Məhkəmə qərarları › İş №2-1(103)-3974/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3974/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3974/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair” inzibati iş üzrə sonuncunun prosessual hüquq varisi həmin nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2238/2016 saylı xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İ. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2238/2016 saylı 05 iyul 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Suraxını NQÇİ-də (keçmiş “Orcnikidzeneft” NQÇİ) işlədiyi dövrün iş stajının Azərbacan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nzərə alınmaqla, İddiaçı xx.xx.2009-cu ildn (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2040/2016 saylı 17 noyabr 2016-cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qərar iddiaçıya ödəniləcək pensiya məbəlğinin birdəfəyə ödənilməsi hissəsində ləğv edilərək həmin hissədə iddia rədd olunmuş, qərarın icrası qaydası müəyyən edilrək, pensiyanın yenidən hesablanması nəticəsində ödənilməli olan məbləğin 2 il ərzində hissəhissə, iddiaçının pensiyasına əlavə olunmaqla ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin həmin qərardan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 iyun 2017-ci il tarixli 2-1(102)-1325/17 saylı qərarı ilə mümkün sayılmamış, icraata qəbul edilməsindən imtina edilmişdir. Beləliklə də, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd olunan qərarları 14 iyun 2017-ci il tarixdə qanuni qüvvəsini almış və həmin qərarlar birinci instansiya məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli məktubu ilə icra edilmsi üçün göndərilmişdir. Bundan sonra, cavabdeh xx.xx.2024-cü il tarixdə cavabdeh ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizə aşağıdakılarla əsaslandırılmışdır: “... Araşdırma nəticəsində qüvvədə olan qanunvericiliə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna 50 yaşından malik olmadığı, məhkəmə qərarlarında onun güzəştli hesab edilən istehsalat sahəsi və peşəsinin AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli qərarı, habelə 21 iyun 1993-cu il 320 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 nömrəli Siyahılara uyğunluğunun əsaslandırılmadığı, hüquqi aktların tələblərin zidd ümumi mülahizələr əsasında 50 yaşından güzəştli şərtlərələ pensiya təyin olunuduğu müəyyən edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2238/2016 saylı xx.xx.2024-cü il il tarixli qərardadı ilə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. Ərizəçi apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apelyasiya mümkün hesab edilmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi qərarı əsassızdır. Çünki, işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş tam və hərtərəfli araşdırılmamış, məhkəmə gəldiyi nəticə üçün mühüm həmiyyətli faktiki halları aydınlaşdırmamış, , göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Məcəllənin qeyd olunan normasının tələbindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış icraat proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən o halda təzələnə bilər ki, sonradan, yeni sübutlar və ya hallar aşkar edilsin və həmin sübutlar və ya hallar ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilməmiş olsun. Konkret halda, birincisi, ərizəçi tərəfindən qeyd olunan hallar yeni açılmış hallar kimi qiymətləndirilə bilməz. Çünki, ərizənin məzmunundan və apellyasiya şikayətinin dəlilllərindən aydın görünür ki, burada cavabdehin qanuni qüvvəsini almış məhkəmə qərarlarından bir narazılığı ifadə olunaraq, məhkəmələr tərəfindən qanuna zidd olaraq iddiaçıya 50 yaşından güzəştli gərtlərlə əmək pensiyası təyin olunmasının cavabdehə həvalə olunduğu mübahisələndirilir. Halbuki, İPM-in 78-ci maddəsinin təəbinə görə həmin qərar tərəf olaraq cavabdeh üçün məcburi xarakter dayşıyır. Digər tərəfdən, İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsini ehtiva edən iddia müddətləri nəzərdə tutulur ki, konkret halda da, ərizəçi tərəfindən həmin müddətlər ötürülmüş, 7 il keçdikdən sonra, həm də İPM-in 100-cü maddəsinin nəzərdə tutduğu yeni açılmış hallar mövcud olmadığı halda, 14 iyun 2017-ci tarixdə qanuni qüvəsini almış və məhkəmənin 07 sentyabr 2017-ci il tarixli məktubu ilə icra edilməsi üçün göndərilmiş məhkəmə qərarlarının icrasından yayınaraq, formal olaraq iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də İPM-in 100 və 103.1-ci maddələrinin tələbləri baxımından, ərizəçinin y icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlyünü zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Ona görə də məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2238/2016 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəsinin mümkün sayılmaması barədə gəldiyi nəticəni işin hallarına və prosessual qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin, həmin qərardadın əsassız olduğunu, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmadğını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2238/2016 saylı xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2238/2016 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar