Məhkəmə qərarları › İş №2-1(103)-3952/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3952/2025

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3952/2025 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Emin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” iddia tələbinə dair işi üzrə Açar sözlər: (qanunsuz əlverişli inzibati aktın ləğvi, inzibati icraatda qeyri-müəyyən hüquqi anlayışların tətbiqi, əhəmiyyətsiz inzibati akt) Hakimlər Ismayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Iddiaçının İddiaçı Emin oğlunun iştirakı ilə, Iddiaçı İddiaçı Emin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları ##.##.2014-cü il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2014cü il tarixdə ümumi xəstəlik səbəbindən “Diaqnoz: Sol bazu sümüyünün cərrahi boynunun və körpüçük sümüklərinin bitişməkdə olan sınığı; Meyar: 2.1. Birinci dərəcə əlillik => Digər” birinci dərəcəli 2 il müddətinə əlillik təyin edilmişdir. ##.##.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2016-cı il tarixdə ümumi xəstəlik səbəbindən “Diaqnoz: Sol bazu sümüyünün cərrahi boynunun və körpüçük sümüklərinin bitişməkdə olan sınığı; Meyar: 2.1. Birinci dərəcə əlillik => Digər” müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. ##.##.2024-cü il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2024cü il tarixdə ümumi xəstəlik səbəbindən “Diaqnoz: Sol bazu sümüyünün cərrahi boynunun və körpüçük sümüklərinin bitişməkdə olan sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankil..” müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyasının *-**-*/*-*-*****/**** saylı ## ###### 2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir:

4. Bakı şəhər sakini ##.##.1981-ci il təvəllüdlü İddiaçı Emin oğlunun (FIN:*******) əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən ##.##.2014-cü il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 1997-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının 2.1 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 2 il müddətinə birinci dərəcə əlillik təyin edilmiş, ##.##.2016-cı il tarixindən 2.1 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən birinci dərəcə əlillik müddətsiz olaraq SISTEM tərəfindən uzadılmışdır. Göndərişdə qeyd edilən diaqnoz “Sol bazu smüyünün cərrahi boynunun və körpücük sümüklərinin bitişməkdə olan sınığı” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-M-*****/**** nömrəli məktub əsasında ##.##.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuşdur. ##.##.2024-cü il tarixində tibbi sənəd təqdim etmişdir. Müayinə zamanı ayaqlarında ağrı, yaraların olması, axsayaraq yerimədən şikayəti olduğunu bildirmiş, bəzi müayinə və müalicə sənədləri təqdim etmişdir. Anamnestik məlumatlar, obyektiv müayinə nəticələrinə əsasən xəstənin vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın 6.5.1.1 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 40% (qırx faiz) pozulmasına uyğun görülmüşdür ki, bu da ikinci dərəcə əlilliyə ekvivalent olmuşdur. Bu səbəbdən ##.##.2024-cü il tarixindən “Hissəvi reabilitasiya olunması”na dair Qərar verilərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 1997-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’nın 2.3 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə Qərar qəbul edilsin.

Birinci instansiya məhkəməsində icraat

Iddiaçı İddiaçı Emin oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müddətsiz üçüncü qrup əlilliyin təyin edilməsi barədə qərarın, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçıya müddətsiz birinci qrup əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Emin oğlu ## ### 1981-ci ildə Bakı şəhərində doğulmuşdur. ## #### 2013-cü ildə avtomobil qəzası keçirmişdir. Keçirdiyi avtoqəza nəticəsində aldığı xəsarətlərə görə ona “Hər iki baldır sümüklərinin açıq yerdəyişməli sınıqları, sol kürək sümüyünün və sol bazu sümüyünün cərrahi yerdəyişmiş sınıqları diaqnozu qoyulmuş, Xəstəliyinin adı “hər iki aşağı ətrafda baldır sümüklərinin Ilizarov aparatı ilə osteosintezi” adlanır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ElmiTədqiqat Travmatologiya və X9 şöbəsinin müalicə həkiminin və şöbə müdirinin imzaladığı ## ###### 2014-cü il tarixli *** saylı arayışdan da görünür ki iddiaçıya “Hər iki baldır sümüklərinin açıq yerdəyişmiş sınıqları, yivli mil-mil cihazı ilə osteosintezdən sonrakı vəziyyət, sol bazu sümüyünün cərrahi boynunun və körpücük sümüyünün metal lövhə ilə osteosintezindən sonrakı vəziyyət, hər iki baldırın yerinin həcmli yumşaq toxuma defektli çupuq toxumaları” diaqnozu qoyulmuş, ambulator nəzarət məsləhət görülmüşdür. ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və X9 şöbəsinin travmotoloqu X1 və X5 tərəfindən müayinə olunaraq verilmiş rəydə qeyd edilmişdir: “Sağ sol dizin 2 AP proyeksiyasında R qrammalarında Oynaq yarığı qeyri-bərabər, medialda çox olmaqla daralıb, kənari osteofitlər, kondiluslar arası hündürlüklərin sivriləşməsi uyğun oynaq səthlərində skleroz, varus deformasiyaları var. Sağ oynaq diz oynağı Osteoartroz III dərəcə. Sol diz oynağı osteoartroz II dərəcə (Kellgren - Lowrens). Hər iki baldırın və ayaqların R qrammaları. Nəticə hər iki sağ və sol qamış və incik sümüklərinin sınıqları: tibialar bitişmiş sınıqlar. Fibulalar bitişməmiş sınıqlar - yalançı oynaqlar. Hər iki ayaq Şopar Lisfrank oynaqlarında artrozlar solda çox olmaqla = II - III dərəcə”. Iddiaçı 2014-cü ildən 2016-cı ilə qədər həkim komissiyasından keçmiş və ona Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin * saylı Tibbi Sosial Ekspert Komissiyasının təkrar müayinədən keçən əlillər üçün OYCSAH***** saylı arayışa əsasən, İ (birinci) qrup müddətsiz əlillik verilmiş, “Başqasının qulluğuna ehtiyacı var” qeyd edilmişdir. Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Agentliyi tərəfindən ona Respublika Xəstəxanasına EMG müayinəsi üçün göndəriş verildi. Respublika Xəstəxanasında EMG müayinəsi olmadığına görə oradan Təbibin göndərişi ilə Bakı Sağlamlıq Mərkəzinə EMG müayinəsinə göndərildi. ## ###### 2024-cü il tarixdə Bakı Sağlamlıq Mərkəzində müayinədən keçdikdən sonra nevroloq - EMG mütəxəssisi Turan M.E. tərəfindən xəstəliyinə görə rəy verilərək “lateral aşağı ətraflar sinir keçiriciliyi (NCS) müayinə olundu. Bilateral Peroneal sinirdən və Sural sinirdən cavab alınmadı. Tibial sinir motor göstəricinin amplitudu normadan aşağı nəticə göstərdi. Bu göstəricilər bilateral aşağı ətrafların ağır dərəcədə Sensori-Motor Neyropatiyası ilə ümumi olaraq dəyərləndirildi” qeyd edilmişdir. ## ###### 2024-cü il tarixində ## ###### 2024-cü il tarixli Bakı Sağlamlıq Mərkəzinin nevroloqu EMG mütəxəssisi Turan M.E. tərəfindən verilmiş rəyi, Respublika Xəstəxanasının ## ###### 2024-cü il tarixli rəyini, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunun rəylərini Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Agentliyinə təqdim etdi. Bakı Sağlamlıq Mərkəzinin nevroloqu EMG mütəxəssisi Turan M.E. və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu tərəfindən onun ayaqlarının ağırlaşdırıcı formasına görə verilmiş RƏY Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Agentliyi tərəfindən qəbul edilsə də, həmin sənədlərə heç bir hüquqi qiymət verilmədən, nəzərə alınmadan, ancaq çiyinində olan xəsarətlərə görə diaqnoz verilərək “Sol bazu sümüyünün cərrahi boynunun və körpücük sümüklərinin bitişməkdə olan sınığı” diaqnozu qoyulmuş, digər ağır xəstəliyi ilə - ayaqlarında olan əlilliklə əlaqədar əlillik haqqında arayışda qeyd edilməmişdir. Halbuki, Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Agentliyinin həkimləri tərəfindən onun ayaqları müayinə edilərkən, ayaqlarının damarları aparatla hiss olunmadı, damarlarının sıradan çıxmağı, hər iki ayaqlarının biləklərinin işləməməsi, dizdən aşağı vətərlərinin kəsiyi, barmaqlarının heç birinini işləməməsi, hərəkətsizliyini həkimlər də özləri müşahidə etdilər və bu barədə rəy yazib avtomatik olaraq göndəriləcəyini bildirdilər. 2014-cü ildən əlilliklə əlaqədar pensiyaya çıxmışdır. Iddiaçının əlil olmağı avtoqəza nəticəsində aldığı ağır dərəcəli xəsarətlətlə əlaqədar olmuş, aldığı xəsarətlərlə əlaqədar sənədləri ərizəyə əlavə etmişdir. 2016-cı ildə ona əlillik müddətsiz olaraq təyin edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona təyin olunmuş əlilliyi yenidən qiymətləndirərək onda olan xəstəliklərin (diaqnozun) səsəbindən, ## #### 2016-cı il tarixində təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyin dəyişdirilərək, 2.3. bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən ##.##.2024- cü il tarixindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul etmişdir. Halbuki, onun təyin olunmuş əlillik müddətsiz olmuşdur. Hesab edir ki, qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı qanunsuz və əsassızdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Emin oğlunun (FIN:*******) əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən ##.##.2014-cü il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 1997-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.1. bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 2 il müddətinə birinci dərəcə əlillik təyin edilmiş, ##.##.2016-cı il tarixindən 2.1. bəndinə müvafiq ümumi xəstəlik səbəbindən birinci dərəcə əlillik müddətsiz olaraq SISTEM tərəfindən uzadılmışdır. Göndərişdə qeyd edilən diaqnoz “Sol bazu sümüyünün cərrahi boynunun və körpücük sümüklərinin bitişməkdə olan sınığı.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3- **-*/*-M-*****/**** nömrəli məktub əsasında ##.##.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuşdur. ##.##.2024-cü il tarixində tibbi sənəd təqdim etmişdir. Müayinə zamanı ayaqlarında ağrı, yaraların olması, baxmayaraq yerimədən şikayəti olduğunu bildirmiş, bəzi müayinə və müalicə sənədləri təqdim etmişdir. Təqdim edilmiş ##.##.2014-cü il tarixli Elmi- Tədqiqat Travmotologiya və Ortopediya Institutunun *** nömrəli arayışında diaqnoz “Hər iki baldır sümüklərinin açıq yerdəyişmiş sınıqları, osteosintezdən sonrakı vəziyyət. Sol bazu sümüyünün cərrahi boynunun və körpücük sümüyünün metal lövhə ilə osteosintezindən sonrakı vəziyyət. Hər iki baldırın geniş həcimli yumşaq toxuma deffektli çapıq toxuması.” kimi qeyd olunmuşdur. DTSERA-da ##.##.2024-cü il tarixində həkim-nevropatoloq və travmotoloq tərəfindən müayinə olunmuşdur. Nevropatoloq rəyi “Kəllə-beyin sinirləri normadadır. Sümüküstü və vətər refleksləri yuxarı ətraflarda orta canlı, hər iki diz refleksləri orta canlıdır. Hər iki axil refleksləri alınmır. Əzələ tonusu ətraflarda normaldır. Sağ pəncədə əzələ gücü 3 bal, yerişi stepaj tiplidir. EMQ müayinəsi və Respublika Klinik Xəstəxanadan tibbi rəy gətirməlidir”, travmotoloqun rəyi “2013-cü il tarixində avtoqəza nəticəsində politravma almışdır. Bazu nahiyyəsindəki tarvma tam reabilitasiya olunmuşdur. Hər iki baldır nahiyyəsinin önündə trofiki yara izlənirlir. Yara üzərində ifrazat olduğu üçün osteomieliti istisna etmək üçün rentgen plyonka və Travmotologiya Institutundan tibbi rəy gətirməlidir.” kimi olmuşdur. DTSERA-da ##.##.2024cü il tarixində keçirilmiş aşağı ətraf arteriyalarının dopplerografiyasının nəticəsi “Magistral arteriyaların aterosklerozu, hemodinamik əhəmiyyətli daralmalar izlənilmir.” Olmuşdur. ##.##.2024-cü il tarixli Elmi-Tədqiqat Travmotologiya və Ortopediya Institutunun ********** nömrəli arayışında diaqnoz “Hər iki qamış sümüklərinin bitişmiş sınıqları, incik sümüklərinin yalançı oynaqları. Hər iki baldırın autodermoplastikasından sonrakı çapıqlar. Sağ diz oynağının III, sol diz oynağının II dərəcəli qonartrozu, varus deformasiyaları. Hər iki aşıq-baldır oynaqlarının natamam kontrakturası”, ##.##.2024-cü il tarixli EMQ müayinə nəticəsi “Bilateral Peroneal sinirdən və Sural sinirdən cavab alınmadı. Tibial sinir motor göstəricinin amplitudu normadan aşağı nəticə göstərdi. Bu göstəricilər bilateral aşağı ətrafların ağır dərəcədə Sensori- Motor neyropatiyası ilə uyumlu olaraq deyerlendirildi. ##.##.2024-cü il tarixli Respublika Klinik Xəstəxanasının **** nömrəli tibbi rəyində diaqnoz “Çoxsaylı mononevropatiyaları. Aşağı süst paraparez.” olmuşdur. Anamnestik məlumatlar, obyektiv müayinə nəticələrinə əsasən xəstənin vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 40% (qırx faiz) pozulmasına uyğun görülmüşdür ki, bu da ikinci dərəcə əlilliyə ekvivalent olmuşdur. Bu səbəbdən ##.##.2024-cü il tarixindən “Hissəvi reabilitasiya olunması”na dair Qərar verilərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 1997-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.3. bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə Qərar qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## #### 2025-cü il tarixli qərarı ilə (hakim L.S.Musayeva) iddia təmin edilməmişdir. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı Emin oğluna müddətsiz əlillik barədə verilmiş qərar əlverişli inzibati aktdır. Onun sonradan əsassız ləğvi qanunsuzdur və vətəndaşın etimad hüququnun pozulması deməkdir. Ali Məhkəmə bu məsələdə vətəndaşın tərəfində dayanaraq inzibati orqanı tənqid edən qərar qəbul edib. Bu qərar faktiki halları eyni olan bütün işlər üçün presedent xarakteri daşıyır və hüququn üstünlüyünün bariz nümunəsidir. Lakin ## #### 2016-cı il tarixində təyin edilmiş müddətsiz birinci dərəcə əlillik qərarı əlverişli inzibati akt olmaqla qanuni olmuşdur və hazırda da həmin qərarın mübahisələndirilməsi, dəyişdirilməsi və yaxud ləğv edilməsi onun hüquqlarının və ən əsas da etimad hüququnun pozulmasına gətirib çıxarmışdır.

Tərəflərin izahatları, prosessual məsələlər

Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. tibbi reabilitasiya - orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemi Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5.Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

Inzibati Prosessual Məcəllə: Maddə 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Ilk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı müddətsiz üçüncü qrup əlilliyin təyin edilməsi barədə qərarın, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və iddiaçıya müddətsiz birinci qrup əlilliyin dəyişdirildiyi tarixdən bərpa edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hissəvi reabilitasiya olması ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlilliyinin müəyyən olunması haqqında qərarın tamamilə əsaslı olması iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyi iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən aparılaraq əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozla əlaqədar ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"nda qeyd olunan 2.3.2. bəndindəki meyarlara uyğun müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparıldığı görünür. Iddiaçı tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...İddiaçı Emin oğluna müddətsiz əlillik barədə verilmiş qərar əlverişli inzibati aktdır. Onun sonradan əsassız ləğvi qanunsuzdur və vətəndaşın etimad hüququnun pozulması deməkdir. Ali Məhkəmə bu məsələdə vətəndaşın tərəfində dayanaraq inzibati orqanı tənqid edən qərar qəbul edib. Bu qərar faktiki halları eyni olan bütün işlər üçün presedent xarakteri daşıyır və hüququn üstünlüyünün bariz nümunəsidir. Lakin ## #### 2016-cı il tarixində təyin edilmiş müddətsiz birinci dərəcə əlillik qərarı əlverişli inzibati akt olmaqla qanuni olmuşdur və hazırda da həmin qərarın mübahisələndirilməsi, dəyişdirilməsi və yaxud ləğv edilməsi onun hüquqlarının və ən əsas da etimad hüququnun pozulmasına gətirib çıxarmışdır.”. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilinə münasibətdə bir neçə mərhələdə hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir.

1. Hüquq normasının hipotezası və inzibati icraatda qeyri-müəyyən hüquqi anlayışların tətbiqi Ilk növbədə qeyd etmək lazımdır ki, mübahisələndirilən və iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaradan Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarının qəbul edilməsinin maddi hüquqi əsası kimi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndi çıxış edir. Həmin normaya nəzər salaq: 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Hüquq nəzəriyyəsindən məlumdur ki, hüquq normaları öz daxili məntiqi quruluşuna görə üç əsas elementlərdən ibarətdir: hipoteza, dispozisiya və sanksiya. Bu elementlər hüquq normasının hüquqi mahiyyətini tam şəkildə ifadə etməyə, onun necə və nə zaman tətbiq ediləcəyini müəyyənləşdirməyə imkan verir. Hüquq normasının bu strukturu onun praktik fəaliyyətinə çevirilməsi baxımından da vacibdir. Hipoteza-hüquq normasının hansı şəraitdə və hansı hüquqi vəziyyətlərdə tətbiq ediləcəyini göstərir. O, hüquqi nəticənin yaranması üçün zəruri olan faktiki və hüquqi halları müəyyən edir. Dispozisiya-hüquq normasının əsas məzmun hissəsidir, yəni subyektlərin hüquq və öhdəliklərinin nədən ibarət olduğunu, hansı davranışın onlardan gözlənildiyini əks etdirir. Sanksiya isə normaya əməl olunmadığı təqdirdə tətbiq olunacaq hüquqi nəticəni məsuliyyət və cəza tədbirini göstərir. (bəzən də müvafiq davranışa görə mükafatı). Bu struktur normaya daxili məntiqilik verir: “əgər belə bir şərait mövcuddursa, o zaman bu cür davranmaq lazımdır, əks halda belə nəticə ilə qarşılaşacaqsan” modeli yaranır. Hüquq normasının bu cür quruluşu onun həm hüquqi texnika baxımından aydın və tətbiqedilən olmasını təmin edir, həm də hüquq müəyyənlik və proqnozlaşdırıla bilmə prinsiplərinin həyata keçməsinə şərait yaradır. Hipoteza-hüquq normasının tətbiq edilməsi üçün zəruri olan obyektiv və subyektiv şərtləri müəyyən edən hissədir. Yəni hipoteza göstərir ki, norma kimə və hansı hallarda şamil olunur. Bu, hüquq münasibətlərinin konkret şəraitdə hansı şəxslərə aid olduğunu və hüquq normasının hansı vəziyyətlərdə qüvvəyə mindiyini izah edir. Elmi ədəbiyyatda qeyd edilir ki, hüquq normasının hipotezası hüquq normasının əsas struktur elementlərindən biri kimi çıxış edir və onun funksiyası normanın tətbiq olunma şərtlərini müəyyənləşdirməkdir. Yəni hipoteza normanın hansı subyektlərə tətbiq olunacağı ilə yanaşı, hansı hüquqi və faktiki şəraitdə tətbiq olunduğunu da göstərir. Hüquq normasının hipotezası qanunverici orqan tərəfindən əvvəlcədən ehtimal edilən hallara (faktlara) əsaslanaraq müəyyən edilir. Hüquqi tənzimlənməsi zəruri hesab edilən münasibətlər, ilk növbədə, bu münasibətlərin yaranmasına səbəb ola biləcək halların aydın şəkildə müəyyən edilməsini tələb edir. Qeyd olunan normada “əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda” ifadəsi hipotezadır. Başqa sözlə, həmin faktın baş verməsi kifayət edir ki, hüquq normasında nəzərdə tutulmuş hüquqlar qüvvəyə minsin və ya müvafiq vəzifələr icra edilməyə başlasın. Hipotezada ifadə olunan hüquqi faktların müəyyənlik dərəcəsindən asılı olaraq mücərrəd və kazual hipotezalar fərqləndirilir. Kazual hipotezalar hüquq normasının tətbiqi üçün lazım olan hüquqi faktları konkret hadisələrin dəqiq təsvirinə əsasən ifadə edir. Mücərrəd hipotezalar isə hüquq normasının tətbiqi üçün tələb olunan hüquqi faktı dəqiq və konkret davranış modeli ilə deyil, ümumi və qeyri-müəyyən anlayışlarla ifadə edir. Məhkəmə tərkibi yuxarıda göstərilənləri hazırkı mübahisəyə tətbiq edərək qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndindəki “əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda” müddəası bir neçə qeyri-müəyyən hüquqi anlayışın birlikdə işlədilməsi ilə formalaşan qiymətləndirmə formuludur. Burada hüquqi dəyərləndirilməli olan vacib məsələ ondan ibarətdir ki, “düzgünlük”, “şübhə” və “əsaslı sübutlar” dedikdə nə başa düşülür? Başqa sözlə, “qərarın düzgünlüyü” inzibati aktın faktiki, yoxsa hüquqi hallarının səhv olmasıdır? “Şübhə” dedikdə bu zaman sadə ehtimal kifayətdir, yoxsa yüksək ehtimal tələb olunur? Hansı tələblərə cavab verən sübutlar cavabdeh orqan üçün “əsaslı” hesab edilməlidir? Məhkəmə tərkibi qeyd edir ki, inzibati hüquqda “qeyri-müəyyən hüquqi anlayışlar” dedikdə konkret şəkildə müəyyən olunmamış, lakin vəziyyətdən asılı olaraq hüquq tətbiq edən inzibati orqan tərəfindən şərh edilən (məzmunu doldurulan) və inzibati aktın səbəb ünsürünü müəyyənləşdirən ifadələr başa düşülür. Nəzərə almaq lazımdır ki, qeyri-müəyyən hüquqi anlayışların tətbiqi inzibati orqanın işin faktiki və hüquqi hallarının müəyyənləşdirilməsində mülahizə sərbəstliyi ilə əlaqədardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin hüquqi baxımdan qiymətləndirilməsini həyata keçirir. Inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti üzərində məhkəmə nəzarətinin olması hüquqi dövlətin əsas əlamətlərindən biridir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, inzibati qanunverciliyin ümumi prinsip və tələbləri baxımından, eləcə də inzibati hüquq elmində formalaşmış yanaşmaya görə, qeyri-müəyyən hüquqi anlayışların inzibati orqan tərəfindən tətbiqi, yəni qeyd olunan səlahiyyətin necə realizə edilməsi inzibati məhkəmə icraatı qaydasında tam həcmdə yoxlanıla bilər. Mübahisələndirilən qərarda müvafiq Qaydaların 3.7-ci bəndindəki hipoteza şərtləri aşağıdakı kimi əsaslandırılmışdır: “...Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Aparatının Daxili nəzarəti, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 6 (altı) nəfərə dair müxtəlif tarixlərdə əyani müayinəyə çağırılması haqqında sifarişli - xəbərnaməli məktub göndərilmiş, əyani müayinələri həyata keçirilmiş, tibbi sənədləri istənilmişdir. Onlardan 4 (dörd) nəfər ##.##.2024-cü il tarixində tibbi sənəd təqdim etmiş, 1 (bir) nəfər instrumental müayinədən keçmişdir. 1 (bir) nəfərə dair ##.##.2024-cü il tarixinə olmaqla əyani müayinəyə çağırılması haqqında sifarişli - xəbərnaməli məktub göndərilsə də, ##.##.2024-cü il tarixində əyani müayinədə iştirak etmiş, müayinəsi həyata keçirilmişdir...” Göründüyü kimi, cavabdeh iddiaçını risk qrupuna aid etmişdir. Risk qrupuna mahiyyəti barədə isə heç bir ağlabatan açıqlama verməmişdir. Bundan başqa, iddiaçının əyani müayinədə iştirak etməməsinə baxmayaraq, əvvəlki tibbi sənədlər əsasında qərar qəbul etmişdir. Halbuki, “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Başqa sözlə, müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Eyni zamanda iş materiallarında olan Şükür Qarayev tərəfindən yazılmış ##.##.2024-cü il tarixli ərizədən görünür ki, həmin ərizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmaqla mahiyyət etibarı ilə İddiaçı Emin oğluna təyin edilmiş əlilliyin səhv olması və araşdırılması ilə bağlı olmuşdur. Məhkəmə tərkibinin qənaətinə görə, həmin ərizə iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsas kimi qiymətləndirilə bilməz. Bu məzmunlu ərizələr əsasında təyin edilmiş əlilliklərin təftiş edilməsi qanunçuluq və səmərəli dövlət idarəçiliyi prinsipləri ilə ziddiyyət təşkil edir. Məhkəmə tərkibi qeyd olunanları, o cümlədən işin digər hallarını (##.##.2016-cı il tarixdən iddiaçının əlilliyinin sistem tərəfindən ümumi xəstəlik səbəbi ilə uzadılmasını, yalnız Şükür Qarayev tərəfindən yazılmış ##.##.2024-cü il tarixli ərizədən bir müddət sonra ##.##.2024cü il tarixdən əlilliyin ləğv edilməsini) nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan mavafiq Qaydaların 3.7-ci bəndindəki qeyri-müəyyən hüquqi anlayışları obyektiv, məntiqi və hüquqi meyarlarla şərh edə bilməmişdir. Başqa sözlə, inzibati orqan həmin anlayışların məzmununu məhz qeyd olunan meyarlar əsasında müəyyən etməli olduğu halda qüsurlu qiymətləndirmə fəaliyyətinə yol verərək heç bir ciddi və aydın əsaslandırma aparmadan iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, inzibati orqanlar tərəfindən qeyrimüəyyən hüquqi anlayışların təfsiri və həmin anlayışın təfsiri əsasında qəbul ediləcək qərar hüququn aliliyi prinsipi ilə ziddiyyət təşkil etməməli, eləcə də fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamalıdır. Ali Məhkəmənin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli Qərardadının 29-cu bəndində qeyd olunmuşdur ki, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, qeyri-müəyyən hüquqi anlayışlarla bağlı inzibati orqanların fəaliyyəti inzibati məhkəmə icraatı qaydasında yoxlanılarkən bəzi digər prinsiplərə də əməl olunub-olunmaması yoxlanılır. Belə ki, bu zaman rəhbər tutulmalı prinsiplərdən ən vacibi “müəyyənlik” prinsipidir. Əslində bu prinsipin elementləri “Inzibati icraat haqqında” Qanunun 58-ci maddəsində göstərilmişdir: 58.2. Inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. Inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Göründüyü kimi, inzibati hüquqda müəyyənlik prinsipi ona xidmət edir ki, fiziki və hüquqi şəxslər müxtəlif hüquqi vəziyyətləri əvvəlcədən qiymətləndirə və hərəkətlərini (fəaliyyətlərini) ona uyğun tənzimləyə bilsinlər. Yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qeyri-müəyyən hüquqi anlayışların tətbiqinə yönəlik inzibati fəaliyyət zamanı inzibati orqan tərəfindən “Inzibati icraat haqqında” Qanunun prinsip və tələblərinə əməl edilməmişdir. Belə olan halda isə cavabdehin mübasiləndirilən ##.##.2024-cü il tarixli inzibati aktı (əyani müayinəyə əsaslanan) iddiaçıya aid hissədə səbəb ünsürü baxımından qüsurlu hesab edilməlidir. Bundan başqa, qeyd olunmalıdır ki, belə mübahisələr həll edilərkən həm də “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz əlverişli inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı TSEK tərəfindən ##.##.2016-cı il tarixində qiymətləndirilmiş və və barəsində ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə ilkin əlillik təyinatı aparılması qərarı verilmişdir. Cavabdehin mübahisləndirilən qərarı isə ##.##.2016-cı il tarixdən bir neçə il keçdikdən sonra qəbul edilmişdir. Cavabdeh mübasiləndirlən qərarları qəbul edərkən isə əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və yeni sübutlara əsaslanmamışdır. Eyni zamanda, mübahisləndirilən qərarlarda “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara da istinad edilməmişdir. Nəzərə almaq lazımdır ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6-cı maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Məhkəmə tərkibi qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir.

2. TSEK-in ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarını etibarlı inzibati akt kimi qəbul etmək olarmı? Ilk növbədə qeyd etmək lazımdır ki, iş materiallarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı (i.v.56-57) Agentlik tərəfindən deyil, TSEK tərəfindən qəbul edilmişdir. Işdən görünür ki, TSEK-in ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı inzibati aktın rekvizitlərinə malikdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, həmin qərar nəticəsində müəyyən edilmiş hallar cavabdehin etirazının əsasını təşkil edir. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmə araşdırması zamanı TSEK-in (məhz TSEK-in, Agentliyin yox) iddiaçını ##.##.2025-ci il tarixdə əyani müayinəyə cəlb etməyə səlahiyyətli olmasına dair hər hansı bir hüquqi akt müəyyən edilməmişdir Müvafiq Qaydaların da tələblərindən göründüyü kimi, maraqlı şəxsi (vətəndaşı) əyani müayinəyə cəlb etməyə səlahiyyətli orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Başqa sözlə, belə səlahiyyət tibbi-sosial ekspert komissiyalarına (TSEK-ə) deyil, subordinasiya baxımından yuxarı inzibati orqan olan Agentliyə məxsusdur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Agentlik və TSEK eyni orqan kimi qiymətləndirilə bilməz. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (Agentlik) tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Eyni zamanda, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir (3.4-cü bəndd). Əlilliyin qiymətləndirilməsi barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır (3.5-ci bənd). Xüsusi ilə o da qeyd edilməlidir ki, Agentlik əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsləri deyil, məhz əlilliyi müəyyən edilmiş şəxsləri onların müraciətləri əsasında, habelə əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında inzibati icraat aparmaqla əyani müayinəyə cəlb edə bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”nin 3.2.4-cü bəndinə əsasən, tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbisosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək Agentliyin hüquqları sırasındadır. Qeyd olunmalıdır ki, IIQ-nin 65-ci maddəsində inzibati aktın etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biri də müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktdır. Inzibati hüquq nəzəriyyəsində mövcud yanaşma ondan ibarətdir ki, inzibati orqanın səlahiyyətinin zaman, məkan, subyekt və predmet baxımından sərhədləri müəyyən edilmişdir. Bu baxımdan inzibati məhkəmə icraatında inzibati aktın səlahiyyət ünsürü qiymətləndirilərkən zaman, məkan, subyekt və predmet baxımından müəyyən olunmuş sərhədlərin aşılıb-aşılmadığı araşdırılmalıdır. Predmet üzrə səlahiyyət inzibati orqanın məzmun etibarilə hansı məsələni həll etmə imkanına sahib olmasında ifadə olunur. Yəni inzibati orqanın mahiyyət etibarilə hansı münasibətləri tənzimləmək səlahiyyəti vardır. Inzibati idarəçilik orqanlarının öz daxilində səlahiyyət bölgüsündən asılı olaraq açıq-aşkar qərar qəbul etmək səlahiyyəti olmayan orqanın inzibati akt qəbul etməsi də bu aktın əhəmiyyətsiz olmasını bildirir. Məhkəmə tərkibi qeyd edir ki, Agentliyin əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etməyə səlahiyyəti olsa da, TSEK-ə münasibətdə isə ümumiyyətlə, şəxsi əyani müayinəyə cəlb etmək səlahiyyəti qanunverici tərəfindən tanınmamışdır. Elmi ədəbiyyatda qeyd edilir ki, inzibati orqanlar yalnız qanunla müəyyən edilmiş sərhədlər daxilində fəaliyyət göstərə bilər. Başqa sözlə desək, inzibati orqanların səlahiyyətləri dar təfsir (potestas stricte interpretatur) olunmalı və şübhə halında “səlahiyyət əleyhinə prezumpsiya” (in dubiis, non praesumitur pro potentia) işə düşür. Yəni inzibati orqanın hansısa məsələyə dair səlahiyyətli olub-olmaması ilə bağlı tərəddüd olarsa, bu zaman belə prezumpsiya edilir ki, inzibati orqan həmin məsələni həll etməkdə (inzibati akt qəbul etməkdə) səlahiyyətli deyil. Məhkəmə tərkibi qeyd edir ki, predmet baxımından səlahiyyətsiz həm də aşağı pillədə dayanan inzibati orqanın subordinasiya baxımından yuxarı inzibati orqanın səlahiyyətini mənimsəməsində ifadə olunur. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 71-ci maddəsinin X bəndinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Beləliklə, müvafiq hüquqi dəyərləndirmə nəticəsində məhkəmə tərkibində belə qənaət formalaşır ki, TSEK-in iddiaçını əyani müayinəyə cəlb etməklə qəbul etdiyi ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərar qərar səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt kimi tanınmalıdır. Həmin qərarın qəbul edilməsi ilə TSEK tərəfindən “səlahiyyətlərin hüdudları” (bəzən “səlahiyyətlilik” də adlanır), “səlahiyyətlərin iyerarxiyası” və “qanunçuluq” prinsiplərinin tələbləri pozulmuşdur. Səlahiyyətlərin hüdudları prinsipinin mahiyyəti ondan ibarətdir ki, hər bir inzibati orqan yalnız qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində fəaliyyət göstərə bilər. Heç bir orqan öz səlahiyyətlərini aşmamalı və ya başqa orqanın səlahiyyətlərinə müdaxilə etməməlidir. Başqa sözlə, bu prinsip hər bir orqanın qanunla müəyyən olunmuş fəaliyyət sərhədlərini qoruyur. Səlahiyyətlərin iyerarxiyası prinsipi inzibati hüquqda dövlət idarəetməsinin əsas prinsiplərindən biridir və inzibati orqanlar arasında tabeçilik münasibətlərinin necə qurulduğunu müəyyən edir. Başqa sözlə, bu prinsip inzibati idarəçilik sisteminin daxili strukturunu və tabeçiliyi müəyyən edir. Qanunçuluq prinsipinin tələbinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər(IIQ-nin 11-ci maddəsi). Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi qeyd edir ki, TSEK-in iddiaçını əyani müayinəyə cəlb etməklə qəbul etdiyi ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı yararsız (əhəmiyyətsiz) sayılan və heç bir hüquqi nəticə yaratmayan etibarsız inzibati aktdır. Ancaq xüsusi qeyd edilməlidir ki, formalaşmış məhkəmə təcrübəsində bu formada qəbul edilmiş qərarlara “qanunsuz” (əhəmiyyətsiz deyil) aktar kimi yanaşıldığından məhkəmə tərkibi həmin qərara məhz həmin istiqamətdə hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir.

3. Iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli T***/**** saylı ekspert rəyini əsas götürərək iddia tələbini rədd etməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyin ##.##.2024-cü il tarixli qərarının qanuni və əsaslı olması nəticəsinə gəlməsini düzgün hesab etmir. Belə ki, qeyd olunan ekspert rəyindən görünür ki, rəyin verilməsində tibbi sosial ekspert R.V.Məhərrəmli iştirak etmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, iddiaçının iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozla əlaqədar ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"nda qeyd olunan 2.3.2. bəndindəki meyarlara uyğun təyin edilmiş müddətsiz üçüncü dərəcə əlillik təyinatı qərərı düzgün olduğundan əliliyin gücləndirilməsinə heç bir əsas yoxdur. Qeyd olunan rəyin verilməsində cavabdehin nümayəndəsi də iştirak etdiyindən məhkəmə tərkibi ##.##.2025-ci il tarixli T***/**** saylı ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. Bu baxımdan, məhkəmə tərkibinin ##.##.2025-ci il tarixli qərardadında əsasən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və cavabdehin nümayəndəsinin iştirakının istisna edilməsi tələbi qoyulmuşdur. Həmin qərardada əsasən verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli, T**/**** saylı ekspert rəyinə əsasən Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutuna göndərilmiş və ##.##.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona "XBT kodu üzrə S42.2, S42.0, M21, M19.1, S82.2, M84.1, S82.3, M24.5, M81.9, M62.5, L98.4, M20.4, R52.1, R26.8 - Sol bazu sümüyünün cərrahi boynunun bitişmiş sınığı, sol körpücük sümüyünün orta 1/3-nin deformasiya ilə bitişmiş sınığı, sol bazu oynağının artrozu, sağ qamış sümüyünün distal 1/3-nin deformasiya ilə bitişmiş sınığı, incik sümüyünün orta 1/3-nin bitişməmiş sınığı, distal 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, sol qamış sümüyünün distal 1/3-nin bitişmiş sınığı, incik sümüyünün distal 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, hər iki aşıq-baldır oynağının artrozu, sağda III, solda II dərəcəli, açıcı-bükücü kontrakturası (sağda açma 110 dərəcə, bükmə 100°, solda açma 100°, bükmə 90°), hər iki pəncənin Lisfrank və Şopor oynağının III dərəcəli artrozu, osteoporozu, hər iki baldırın aşağı 1/3-nin əzələ defekti, atrofiya, trofiki dəyişiklikləri, sağalmayan yaraları, hər iki ayaq barmaqlarının çəkicəbənzar deformasiyası, daimi ağrı sindromu, dayaq-hərəkət funksiyasının pozulması" diaqnozu qoyulmuşdur. Şəxsin həmin tarixdə məhkəmə-tibbi müayinəsi zamanı sol çiyin qurşağının ön səthində və bazu oynağında ağımtıl rəngli, qeyri-müəyyən formalı, əməliyyat yerinə məxsus, hər iki baldırın aşağı 1/3-nin ön və içəri səthlərini əhatə edən sahədə geniş ölçülü çapıq, həmin fonda üzəri qəhvəyi qartmaqlı, sağalmayan yaralar qeyd edilmiş, hər iki baldırın aşağı 1/3-də deformasiya, əzələ defekti, atrofiya, hər iki aşıq-baldır oynağında və ayaq barmaqlarında bükmə-açma hərəkətlərinin məhdud olması müşahidə edilmişdir. Çəliklə hərəkət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na aşağıdakı bəndlərinə nəzər salaq:

6.1.10. müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik) Hentinqton xəstəliyi G10 irsi ataksiya G11 sinir və sümük-əzələ sisteminə aid olan R25simptomlar və nişanələr R29 Qiymətləndirmə başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim 6.1.10.1. pozuntusu, piramid çatışmazlıq 35-60 1 il əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli 6.1.10.2. pozuntusu, piramid çatışmazlıq 65-80 2 il əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır 6.1.10.3. dərəcədəpozuntusu, piramid çatışmazlıq 85-100 müddətsiz əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi

Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya baxışı zamanı keçirilən ekspertiza rəyində iddiaçının sağlamlığı ilə bağlı qeyd olunan hallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 6.1.10.3-cü bəndinə uyğun gəlir. IPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial ekspert komissiyasının ##.##.2024-cü il qərarı İddiaçı Emin oğluna aid hissədə ləğv edilməli, iddiaçıya təyin edilmiş müddətsiz birinci qrup əlilliyin (orqanizmin funksiyalarının pozulması faizi 85-100) dəyişdirildiyi tarixdən bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və IPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarı İddiaçı Emin oğluna aid hissədə ləğv edilsin. Iddiaçı İddiaçı Emin oğluna təyin edilmiş müddətsiz birinci qrup əlilliyin (orqanizmin funksiyalarının pozulması faizi 85-100) dəyişdirildiyi tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsinin) üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar