Məhkəmə qərarları › İş №2-1(103)-397/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-397/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-397/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Nağıyevanın sədrliyi (məruzəçi) ilə, Hüseyn Aida Əli qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və Vəkil (Bakı şəhəri 3 saylı Vəkil Bürosu) və iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2- 1(81)-1768/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Az 1073, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 14.03.2019-cu il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6-da ümumi sahəsi 48 kv.m olan evin sökülməsi nəticəsində iddiaçıya 146100 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin seriya RX,0569977 nömrəli, 27.01.2015-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən 20.10.2016-cı il tarixdə heç bir qanuni əsas olmadan, bildiriş və xəbərdarlıq etmədən iddiaçıya məxsus mülkiyyətini söküb dağıtmış, söküntü zamanı ev əşyaları dağıntılar altında qalmış yararsız hala düşmüşdür. Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı ev 1(bir) mərtəbəli, 3 otaqdan ibarət olmuşdur. İddiaçı ona vurulmuş zərərin məbləğini aşagıdakı kimi müəyyən etmişdir: 28.9 kv.m yaşayış sahəsinə görə ( 28.9 km.x2500=) 72.250 manat, 19.3 kv.m yardımçı sahəsinə görə 2000 (iki min) manat (19.3 x 2000=)38.600 manat; Azərbaycan Respublikası Prezidentinin 689 saylı, 26.12.2007-ci il tarixli Fərmanının 2.3-cü bəndinin tələblərinə əsasən 20% miqdarında satınalma qiymətinə əlavə haqq, 13.100x20%=23.850 manat, yeğanə yaşayış sahəsinin dağıdıldığına görə 20.10.2016-cı ildən başlayaraq kirayədə qaldığı üçün hər ay 350 manat kirayə haqqı -24ay x350 manat=8400 manat, kirayə haqqının qətnamə qəbul edilən tarıxə hesablanmasını, vəkilin xidmətinə görə 3000 manat ödənilmiş məbləğin, cəmi 146100 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Yasamal Rayon İH-nin üzərinə qoyulmasını xahiş etmişdir. 24.04.2019-cu il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 29.05.2019-cu il tarixdə iddiaçı ərizə təqdim edərək, istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində iddiaçıya vurulmuş 146100 manat maddi zərərin əvəzinin kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1768/2019 saylı, 31 iyul 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi rəy verilməsi üçün cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)- 1768/2019 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq 96400 manat kompensasiya cavabdeh Bakı şəhər Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmış, iddia qalan hissədə rədd edilmiş, 150 manat məbləğində prosessual xərc cavabdehdən tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN:**********, hesab AZ15GUNA********************47944, KOD:505594; SWİFT: GUNAAZ22 ) köçürülməsi qərara alınmışdır. 05.02.2020-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)-1768/2019 nömrəli qərarının “Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq 96400 manat kompensasiya cavabdeh Bakı şəhər Cavabdehndən tutularaq iddiaçının xeyrinə ödənilməsi və 150 manat məbləğində prosessual xərc cavabdehdən tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi” hissəsində ləğv edilməsi və qərarın qismən rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan “xxxx” MMCnin UNİ/O 03-105/19 nömrəli rəyini nəzərdən keçirən zaman həmin rəydə qiymətləndirilən əmlak barədə məlumatlar hüquqi sənədlər əsasında, yəni Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müəyyən edildiyi aydın olunur (rəyin 3 və 5-ci səhifələri). Lakin rəydə ümumi sahəsi .48,2 kv.m olan evin 1 otaqdan ibarət olduğu göstərilir. Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən həmin sahədə yerləşən ümumi sahəsi 48,2 kv.m. olan sahə 3 otaqdan ibarətdir. Bundan başqa, “xxxx” MMC-nin UNİ/O 03-105/19 nömrəli mütəxəssis rəyindən məlum olur ki, qiymət müəyyən edilərkən mövcud qanunvericiliyin tələblərinə 1 kv.m sahə üçün orta bazar dəyəri müəyyən edilmişdir. Beləki, həmin rəydən görünür ki, satış elanları olan internet səhifələrindən götürülmüş (elanların hansı tarixə yerləşdirildiyi qeyri müəyyəndir) Yasamal rayonunda və Nəsimi rayonunda yerləşən evlərlə bağlı elanlarda satıcı tərəfindən satış qiymətləri nəzərə alınaraq müqayisə edilmişdir və orta bazar qiyməti müəyyənləşdirilir. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağ saydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymət göstəricisi əsasında müəyyən edilir. Bundan başqa, həmin rəydə mübahisə predmeti olan fərdi yaşayış evinə heç bir aidiyyatı olmayan qarajların hazırkı tarixə 1 kv.m. dəyəri müəyyən olunduğu qeyd olunur (səhifə 18) və riyazi qaydalara uyğun olmayan uydurma bir düsturla 1 kv.m. sahə üçün 2000 manat hesablandığı göstərilir. Qeyd olunan səbəblərə görə hesab edirlər ki, “xxxx” MMC-nin UNİ/O 03-105/19 nömrəli mütəxəssis rəyi iddiaçıya kompensasiya müəyyən edilməsi üçün sübüt kimi qiymətləndirilə bilməz. Buna baxmayaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “xxxx JNİ/O 03-105/19 nömrəli mütəxəsis rəyini əsas götürərək evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq 96400 manat kompensasiyanın cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi öhdəliyin Yasamal Hakimiyyətinin üzərinə qoyulması qənaətinə gəlmişdir. Beləki, həmin qərarla ünvan 1 ünvanında yerləşən 48.2 kv.m ümumi sahəsi olan evin bazar dəyəri 96 400 manat civarında müəyyən edilmişdir. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətində 48.2 kv.m. deyil, 10 kv.m sahəsi olan 1 otaq olmuşdur. Beləliklə, məhkəmə maddi hüquq normalarının pozuntusuna yol verərək, işin iddiaçının xeyrinə həll olunması üçün “İnzibati İcraat” haqqında Qanununun maddəsinin müddəalarını tətbiq etmişdir. Belə ki, həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxs tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hesab edirlər ki, məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş “xxxx” MMC-nin UNİ/O 03-105/19 nömrəli mütəxəssis rəyi öz-özlüyündə həqiqətə uyğun deyil və mövcud qanunvericiliyin tələblərinə zidd olduğu açıq aşkar görünür. Buna baxmayaraq, hakim formal mülahizələrini rəhbər tutaraq sözügedən rəyi mötəbər sübut kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. İnzibati iş apellyasiya icraatı zamanı 04.03.2020-ci il tarixdə hakim V.Həsənovun icraatına verilmiş, daha sonra hakim V.Həsənovun Azərbaycan Respublikası Ali Məhkəməsinə hakim təyin olunmağı ilə bağlı inzibati iş hakim S.Seyidovanın icraatına verilmişdir. Daha sonra hakim S.Seyidovanın pensiyaya çıxmağı ilə əlaqədar olaraq inzibati iş hakim M.Tağızadənin icraatına verilmişdir. İnzibati iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, 22.09.2020-ci il tarixdə iddiaçı protokola dair qeydlərlə bağlı ərizə təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-988/2020 saylı, 22.09.2020-ci il tarixli qərardadı ilə (hakimlər M.Tağızadə, Ü.Mayılov, X.Cəmilova) İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş apelyasiya baxışından çıxarılmış və Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1768/2019 saylı, 12 oktyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi X1 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1768/2019 saylı inzibati işi üzrə 10 dekabr 2019-cu il tarixdə tərtib edilmiş məhkəmə iclas protokoluna qeydlər rədd edilmişdir. İnzibati iş apellyasiya şikayəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İnzibati iş hakim E.Nağıyevanın icraatına verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının nümayəndəsi və vəkili ayrı-ayrılıqda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri X4 və X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilməmişdir. Həmçinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qərarın qismən rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qeyd edilmişdir. Azərbaycan Respublikası İPM-nin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarın qismən rədd edilmiş hissəsi cavabdehin mövqeyinə uyğun olduğundan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını mübahisələndirilən- iddia tələbinin təmin edilmiş hissəsində yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)-1768/2019 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarında olan: - RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu,S.Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evində İddiaçı əmlakı 1 otaqdan ibarətdir.(qeydiyyat tarixi 27.01.2015-ci il) - RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən iddiaçının Bakı şəhəri, Yasamal rayonu,S.Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evində 1 otaqdan(y/s 10,0 kv.m ) ibarət əmlakı vardır (qeydiyyat tarixi 20.02.2015-ci il) - DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 20.02.2015-ci il tarixli, **********30 nömrəli məktubunun surətinə əsasən İddiaçı məxsus 1 otağının faktiki yaşayış sahəsi 10,7 kv.m, ümumi sahəsi 20,6 kv.m, əlavə tikililər 9,9 kv.m(4,5 kv.m + 5,4 kv.m) təşkil edir. - “xxxx” MMC-nin 10.10.2019-ci il tarixli, UNİ/O 03-105/19 nömrəli mütəxəssis rəyinə əsasən aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı məxsus olmuş ünvan 2 ünvanında yerləşən 48,2 kv.m ümumi sahəsi olan evin bazar dəyəri 96400 manat təşkil edir. - Bakı şəhəri Yasamal rayon İcra Hakmiyyətinin Başçısının 1-31-152 nömrəli 27 02.2019-cu il tarixli İddiaçı Ağababa qızına ünvanlanmış məktubuna əsasən, onun müraciətinə baxılmış, mülkiyyətçisi olduğu Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evi ilə bağlı məsələnin araşdırılması üçün Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28B ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspetlərə, həmçinin hər həftənin 3-cü günü, saat 15:00 dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Quruma müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın(maddə21.1).Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 210-cu maddəsinə əsasən, mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Məhkəmə kollegiyası Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq cavabdehdən 96400 manat məbləğində kompensasiyasının tutulması barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edildiyi kimi iddiaçıya məxsus fərdi yaşayış evinin ümumi sahəsi 48.2 kv. metr olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən layihə ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi və eyni məzmunlu işlər üzrə formalaşmış məhkəmə praktikasına əsasən mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin hər kvadrat metri 1500 manatdan hesablanmaqla kompensasiya ödənilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçıya fərdi yaşayış evinin sahəsinin hər kvadrat metri üçün 1500 manat hesablanmaqla - 48.2 kv.m x 1500 manat = 72 300 manat (yetmiş iki min üç yüz manat) kompensasiya məbləği ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)-1768/2019 nömrəli qərarı dəyişdirilməli, Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq 72 300 manat kompensasiya cavabdeh Bakı şəhər Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)- 1768/2019 nömrəli qərarı mübahisələndirilən - kompensasiya ödənilməsi hissəsində dəyişdirilsin. Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq 72 300 (yetmiş iki min üç yüz) manat kompensasiya cavabdeh Bakı şəhər Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar