Məhkəmə qərarları › İş №2-1(103)-3965/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3965/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3965/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “qeyri-yaşayış təyinatlı tikinti obyektlərin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9859/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan qeyriyaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9859/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərardadı (hakim L.Musayeva) ilə İddiaçı münasibətdə iddia geri götürülmüş sayılmış, iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi, işin iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin təyin etdiyi birinci hazırlıq iclasında yəni, 11 iyul 2024-cü il tarixində saat 14:35-də məhkəmə iclasında olsalar da, hakim məhkəmə iclasına vaxtında gəlməmiş, 10 dəqiqə gözlədikdən sonra, məhkəmənin inzibati binasından çıxıb həyətində gözləyərkən sonradan xəbərləri olmuşdur ki, məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilərək 19 sentyabr 2024-cü il tarixə saat 14:35-ə təxir edilmişdir. Məhkəmənin ikinci hazırlıq iclasında yoldakı vəziyyəti və gecikmə ehtimallarını nəzərə alaraq elektron vəsatətlə iddialarını müdafiə etdiklərinə dair iradələrini məhkəmə iclasının başlamasına təxminən 15 dəqiqə qalmış bildirmişlər. Məhkəmə işə baxmamaq istəyini bariz şəkildə bəlli etmiş, gecikmələrini bəhanə edərək iddia ərizəsini geri götürülmüş hesab edərək iş üzrə icraata xitam vermişdir. Sonradan məhkəmə iclasında hər iki tərəf iştirak etsə də, məhkəmə qərardadı elan etdiyini, iş üzrə icraata xitam verildiyini bildirmişdir. Halbuki məhkəmənin həqiqətən işə baxmaq istəyi olsa idi, 15 dəqiqə artıq vaxt verməklə tərəflərin iştirakını təmin edə və iş üzrə araşdırmanı apara bilərdi. Çünki yolların hazırkı vəziyyətinin məhkəmə iclaslarına vaxtına çatmağa nə qədər çətinlik yaratdığını bilməmiş deyildir. Əgər məhkəmə işin nəticəsini elektron kabinetdə saat 17:23-də yerləşdirirsə, deməli nəzəri və praktiki olaraq işə baxılmasını həmin vaxta kimi təxirə sala bilərdi, əgər niyyəti həqiqətən də iddiaçının iradəsini müəyyən etmək idisə. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9859/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianın geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı nəticəyə gələrkən AR İPM-in 55.3-cü maddəsinə istinad edərək bildirmişdir ki, iş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmiş, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin 30 may 2024-cü il tarixli sərəncamı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “qeyri-yaşayış təyinatlı tikinti obyektlərin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi” barədə tələbi icraata qəbul edilmiş, iş üzrə məhkəmə iclası 11 iyul 2024-cü il tarixə təyin edilmişdir. 11 iyul 2024-cü il tarixli məhkəmə iclası tərəflərin iştirakının təmin edilməsi məqsədilə 19 sentyabr 2024-cü il tarixə təxirə salınmışdır. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə Mübariz oğlu tərəfindən elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə vəsatət ünvanlanaraq cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakının və iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. 19 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, məhkəmə buna əsaslanmaqla iddianın geri götürülmüş hesab edilməsi barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İşdən görünür ki, iddiaçı tərəfindən vəsatət ünvanlanaraq iddia ərizəsinin təmin edilməsi xahiş edilmiş, bununla da iddiaçı aşkaranə şəkildə iddianın geri götürülməsi ilə bağlı deyil, iddia tələbinə mahiyyəti üzrə baxılmasında maraqlı olması ilə bağlı mövqeyini ortaya qoymuşdur. Belə ki, iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışı olmamış, əksinə məhkəmə iclas günü verilmiş ərizə iddiaçının iddiada maraqlı olmasını təsdiq etmişdir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9859/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar