Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-397/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Üçüncü şəxs X8 və onun vəkili X5 iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxslər: Bakı şəhər İcra Hakimiyyəti, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X8, X9 və X6) qarşı “sərəncamın ləğv edilməsi və icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2019cu il tarixli, 2-1(82)-1555/2019 saylı qərarından X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: İddiaçı MTK cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X8, X9 və X6) qarşı iddia ərizəsi iləməhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının 20.12.2018-ci il tarixli 435 nömrəli sərəncamının ləğv edilməsi və həmin sərəncamın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri Cavabdeh başçısının 20.12.2018-ci il tarixli 435 nömrəli sərəncamının ləğv edilməsi və həmin sərəncamın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2-1(82)-1555/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs X8 apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2- 1(82)-1555/2019 saylı qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinixahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Üçüncü şəxs X3 apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: - Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27.04.2005-ci il tarixli, 107 saylı «Yaşayış, ofis binasının, istehsalat və yardımçı sahəsinin layihələşdirilməsi haqqında» sərəncamı ilə Bakı şəhəri Cavabdehin 07.03.2005-ci il tarixli, 1/158 saylı razılıq məktubu və İddiaçı MTK-nın 20.02.2005-ci il tarixli, 01 saylı müraciəti nəzərə alaraq, Nərimanov rayonu, Təbriz küçəsi, 794 saylı məhəllədə 0.78 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. İşdən göründüyü kimi çoxmərətəbəli yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün, icarə əsasında istifadəyə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 05/255 saylı ayrıc aktı tərtib edilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyinin 31.12.2006-cı il tarixli, 3494 saylı tikinti işlərini aparmaq üçün Aybir MTK-ya 4 girişli 16 mərtəbəli (1-ci və 2-ci mərtəbəsi qeyriyaşayış sahəsi) yaşayış binasının qeydiyyata alır və tikinti-quraşdırma işlərinin aparılmasına icazə verilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07.02.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış ilə ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqları X8 adına hüquqi qeydiyyata alınmışdır. - 14.06.2018-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X2 icarəsinə verilmişdir. - Bakı şəhəri Cavabdeh başçısının 20.12.2018-ci il tarixli, 435 saylı «Ə.Ağaoğlu küçəsi 18 saylı evin 2a №-li mənzilinin təyinatının dəyişdirilməsi haqqında» sərəncamı ilə Ə.Ağaoğlu küçəsi 18 saylı ünvanda yerləşən sahəsi 105.5 kv.m. olan 2 nömrəli mənzilin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20.06.2019-cu il tarixli, **********2 saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, X4 xüsusi mülkiyyətində olan torpaq sahəsinin eləcə də reyestr nömrəsi **********41-05101-093001 çıxarışın plan-ölçüsü təqdim edilmədiyi üçün Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 18, 2 nömrəli mənzil ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27.04.2005-ci il tarixli 17 nömrəli “Yaşayış, ofis binasının, istehsalat və yardımçı sahəsinin layihələndirilməsi haqqında” sərəncamı ilə İddiaçı MTK-nın icarəsinə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794 saylı məhəllədə yerləşən torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadığı, lakin naturada koordinatları müəyyən edilmiş mübahisələndirilən 151 kv.m. tikili ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27.04.2005-ci il tarixli 17 nömrəli “Yaşayış, ofis binasının, istehsalat və yardımçı sahəsinin layihələndirilməsi haqqında” sərəncamı ilə İddiaçı MK-nın icarəsinə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794 saylı məhəllədə yerləşən torpaq sahəsi üst-üstə düşdüyü qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, Bakı şəhəri Cavabdeh başçısının 20.12.2018-ci il tarixli 435 nömrəli sərəncamının ləğv edilməsi və həmin sərəncamın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyasl bununla razılaşmayaraq qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27.04.2005-ci il tarixli, 107 saylı «Yaşayış, ofis binasının, istehsalat və yardımçı sahəsinin layihələşdirilməsi haqqında» sərəncamı ilə Nərimanov rayonu, Təbriz küçəsi, 794 saylı məhəllədə 0.78 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır və sərəncamla həmin ərazidəki evləri satın alınması tapşırılmışdır. Lakin iş materiallarından görünür ki, iddiaçının həmin tarixdən mübahisələndirilən sərəncamın verildiyi 20.12.2018-ci il tarixədək bununla bağlı hər hansı fəaliyyəti olmamışdır. Bunları nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi sərəncamın ləğv edilməsi üçüncü şəxsləri hüquqlarının pozulmasına gətirib çıxaracağından iddia təmin edilə bilməz Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X3 apellyasiya şikayəti təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2-1(82)-1555/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2-1(82)-1555/2019 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddiaçının iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Sədrlik edən: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-397/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-397/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver