Məhkəmə qərarları › İş №2-1(103)-3971/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3971/2023

30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3971/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon icra şöbəsinə qarşı “qətnamənin məcburi icrasının cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11589/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon icra şöbəsinə qarşı “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8344/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin məcburi icrası” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2014cü il tarixli 201ST0F142460001 saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqavilə şərtlərinə əsasən, 40000 ABŞ dolları əmanəti geri almaq üçün Xətai Rayon Məhkəməsinə 11.08. 2015-ci il tarixində iddia ərizəsi ilə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6861 saylı 28 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bank Technique ASC-dən xx.xx.2014-cü il tarixli 201S10F142460001 saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən, 40000 ABŞ dolları, vurulmuş mənəvi ziyana görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulması barədə qərar qəbul edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6861 saylı 28 sentyabr 2015-ci il tarixli qətnaməsindən qarşılıqlı apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8344 saylı 17 dekabr 2015 -ci il tarixli qətnaməsi ilə iddianın mənəvi ziyan tələbinin təmin edilən hissəsində ləğv edilmiş, qətnamə qalan hissədən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 2- 1(81)-1541/2016 saylı 10 fevral 2016-cı il tarixli qərarı ilə Texnika Bank müflis elan olunmuşdur. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 2- 1(81)-1541/2016 saylı 10 aprel 2016-cı il tarixli qərardadı ilə "xxxx" ASCnin Ləğvedicisi qismində təyin olunmuş "xxxx" MMC, Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra ona 30000 (otuz min) manat, yəni 18917 (on səkkiz min doqquz yüz on yeddi) ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir. 21293 (iyirmi bir min iki yüz doğsan üç) ABŞ dolları isə bu günə qədər ödənilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli Qətnaməsinin qanuni qüvvəyə minməsindən uzun müddət, 8 il keçməsinə baxmayaraq, bu günə qədər "xxxx" ASC-nin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu“ tərəfindən qətnamə icra olunmamışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xəbərdarlıqlarına baxmayaraq "xxxx" ASC-nin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344 saylı 17 dekabr 2015 -ci il tarixli qətnaməsini icra etməkdən əsassız olaraq imtina etmişdir. Xətai rayon icra şöbsi tərəfindən ƏSF-na axırıncı dəfə xx.xx.2022-ci il tarixində xəbərdarlıq olmuşdur. Həmin xəbərdarlığa "xxxx" ASC-nin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu“ tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344 saylı 17 dekabr 2015 -ci il tarixli qətnaməsini icra etmək niyyətində deyil. Eyni zamanda, ƏSF-nin Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanladığı 19 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ƏSF tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Əmanətlərin Sığortalanmsı Fonduna bu səlahiyyəti kim verib? Azərbaycan Respublikası adından çıxarılan, qanuni qüvvəyə minmiş qətnaməni bilə - bilə qəsdən icra etməməklə ƏSF və Xətai rayon İcra və Probasiya Şöbəsi qanun qarşısında məsuliyyət daşıyır. "xxxx" ASC-nin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu“ onun pul vəsaitini əsasız saxlamaqla küllü miqdarda ziyan vurmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11589/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində məhkəmə qərardadının qanunsuz və əsassız olduğu, bu səbəbdən də ləğv edilərək apellyasiya qaydasında yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2014-cü il tarixli 201ST0F142460001 saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqavilə şərtlərinə əsasən, 40000 ABŞ dolları əmanəti geri almaq üçün Xətai Rayon Məhkəməsinə 11.08. 2015-ci il tarixində iddia ərizəsi ilə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6861 saylı 28 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bank Technique ASC-dən xx.xx.2014-cü il tarixli 201S10F142460001 saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən, 40000 ABŞ dolları, vurulmuş mənəvi ziyana görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulması barədə qərar qəbul edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6861 saylı 28 sentyabr 2015-ci il tarixli qətnaməsindən qarşılıqlı apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8344 saylı 17 dekabr 2015 -ci il tarixli qətnaməsi ilə iddianın mənəvi ziyan tələbinin təmin edilən hissəsində ləğv edilmiş, qətnamə qalan hissədən dəyişdirilmədən saxlanılmışdır İddiaçının hazırkı tələbi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin məcburi icra edilməsi ilə bağlıdır. Göründüyü kimi hazırk tələb mülki qaydada baxılmış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən çıxarılmış qərarın icrası ilə bağlı olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün hesab etməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş ica sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər.” Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. Yuxarda qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8344/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin icrasına nəzarət məhz həmin qətnaməni qəbul etmiş məhkəmənin (hakimin) səlahiyyətlərinə aid edilmişdir. Kollegiya həmçinin bildirir ki, iddiaçının hazırkı iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinin icrası ilə bağlı olduğundan, hazırkı mübahisə iddia icraatı qaydasında deyil, icra qaydasında həll olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8344/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi xx.xx.2015-ci il tarixli icra vərəqəsi əsasında icraya yönəldilmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsində cavabdeh ləğv prosesində olan "xxxx" ASC-dən İddiaçı xeyrinə 40.000 ABŞ dolları məbləğində pul vəsaiti tutulması göstərilmiş, xx.xx.2016-cı il tarixdə İddiaçı 30.000 manat məbləğində kompensasiya ödənilmiş, geri qalan məbləğ (21293 manat) məbləğ xx.xx.2016-cı il tarixdə 1-1892-16 nömrə ilə kreditor tələbi kimi qeydə alınaraq kreditorların reyestrinə daxil edilmiş və növbəlilik qaydalarına uyğun olaraq ödəniləcəyi bildirilmişdir. “X2” 82.1-ci maddəsində müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi qeyd olunmuşdur. Bu səbəbdən də ləğv olunmuş (müflis elan olunmuş) banklara qarşı kreditorların tələblərinə əsasən çıxarılmış məhkəmə qərarının icrasının təmin edilməsi yalnız növbəli qaydada olur. “İcra Haqqında” Qanunun 2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Göründüyü kimi qərarın icrası icra məmuru tərəfindən məcburi qaydada həyata kecirildiyindən, onun üzərinə həmin vəzifənin eyni qaydada icrasının yenidən qoyulmasına dair iddia tələbi mümkün sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin nəticəsini qanuni və əsaslı sayır. İddiaçının apellyasiya şikayəti əsassız olmaqla, məhkəmə baxışı zamanı mübahisələndirilən qərardadın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, Kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11589/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar