Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-398/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1731/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Rusiya Federasiyası Həştərxan Dövlət Texniki Universiteti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 103024 ******* saylı (qeydiyyat nömrəsi 7789) diplomunun tanınması və bununla bağlı şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ona Rusiya Federasiyası Həştərxan Dövlət Texniki Universiteti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 103024 ******* saylı (qeydiyyat nömrəsi 7789) diploma əsasən dövlət imtahan komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iqtisadiyyat peşə istiqaməti üzrə bakalavr ali-peşə ixtisas dərəcəsi verilmişdir. Əldə etdiyi diplomun Azərbaycan Respublikasında tanınması üçün (nostrifıkasiya olunması) xx.xx.2019-cu il tarixdə Təhsil Nazirliyinə müraciət etmiş, xx.xx.2019-cu il tarixli A78C2318E349629 nömrəli müraciətinə cavab olaraq göstərilmişdir ki, cavabdehin nəzdində olan Ekspert Qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyil, ona görə də ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Hesab edir ki, imtina qanunsuzdur. Ona görə də, diplomun taninması və şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, o, rus dilini qənaətbəxş dərəcədə bilir, bu əsasla imtina verilməsi həm əsassızdır, həm də qanunsuzdur. Tədris dövründə dərslərdə və imtahanlarda iştirak etmiş, imtahanları verərək təhsilini başa vurub dövlət imtahanında iştirak edərək diplomu müdafiə edərək bakalavr dərəcəsi almışdır. Təhsil aldığı müddətdə davamiyyəti əla olmuşdur. Məhkəmənin 04 mart 2020-ci il tarixli qərardadları ilə inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilərək, Azərbaycan Respublkası Təhsil Nazirlyinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1731/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-65/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ilə Apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020ci il tarixli, 2-1(112)-1731/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş və İddiaçı Rusiya Federasiyası Həştərxan Dövlət Texniki Universiteti tərəfindən xx.xx.2018ci il tarixdə verilmiş 103024 ******* saylı (qeydiyyat nömrəsi 7789) diplomun tanınması və bununla bağlı şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(103)-821/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)- 65/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, Kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Hazırki iş üzrə İddiaçı sənədləri ərizəsinə əlavə edilməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2023-cü il tarixli, 3-29-61/2-415/2023 saylı məktuba əsasən İddiaçı Rusiya Federasiyası Həştərxan Dövlət Texniki Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, № 103024 ******* nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edildiyi, tanınma haqqında elektron şəhadətnamənin ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim edildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehin müvafiq məktubunu araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edildiyindən mübahisə aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “onun Rusiya Federasiyası Həştərxan Dövlət Texniki Universiteti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 103024 ******* saylı (qeydiyyat nömrəsi 7789) diplomunun tanınması və bununla bağlı şəhadətnamə verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-398/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-398/2023
22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver