Məhkəmə qərarları › İş №2-1(103)-397/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-397/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-397/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(112)-347/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olması, İddiaçı əlillik pensiyasının müəyyən olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdehlər sırasından çıxarılması və iddia tələbinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı yönəldilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının “İddiaçı 1-ci qrup müddətsiz əmək qabiliyyətsiz əlillik dərəcəsinin verilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı (xx.xx.1988, AZE AZE ********, fın xxxxxxx) əlillik dərəcəsi verilib (2-ci qrup 5 illik və xüsusi şəraitdə işlə bilər formasında) sadəcə tam düzgün verilməyib, verilməli idi 1 qrup müddətsiz və əmək qabiliyyətsiz, çünki 1-ci sinifdən epilepsikdir və 4-cü sinifdən evdə təhsil almışdır. Respublika üzrə Baş Psixiator təsdiq edib iddiaçının vəziyyətini və pulsuz dərman alması barədə qərar verib, iddiaçı neçə illərdir ki, psixotrop dərmanlar içir, bu formada heç yerdə işləyə bilməz, nə də Azərbaycanda bunun müalicəsi yoxdur, sadəcə sakitləşdirici dərmanlar gün ərzində müvəqqəti dayandıra bilər, amma dərmanı buraxan kimi əvvəlki vəziyyət alır. Bakı İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(112)-347/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(112)- 347/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, İddiaçı adına Balakən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən göndərilmiş 0228003AAH5A saylı göndərişində xəstəliyin xx.xx.1988-ci il tarixdən başladığı, xroniki gedişli olduğu qeyd edilmişdir. Xəstəliyə görə son 6 ay ərzində müraciətləri “G40- epilepsiya ilə əlaqədar müraciət tarixləri: xx.xx.2020, xx.xx.2019-cu il”; Ambulator tibbi yardım: (xx.xx.2019; xx.xx.2019, xx.xx.2019; xx.xx.2019; xx.xx.2019; xx.xx.2019; xx.xx.2019; xx.xx.2020, xx.xx.2020 bu tarixlərdə BŞT və TTYŞ xx.xx.2020-ci il “CİTİ” hospitalda ambulator müayinələrdə olub). Xəstəliyə görə stasionar müalicə: “G40 diaqnozu ilə 26.05-xx.xx.2015; və F44 diaqnozu ilə 17.07-xx.xx.2019-cu il tarixlərdə X5 PHŞ-də”; “F07.0 diaqnozu ilə xx.xx.2019-cu il tarixdə Psixi Sağlamlıq Mərkəzində”; G40- diaqnozu ilə Respublika Neyrocərrahiyyə xəstəxanası PHŞ”-də müayinə və müalicədə olmuşdur. Anadangəlmə xəstədir. Xəstəliyə görə daima müşahidədədir. İddiaçı adına Balakən rayonunda tərtib edilmiş xx.xx.2020-ci il tarixli 0228003AAH5A saylı göndərişdə qeyd edilmişdir ki, ... “Müayinə tarixi: xx.xx.2020-ci il, Akt nömrəsi: xxxxxxx0007, xüsusi yaradılmış şəraitdə işləyə bilər. “X1: Vİ Sinif- sinir sistemi xəstəlikləri => G40-G47-epizodik və paroksizmal pozğunluqlar=>G40-epilepsiya =>G40.0-fokal başlanğıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal, parsial...). Diaqnozun mətni: epilepsiya, epileptik tutmalar tez-tez baş verən (8-10 dəfə ayda). Ağırlaşma: R56başqa rubrikalarda təsnif olunmayan qıcolmalar (8-10 dəfə ayda), F07.0-üzvi mənşəli şəxsiyyət pozğunluğu (epilepsiya nəticəsində). Meyar: İİ dərəcə əlillik=> 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41,9). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin T 111/2022 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “1,2. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Balakən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 0228Q03AAH5A saylı göndərişlərlə rəsmiləşdirilmiş Forma 88 saylı arayışda göstərilən diaqnozlar kliniki, laborator-instrumental müayinələr əsasında müəyyən edilmişdir. Qeyd olunan xəstəlik və ağırlaşmalar şəxsin əyani müayinəsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2.2 maddəsinin əhatə dairəsinə uyğun olduğundan İİ dərəcə əlillik öz qüvvəsində qalır.” İddiaçı adına Balakən rayon mərkəzi xəstəxanası phş-si tərəfindən tərtib edilmiş 0228Q03AAH5A saylı Forma 88 saylı göndərişində olan diaqnozda qeyd olunan xəstəlik və ağırlaşmalarla əlaqədar təyin edilmiş İİ dərəcə əlilliyin öz qüvvəsində qalmasını düzgün hesab etmək olar. Belə ki, şəxsin əyani müayinəsi zamanı İ əlillik dərəcəsinə uyğun meyarlar aşkar edilmədi. Hazırda iddaçı ona 1-ci qrup müddətsiz əmək qabiliyyətsiz əlillik dərəcəsinin verilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1-ci bəndinə görə: (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Əsasnamənin 4.1-ci bəndinə görə birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 1.5-ci bəndinə görə şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (1.5.1) ümumi səbəblərdən: (1.5.1.1) ümumi xəstəlik; (1.5.1.2) istehsalat zədəsi; (1.5.1.3) peşə xəstəliyi; (1.5.1.4) Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; (1.5.1.5) hərbi xidmət dövrü ilə əlaqədar; (1.5.1.6) hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; (1.5.1.7) terror hadisəsi ilə əlaqədar; (1.5.2) xüsusi səbəblərdən: (1.5.2.1) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; (1.5.2.2) 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; (1.5.2.3) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; (1.5.2.4) Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qaydanın 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əyani müayinəsi zamanı İ əlillik dərəcəsinə uyğun meyarlar aşkar edilmədiyindən, Balakən rayon mərkəzi xəstəxanası phş-si tərəfindən tərtib edilmiş 0228Q03AAH5A saylı Forma 88 saylı göndərişində olan diaqnozda qeyd olunan xəstəlik və ağırlaşmalarla əlaqədar iddiaçıya düzgün olaraq İİ dərəcə əlilliyin təyin edilməsi iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin T 111/2022 saylı ekspert rəyi ilə də müəyyən edilir ki, iddiaçının diaqnozu ona ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas olmuşdur. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-397/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 28 aprel 2021-ci il tarixli məktubu ilə sənədlər ekspertiza aparılmadan təkrar icrasız geri qaytarılmışdır. Kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(112)-347/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar