Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3967/2025 12.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət TibbiSosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 30 may 2024-cü il tarixli, 3-17-4/3-3-3947/2024 saylı qərarının ləğv edilməsi və iddiaçıya əlilliyinin dayandırıldığı tarixdən təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X7 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1729/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 158 nömrəli, xx.xx.2017-ci il tarixli Qərarına əsasən, Bakı şəhəri, Yasamal RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanasında müayinə və müalicə olunduğu travmadiaqnoz: “Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin xx.xx.2017-ci il tarixli 350 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 161 nömrəli arayışı, Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
2. X9 xx.xx.2023-cü il tarixli İddiaçı barəsində EEQ müayinəsinin nəticəsi olaraq EEG müayinə zamanı diensefal orta strukturların disfunksiyasının qeyd edilməsi göstərilmişdir.
3. C.Cavadzadə adına Respublikası Klinik Uroloji Xəstəxanasının İddiaçı barəsində X5 nəticəsi olaraq aşağıdakılar qeyd edilmişdirBöyrək: yerləşməsi normal, hüdudları hamar, ölçüləri 102-60 mm. Parenximanın qalınlığı 5-15 mm, exoqenliyi artıb, kortikomedullar fərq təyin olunmur, ləyən genişlənməyib, bütün qrup kasacıqlar genişlənib max 21 mm, aşağı kasacıqda və ləyəndə çoxsaylı konkremetnlər izlənilir 14 mm, 9 mm, 9 mm, 10 mm, 8 mm və.s çoxsaylı. Sol böyrək: yerləşməsi normal, hüdudları normal, ölçülərii 103-60 mm, parenximanın qalınlığı 4-16 mm, exoqenliyi normal, kortikomedullar fərq təyin olunur, kasacıq-ləyən sistemi genişlənməyib, orta seqmentdə d=11 kista görünür. Böyrək üsdü vəzilər böyüməmişdir. Sidik kisəsi: hüdudları hamardır, həcmi 108 ml, divarın qalınlığı 3 mm, selikli qişanın relyefi dəyişməyib, mənsəblər normal görünür. Prostat vəzi: hüdudlar hamardır, ölçüləri 48-39 mm, həcmi 40 kub sm, paylar simmetrikdir, dtrukturu homoqen, exoqenliyi artıb, mərkəz zonada hyperplaziya qeyd olunur, adenomanın həcmi 18 kub sm, mərkəz və periferik zonalar arasında kapsul zəif təyin edilir. Toxum kisəciklər – N, Qalıq sidik: yoxdur.
4. Ege Hospitalın ******* nömrəli, İddiaçı barəsində epikrizində aşağıdakılar qeyd edilmişdir – xəstə klinikaya sağ böyrək nahiyyəsində ağrılar şikayəti ilə müraciət edib. Xəstə klinikaya sağ böyrək nahiyyəsində ağrılar şikayəti yə müraciət edib. Anamnesis morbi: Uzun müddətdir şikayətləri mövcuddur.Xəstə “Sağ böyrəyin daşı diaqnozu ilə klinikamiza müraciət etmişdir Anamnesis vitae: Normal doğulub inkişaf etmişdir. Dərmanlara qarşı allergik reaksiyası yoxdur. Statuspraesens: Xəstə normal bədən quruluşuna malikdir. Dəri və görünən selikli qişaları təbii rəngdədir. Dəri altı piy qatı normal inkişaf etmişdir. A/T 130/80 mmHg. Ps ritmikidir, 1 dəq-də 70 vurğudur. Ağciyərlər üzərində auskultasiya zamanı vezikulyar tənəffüs eşidilir. Ürək tonlan aydındır. Dili nəmdir, ərpsizdir. Qamı palpasiya zamanı ağrısızdır. Qaraciyər və dalaq böyüməyib. Fizioloji aktlar sərbəstdir. Dayaq hərəkət sistemində gözlə görünən patologiya aşkar edilmir. Periferik limfa düyünləri əllənmir. KT: Hər iki böyrəyin ölçüləri və parenxima qahnlığ’-N. Sağ böyrək ləyənində yuxarı,orta və aşağı kasacıqlara 31x39 mm ölçüdə rnərcanvari daş qeyd edildi.Pelvikaliksial sistemdə dilatasiyaqeyd edilir. EKQ: Sinus taxikardiyası. Analizlər: WBC-6.96 10v3/mkl, RBC-4.36 10v3/mkl, HGB-136 g/dll, PLT321 10v3/mkl. Anti-HCV neqativ, HbsAg- neqativ, Anti HİV- neqativ, RWtest- neqativ. İNR1.06. Kreatinin -0.77 mg/dl, şəkər-99.0 mg/dl. Sidiyin ümumi analizi: pH-5.0, zülal - 25, xüsusi çəki-1015, şəkərneqativ, nitrit-neqativ, leykosit 6-12 g/s, eritrosit -15-20, bakteriya- az. Xəstəliyin gedişatı: xx.xx.2022 tarixində xəstəyə “Sağtərəfli perkutan nefrolitotripsiya.” əməliyyatı apafrıldı. Xəstə kafi vəziyyətdə evə yazılır.
5. X11 Mərkəzinin İddiaçı barədə Elektroensefaloqrafiyanın nəticəsi olaraq qeyd edilmişdir ki, Müayinə zamanı beyin qabığının bioelektrik aktivliyinin dəyişikliyi qeydə alındı. Alfa ritmlər aritmik,beta ritmlər ən sə nah-də dominantlıq təşkil ediir. Keçirilən sınaqlar zamanı beynin sol parieoto-oksipital nah-də iti-yavaş dalğa sıçrayışlar şəklində paroksizmal aktivlik, vertebro-bazilyar qan dövranın pozulması süpəlidir. 6 aydan sonra təkrar müayinə məsləhətdir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 30 may 2024-cü il tarixli 3-17-4/3-3-1947/2024 nömrəli Qərarında qeyd edilmişdir- Bakı şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 158 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kə İlə-beyin travması. Baş beyin silkələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, təngnəfəslik, ürək nahiyəsində göynəmə hissi, yüksək arterial təzyiq, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında əsəbləşdiyi zaman ətrafdakı əşyalara zərər yetirdiyini, qıcolma tutmaları nəticəsində dişlərinin sındığını, alın və qaş nahiyəsindən xəsarət aldığını, tutmalarının ~1,5-2 dəqiqə davam etdiyini, bəzən 2-3 gündən bir, bəzən isə bir neçə həftə ara ilə baş verdiyini bildirmiş, qəbul etdiyi çoxsaylı qutularını nümayiş etdirmişdir. Müayinə zamanı arterial təzyiqi 160/100 mm cv. st. müəyyənləşdirilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Qeyd olunan şikayətlər daha çox vegetativ kriz əlamətlərinə uyğun olmuş, klinikianamnestik və instrumental müayinə nəticələrinə əsasən epilepsiya xəstəliyi təsdiqlənməmişdir. X9 xx.xx.2023-xx.xx.2023- cü il tarixli 1597 nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş (1994) QKBT-nın qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, teztez təkrarlanan qıcolma tutmaları ilə. Qabarıq nəticə çarpan asteno-nevrotik sindromla. Hipertoniya xəstəliyi, İİİ mərhələ. ÜİX. Gərginlik stenokardiyası. OU-Presbiopiya” kimi qeyd olunmuşdur. X9 xx.xx.2023- cü il tarixli Beynin EEQ müayinəsinin nəticəsi “EEQ müayinəsi zamanı diensefal orta strukturların disfunksiyası qeyd olunub' kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Ege Hospitalın xx.xx.2022-xx.xx.2023-cü il tarixli ******* nömrəli Epikrizində diaqnoz “Saq böyrəyin mərcan daşı" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3730 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travması, beyin silkələnməsindən sonrakı vəziyyət, posttravmatik ensefalopatiya. Xroniki posttravmatik baş ağrısı, qıcolma sindromu ilə” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (Lvef=64%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR-110)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyinin dezorqanizasiyası, aşağı amplitudla hipersinxron tip, beta ritmin dominantlıq/ hesabına. Regional asimmetriya yoxdur. Funksional sınaqlar dəyişikliksiz. Epileptiform aktivlik qeyd edilmədi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının 087738 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2012-ci ilədək ikinci dərəcə əlillik təyin edilmişdir.
8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının 306476 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2013-cü ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir.
9. İddiaçı barəsində əlilik alt sistemindən çıxarışlarından görünür ki, İddiaçı əlilliyi ilkin olaraq xx.xx.2010-cu ildə qiymətləndirilmiş və 1 il müddətinə “UİX stabil gərginlik stenokardiyası f.s İım.Hipertoniya xes. İİ m” diaqnozu əsasında əlilliyi müəyyən edilmiş, daha sonra xx.xx.2014-cü ildə eyni diaqnoz əsasında 1 il müddətinə əlilliyi müəyyən edilmiş, sonradan xx.xx.2015-ci ildə “ÜİX gərginlik stenokardiyası İİ f.s Hipertoniya xəstəliyi İİ m. tez-tez tutmalarla. ÜÇ İİ dər.” Diaqnozu əsasında 1 il müddətinə, əlilliy müddəti bitdikdən sonra xx.xx.2016-cı ildə eyni diaqnoz əsasında 5 il müddətinə təyin edilmiş, daha sonra xx.xx.2018-ci ildə diaqnoz “kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travması, baş beynin silkələnməsi, kəllədaxili travmarların nəticələri, postravmatik emsefalopatiya, tez-tez təkrarlanan toniko-kloniki qıcolmalarla ayda 7-8 dəfə. Üzvi mənşəli emosional labil (astenik) pozuntu, kəskin astesno-nevrotik sindrom. Sənədlərlə təsdiqlənmiş spzam ilə müşayiət olunan stenokardiya İİİ f/s-durğunluq ürək çatmamazlığı İİ dərəcə. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniyua) xəstəlik (-yi) hiperteniv xəstəlik İİİ dərəcə”. qeyd edilməklə 5 il müddətinə əlilliyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının əlillik vəziyyəti müayinə olunmuş və diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə imtina edilimişdir.
10. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qəraradadı ilə aşağıdakı sullar göstərilməklə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir : - xx.xx.1972-ci il təvəllüdlü İddiaçı diaqnoz- Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları təsdiq olunurmu? - xx.xx.1972-ci il təvəllüdlü İddiaçı olan diaqnozunun hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü, düşürsə hansı xəstəlikdir (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti)? “Məhkəmə-tibbi Ekpsertiza və X8” publik hüquqi şəxsin T 143/2025 saylı ekspertiza rəyində məhkəmənin qoyduğu suallar cavablandırılmamış, sualların cavablandırılmasından imtina edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agenrliyinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 30 may 2024-cü il tarixli, 3-17-4/3-3-3947/2024 saylı qərarının ləğv edilməsi və iddiaçıya əlilliyinin dayandırıldığı tarixdən təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1972-ci ildə anadan olmuşdur. Azərbaycan Respbulikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış, hərbi əməliyyatlar nəticəsində “kəllədaxili travmaların nəticələri, baş beynin silkələnməsi, tez-tez təkrarlanan tonika-kloniki qıcolmalarla ayda 7-8 dəfə üzvi mənşəli emosional astenik pozuntu, kəskin asteno-nevrotik sindrom.ürək çatışmazlığı 11 dərəcə, travmatik subaraxnoidal qansızma, sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, əsasən ürəyin zədələnməsi ilə hipertensivxəstəlik 111 dərəcə” xəstəliklərindən əziyyət çəkir. İddiaçını müayinə etmiş Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 158 nömrəli qərarında “Qapalı kəllə -beyin travması. Baş beyin silkələnməsi” diaqnozu təsdiq olunmaqla göstərilir ki, - hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır”. 10.2018-ci ildə iddiaçıya qeyd edilən səbəblərə görə xx.xx.2023-cü ilədək 2-ci dərəcəli əlillik təyin edilmişdir. 2022-2023-cü illərdə Sabunçu tibb mərkəzində, Ege Hospitalda Respublikası Klinik Uroloji xəstəxanasında, Bakı 3 nönmrəli şəhər klinik xəstəxanasında, Respublikası Klinik Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Həmin faktlar tibbi sənədlərlə təsdiq olunur. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçının əlilliyi bərpa edilmir. İddiaçı cavabdehə tibbi sənədləri təqdim etsə də, xx.xx.2023-cü il tarixli qərarında sənədlərə hüquqi qiymət vermədən, əsassız olaraq ərizəsinin təmin edilməsindən imtina edir.
13. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçının ilkin əlillik vəziyyətinə 26 saylı Birləşmiş Xəstəxananın xx.xx.2010-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: UİX stabil gerginlik stenokardiyasi f.s İİ m.Hipertoniya xes. İİ m; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci- üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 26 saylı Birləşmiş Xəstəxananın xx.xx.2014-cü il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: UİX stabil gerginlik stenokardiyasi f.s İİ m.Hipertoniya xes. İİ m; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.;” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 26 saylı Birləşmiş Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.8 - Ürəyin xroniki işemik xəstəliklərinin digər formaları; Diaqnozun mətni: ÜİX gərginlik stenokardiyasi İİ f.s. Hipertoniya xəstəliyi İİ m.,tez- tez tutmalarla.ÜÇ İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı ildə əlillik dərəcəsi 5 il müddətinə eyni diaqnoza uyğun olaraq uzadılmışdır. Lakin vətəndaş əlillik müddəti bitməzdən əvvəl müraciət etmiş və Bakı 32 saylı Birləşmiş Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travması. Baş beynin silkələnməsi. Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan toniko-kloniki qıcolmalarla ayda 7-8 dəfə. Üzvi mənşəli emosional labil [astenik] pozuntu, kəskin asteno-nevrotik sindrom. Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya İİİ f/s. Durğunluq ürək çatmamazlığı İİ dərəcə. [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], hiperteniv xəstəlik İİİ dərəcə.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40- G41.9);.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin ildə növbəti dəfə Bakı 32 saylı Birləşmiş Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Baş beynin silkələnməsi.Kəllədaxili travmaların nəticələri, tez-tez təkrarlanan tonikokloniki qıcolmalarla ayda 7-8 dəfə.Üzvi mənşəli emosional labil [astenik] pozuntu, kəskin astenonevrotik sindrom.Durğunluq ürək çatmamazlığı, İİ dərəcə.Travmatik subaraxnoidal qansızma,Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, İİİ f.s.ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ dərəcə; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik müddətinin bitməsi ilə əlaqədar yenidən daxil olmuş Bakı Baş Səhiyyə İdarəsinin 04.11,2023-ci il tarixli göndərişinə vətəndaşın əlavə əyani müayinəsi həyata keçirilməklə baxılmışdır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 158 nömrəli Qərar verilmişdir. Həmin qərarda ‘‘Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, təngnəfəslik, ürək nahiyəsində göynəmə hissi, yüksək arterial təzyiq, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında əsəbləşdiyi zaman ətrafdakı əşyalara zərər yetirdiyini, qıcolma tutmaları nəticəsində dişlərinin sındığını, alın və qaş nahiyəsindən xəsarət aldığını, tutmalarının —1,5-2 dəqiqə davam etdiyini, bəzən 2- 3 gündən bir, bəzən isə bir neçə həftə ara ilə baş verdiyini bildirmiş, qəbul etdiyi çoxsaylı qutularını nümayiş etdirmişdir. Müayinə zamanı arterial təzyiqi 160/100 mm cv. st. müəyyənləşdirilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Qeyd olunan şikayətlər daha çox vegetativ kriz əlamətlərinə uyğun olmuş, klinikianamnestik və instrumental müayinə nəticələrinə əsasən epilepsiya xəstəliyi təsdiqlənməmişdir. X9 xx.xx.2023-xx.xx.2023cü il tarixli 1597 nömrəli Çıxarışında diaqnoz ‘‘Keçirilmiş (1994) QKBT-nın qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə. Qabarıq nəticə çarpan astenonevrotik sindromla. Hipertoniya xəstəliyi, İİİ mərhələ. ÜİX. Gərginlik stenokardiyası. OUPresbiopiya” kimi qeyd olunmuşdur. X9 xx.xx.2023cü il tarixli Beynin EEQ müayinəsinin nəticəsi “EEQ müayinəsi zamanı diensefal orta strukturların disfunksiyası qeyd olunur"’ kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Ege Hospitalın xx.xx.2022-xx.xx.2023-cü il tarixli ******* nömrəli Epikrizində diaqnoz “Saq böyrəyin mərcan daşı" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3730 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travması, beyin silkələnməsindən sonrakı vəziyyət, posttravmatik ensefalopatiya. Xroniki posttravmatik baş ağrısı, qıcolma sindromu ilə” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=64%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR-110)" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERAda xx.xx.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyinin dezorqanizasiyası, aşaqı amplitudla hipersinxron tip, beta ritmin dominantlıq/ hesabına. Regional asimmetriya yoxdur. Funksional sınaqlar dəyişikliksiz. Epileptiform aktivlik qeyd edilmədi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiqolaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1729/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 30 may 2024-cü il tarixli, 3-17-4/3-3-3947/2024 saylı qərarının ləğv edilməsi və İddiaçı əlilliyinin dayandırıldığı tarixdən (xx.xx.2023-cü il tarixdən) müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
15. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz Əsasnamədə mövcud olmadığı və öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “S06-Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri” diaqnozu qeyd edilmişdir. Həmin xəstəlik xx.xx.2023-cü ildə Əsasnamədə ləğv edilmişdir. Nəticə etibarilə göndərişin rəsmiləşdirildiyi xx.xx.2023-cü il tarixində həmin diaqnoz Əsasnamədə mövcud olmamış və belə halda göndərişin rəsmiləşdirilməsi düzgün olmamışdır. Bununla yanaşı qeyd olunan ağırlaşmalar və yanaşı xəstəliklər də heç bir instrumental müayinə nəticəsində öz təsdiqini tapmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edlməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının iddiaçının iştrakı olmadan keçirilməsi mümkün hesab edildi.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 23.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)
25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-21-ci bəndləri) əsaslanaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.
26. Belə ki, iddiaçı 30 may 2024-cü il tarixli, 3-17-4/3-3-3947/2024 saylı qərarın ləğv edilməsi və əlilliyinin dayandırıldığı tarixdən yenidən təyin edilməsini tələb edir.
27. Cavabdeh orqan isə iddiaçıya qoyulmuş diaqnozun əyani müayinə zamanı öz təsdiqini tapmaması səbəbindən imtina cavabı vermişdir.
28. İş materiallarından görünür ki, İddiaçı əlilliyi ilkin olaraq xx.xx.2010-cu ildə qiymətləndirilmiş və 1 il müddətinə “UİX stabil gərginlik stenokardiyası f.s İım.Hipertoniya xes. İİ m” diaqnozu əsasında əlilliyi müəyyən edilmiş, müddət bitdikdən sonra xx.xx.2012-ci ilədək yenidən 1 il müddətinə müəyyən edilmiş, daha sonra yenidən xx.xx.2013-cü ilədək müəyyən edilmiş, daha sonra xx.xx.2014-cü ildə eyni diaqnoz əsasında 1 il müddətinə əlilliyi müəyyən edilmiş, sonradan xx.xx.2015-ci ildə “ÜİX gərginlik stenokardiyası İİ f.s Hipertoniya xəstəliyi İİ m. tez-tez tutmalarla. ÜÇ İİ dər.” Diaqnozu əsasında 1 il müddətinə, əlilliy müddəti bitdikdən sonra xx.xx.2016-cı ildə eyni diaqnoz əsasında 5 il müddətinə təyin edilmiş, daha sonra xx.xx.2018-ci ildə diaqnoz “kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travması, baş beynin silkələnməsi, kəllədaxili travmarların nəticələri, postravmatik emsefalopatiya, tez-tez təkrarlanan tonikokloniki qıcolmalarla ayda 7-8 dəfə. Üzvi mənşəli emosional labil (astenik) pozuntu, kəskin astesno-nevrotik sindrom. Sənədlərlə təsdiqlənmiş spzam ilə müşayiət olunan stenokardiya İİİ f/s-durğunluq ürək çatmamazlığı İİ dərəcə. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniyua) xəstəlik (-yi) hiperteniv xəstəlik İİİ dərəcə”. qeyd edilməklə 5 il müddətinə əlilliyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının əlillik vəziyyəti müayinə olunmuş və diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə imtina edilimişdir. İddiaçının xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət əsasında cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası əyani müayinəsini həyata keçirmiş və “ Diaqnoz əlillik əlaməti təyin etmir “ barədə 30 may 2024-cü il tarixli 3-17- 4/3- 3-1947/2024 nömrəli Qərarı qəbul etmişdir.
29. Eyni zamanda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliy tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2026-cı il tarixli, 3-6-5/2-583/2026 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra – Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Məlumat üçün nəzərinizə çatdırırıq ki, İddiaçı ilkin olaraq xx.xx.2010-cu il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə 1 il müddətinə (xx.xx.2011-ci il tarixinədək), sonrakı dövrdə isə təkrar olaraq xx.xx.2014-cü il tarixindən ümumi xəstəlik səbəbilə ikinci dərəcə 1 il müddətinə (xx.xx.2015-ci il tarixinədək) əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2015-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə 1 il müddətinə (xx.xx.2016-cı il tarixinədək) əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyəti Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2788003AABMN nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, xx.xx.2018-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə 5 il müddətinə (xx.xx.2023-cü il tarixinədək) əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Daha sonra vətəndaşa dair əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi məqsədilə Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən 2788003AABPA nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Vətəndaşın əlillik vəziyyəti Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2788003AABQA nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 5 il müddətinə (xx.xx.2023-cü il tarixinədək) əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2023-cü il tarixindən sonra Baş Səhiyyə Mərkəzinin L00145222MNG nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində İddiaçı Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, xx.xx.2023-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
30. Həmçinin, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-3967/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertizası və X8” PHŞ tərəfindən verilmiş T 956/2025 saylı ekspert rəyinə əsasən vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən “X1”na və “Respublika Neyrocərrahiyyə Xəstəxanası’na müayinələrə göndərilsə də, mütəxəssis müayinələrinə getmədiyindən qərardadın müvafiq bəndlərindəki sualların cavablandırılması mümkün olmadı.
31. Nəzərə alınmalıdır ki, İddiaçı sonuncu dəfə əlillik xx.xx.2018-ci ildən 5 il müddətinə yəni xx.xx.2023-cü ilədək təyin edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2023-cü il tarixindən sonra İddiaçı Agentlikdə əyani müayinə olunmuş, lakin xx.xx.2023-cü il tarixdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi İddiaçı xx.xx.2018-ci ildə təyin edilmiş əlilliyin dayandırılmamış və 5 il müddətində qüvvədə olmuşdur. Belə olduğu tədqirdə birinci instansiya məhkəməsi tərəfindən əlilliyin dayandırıldığı tarixdən təyin edilməsinə hüquqi qiymət verilməsi mümkün deyil.
32. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, ümumi xəstəlik səbəbi ilə İddiaçı xx.xx.2010-xx.xx.2011-ci iləqədər 1 il, xx.xx.2014-xx.xx.2015-ci iləqədər 1 il, xx.xx.2015xx.xx.2016-cı iləqədər 1 il, xx.xx.2016-xx.xx.2021-ci iləqədər 5 il, ümumikdə 8 il müddətinə, hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2018-xx.xx.2023-cü ilə qədər 5 il, ərazi bütövlüyünyn müdafiəsi ilə əlaqədar xx.xx.2018-xx.xx.2023-cü iləqədər 5 il, ümumilikdə 5 il müddətinə, yəni 13 il müddət ərzində əlillik statusuna malik olmuşdur. 33.Göründüyü kimi xx.xx.2020-ci ildən sonra İddiaçı ardıcıl olaraq 10 ildən artıq müddətə orqanizm funksiyalarının 61-80 faiz (İİ dərəcə əlillik) pozulması müəyyən edilmişdir. Lakin iddiaçıya sonuncu dəfə xx.xx.2018-ci ildə əlillik təyin edilərkən onun əlillikdə ardıcıl olaraq qalma müddəti 8 il təşkil edirdi. Bu isə həmin vaxt ona müddətsiz əlillik təyin edilməsini istisna edirdi. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizm funksiyalarının pozulması 61-80 faiz aralığında ardıcıl olaraq 10 il müddətinə müəyyən olunduğu halda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 34.Məhkəmə kolleqiyası belə qanaətə gəlir ki, Azətbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əyanı müayinəsinin nəticəsinin qanuniliyinin müəyyən edilməsi üçün mütləq şəkildə şəxsin ekspertizadan keçirilməsinin zəruri olması, lakin iddiaçının ekspertiza tədqiqatından boyun qaçırması səbəbindən Agentlik tərəfindən şəxsin barəsində imtina qərarının qanunsuz olması ilə bağlı iddiaçı tərəfindən gətirdiyi arqument əsassızdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştrakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştrak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edilə bilər. 35.Belə olan halda kollegiya hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. 36.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilir. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. 37.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 38.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1729/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1729/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.