Məhkəmə qərarları › İş №2-1(103)-397/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-397/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-397/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı (Bakı Baş Səhiyyə İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2953/2024 saylı, 23 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə əlilliyə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il təvəllüdlüdür, leytenant hərbi rütbəlidir, xx.xx.2011-ci ildən Azərbaycan Respublikası Silahlı qüvvələrində motoatıcı ixtisası üzrə xidmət etmişdir. xx.xx.2017-ci il tarixində postda xidmət zamanı düşmən tərəfindən atılmış atəş nəticəsində qarın boşluğunun odlu-silah güllə yaralanması xəsarəti almışdır. Silahlı qüvvələrin Baş Klinik Hospitalı Torakoabdominal Cərrahiyə bölməsi tərəfindən verilmiş 2519 №-li xəstəlik tarixindən çıxarış epikrizinə və 12 mart 2018-ci il tarixli 668 №-li xəstəlik haqqında şəhadətnaməyə əsasən diaqnoz və xəsarətin xəstəliyin səbəbli əlaqəsi ilə müəyyən edilir. Qarın boşluğunun odlu silahdan dəlib-keçən güllə yaralanması (xx.xx.2017) nəticəsində nazik və köndələn çənbər bağırsağın çoxsaylı zədələnməsinə görə Laportamiya (xx.xx.2017), nazik bağırsağın rezaksiyası (20 sm), yanyana entero-entero anastomozun qoyulması, köndələn çəmbər bağırsağın rezaksiyası (22 sm), kolostomanın çıxarılması, yaraların birincili-cərrahi işləməsi, funksiya edən kolostomaya görə relaportamiya (xx.xx.2018), kolostomanın ləğvi, yan-yana kolokolonastomozun qoyulması, qarın boşluğunun sanksiyası və drenajı cərrahiyə əməliyyatından sonrakı vəziyyət, həzm funksiyasının mülayim dərəcədə pozulması ilə, Hərbi travmadır, hərbi xidməti vəzifələrini yerinə yetirərəkən alınmışdır. “Xəstəliklər cədvəli”nin 83 B maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Qeyd olunan diaqnozla əlaqədar xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Lakin 2023-cü il mart ayından pensiyası kəsilərək, əlillik ilə bağlı TSEK-dən imtina edilərək diaqnozu əlillik əlaməti təyin etmədiyi barədə qərar qəbul edilmişdir. Cavabdeh Agentlik tərəfindən “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Bir neçə qarın boşluğu orqanının travması, Nazik və köndələn çənbər bağırsağın odlu silah yaralanması nəticəsində travması. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Nazik bağırsağın rezeksiyası (20 sm), yan-yana entero-entero anastomozun qoyulması, köndələn çənbər bağırsağın rezeksiyası (22 sm), yanyana kolo-kolo anastomozun qoyulması əməliyyatından sonrakı vəziyyət. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respubikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 668 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Qarın boşluğunun odlu silahdan dəlibkeçən güllə yaralanması (xx.xx.2017) nəticəsində nazik və köndələn çənbər bağırsağın çoxsaylı zədələnməsinə görə laparotomiya (xx.xx.2017), nazik bağırsağın rezeksiyası (20 sm), yan-yana entero-entero anastomozun qoyulması, köndələn çəmbər bağırsağın rezeksiyası (22 sm), kolostomanın çıxarılması, yaraların birincili-cərrahi işlənməsi, funksiya edən kolostomaya görə relaparotomiya (xx.xx.2018). Kolostomanın ləğvi, yanyana kolo-kolo anastomozun qoyulması, qarın boşluğunun sanasiyası və drenajı cərrahiyyə əməliyyatlarından sonrakı vəziyyət, həzm funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qəbizlikdən, ayaqlarda keyimədən, qanlı ishaldan şikayətlənmişdir. Baxış zamanı dəri və selikli qişalar təmiz, rəngi adi, qarının hər iki tərəfində çapıqlar, total laparotomiya, sağ tərəfdə stomanın ləğvindən sonrakı çapıqlar izlənmiş, palpasiyada qarnı yumşaq, çəkisi 82 kq, boyu 173 sm, BÇİ-27 müəyyən edilmişdir. Anemiya əlamətləri müşahidə edilməmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023- xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışda diaqnoz “Cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğunluğu. Cərrahi əməliyyatdan sonrakı bitişmə xəstəliyi. Hissəvi bağırsaq keçməziliyi. Hb-15.9 g/Tkimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2953/2024 saylı, 23 iyul 2024-cü il tarixli qərarı (N.Abıyev) ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin qərardadı əsasında keçirilən ekspertizanın rəyində məhkəmə üçün mübahisənin xüsusi bilik tələb edən hissədə araşdırılmasının obyektiv həlli üçün əhəmiyyət kəsb edə biləcək heç bir məlumat öz əksini tapmamışdır. Bundan əlavə, rəy ziddiyyətli və aydın olmayan formada verilmişdir. Belə ki, rəyin 10-cu səhifəsinə qədər yalnızca məhkəmə qərardadı və cavabdehin əyani müayinə qərarı kopyalanmışdır. Onu əyani müayinə etmədən heç bir instrumental müayinəyə cəlb etməməklə yanaşı xəstəliyinin ağırlaşmalarını müəyyən etmək üçün heç bir tibb müəssisəinə göndəriş verməmiş, mövcud sənədlərinə baxmaqla kifayətlənmişlər. O, DTSERA-da müayinə edildiyi zaman da ona sadəcə zahirdən baxılmış və tibbi sənədlərində öz əksini tapan və MHHK-ın qərarında xüsusi səbəbdən müəyyən edilmiş xəstəliyinin olmasına baxmayaraq, imtina verilmişdi. Məhkəmənin qərardadda qoyduğu birinci sual olan "İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 12 mart 2018-ci il tarixli 668 nömrəli qərarında əks olunmuş diaqnozdakı xəsarətlər onda müəyyən olunurmu? sualına ekspert rəyində "qeyd olunan xəstəliklərdən əziyyət çəkdiyi inkar edilə bilməz" formasında cavab verilmiş, ardınca isə əlillik təyinatına əsas vermədiyini qeyd etmişdirlər. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2953/2024 nömrəli, 23 iyul 2024-cü il qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarında olan AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 668 №-li, xx.xx.2018-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2011-ci ildən Silahlı Qüvvələrinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 69 nömrəli göndərişi ilə SQ BKH cərrahiyə profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şəhadətnamənin 12-ci bəndində qeyd olunmuşdur- Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında hospital HHK-nın qərarı: Qarın boşluğunun odlu silahdan dəlib-keçən güllə yaralanması (xx.xx.2017) nəticəsində nazik və köndələn çənbər bağırsağın çoxsaylı zədələnməsinə görə lapartoriya (xx.xx.2017), nazik bağırsağın rezeksiyası (20 sm), yan-yana entero-entero anastomozun qoyulması, köndələn çəmbər bağırsağın rezeksiyası (22 sm), kolostomanın çıxarılması, yaraların birincili-cərrahi işlənməsi, funksiya edən kolosomoya görə relapartomiya (xx.xx.2018), kolostomanın ləğvi, yan-yana kolo-kolo anastomozun qoyulması, qarın boşluğunun sanasiyası və drenajı cərrahiyə əməliyyatlarından sonrakı vəziyyət, həzm funksiyasının mülayim dərəcədə pozulması ilə.. Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərəkən alınmışdır…. HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 83 B maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır qeyd edilmişdir (13-cü bənd). xx.xx.2018-ci il tarixli, xxxxxxx0008 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Bir neçə qarın boşluğu orqanının travması, Nazik və köndələn çənbər bağırsağın odlu silah yaralanması nəticəsində travması. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Nazik bağırsağın rezeksiyası (20 sm), yan-yana enteroentero anastomozun qoyulması, köndələn çənbər bağırsağın rezeksiyası (22 sm), yanyana kolo-kolo nastomozun qoyulması əməliyyatından sonrakı vəziyyət.. İmtina edilmənin səbəbi: Diaqnov əlillik əlaməti təyin etməməsi-səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-3- 16454/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın 24-cü bəndində qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1993-cü ii təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respubikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 668 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Qarın boşluğunun odlu silahdan dəlib-kecən güllə yaralanması (xx.xx.2017) nəticəsində nazik və köndələn çənbər bağırsağın çoxsaylı zədələnməsinə görə Laparotomiya (xx.xx.2017), nazik bağırsağın rezeksivası (20 sm), yan-yana enteroentero anastomozun qoyulması, köndələn çəmbər bağırsağın rezeksiyası (22 sm), kolostomanın çıxarılması, yaraların birincili-cərrahi işlənməsi. funksiya edən kolostomaya görə relaparotomiya (xx.xx.2018), kolostomanın ləğvi, yan-yana kolo-kolo anastomozun qoyulması, qarın boşluğunun sanasiyası və drenajı cərrahiyyə əməliyyatlarından sonrakı vəziyyət, həzm funksiyasının mülayim dərəcədə pozulması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qəbizlikdən, ayaqlarda keyimədən, qanlı ishaldan şikayətlənmişdir. Baxış zamanı dəri və selikli qişalar təmiz, rəngi adi, qarının hər iki tərəfində çapıqlar, total laparotomiya, sağ tərəfdə stomanın ləğvindən sonrakı çapıqlar izlənmiş, palpasiyada qarnı yumşaq, çəkisi 82 kq, boyu 173 sm, BÇİ-27 müəyyən edilmişdir. Anemiya əlamətləri müşahidə edilməmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışda diaqnoz “Cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğunluğu. Cərrahi əməliyyatdan sonrakı bitişmə xəstəliyi. Hissəvi bağırsaq keçməzliyi. Hb-15.9 q/T kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən hazırki mübahisənin həlli ilə bağlı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinə tapşırılmış və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı xx.xx.1993-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 12 mart 2018-ci il tarixli, 668 nömrəli qərarında əks olunmuş diaqnozdakı xəsarətlər onda müəyyən olunurmu? - Onda aşkar olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli (2022-ci il iyulun 1-dək qüvvədə olmuş) № 413 Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunurmu? - Onda aşkar olunan xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”də müəyyən olunurmu? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş T361/2024 saylı ekspert rəyindən (ekspertizanın başlanma tarixi 17 may 2024-cü il, başa çatma tarixi 21 iyun 2024-cü il) görünür ki, “1993-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından İddiaçı hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Lakin iş materiallarında olan xx.xx.2018-ci il tarixli 668 saylı xəstəlik şəhadətnaməsində qeyd edilmiş “Qarın boşluğunun odlu silahdan dəlib keçən güllə yaralanması (xx.xx.2017) nəticəsində nazik və köndələn çənbər bağırsağın çoxsaylı zədələnməsinə görə laparotomiya (xx.xx.2017), nazik bağırsağın rezeksiyası (20 sm), yan-yana entro-entro anastomanın qoyulması, köndələn çəmbər bağırsağın rezeksiyası (22 sm) kolostomozun çıxarılması, yaraların birincili-cərrahi işlənməsi, funksiya edən kolostomaya görə relaparotomiya (xx.xx.2018). kolostomanın ləğvi, yan-yana kolo-kolo anastomozun qoyulması, qarın boşluğunun sanasiyası və drenajı cərrahiyyə əməliyyatlarından sonrakı vəziyyət, həzm funkisyasının mülayim dərəcədə pozulması ilə diaqnozundakı xəstəliklərdən əziyyət çəkməsinini də inkar etmək olmaz. Belə ki, diaqnoz ona stasionarda qoyumuş, üzərində əməliyyatlar aparılmış, əyani müayinədə qarının hər iki tərəfində çapıqlar, total laparotomiya, sağ tərəfdə stomanın ləğvindən sonrakı çapıqlar izlənmiş, palpasiyada qarnı yumşaq, çəkisi-82 kq, boyu-173 sm, boyu-173 sm, BÇİ-27 müəyyən edilmiş, anemiya əlamətləri müşahidə edilməmiş, anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Odur ki, diaqnoz nəzərə alınmaqla, əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respubilkası Nazirlət Kabinentinin xx.xx.2015-ci il tarixli, №li 413 Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respubilkası Nazirlər Kabinentinin xx.xx.2022-ci il tarixli, №-li 187 Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmadı. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.... Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi Qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi-sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili iddiaçının birinci instansiya məhkəməsi tərəfindən təyin olunan və əldə edilmiş ekspertiza rəyi ilə razılaşmamasıdır. Məhkəmə kollegiyası iddiaçının vəsatətini nəzərə alaraq, 05 noyabr 2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən mütəxəssis cəlb edilməməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin ekspertinə tapşırılmışdır. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: -xx.xx.1993-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (instrumental müayinələrin aparıldığını təsdiq edən tibbi-texniki sənədlər də təqdim olunmaqla), onda hazırda hansı xəstəlik və qüsurların olduğu (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) müəyyən edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli, T49/2025 saylı ekspert rəyindən görünür ki, İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər mütəxəssisə göndərilməsinə ehtiyac olmadı. Əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd edilən “XBT 10 kodu ilə Əsas diaqnoz: S36.7- Bir neçə qarın boşluğu orqanının travması, Nazik və köndələn çənbər bağırsağın odlu silah yaralanması nəticəsində travması. Ağırlaşmalar: Z98.8- Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, nazik bağırsağın rezeksiyası (20 sm), yan-yana enteroentero anastomozun qoyulması, köndələn çənbər bağırsağın rezeksiyası (22 sm), yanyana kolo-kolo nastomozun qoyulması əməliyyatından sonrakı vəziyyət. K91.2- Başqa rubrikalarda təsnif olunmayan, cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğunluğu. K56.5- Bağırsaq bitişmələri, keçməməzlik ilə, hissəvi bağırsaq keçiməməzliyi. K60.1- Anusun xroniki çatı. Xroniki anal çat. İ84.4- Digər ağırlaşmalarla müşayiət olunan xarici babasil. Qanayan xarici babasil İİİ dərəcə. K66.0- Periton bitişmələri. Cərrahi əməliyyatlardan sonrakı bitişmə xəstəliyi. Yanaşı xəstəliklər: Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Hərbi əməliyyatlar nəticəsində odlu silahla törədilmiş qarın boşluğunun çoxsaylı dəlib-keçən güllə yaralanması” diaqnoz ona şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilsə də, xx.xx.2024-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman əlillik təyinatına əsas verən xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Həmçinin, xroniki həzm pozğunluğu əlamətləri İddiaçı özünün xx.xx.2025-ci ildə məhkəmə-tibbi ekspertizası zamanı öz təstiqini tapmadı. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasında əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertizanın keçirilməsi tibbi-sosial ekspert komissiyaların səlahiyyətinə aid edilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqanın özünün qiymətləndirmə azadlığından irəli gələrək səlahiyyətinin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi qiymətləndirmə azadlığı əsasında qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətini özünün qiymətləndirməsi ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətlərini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (əlillik vəziyyəti ilə bağlı qiymətləndirilmə aparılması və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etməsi) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmamasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2953/2024 saylı, 23 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85, 87 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2953/2024 saylı, 23 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Elvin Əliyev Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar