Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3960/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5708/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra mətndə DVX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən qəbul edilmiş “Vergilərin, vergi sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********84600 nömrəli qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi göstərilməklə məhkəmədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********256000 №-li, 18 dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, buğda ununun çörək və şirniyyat bişirən obyektlərə satılması ilə məşğuldur. Həmin fəaliyyət növü ilə əlaqədar o “Mağaza, çadır və bazarlardan kənar səyyar mal satışı” fəaliyyəti kimi məşğul olan vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Barəsində Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən “Vergilərin, vergi, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********84600 nömrəli qərar qəbul edilmiş və həmin qərara əsasən 16272,6 manat məbləğində gəlir vergisi hesablanmışdır. O, həmin bu qərarın qanunsuz və əsassız olması barədə şikayət ərizəsi ilə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqanın xx.xx.2023-cü il tarixli **********874900 qərarı ilə şikayəti təmin edilməmişdir. Hesab edir ki, həm barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********84600 nömrəli qərar, həm də xx.xx.2023-cü il tarixli **********874900 saylı qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, şikayəti əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan da görünür ki, bu qərarı tərtib etmiş və müvafiq araşdırma aparmış Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri X5 tərəfindən o, həmin bu idarəyə çağırılmış və ondan işin halları ilə əlaqədar müvafiq izahatlar da alınmışdır. O, bununla əlaqədar izahat verərkən bu sahə üzrə qanunvericiliyin tələblərini bilmədiyini və bu barədə ona heç bir Vergi Xidməti əməkdaşının köməklik göstərmədiyini bildirsə də, ona ünvanlanmış həmin araşdırmaya dair qərarda Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliklərin ona xx.xx.2021-ci il tarixində və xx.xx.2022-ci il tarixində elektron qaydada göndərildiyi və həmin bildirişlərin də xx.xx.2021ci il tarixində və xx.xx.2022-ci il tarixində oxunduğu müəyyən olunduğu göstərilmişdir. Lakin o, izahatında həmin bu sənədləşmə işlərinin birbaşa onun tərəfindən deyil, mühasib tərəfindən aparıldığını və adına göndərilən elektron bildirişlərin də onun tərəfindən oxunmadığını bildirsə də, işin bu hallarına düzgün hüquqi qiymət verilməmiş və onun fəaliyyət göstərdiyi sahə üzrə elektron qaimələrin tətbiqi barədə ətraflı məlumatının olmaması və elektron qaimələrin vergi hesabatlarında və gündəlik sahibkarlıq fəaliyyətində yeni tətbiq olunduğunu nəzərə alaraq ona köməklik göstərilməsini xahiş etsə də, cavabdeh orqanın əməkdaşları tərəfindən ona real köməklik göstərilməmişdir. Bu isə cavabdeh orqanın əməkdaşları tərəfindən AR Vergi Məcəlləsinin 24-cü maddəsinin tələblərinin pozulması deməkdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi ilə, daha sonra isə sonuncu əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) ilə əvəz olunmaqla,məhkəmənin müvafiq sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2022-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində bəyan edilmiş gəlirləri təsdiqedici sənədlərlə (elektron qaimə faktura, nəzarət kassa aparatının dövrü hesabat məlumatları, ixrac bəyannamələri, bank hesabından çıxarış məlumatları və sair) müəyyən etmək mümkün olmadığı üçün bəyan edilmiş 422853,81 manat xərclər nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən 513623,11 manat gəlir müəyyən edilməklə 17945,06 manat əlavə vergi məbləği hesablanmışdır. Belə ki, vergi orqanının uçot-baza məlumatlarına əsasən aparılan araşdırma zamanı fərdi sahibkarın 2021-ci ilin sonuna mal qalığının olmadığı, 2022-ci il ərzində elektron qaimə faktura ilə 423365,01 manat məbləğində mallar (iş və xidmətlər), o cümlədən 423355.01 manat məbləğində (566,71 ton) mallar (buğda unu) əldə edildiyi, 2022-ci il ərzində elektron qaimə faktura ilə mal təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin, 2022-ci il üçün tədim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin 1 №li əlavəsində 2022-ci il ərzində əldə edilmiş malların “dövr ərzində daxil olmuşdur” sütununda göstərildiyi, il ərzində 422853.81 manat məbləğində malların təqdim edildiyi və ilin sonunda 501.17 manat dəyərində mal qalığının olması, vergi orqanında adına qeydiyyatdan keçmiş təsərrüfat subyektinin (obyektinin) olmadığı, sığorta haqqı üzrə 1044,0 manat ödənişləri nəzərə alınmaqla 2022- ci il ərzində gəlirlərin əldə edilməsi ilə bağlı xərclərinin 423907,84 manat (423365,01- 501.17+1044,0) olduğu və əldə edilmiş gəlirlərinin isə təsdiqedici sənədlərlə təsdiqlənmədiyi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarına əsasən 2018ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicinin vəzifəsinə aid edilmişdir. Fərdi sahibkar faktiki fəaliyyətinin səyyar qaydada buğda ununun satışından ibarət olmasını bildirməsini, alqısatqı əməliyyatlarından əldə edilmiş gəlirlərin kassa mədaxil qəbzlərinə əsasən formalaşmasını qeyd etməsinə baxmayaraq araşdırmaya təqdim olunmuş kassa mədaxil orderlərinin qanunvericiliyin tələbinə uyğun tərtib olunmadığı, ciddi hesabat blankında vəsaiti ödəyən şəxs olaraq özünün adının yazıldığı, özü tərəfindən imzalandığı, təqdim edilmiş yazılı izahatında isə elektron qaimə fakturalarla əldə etdiyi buğda ununu çörək və şirniyyat bişirilən obyektlərə, yəni sahibkarlıq subyektlərinə satdığını qeyd etsə də, təqdim etdiyi (satdığı) mallara görə elektron qaiməfakturalar təqdim etməli olduğu halda təqdim etmədiyi müəyyən edilmiş, bankda olan hesablaşma hesabından çıxarışa əsasən təqdim edilmiş (satılmış) mallara görə alıcılar tərəfindən ödənişlər aparılmamış, bununla da real gəlirlərini inzibati araşdırma zamanı müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, fərdi sahibkar tərəfindən iri həcmli mal partiyalarının alışının qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsinə baxmayaraq satışını rəsmiləşdirməməklə istehsal fəaliyyəti ilə məşğul olan digər (mal alan) vergi ödəyicilərinin gəlirlərinin yayındırmasına əsaslar yaradılmış, aparılmış əməliyyatlar "kölgə iqtisadiyyatı"nın dərinləşməsini şərtləndirməklə faktiki olaraq satışı qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirilməyən iri həcmdə olan mal partiyasının hərəkətinin izlənilməsini çətinləşdirməklə sonrakı satış dövriyyəsindən vergilərin hesablanmamasına və nəticədə dövlət büdcəsinin əsaslı itkilərə məruz qalmasına səbəb olan vergidənyayınma sxemidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 1.3.1ci bəndinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti olaraq müəyyən edilmişdir. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.1 bəndinə əsasən isə topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaiməfaktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Həmçinin Qaydanın 4.4-cü bəndinə əsasən idxal mallarının və təhtəlhesab şəxsin aldığı malların anbara təhvil verilməsi, habelə topdansatış ticarət fəaliyyətində malların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir. Qaydanın 4.5-ci bəndinə əsasən isə malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması fövqəladə hal nəticəsində baş verdikdə, aidiyyəti dövlət orqanlarının verdikləri arayışlar əsasında həmin mallar məsul şəxslərin hesabından silinə bilər. Bu zaman “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” tərtib olunur. İri həcmli mal partiyalarının faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) satışı birbaşa “kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada sənədsiz satılan mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Yuxarıda göstərilənləri nəzərə alaraq, vergi ödəyicisinin fəaliyyətinin pərakəndə satış olmasına baxmayaraq, satışın nəzarət kassa aparatı ilə rəsmiləşdirilmədiyini, fərdi sahibkarın araşdırmaya təqdim etdiyi yazılı izahatında faktiki fəaliyyətinin səyyar qaydada buğda ununun satışından ibarət olmasını bildirməsini, alqısatqı əməliyyatlarından əldə edilmiş gəlirlərin kassa mədaxil qəbzlərinə əsasən formalaşmasını qeyd etməsinə baxmayaraq araşdırmaya təqdim olunmuş kassa mədaxil qəbzlərinin qanunvericiliyin tələbinə uyğun tərtib olunmadığını, ciddi hesabat blankında vəsaiti ödəyən şəxs olaraq özünün adının yazıldığını, özü tərəfindən imzalandığını, təqdim edilmiş yazılı izahatında isə elektron qaimə fakturalarla əldə etdiyi buğda ununu çörək və şirniyyat bişirilən obyektlərinə, yəni sahibkarlıq subyektlərinə satdığını qeyd etsə də, təqdim etdiyi (satdığı) mallara görə elektron qaimə-fakturalar təqdim etməli olduğu halda təqdim etmədiyini, bankda olan hesablaşma hesabından çıxarışa əsasən təqdim edilmiş (satılmış) mallara görə alıcılar tərəfindən ödənişlər aparılmadığını, gəlirlərinin və xərclərinin uçotunu Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” qaydalarına uyğun aparılmasının müəyyən edilmədiyini, bununla da real gəlirlərini müəyyən etmək mümkün olmadığını, fərdi sahibkar tərəfindən iri həcmli mal partiyalarının alışının qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsinə baxmayaraq satışını rəsmiləşdirməməklə istehsal fəaliyyəti ilə məşğul olan digər (mal alan) vergi ödəyicilərinin gəlirlərinin yayındırmasına əsaslar yaradıldığını, aparılmış əməliyyatların "kölgə iqtisadiyyatı"nın dərinləşməsini şərtləndirməklə rəsmiləşdirilməyən iri həcmdə olan mal partiyasının hərəkətinin izlənilməsini çətinləşdirdən, sonrakı satış dövriyyəsindən vergilərin hesablanmamasına və nəticədə dövlət büdcəsinin əsaslı itkilərə məruz qalmasına səbəb olan vergidənyayınma sxemi olduğunu, fərdi sahibkar araşdırmaya təqdim etdiyi yazılı izahatında sahibkarlıq subyektlərinə topdansatış qaydasında satdığı mallara görə elektron qaimə-fakturalar təqdim etməli olmasına baxmayaraq təqdim etməməsinin, təqdim etdiyi kassa mədaxil qəbzlərinin tərtibatında qaydalara əməl edilməməsinin, gəlir və xərclərinin uçotunun qanunvericiliyin tələbinə uyğun aparılmamasının mühasib tərəfindən işlərin icra edilməsi və məlumatının olmaması ilə əsaslandırsa da, fərdi sahibkarın fəaliyyəti ilə bağlı mövcud qanunvericilyin tələbləri, o cümlədən gəlir və xərclərinin uçotunun aparılması qaydaları, güzəştlər, elektron qaiməfaktura təqdim edilməli olduğu hallar və sair barədə məlumatların qeyd olunduğu “Qeydiyyata alınması barədə” xx.xx.2021-ci il tarixli **********929600 nömrəli və “Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə” xx.xx.2022-ci il tarixli **********365500 nömrəli məlumatlandırıcı “Bildiriş”lərin elektron qaydada fərdi sahibkara göndərildiyini və “Bildiriş”lərdə olan məlumatların fərdi sahibkar (və ya nümayəndəsi) tərəfindən müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2022-ci tarixlərdə oxunduğunu, habelə 2022-ci il ərzində elektron qaimə fakturalara əsasən 2022-ci il ərzində 423365,01 manat məbləğində mallar (iş və xidmətlər), o cümlədən 423355.01 manat məbləğində (566,71 ton) mallar (buğdu unu) əldə edilməsi, 2022-ci il üçün tədim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin 1 №li əlavəsində ilin sonunda 501.17 manat dəyərində mal qalığının bəyan olunması, sığorta haqqı üzrə 1044,0 manat ödənişlərinin olduğu nəzərə alınmaqla 2022-ci il ərzində gəlirlərin əldə edilməsi ilə bağlı xərclərinin 423907,84 manat (423365,01-501.17+1044,0) müəyyən edildiyini və il ərzində real gəlirlərinin müəyyən etməyin mümkün olmadığını, gəlirlərin əldə edilməsi ilə bağlı inzibati araşdırma ilə müəyyən edilən xərclərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” qaydaları tətbiq olunmaqla müəyyən edilən 508689,4 manat gəlirə uyğun hesablanmalı 16956,31 manat vergi məbləği ilə müqayisədə kameral vergi yoxlaması ilə müəyyən edilən vergi məbləğindən 471,54 manat az, yəni 17945,06 manat hesablandığını nəzərə alaraq şikayətin təmin edilməməsi və vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********256000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın qanunvericiliyə uyğun qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5708/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq qeyd edilmişdir ki, beləliklə, vergi ödəyicisinin fəaliyyətinin pərakəndə satış olmasına baxmayaraq, satışın nəzarət kassa aparatı ilə rəsmiləşdirilmədiyini, faktiki fəaliyyətinin səyyar qaydada buğda ununun satışından ibarət olmasını bildirməsini, alqı-satqı əməliyyatlarından əldə edilmiş gəlirlərin kassa mədaxil qəbzlərinə əsasən formalaşmasını qeyd etməsinə baxmayaraq araşdırmaya təqdim olunmuş kassa mədaxil qəbzlərinin qanunvericiliyin tələbinə uyğun tərtib olunmadığını,ciddi hesabat blankında vəsaiti ödəyən şəxs olaraq özünün adının yazıldığını, özü tərəfindən imzalandığını, təqdim edilmiş yazılı izahatında isə elektron qaimə fakturalarla əldə etdiyi buğda ununu çörək və şirniyyat bişirilən obyektlərinə, yəni sahibkarlıq subyektlərinə satdığını qeyd etsə də, təqdim etdiyi (satdığı) mallara görə elektron qaimə-fakturalar təqdim etməli olduğu halda təqdim etmədiyini, bankda olan hesablaşma hesabından çıxarışa əsasən təqdim edilmiş (satılmış) mallara görə alıcılar tərəfindən ödənişlər aparılmadığını, gəlirlərinin və xərclərinin uçotunu Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” qaydalarına uyğun aparılmasının müəyyən edilmədiyini, bununla da real gəlirlərini inzibati araşdırma zamanı müəyyən etmək mümkün olmadığını, fərdi sahibkar tərəfindən iri həcmli mal partiyalarının alışının qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsinə baxmayaraq satışını rəsmiləşdirməməklə istehsal fəaliyyəti ilə məşğul olan digər (mal alan) vergi ödəyicilərinin gəlirlərinin yayındırmasına əsaslar yaradılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş mübahisələndirilən (xx.xx.2023-cü il tarixli) inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə əsasən vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. ... Həmin Məcəllənin 67-ci maddəsi vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarını tənzimləyir: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. ... Həmin Məcəllənin 72-ci maddəsinə əsasən: 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. 72.6. Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. 72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda. 72.7. Bu Məcəlləyə və ya digər qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1-72.6.5-ci maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir. Həmin Məcəllənin 83-ci maddəsinə əsasən: 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; ... 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada) Həmin Məcəllənin 131-ci maddəsinə əsasən: Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Həmin Məcəllənin 133-cümaddəsinə əsasən: 133.2. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” Bənd 1. Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Bənd 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. ... 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstür əsasında hesablayır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi (VÖEN **********) kimi uçota alınmış, xx.xx.2023-cü il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyət növü “mağaza, çadır və bazarlardan kənar səyyar mal satışı”ndan ibarət olmuşdur. Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2**********84600 saylı xx.xx.2023- cü il tarixli qərarın təfsilatından müəyyən olunur ki, İddiaçı tərəfindən 2022-ci il gəlir vergisi (bəyannamə və hesabat dövrü) üzrə təqdim edilmiş bəyannamə və hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 212,17 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 16484,77 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 16272,60 manat təşkil etmişdir. Eyni zamanda, aparılan araşdırma zamanı 2022-ci il ərzində e-qaimələr əsasında əldə edilmiş 423363,48 manat dəyərində malların təqdim edilməsini təsdiq edən sənədlərin olmadığı halda tərəflərindən təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsinin hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz) hissəsinin pərakəndə satışdan gəlir sətrində 432260,11 manat əks etdirilməsi satılmış mallara tətbiq edilmiş ticarət əlavəsinin real iqtisadi göstəricilərə uyğun olmadığına əsas verməklə real dövriyyənin gizlədilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək, kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə müəyyən edilmiş qaydalar əsasında vergi orqanı tərəfindən əlavə vergi məbləği hesablandığı qeyd edilmişdir. DVX-nin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********874900 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Mikayıl oğlunun kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayətinin təmin edilməməsi, Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli 2**********84600 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə faktiki xərclərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəətli (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” qaydaları tətbiq olunmaqla yenidən kameral vergi yoxlaması keçirilməsini və nəticəsinə uyğun qanunamüvafiq tədbirlər görülməsinin tapşırılması qərara alınmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********256000 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, İddiaçı tərəfindən 2022-ci il gəlir vergisi üzrə (bəyannamə və hesabat dövrü) təqdim edilmiş bəyannamə, hesabat üzrə onun tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 437,80 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə 17945,06 manat vergi borcu hesablanmışdır. Eyni zamanda, aparılan araşdırma zamanı 2022-ci il ərzində e-qaimələr əsasında əldə edilmiş 423363,48 manat dəyərində malların təqdim edilməsini təsdiq edən sənədlərin olmadığı halda vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsinin hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz) hissəsinin Pərakəndə satışdan gəlir sətrində 432260,11 manat əks etdirilməsi satılmış mallara tətbiq edilmiş ticarət əlavəsinin real iqtisadi göstəricilərə uyğun olmadığına əsas verməklə real dövriyyənin gizlədilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olduğu qeyd edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qeyd olunan qərarı ilə Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2**********84600 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehin kameral qaydada şərti rentabellik norması tətbiq etməklə ona əlavə gəlir vergisinin hesablanması barədə qərarını mübahisələndirmişdir. Hesablamanın əsası qismində iddiaçının 2022-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsində göstərdiyi eqaimələr əsasında əldə edilmiş 423363,48 manat dəyərində malların təqdim edilməsini təsdiq edən sənədlərin olmadığı qeyd olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinadən şərti rentabellik norması əsasında gəlir vergisini hesablamışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, vergi ödəyicisinin xərclərə dair təsdiqedici sənədi olmadığı təqdirdə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablanır. Hazırki işin araşdırılmış hallarından müəyyən olunur ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin 2022-ci il ərzində e-qaimələr əsasında əldə edilmiş 423363,48 manat dəyərində malların təqdim edilməsini təsdiq edən sənədlərin olmamasına istinad olunmaqla, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsinin hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz) hissəsinin Pərakəndə satışdan gəlir sətrində 432260,11 manat əks etdirilməsinin satılmış mallara tətbiq edilmiş ticarət əlavəsinin real iqtisadi göstəricilərə uyğun olmaması əsası ilə real dövriyyənin gizlədilməsinin vergidən yayınma halı kimi qiymətləndirilərək, iddiaçıya əlavə vergi hesablanmışdır. Halbuki, işin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən inzibati araşdırma zamanı vergi orqanına topdansatış qaydasında satdığı mallara görə kassa mədaxil qəbzləri təqdim olunmaqla, hər un kisəsindən ticarət əlavəsinin ona 0,40 manat qaldığı bildirilmişdir. Bundan əlavə iddiaçı tərəfindən vergi orqanına dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və vergi orqanı tərəfindən qeyd olunan hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklərin aradan qaldırılaraq, vergi orqanına təqdim edilməsi barədə hər hansı bildiriş göndərilməmiş, iddiaçının göstərdiyi fəaliyyət növünün real dövriyyəsinə uyğun olmayan 513623,11 manat gəlir müəyyən etməklə, sonuncuya 17945,06 manat vergi borcu hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Qeyd olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, mübahisələndirilən qərar qəbul olunarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5708/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-3960/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3960/2024
18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver