Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-396/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsildə X2rşı “cavabdehin 11.02.2021-ci il tarixli məktubu ilə diplomun tanınmasından imtinasının qanunsuz hesab edilməsi və Ukrayna Respublikasının "xxxx" Ali Təhsil Müəssisəsi tərəfindən iddiaçının adına verilmiş 30.06.2017-ci il tarixli, B17 167555 nömrəli diplomun tanınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 18.08.2021-ci il tarixli 2-1(112)-4970/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 01-04 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsildə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 11.02.2021-ci il tarixli məktubu ilə diplomun tanınmasından imtinasının qanunsuz hesab edilməsi və Ukrayna Respublikasının "xxxx" Ali Təhsil Müəssisəsi tərəfindən iddiaçının adına verilmiş 30.06.2017-ci il tarixli, B17 167555 nömrəli diplomun tanınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Ukrayna Respublikasının "xxxx" Ali Təhsil Müəssisəsinin “maliyyə və kredit” ixtisası üzrə təhsili almış və bu barədə "xxxx" Ali Təhsil Müəssisəsi tərəfindən ona 30.06.2017-ci il tarixli, B17N-167555 nömrəli diplom verilmişdir. Bununla bağlı iddiaçı Təhsil Nazirliyinə diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsinə dair 24.10.2018-ci il tarixli məktubla müraciət etmişdir. Təhsil Nazirliyi 10.04.2019-cu il tarixli elektron məktubu ilə diplomu ölkə ərazisində tanınmasından imtina etmişdir. Diplomun tanınmasından imtina edilməsinə dair məktubda AR Təhsil Nazirliyi Ukrayna Respublikasının "xxxx" Ali təhsil Müəssisənin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə ümumiyyətlə olmadığını, ona görə də tədris yükünü yerinə yetirməsinin qeyri-mümkünlüyü qeyd edilmiş, eyni zamanda tədris dilini bilmə səviyyəsi də qənaətbəxş olmadığı qeyd edilmişdir. İddiaçı bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinin hakimi Şəlalə Həsənovanın icraatında olmuşdur. Hakim Ukrayna Respublikasının X5 Edilməsi Akademiyasının rəhbərliyinə sorğu göndərmişdir. Ukrayna Respublikasından “LTM Regionlararası personalın X10ndan” prorektor İ.İ.Klimkova tərəfindən sorğuya cavab olaraq, 12 oktyabr 2020-ci il 1201 saylı cavab məktubu verilmişdir. Məktubda qeyd olunub ki, “LTM Regionlararası personalın X10nda 30.06.2017ci il tarixli B 17 167555 saylı diplom alınmışdır. İxtisasın akkreditasiyası haqqında sertifikat əlavə edilir. “Quma Meridiani” 2017-ci ildə Akademiya ilə təşkilatı-məsləhət və informasiya xidmətləri təminatı əsasında əməkdaşlıq etmişdir. Hakim 2-1(112)-1275/2020 nömrəli işi araşdırıldıqdan sonra 20.10.2020-ci il tarixində iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Ukrayna Respublikası "xxxx" Ali Təhsil Müəssisəsi özəl Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 30.06.2017-ci il tarixli, B17 №167555 nömrəli bakalavr diplom üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədi ilə müvafiq Ekspert Komissiyası tərəfindən yenidən ekspertizadan keçirilməsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qərarının tam formada təqdim olunduğu gündən 2 ay keçdikdən sonra iddiaçıya elektron poçta məlumat göndərdilər ki, fevral ayının 3-də tədris dilinin bilmə səviyyəsində onlayn vasitəsilə müsabiqə keçiriləcək. 03.02.2021-ci il tarixində iddiaçı ilə 15 dəqiqəlik onlayn müsabiqə keçirildi. İddiaçı verilən suallara cavab verdi. Ona bildirdilər ki, 3 aydan sonra cavab veriləcək. Lakin 8 gündən sonra, yəni 11.02.2021-ci il tarixində təkrar formada - əvvəlki qaydada imtina edilməsinə dair elektron formasında cavab göndərilmişdir. İddiaçı Təhsil Nazirliyi tərəfindən 11.02.2021-ci il tarixli məktubda diplomun tanınmasından imtina edilməsini qanunsuz hesab edir. İddiaçıya diplom Ukrayna Respublikasının "xxxx" Ali Təhsil Müəssisəsi tərəfindən verilmiş, lakin iddiaçı təhsilini həmin Akademiyanın Gürcüstan Respublikasının Tiflis şəhərində yerləşən “Quma Meridiani” tədris mərkəzi ilə aralarında bağlanmış müqaviləyə əsasən Tiflis şəhərində almışdır. Bununla bağlı “Guma Meridiani” tədris mərkəzi tərəfindən 19.04.2019-ci il tarixli, 04/26 saylı arayış da verilmişdir. Eyni zamanda Təhsil Nazirliyinə təqdim edilmiş pasportunun təsdiq olunmuş surəti ilə də müəyyən edilir ki, iddiaçı tədris normativi üzrə tələb olunan müddətlərdə Tiflis şəhərində olmuşdur. AR Təhsil Nazirliyinin imtina üçün əsas götürdüyü ekspert qrupunun mənfi rəyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsi ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”nın tələbləri pozulmaqla verilmişdir. Mənfi rəyin verilməsinin əsasları qeyd olunan qaydalarda açıq şəkildə göstərilmişdir. Həmin qaydaların heç bir bəndində belə bir əsasla mənfi rəyin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Hökuməti ilə Ukrayna Hökuməti arasında imzalanmış “Təhsil, elmi dərəcədə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında 16 mart 2000-ci il tarixli Sazişin tələbinə görə bu Saziş tərəflərin dövlət akreditasiya olan təhsil müəssisələri Azərbaycan Respublikası və Ukrayna Respublikası qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləşdirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Ukrayna Respublikası dövlət nümunəli sənədlər şamil edilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.08.2021-ci il tarixli 2-1(82)-4970/2021 saylı qərardadı ilə iddia tələbi Azərbaycan Respublikası Təhsil Nazirliyinə münasibətdə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 18.08.2021-ci il tarixli 2-1(112)-4970/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Təhsildə X2rşı “cavabdehin 11.02.2021-ci il tarixli məktubu ilə diplomun tanınmasından imtinasının qanunsuz hesab edilməsi və Ukrayna Respublikasının "xxxx" Ali Təhsil Müəssisəsi tərəfindən iddiaçının adına verilmiş 30.06.2017-ci il tarixli, B17 167555 nömrəli diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir. (hakim M.Hacıbəyova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, Gürcüstan Respublikasına “Guma Meridiani” təhsil mərkəzində qiyabi formada distant təhsil almışdır. Azərbaycan Respublikası Təhsil haqqında Qanun 13.1.3 maddəsində distant təhsil mövcuddur. Bu barədə “Quma Meridiani” Təhsil mərkəzinin rəhbəri tərəfindən 19.04.2019-cü il tarixli 04/26 saylı arayış verilib. İş materialında həmin materiallar qeyd olunub. Qərarda deyilir ki, DVD video çəkilişində müəyyən edilir ki, iddiaçının rus dili bilmə səviyyəsi onun ali təhsil müəssisəsində aldığı ixtisasın mənimsənilməsini şühbə altına alınmasına əsas verir. Bildirmək istəyir ki, o, rus dilini normal bilir və buna görə də xarici ölkədə 4 il yarım təhsil almışdır. Xarici ölkədə tədris aldığı müddətlərdə sərhədi keçmə vaxtları pasportunda qeyd edilmişdir. Pasportunun təsdiq edilmiş surəti iş materialında qeyd olunub. Onu da bildirmək istəyir ki, Bakı İnzibati Məhkəməsindən Ukrayna Respublikasına “LTM Regionlararası rəhbərliyinə sorğu göndərilmişdir. 12.10.2020-ci il 1201 saylı cavab məktubu verilmişdir. Məktubda qeyd olunub ki, ”LTM Regionlararası personalın X10nda İddiaçı 30.06.2017-ci il tarixli B 17 N-167555 saylı diplom almışdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X9 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin 11.02.2021-ci il tarixli məktubu ilə diplomun tanınmasından imtinasının qanunsuz hesab edilməsi və Ukrayna Respublikasının "xxxx" Ali Təhsil Müəssisəsi tərəfindən iddiaçının adına verilmiş 30.06.2017-ci il tarixli, B17 167555 nömrəli diplomun tanınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı Ukrayna Respublikası ərazisində olmamış, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayaraq müddətdə Ukrayna Respublikasının Özəl Səhmdar Cəmiyyət olan "xxxx" Ali Təhsil Müəssisəsində təhsil aldığını, Akademiya ilə təşkilati-məsləhət və informasiya xidmətləri təminatı əsasında əməkdaşlıq müqaviləsi əsasında fəaliyyət göstərən “Quma Meridiani”nın ali təhsil müəssisəsi olması sübuta yetirilməmişdir. Həmçinin, iddiaçının təhsil aldığı Ukrayna Respublikasının Özəl Səhmdar Cəmiyyət olan "xxxx" Ali Təhsil Müəssisəsində tədris dili rus dili olduğundan, müvafiq ekspert rəyi verilməsi üçün iddiaçı ilə müsahibə rus dilində aparılmışdır. Cavabdehin etiraza əlavə etdiyi DVD video çəkilişindən məhkəmə müəyyən etmişdir ki, iddiaçının rus dilini bilmə səviyyəsi onun ali təhsil müəssisəsində aldığı ixtisasın mənimsənilməsini şübhə altına alınmasına əsas verir. Belə olan halda cavabdeh tərəfindən diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin iddiaçıya verilməsindən imtinası üçün səbəb olan mənfi ekspert rəyi əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan "xxxx" Ali Təhsil Müəssisəsi tərəfindən verilmiş 30.06.2017-ci il tarixli, B17№-167555 nömrəli bakalavr diplomunun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı Ukrayna Respublikasının "xxxx" Ali Təhsil Müəssisəsinin “maliyyə və kredit” təhsil sahəsi, Maliyyə Menecmenti tədris proqramı üzrə ona bakalavr dərəcəsi verilmişdir. Diplom Ukrayna Təhsil və Elmi Nazirliyi Respublikasının Elm və Təhsil Nazirliyi X8 Edilməsi Akademiyası tərəfindən 31.07.2018-ci ildə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İş materiallarında olan "xxxx" Ali Təhsil Müəssisəsi tərəfindən verilmiş 30.06.2017-ci il tarixli, B17№-167555 nömrəli bakalavr diplomuna ******* nömrəli əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin müəssisənin “İqtisadiyyat və sahibkarlıq” ali peşə istiqaməti üzrə təhsil aldığı zaman proqram fənlərindən kafi, yaxşı və məqbul qiymətlər almış, ixtisası üzrə dövlət imtahanlarını vermişdir. İş materiallarında olan GUMA meridianı tərəfindən verilmiş 19.04.2019-cu il tarixli 04/26 nömrəli arayışın Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həqiqətən də 2017-ci ildə Gürcüstanda (Tbilisi ş.) “X8 Edilməsi Akademiyasını” distansiyalı olaraq maliyyə və kredit ixtisası üzrə bitirdi və qeyd edilən təhsil ocağı onun adına B17№-167555 nömrəli diplom verdi. Əsas: arayış tədris– məsləhətxanası mərkəzi “GUMA meridianı” və Kiyevin "xxxx" arasında qoyulan müqaviləyə əsasən. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq göstərilmiş qeyddə bildirilmişdir ki, sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, X1 İdarəolunması Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirilməsi qeyrimümkündür. Eyni zamanda nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, 11E71DE362B nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. Azərbaycan Respublikasının 30.09.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.5-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”; 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Ukrayna Respublikasının Özəl Səhmdar Cəmiyyət olan "xxxx" Ali Təhsil Müəssisəsi tərəfindən ona ali təhsil haqqında (bakalavr) diplomu verilmişdir, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının Ukrayna Respublikası ərazisində qısa müddətdə olmaqla ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməməsini və iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığını, iddiaçının aldığı Gürcüstan “GUMA Meridian” təhsil mərkəzi isə ümumiyyətlə ali təhsil müəssisəsi statusuna malik olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Xarici ölkədə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş ekspert rəyindən çıxarışdan görünür ki, iddiaçı 03.02.2021-ci il tarixdə ekspertizanın tərkib hissəsi olan müsahibə mərhələsində iştirak etmiş və müsahibənin nəticələri aşağıdakı kimi qiymətləndirilmişdir: İddiaçı danışıq mərhələsində sualları anlayır, düzgün tələffüz etmir, qısa cavablara üstünlük verir (hə yox), fikrini natamam ifadə edir. Tərcümə mərhələsində çətinliklə tərcümə edir, məhdud söz ehtiyatı var (mətnin 1/4-2/4-dək hissəsini tərcümə edir). Yazı mərhələsində sualı oxuyur, suala əlaqəsiz və natamam cavab yazır, 3-dən artıq qrammatik və ya orfoqrafik səhvləri var. Yekun olaraq tədris dili qeyri-qənaətbəxş hesab edilmişdir. Həmçinin məhkəmə kollegiyası tərəfindən iddiaçının rus dilinin bilmə səviyyəsi haqqında müsahibənin videogörüntüsü olan diskə baxış keçirilmiş, müsahibənin rus dilində aparıldığı və iddiaçının rus dilində verilmiş sualları anladığı, lakin cümlələri tam qura bilmədiyi, fikrini natamam ifadə etdiyi və çətinliklə tərcümə etdiyi müəyyən edilmişdir. Bununla da məhkəmə kollegiyası ekspert rəyi ilə razılaşaraq hesab edir ki, iddiaçının rus dilini bilmə səviyyəsi qənaətbəxş deyil. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Ukrayna Respublikası ərazisində olmamış, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18.08.2021-ci il tarixli 2-1(112)-4970/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-396/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-396/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver