Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3956/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliynin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “zəlzələ nəticəsində evin zəlzələdən zərər görmüş evlər sırasına daxil edilməsi” tələbi barədə 2-1(112)- 249/2022 saylı iş üzrə iddiaçı tərəfindən verilmiş cavabdeh inzibati orqanın cərimə olunması barədə ərizəyə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2-1(112)-249/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə xx.xx.2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində onun evinin zəlzələdən zərər görmüş evlər sırasına daxil edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-249/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı “zəlzələ nəticəsində evin zəlzələdən zərər görmüş evlər sırasına daxil edilməsi” tələbinə dair iddiası cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə aid hissədə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-249/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı məxsus İsmayıllı rayonu, Xəlilli kəndində yerləşən yaşayış evinin xx.xx.2019-cu ildə baş vermiş zəlzələ nəticəsində zəlzələdən zərər görmüş evlərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-971/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(112)-249/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-249/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından icra olunması üçün 18 may 2023-cü il tarixli məktubla cavabdeh orqana göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarının icra edilmədiyi üçün müvafiq icra tədbirlərinin görülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-249/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının icrasına dair xx.xx.2023-cü il tarixdə icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Cavabdeh1 Tikintidə X1 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, qeyd olunan məhkəmə qərarına əsasən vətəndaşa məxsus yaşayış evi xx.xx.2019-cu ildə baş vermiş zəlzələdən zərər çəkmiş evlərin siyahısına daxil edilmişdir. Bu məqsədlər üçün dövlət büdcəsindən müvafiq vəsait ayrıldıqdan sonra tikinti işlərinə başlanılacaqdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında məlumatına əsasən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Məhkəmənin iş üzrə xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanan məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Cavabdeh1 müvafiq məktubu məhkəməyə daxil olmuş və həmin məktubda “iddiaçının evinin zəlzələdən zərər çəkmiş evlərin siyahısına daxil edilməsi tələbinə dair məhkəmə qərarının icra edilməsi qeyd edilmişdir. Həmçinin, məhkəmənin icra vərəqəsinə əsasən Yasamal rayon İcra şöbəsinin “icraata başlamaq barədə” qərarı məhkəməyə daxil olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə qərarının icra vəziyyəti barədə bütün sual və iradlarınız ilə əlaqədar Yasamal rayon İcra şöbəsinə müraciət edə bilərsiniz. Eləcə də məhkəmə qərarının “qərara aldı” hissəsində qeyd edilməyən yeni tələbiniz yarandığı halda, yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz”. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar cavabdehin cərimə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-249/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim L.Musayeva) İddiaçı tərəfindən verilmiş cavabdeh inzibati orqanın cərimə olunması barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və cavabdehlər barəsində 50000 manat miqdarında cərimə tətbiq edilməsini xahiş etmişdir. İş üzrə apelyasiya şikayəti vermə müddəti ötürüldüyündən iddiaçıya hüquqi yardım göstərilərək, bildirilmişdir ki, 2-1(112)-249/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərardadı poçt vasitəsilə İddiaçı xx.xx.2024-cü il tarixli göndəriş məktubu ilə göndərilmiş, xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Lakin apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə poçta təqdim edilməklə, məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası iddiaçıya Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək 2-1(112)-249/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərardadından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni məhkəməyə təqdim etməyi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliynin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək şikayət vermə müddətinin ötürülməsini nəzərə alınıb mümkün hesab edilməməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barəsində heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2-1(112)-249/2022 saylı qərardadı iddiaçı tərəfindən 10 sentyabr 2024-cü il tarixdə məhkəmə qəbzinə imza edilməklə alınmışdır. Lakin iddiaçının apellyasiya şikayəti 20 sentyabr 2024-cü il tarixdə poçt vasitəsi ilə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardaddan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən, yəni 10 sentyabr 2024cü il tarixdən hesablanmaqla, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti müddət ötürülməklə xx.xx.2024-cü il tarixdə verilmişdir. Məhkəmə kollegiyası iddiaçının “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” vəsatətinə hüquqi qiymət verərək hesab edir ki, ərizə buraxılmış müddətin üzrlü olması barədə hər hansı əsas gətirilmədən ümumi sözlərdən istifadə etməklə əsaslandırılmışdır. Bu səbəbdən də qeyd olunanlar buraxılmış müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçının Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2-1(112)-249/2022 saylı qərardadından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçının prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2-1(112)-249/2022 saylı qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-3956/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3956/2024
05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver