Məhkəmə qərarları › İş №2-1(103)-3965/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3965/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3965/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçının nümayəndələri (vəkil) Vəkil və Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin əvəzləşdirilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9036/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 11488573 nömrəli, xx.xx.2024 tarixli MT 2407 seriyalı 11489124 nömrəli elektron qaimə- fakturalar üzrə aparılmış əməliyyatların - əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər siyahısından (kateqoriyasından) çıxarılması və iddiaçı tərəfindən ödənilmiş 14705,64 (on dörd min yeddi yüz beş manat altmış dörd qəpik) manat ƏDV-nin əvəzləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9036/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin “xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 11488573 nömrəli və xx.xx.2024 tarixli MT 2407 seriyalı 11489124 nömrəli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların - əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər siyahısından (kateqoriyasından) çıxarılması” – hissəsində həllini tapmadığını nəzərə almamış və həmin hissədədə xitam vermişdir. Halbuki, iddia tələbi həmin hissədə həllini tapmamışdır. Beləki, xx.xx.2025-ci il tarixdə 14.705,64 manat azalma versədə yuxarıda qeyd edilən iki əməliyyat riskli sayıldığından ƏDV-nin əvəzləşdirilməsinə imkan vermir və mənfəət vergisi hesabatında gəlirdən çıxılan xərc kimi tanınmır. Məhkəmədə iddiaçının nümayəndələri apellyasiya şikayətlərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). Həmin Məcəllənin 67.2ci maddəsinə əsasən ədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Belə ki, işdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-327241/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cavabdeh iddiaçıya 2024-cü il sentyabr ayı üzrə vergi dövrü üçün 14.705,64 manat əlavə ƏDV hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (07.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2407 seriyalı 11489124 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilmiş elektron qaimə-faktura üzrə 3182.4 manat ƏDV məbləğinin tərəflərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3182.4 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (07.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2407 seriyalı 11488573 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaiməfaktura üzrə 11523.24 manat ƏDV məbləğinin tərəflərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 11523.24 manat kənarlaşma yaranmışdır. İşin apellyasiya baxışı zamanı İddiaçı MMC tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 11488573 nömrəli, xx.xx.2024 tarixli MT 2407 seriyalı 11489124 nömrəli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər siyahısından (kateqoriyasından) çıxarılmadığına görə ƏDV-nin əvəzləşdirilməsinə imkan vermir və mənfəət vergisi hesabatında gəlirdən çıxılan xərc kimi tanınmır. Bu isə İddiaçı MMC tərəfindən büdcəyə ödənilmiş 14705,64 manat ƏDVnin iddiaçıya qaytarılmamasına və 81.698 manat mənfəət vergisi hesabatında gəlirdən çıxılan xərc kimi tanınmamasına səbəb olur. Yəni qeyd edilən əməliyyatlar riskli əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər siyahısından (kateqoriyasından) çıxarıldığı təqdirdə iddiaçı tərəfindən ödənilmiş 14705,64 manat ƏDV - əvəzləşdirilərək iddiaçıya qaytarılacaq və və 81.698 manat mənfəət vergisi hesabatında gəlirdən çıxılan xərc kimi tanınmasına imkan yaradacaq. Əməliyyatların riskli əməliyyatlar siyahısından çıxarılmasına əsas: iddiaçı tərəfindən ödəniş edilən zaman "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Əməliyyatlardan 3 ay sonra "xxxx" MMC riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. Belə olan halda “Red Company MMC”-nin riskli vergi ödəyicisi siyahısına salınması barədə qərar qəbul edilməsindən 3 ay əvvəl aparılmış əməliyyatın əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsi iddiaçının hüquqlarını pozur. İş materiallarından göründüyü kimi cavabdeh orqan xx.xx.2025-ci il tarixli iş üzrə icraata xitam verilməsi barədə vəsatət təqdim edərək göstərmişdir ki, inzibati iş məhkəmənin icraatında olduğu dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2024-cü ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi nəzərə alınmış və şəxsi hesab vərəqəsində düzəlişlərin aparılması təmin edilmişdir. Bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli 3-21-2- 3/2-S-32xx-xx/2025 nömrəli məktub göndərilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə kameral yoxlama bəyannaməsi ləğv edilmiş, iddiaçının şəxsi hesab vərəqəsində 14705,64 manat azalma edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən ƏDV-nin əvəzləşdirilməsi həyata keçirildiyindən xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 11488573 nömrəli və xx.xx.2024 tarixli MT 2407 seriyalı 11489124 nömrəli elektron qaimə-fakturalar özlüyündə hər hansı bir hüquqi nəticə yaratmır və gələcəkdə hər hansı bir nəticəyə səbəb olması mücərrəd xarakterlidir. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçının tələbi olan ƏDV-nin əvəzləşdirilməsi nəzərə alındığından və hesablanmış məbləğ şəxsi hesab vərəqəsində azaldığından iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9036/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9036/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar