Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3979/2024 18.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Yusifov (sədrlik edən və məruzəçi), Günel Məhərrəm qızı Abbasova və Səadət Rəşid qızı Səlimovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-3979/2024 saylı iş materiallarını Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) yazılı qaydada nəzərdən keçirib m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********881600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2342/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia tələbi “cavabdehin xx.xx.2023- cü il tarixli **********105900 saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Eyni zamanda həmin məhkəmənin eyni tarixli qərarı ilə digər hissədə - iddia təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli **********881600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin qeyd edilən qərardadının ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılmasını, cavabdeh isə Bakı İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul olunması xahiş etmişlər. Baki Apellyasiya Məhkəməsinin 2-1(103)-3695/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2342/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3695/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından (sədrlik edən Şərafət Məmmədova, Cahangir Yusifov və Pərviz Hüseynov) xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının İnzibati-prosessual Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin daxil olduğu vaxtdan 5 gün ərzində həmin şikayəti, mübahisə ilə bağlı işin materialları ilə birlikdə Ali Məhkəməyə göndərir. Göstərilənlərə əsasən və İPM-nin 16.3, 80, 83, 90 və 95-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Baki Apellyasiya Məhkəməsinin 2-1(103)-3695/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verildiyi nəzərə alınaraq iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-3979/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3979/2024
18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver