Məhkəmə qərarları › İş №2-1(103)-3953/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3953/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3953/2025 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxslər üçüncü şəxs1 və üçüncü şəxs2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı (üçüncü şəxslər X2, üçüncü şəxs1 və üçüncü şəxs2) “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2005-ci ildə tərtib edilmiş 30/*** reyestr nömrəli texniki pasportda B tikilisinin ümümi əmlaka aid olmasına dair qrafanın ləğv edilməsi, texniki pasport əsasında tərtib edilmiş ##.##.2005-ci il tarixli ****** saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və həmin qeydiyyat vəsiqəsi əsasında mərhum atası Əliyev Əbdül-Lətif Mustafa oğlunun adına tərtib edilmiş ********** saylı çıxarışa dair qeydin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə X2, üçüncü şəxs1 və üçüncü şəxs2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 111-də yerləşən mənzilə mərhum atası Əliyev Əbdül-Lətif Mustafa oğlunun adına o, vəfat etdikdən sonra 007011005202-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarış verilmişdir. Həmin çıxarış əsasında onun bacısı X2, qardaşları üçüncü şəxs1 və üçüncü şəxs2 çıxarışlar verilmişdir. O isə çıxarışı ##.##.2023-cü il tarixdə almışdır. Qeyd edilən ünvanda yerləşən yaşayış sahəsi iki tikilidən ibarətdir. Ünvanda yerləşən A və B tikilisi arasında dalan mövcuddur və B tikilisini iddiaçı özü inşa etmiş və ilk günlərdən həmin tikili yalnız onun istifadə və sahibliyində olmuşdur. Mübahisə predmeti olan yaşayış sahəsinin sənədləşməsinin hansı şəkildə həyata keçirilməsi ilə bağlı məlumatı yoxdur. O, daha sonra məlumat əldə etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 111-ə dair ##.##.2005-ci ildə tərtib edilmiş 30/*** reyestr nömrəli texniki pasport mövcud olmuş və həmin texniki pasporta uyğun olaraq ****** saylı qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Həmin qeydiyyat vəsiqəsində A və B tikilisi ümumi əmlak kimi göstərimişdir. Halbuki, texniki pasportda qeyd edilən B tikilisi dalan ilə A tikilisindən ayrılır və həmin tikili onun sahibliyində və istifadəsində olmuşdur. Onu da qeyd edir ki, yaşayış sahəsinin sənədləri itmişdir. O, sənədləri daha sonra əldə etmişdir. Nəticə etibarilə uzun illər yaşayış sahəsinin ümumi şəkildə sənədlərə işləndiyindən xəbərdar olmamışdır. Bu baxımdan ****** saylı qeydiyyat vəsiqəsi və həmin qeydiyyat vəsiqəsi əsasında mərhum atasına verilmiş çıxarış ləğv edilməlidir. Bakı Inzibati Məhkəməsinin (hakim Ləman Musayeva) *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında bildirir ki, guya o, heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Bu fikir tamamilə absurddur. Çünki o, özü qeyd edir ki, hazırda istifadəsində və sahibliyində olan texniki pasportda qeyd edilmiş “B” tikilisini öz hesabına tikmişdir. Ancaq buna dair sənədləşmə aparılarkən heç bir qeyd aparılmamışdır. Onun şikayəti də bununla bağlıdır ki, onun vəsaiti hesabına tikilmiş və sahibliyində olan B tikilisi necə olub ümumi əmlak kimi texniki pasporta əlavə edilib. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, əslində nə qeydiyyat vəsiqəsində, nə də çıxarışda “B” tikilisinin mərhum atasına verilməsi görünür. Belə ki, ##.##.2025-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, mərhum atası Əliyev Əbdullətifə 3 otaqdan ibarət yaşayış sahəsi 116 kv.m və cəmi sahəsi 190 kv.m olan mənzil verilmişdir. Həmin mənzilin texniki pasportunda A tikilisinə nəzər saldıqda elə həmin mənzilin sahəsinin 116 kv.m və torpaq sahəsi ilə birlikdə isə təxmini 170 kv.m olduğu görünür. Nəticə etibarilə müəyyən edilir ki, ilkin hüquqi sənəddə hazırda mənzil onun istifadəsində olan və texniki pasportda “B” tikilisi kimi göstərilmiş yaşayış sahəsinə dair heç bir sənəd yoxdur. Bu da “B” tikilisinin hazırda mərhum atasından onlara keçmiş mənzil ilə əlaqəsinin olmadığını göstərir. Sadəcə cavabdehin səhvi ucbatından ona məxsus “B” tikilisi də texniki pasportda ümumi əmlak olaraq müəyyən edilmişdir. Halbuki “B” tikilisi onun isitifadəsində və sahibliyində olmuş və mülkiyyətinə verilməli idi. Ancaq məhkəmə bunların heç birini ətraflı araşdırmamışdır, bununla bağlı ekspertiza təyin etməmişdir. Məhkəmə cavabdeh tərəfindən göndərilmiş sənədləri (qeydiyyat vəsiqəsi, çıxarış, ərizələr və s.) araşdırmadan birbaşa qərar qəbul etmişdir. Belə ki, elektron məhkəmə sistemindən görünür ki, sənədlər sistemə ##.##.2025 tarixindən yüklənmişdir. Məhkəmə də iddianın rəddi ilə bağlı qərarı elə həmin gün qəbul etmişdir. Nəticə etibarilə məhkəmə qeyd edilən sənədləri araşdırmadan qərar qəbul etmiş və onun hüquqlarını pozmuşdur. Halbuki inzibati məhkəmə icraatında işin hərtərəfli və obyektiv araşdırılması məhkəmənin vəzifəsidir və bunun üçün bütün qanuni vasitələrdən istifadə etməlidir. Məhkəmə isə nə sərəncamda, nə qeydiyyat vəsiqəsində ona məxsus “B” tikilisi ilə bağlı heç bir qeyd olmamasına baxmayaraq, hansı əsasla ona məxsus yaşayış sahəsinin də texniki pasporta əlavə edilməsini araşdırmayıb. Bu da onun hüquqlarının pozulmasıdır. Bundan əlavə, texniki pasporta baxdıqda orada “A” tikilisinin 116,4 kv.m təşkil etdiyi açıq görünür. Çıxarışın verilməsi və daha sonra vərəsələr arasında əmlakın bölünməsi üçün mübahisə predmeti olan Məmməd Arif 27/111-də yerləşən yaşayış sahəsi üçün əsas olmuş ilkin hüquqi sənəd qeydiyyat vəsiqəsində də yaşayış sahəsinin 116,4 kv.m olması göstərilir. Nəticə etibarilə çıxarışın verilməsi üçün əsas olan qeydiyyat vəsiqəsi “A” tikilisindən dalan ilə ayrılan “B” tikilisini əhatə etmir. Bu halda hansı əsasla onun sahibliyində olan yaşayış sahəsi ümumi əmlak kimi texniki pasporta əlavə edilir və çıxarışda həmin əmlakın ümumi olması göstərilir. O, bunları məhkəmədə bildirsə də, məhkəmə işi hərtətəfli araşdırmamışdır. Nəticədə ədalətsiz qərar qəbul etmişdir. Üçüncü şəxs X2 tərəfindən apellyasiya şikayətinə etiraz məhkəməyə daxil olmuşdur. Etirazda qeyd olunur: iddiaçı - qardaşı İddiaçı Əbdüllətif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və şikayətdə bildirilmiş faktiki hallar və dəlillər reallıqdan uzaqdır. Iddiaçının B tikilisinin öz vəsaiti hesabına inşa etdirməsi barədə iddiaları yalandır. Belə ki, o və qardaşlarının ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakda A və B tikilisi hər ikisi ailəlikcə hər birinin ortaq vəsaiti hesabına tikilmişdir. Çünki onlar valideynləri ilə birlikdə bacı və qardaşlar eyni ünvanda yaşamışlar və ailənin təsərrüfatı ümumilikdə hər birinin vəsaiti hesabına formalaşmış və yaşadıqları evdə aparılmış hər bir tikinti-təmir işlərində hər birinin vəsaiti mövcud olmuşdur. Bugünkü gündə iddiaçının sözügedən B tikilisinin özününküləşdirməsi hər birinin haqqının tapdanalması deməkdir. Bundan başqa, iddiaçı təxminən 10-12 ildir ki, həmin B tikilisini kirayəçilərə kirayəyə verməklə oradan əldə olunan məbləği onlarla bölüşməyərək sadəcə özü faydalanmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F- ***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Apellyasiya baxışı zamanı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi Idarəsi onun hüquq varisi cavabdeh1 ilə əvəz edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxslər üçüncü şəxs1 və üçüncü şəxs2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs X3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi"müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında HYPERLINK "https://eqanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi"qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi"qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X5 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən və ##.##.2025-ci il tarixli məktuba əlavə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 27, *** saylı fərdi yaşayış evinə dair sənədlərdən görünür ki, ümumi sahəsi 190,0 kv.m olan “A” və ”B” literli fərdi yaşayış evləri üzərində ilkin hüquq sahibi Əliyev Əbdül-Lətif Mustafa oğlunun mülkiyyət hüququ Bakı şəhər Icra Hakimiyyəti başçısının *** nömrəli, ##.##.2002-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər Icra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə Ictimai Komissiyasının ** nömrəli, ##.##.2002-ci il tarixli protokolundan çıxarış əsasında qeydiyyata alınmış və texniki pasport tərtib edilmişdir. Daha sonra Əliyev Əbdül-Lətif Mustafa oğlunun vəfat etməsi ilə əlaqədar Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən 2/5 hissədə X2 (qeydiyyat tarixli ##.##.2022-ci il, qeydiyyat nömrəsi 1122092394), 1/5 hissədə üçüncü şəxs1 (qeydiyyat tarixli ##.##.2022-ci il, qeydiyyat nömrəsi 1122102961), 1/5 hissədə İddiaçı (qeydiyyat tarixli ##.##.2023-cü il, qeydiyyat nömrəsi 1123177367), 1/5 hissədə üçüncü şəxs2 (qeydiyyat tarixli ##.##.2023-cü il, qeydiyyat nömrəsi 1123179323) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, qeyd olunan fərdi yaşayış evi “A” və ”B” tikililər olmaqla ümumi sahəsi 190,0 kv.m olmuş və ilkin olaraq mülkiyyət hüququ Əliyev Əbdül-Lətif Mustafa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Iddiaçı ”B” tikilisinin ona məxsus olduğunu, həmin tikilinin atasına məxsus fərdi yaşayış evi ilə əlaqəsinin olmadığını, atasının texniki pasportunda və çıxarışda səhv olaraq ümumi əmlak kimi göstərildiyini bildirmiş, bu səbəbdən də həmin hissədə aparılmış qeydiyyatın ləğv edilməsini xahiş edir. Lakin iddiaçı qeyd olunanları, eləcə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın düzgün aparılmadığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı ilkin qeydiyyat aparılan zaman qeyd olunan tikilinin ona məxsus olduğunu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi də məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar