Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-396/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3071/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşından, yəni xx.xx.2011-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür və 13 avqust 1970-ci il tarixdən başlayaraq Xəzər X3 idarəsi Abşeron Rayon X3 İdarəsinin Gəmi Təmiri Emalatxanasında (Çilov) işə qəbul olunaraq xx.xx.2017-ci il tarixə kimi həmin müəssisədə şagird-çilingir, tornaçı köməkçisi, tornaçı kimi müxtəlif vəzifələrdə çalışmışdır. Vəzifələrinin əsas öhdəlikləri sırasına metal məmulatlarının və alətlərinin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması və s. daxil idi. 2006-cı ilə kimi olan əmək stajı ümumi olaraq hesabladıqda 33 il 1 ay 72 gündür. Məhz sözügedən hesablamanı da nəzərə alaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, müraciətinə pensiya hüququnu təsdiq edən bütün sənədləri əlavə etmişdir. Bu əlavələrdən biri "xxxx" QSC, Xəzər X3sı tərəfindən xx.xx.2023 tarixində təqdim edilmiş, notarial qaydada təsdiq edilmiş müvafiq arxiv arayışıdır ki, həmin sənəddə onun uzun illər işlədiyi peşənin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 Nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nm 11-ci (Metal emalı) bölməsinin 11.14 bəndinin "a" yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 Nömrəli qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 12-ci (Metal emalının digər peşələri) bölməsinin 12.16 "a" yarımbəndi (kod 2151200a- 1753a) ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edildiyi qeyd edilmişdir. Lakin tərəfindən edilmiş müraciətə cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17- 1/2J-219927/2023 saylı güzəştli şərtlərlə əmək pensiyasının təyinatına imtina edilməsi haqqında cavab məktubu verilmişdir. İmtina məktubunda cavabdeh orqan qeyd etmişdir ki, onun tərəfindən təqdim edilən sənədlər əsasında elə hesab edilir ki, sözügedən arxiv arayışında qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri (11.14) bəndində nəzərdə tutulmadığı müəyyən edilib. Bu səbəbdən də güzəştli iş stajının olmadığı, bu baxımdan da güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qeyri-mümkünlüyü nəzərdə tutulmuşdur. İddiaçı qeyd edir k, sahib olduğu əmək kitabçasına əsasən onun xx.xx.1970-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 40 ildən artıq ümumi stajı vardır. Həmən ümumi stajın dövrü üzrə təqdim edilmiş arxiv arayışına əsasən xx.xx.1970-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək o, Xəzər X3 İdarəsi Abşeron Rayon X3 İdarəsinin Üzən Gəmi Təmiri Emalatxanasında (Çilov) əsasən tornaçı kimi fəaliyyət göstərmiş ki, bu baxımdan ümumi 25 ildən çox güzəştli stajı hesablanmışdır. İddiaçı 1973-cü il 3 may tarixindən başlayaraq 1975-ci il may ayının 12-nə qədər olan müddətdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur ki, həmin müddət də iş stajına hesablanır. İddiaçının mövqeyini əsaslandıran sənədlərdən biri də işlədiyi Xəzər X3sı tərəfindən təqdim edilmiş, xx.xx.2016xx.xx.2016 tarixlərini əhatə edən haqq-hesab vərəqəsidir. Həmin vərəqədə işçiyə aid məlumatlar hissəsində göstərilmişdir ki, o, müddətli əmək müqaviləsi əsasında işçi kateqoriyası olaraq fəhlə kimi çalışırdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3071/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2023-cü il) əvvəlki üç il üçün, yəni xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibatı Məhkəməsi "Xəzər X3sı" İdarəsinin 19 iyun 2023-cü il tarixli aktına hüquqi münasibət bildirməmişdir. Belə ki, həmin aktda xx.xx.1970-xx.xx.2017-ci illərdə iddiaçının işlədiyi tornaçı peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahıda nəzərdə tutulmadığı və bu faktın sözügedən müəssisədə saxlanılan sənədlərlə təsdiqləndiyi qeyd edilmişdir. Məhkəmə sözügedən aktla əlaqədar hüquqi mövqe bildirmədiyindən bu vəziyyətdə qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Nazirlər Kabinetinin müvafiq siyahsında olmayan vəzifənin güzəştli vəzifə qismində nəzərə alınması Nazirlər Kabinetinin siyahısının məntiqi mövcudluqunu və hüquqi əhəmiyyətini sübhə altına alır. Məhkəmə müəssisə tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilən məlumatları mötəbər saymış, lakin həmin məlumatlarla eyni müəssisədən verilmiş akt arasındakı ziddiyətli məqamı aydınlaşdırmayaraq əsassız qərar çıxarmışdır. İş materiallarından da görünür ki, müəssisənin verdiyi aktda İddiaçı işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahıda nəzərdə tutulmaması həmin vəzifənin arayışda güzəştli pensiya hüququ verən vəzifə qismində nəzərdən keçirilməsi aydınlaşdırılmalı və bu sənədlərin mötəbərliyi məhkəmə tərəfindən müəyyən edilməli idi. Eyni müəssisədən verilmiş və bir-birilə ziddiyyət təşkil edən sənədlərin yalnız birinə istinad edilərək qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Beləliklə, iddiaçının əmək kitabçasında xx.xx.1970xx.xx.1970-ci il tarixləri arasındakı dövr ərzində Abşeron rayon X3 İdarəsinin Üzən Gəmi Təmir Emalatxanasında işlədiyi çilingər-şagırdi, xx.xx.1970-xx.xx.1973-cü il tarixləri arasındakı dövr ərzində tornaçı köməkçisi, xx.xx.1995-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində tornaçı vəzifəsinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin ona dair xx.xx.2023-cü il tarixli arayışında istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Oərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının metal emalı bölməsinin (11) metal emalının digər peşələri (11.14) bəndində nəzərdə tutulmadığı müəyyən edilmişdir. Bu fakt "Xəzər X3sı" İdarəsinin 19 iyun 2023-cü ıl tarixli birgə aktı ilə təsdiq edilmişdir. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun deyildir və iş üzrə qəbul edilmiş qərar əsassızdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ona 57 yaşından, yəni xx.xx.2011-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) müraciət etmiş, lakin cavabdeh güzəştli iş stajının olmamasını əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2017-dək, yəni mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: … 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.8. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2 əsas şərt: 1) 57 yaşının tamam olması; 2) 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixə 25 illik ümumi və 12,6 illik xüsusi iş stajının toplanması. İş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən iddiaçının umumi stajının 25 ildən artıq olması müəyyən olunur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının ümumi iş stajı ilə bağlı şərti ödəməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən məsələ iddiaçının güzəştli iş stajıdır. Cavabdeh bildirir ki, iddiaçının əmək kitabçasında xx.xx.1970-xx.xx.1970-ci il tarixləri arasındakı dövr ərzində Abşeron Rayon X3 İdarəsinin Üzən Gəmi Təmiri Emalatxanasında işlədiyi çilingər şagirdi, xx.xx.1970-xx.xx.1973-cü il tarixləri arasındakı dövr ərzində tornaçı köməkçisi, xx.xx.1995-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində tornaçı vəzifəsinin Azərbaycan Xəzər Dəniz Gəmiçliyi QSC-nin xx.xx.2023-cü il tarixli arayışında istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri (11.14) bəndində nəzərdə tutulmadığı müəyyən edilib. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Kollegiya cavabdehin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan "xxxx" QSC-nin Xəzər X3sının xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, İddiaçı xx.xx.1970-xx.xx.1973 və xx.xx.1975-xx.xx.2017-ci illər tarixinədək Xəzər X3 idarəsi Abşeron Rayon X3 idarəsinin Gəmi Təmiri Emalatxanasının (Çilov) mexaniki çilingər sahəsində şagird-çilingər, şagird-tornaçı, tornaçı köməkçisi, tornaçı peşələrində işləmiş və o, işlədiyi müddətdə tam iş günü ərzində, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olmuşdur. xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (yaşa görə təqaüdə çıxması) (xx.xx.2017-ci il tarixli 666-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. Onun işlədiyi tornaçı peşəsi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 11-ci (Metal emalı) bölməsinin 11.14 bəndinin "a” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 14-cü (Metal emalı) bölməsinin 14.12 “a” yarımbəndi (kod: 2151200a-1753a) ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Göründüyü kimi, iddiaçının işlədiyi şagird-çilingər, şagird-tornaçı, tornaçı köməkçisi, tornaçı vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 11-ci (Metal emalı) bölməsinin 11.14 bəndinin "a” yarımbəndi ilə uyğunluq təşkil etməsi "xxxx" QSC-nin Xəzər X3sının yuxarıda istinad olunan məktubu (arayışı) ilə öz təsdiqini tapmışdır. Cavabdehin apelyasiya şikayətinin “Xəzər X3sı" İdarəsinin 19 iyun 2023-cü il tarixli aktı” ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, sözügedən akt “Xəzər X3sı" İdarəsi tərəfindən deyil, cavabdehin əməkdaşı tərəfindən “Xəzər X3sı" İdarəsinin arxivçisinin iştirakı ilə tərtib edilmiş aktdır. Həmin akt iddiaçının işlədiyi peşənin güzəştli olub-olmamasına dəlalət edən sübut qəbul edilə bilməz. Eyni zamanda sözügedən aktda “Xəzər X3sı" İdarəsinin arixvçisi iddiaçının işlədiyi peşənin güzəştli siyahıda nəzərdə tutulmadığını təsdiq etmişdir. Kollegiya qeyd edir ki, iddiaçının işlədiyi peşənin adının siyahıda qeyd olunmaması işin mübahisəsiz halıdır. Lakin, həmin peşələrin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 11-ci (Metal emalı) bölməsinin 11.14 bəndinin "a” yarımbəndi ilə uyğunluq təşkil etməsi iş yerindən təqdim olunmuş arayış ilə təsdiq olunur. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3071/2024 nömrəli, xx.xx.2024-cü il qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-396/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-396/2025
17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver