sərəncamı ilə İddiaçı pensiyası xx.xx.2017-ci il tarixindən yenidən hesablanaraq 925,17 manata, çatdırılmış, sonrakı dövrlərdə Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirmə nəzərə alınmaqla avtomatlaşdırılmış qaydada pensiyanın aylıq məbləği xx.xx.2018-ci il tarixindən 977,91 manat, 01.01,2019-cu il tarixindən 1007,25 manat, 01.01,2020-ci tarixindən 1174,45 manat təşkil etmiş və ödənilmiş, sonuncu məbləğlə 01.11,2020-ci il tarixinədək ödənişi aparılmış, araşdırma zərurəti ilə əlaqədar həmin tarixdən pensiya ödənişi dayandırılmışdır. Nazirliyin əvvəlki pensiya proqramında və hazırki “Pensiya” altsistemində mövcud olan məlumatlara əsasən xx.xx.2011-01.11,2020-ci il tarixləri arasındakı dövr ərzində şöbənin təyinat və yenidən hesablama barədə qərar və sərəncamları nəzərə alınmaqla İddiaçı plastik kart hesabına köçürülmüş cəmi pensiya məbləği 99559,78 manat təşkil etmişdir. Göstərilənlərlə yanaşı ehtimal olunur ki, pensiya təyin edilməsindən, pensiyasının aylıq məbləğinin və ötən dövrlərə görə hesablanmış fərq məbləğlərinin pensiya plastik kartına köçürülməsindən vətəndaş məlumatlı olmamış, habelə, pensiyanın alınması üçün istifadə olunan plastik kart müəyyən müddət ərzində İddiaçı özündə olmamış, həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bu işdə maraqlı olmuş şəxslər tərəfindən mənimsənilmişdir. Beləliklə, qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşın pensiyası 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablana bilməz. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qanunvericiliyə müvafiq olaraq şöbə tərəfindən xx.xx.2011 ci il tarixindən 57 yaşından düzgün müəyyən edilmiş və təyin olunmuşdur. Eyni zamanda, Qanunun 37-ci maddəsinin şərtlərinə görə fərdi hesabında toplanmış 6 illik pensiya kapitalı əsasında pensiyanın məbləği 01,09.2017-ci il tarixindən 173,69 manat deyil, “Pensiya” altsistemində (PAS) olan məlumatlara əsasən 256,35 manat artmalıdır. Qeyd olunanlar nəzərə alınmaqla, 57 yaşının tamam olduğu xx.xx.2011 -ci il tarixindən vətəndaşın aylıq pensiya məbləği əmək pensiyasının baza hissəsi 85,0 manat, 34 il 8 ay stajına uyğun hesablanmış sığorta hissəsi və xx.xx.2006-xx.xx.2011 -ci il tarixləri arasındakı dövr üzrə fərdi hesabında qeydə alınmış pensiya kapitalı ilə birlikdə 195,01 manat, sonrakı baza hissəsinə artımlar və indeksləşdirmələr nəzərə alınmaqla xx.xx.2012ci il tarixindən 203,70 manat, 01.01,2013-cü il tarixindən 205,01 manat, xx.xx.2013-cü il tarixindən 220,01 manat, xx.xx.2014-cü il tarixindən 222,89 manat, 01.01,2015-ci il tarixindən 224,61 manat, xx.xx.2016-cı il tarixindən 229,59 manat, xx.xx.2016-cı il tarixindən 239,59 manat, xx.xx.2017- ci il tarixindən 255,66 manat Qanunun 37-ci maddəsinin şərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixindən 512,01 manat, xx.xx.2018ci il tarixindən 541,19 manat, xx.xx.2019-cu il tarixindən 557,43 manat, 01.01,2020-ci il tarixindən 649,96 manat, xx.xx.2021 -ci il tarixindən 724,06 manat, xx.xx.2022-ci il tarixindən 748,68 manat təşkil etməlidir. Göründüyü kimi, 01.11,2020-ci il tarixli vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 649,96 manata qarşı 1174,45 manatla (1,8 dəfə çox və ya 524,49 manat artıq fərqlə) təyin olunmasına və ödənilməsinə nail olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, araşdırma ilə əlaqədar 01.11,2020-ci il tarixindən İddiaçı təyin olunmuş pensiyanın ödənişi dayandırılmışdır. Həmin hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla xx.xx.2011 -ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr üzrə İddiaçı qanunvericiliklə hesablanıb ödənilməli cəmi pensiya məbləği 37894,39 manat təşkil edəcəkdir. Bununla da, şöbə tərəfindən təyin edilmiş, eyni zamanda məhkəmə qərarına əsaslanaraq yenidən hesablanmış və faktiki ödənilmiş cəmi pensiya məbləği 99559,78 manat, lakin yuxarıda qeyd olunan qanunvericiliyə müvafiq hesablanılmalı və ödənilməli olan cəmi pensiya məbləği 37894,39 manat müəyyən edilmişdir. Beləliklə, xx.xx.2009-cu il tarixindən 55 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda məhkəmə qərarı nəzərə alınmaqla orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsinin qərarı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanaraq xx.xx.2020-ci il tarixinədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 61 665,39 manat (99559,78-37894,39) təşkil etmişdir.Eyni zamanda bildiririk ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2023-cü il tarixli 2-2-02/2/2-923/2023 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib (surəti əlavə olunur).Həmçinin, qeyd edirik ki, hazırki iş üzrə ərizəçi olan Fondun Suraxanı rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmaması; 5) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; 6) prosessual həmiştirakçılığın yol verilənliyi; 7) tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə bu Məcəllənin 33.1 -ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1 -ci maddəsi) əməl olunmalıdır. Göründüyü kimi mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərini yoxlayır. Hazırki mübahisə isə yeni açılmış hallara dair ərizədir. mEyni zamanda qanunda müddətin ötürülməsinin nəzərdə tutulmaması mümkün hüquq müdafiə vasitələrindən istifadəni məhdudlaşdıran qərarın qəbul edilməsi yol verilməz hesab olunmalıdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:

1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

15. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

18. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

19. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

21. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

22. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

23. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

24. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə düzgün hüquqi qiymət vermişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

27. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

28. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı inzibati məhkəmə icraatının təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunub-olunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmaya imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığını yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra ərizəni mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

29. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. 1) Məhkəmə aidiyyəti; 2) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət. Hazırkı işdə ərizənin məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ilə əlaqədar mübahisəli məqam yoxdur. Digər mümkünlük şərti yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün qanunvercilikdə nəzərdə tutulmuş prosessual müddətlərə əməl edilməsidir.

30. Azərbaycan Respublikası İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

31. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.

32. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.

33. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.

34. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir.

35. İcraatın təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

36. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(82)-2445/2015 nömrəli qərarı xx.xx.2015-ci ildə cavabdehə təqdim olunmuş, qərar qənuni qüvvəsini aldıqdan sonra xx.xx.2015-ci il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdi.

37. Ümumiyyətlə isə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni 9 il keçdikdən sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı” ərizənin verilməsini məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır.

38. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

39. Müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

40. Beləliklə ərizəçi yeni açılmış hallar ilə bağlı ərizələrin təqdim edilməsi üzrə 3 illik müddəti ötürmüş hesab olunur.

41. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1602/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, müddətlə bağlı iddianın mümkünlüyünə dair işində qeyd edilmişdir ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.

42. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2469/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2469/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar