Məhkəmə qərarları › İş №2-1(103)-398/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-398/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-398/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7408/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********168354 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərməkdədir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********150231 saylı Qərarla İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının aparılması təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlaması sentyabr 2018- avqust 2021 olan dövrü əhatə etmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə görə cavabdeh tərəfindən tərtib edilmiş səyyar vergi yoxlaması Aktından görünür ki, yoxlama xx.xx.2021ci il tarixdə başlanmış və 13 təqvim ayının tamamında xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Hazırki iddia ərizəsi ilə mübahisələndirilən **********150270 saylı səyyar vergi yoxlaması Aktı xx.xx.2022-ci il tarixdə tərtib edilərək xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsinə təqdim edilmişdir. İddiaçı hesab edir ki, aşağıda sadalanan bir sıra səbəblərdən **********150270 saylı “Səyyar vergi yoxlaması Aktı”, həmin akt əsasında verilmiş **********442800 saylı “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə Tələbnamə” etibarsız hesab edilərək, **********150270 saylı “Səyyar vergi yoxlaması Aktı əsasında qəbul edilmiş **********168354 saylı “Vergi ödəyicisiniın və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ləğv edilməlidir. Belə ki, mübahisələndirilən “Səyyar vergi yoxlaması aktında onun xx.xx.2022-ci il tarixdə tərtib edildiyi qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, yoxlama xx.xx.2021-ci il tarixdə başlanmış və 13 təqvim ayından sonra xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.3-cü maddəsinə əsasən vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********01 1400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının 8.13. bəndinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə akt yoxlama başa çatdıqdan sonra 3 iş günü müddətində tərtib edilməlidir. Yoxlamanın nəticələrinə görə Akt qeyd edilən imperativ hüquq normasının tələbinə əsasən xx.xx.2022-ci il tarixdə tərtib edilməli olduğu halda, cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-ci və 38-ci maddələrini əsas tutaraq xx.xx.2022-ci il tarixdə “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” Qərar qəbul edərək səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətini 30 gün uzatmışdır. Bu hal qeyd edilən “Qaydalar”ın 8.14. bəndi ilə nəzərdə tutulmuşdur (8.14. “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında Qərar”ına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər). Nəzərə alsaq ki, xx.xx.2022-ci il tarixdən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günə uzadılmışdır. Səyyar vergi yoxlaması aktı ən geci xx.xx.2022-ci il tarixdə tərtib edilməli idi. Cavabdeh bunu nəzərə alaraq səyyar vergi yoxlaması Aktının titul səhifəsində onun tərtib edilmə tarixini xx.xx.2022-ci il olaraq göstərmişdir, lakin Aktın içərisində, misal üçün 1.9.4. və 1.9.5. bəndlərində vergi yoxlaması müddətində keçirilmiş ekspert və mütəxəssis rəylərinin iddiaçıya xx.xx.2022-ci il tarixində elektron poçt vasitəsi ilə göndərildiyi qeyd etmişdir. Belə olan halda səyyar vergi yoxlaması Aktının qanunvericilikdə nəzərdə tutulmuş müddətlərin pozulması ilə tərtib edildiyi və ya Aktı tərtib edən vəzifəli şəxsin gələcəyi görmək istedadı olduğu açıq aşkar məlum olur ki, bu isə Aktın xx.xx.2023cü il tarixdə deyil, saxtalaşdırılmaqla daha sonrakı tarixlərdə tərtib edilməsindən xəbər verir. Bundan əlavə, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli ********** 150231 saylı Qərarla İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının aparılması təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Nəzərə alınmalıdır ki, iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd olunmalıdır ki, vergi qanunvericiliyinin məqsədi ancaq dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən deyil, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Belə ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Bundan başqa, səyyar vergi yoxlaması Aktından görünür ki, aparılmış növbədənkənar vergi yoxlaması dəfələrlə - 9 dəfə dayandırılmış, 2 dəfə vergi yoxlamasının müddəti, 1 dəfə isə aktın tərtibi müddəti uzadılmışdır. Lakin, cavabdeh dayandırma və uzatma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması və uzadılması məqsədlərinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Vergi yoxlamasının dəfələrlə dayandırılmasına və uzadılmasına rəğmən, vergi yoxlamasının aparıldığı dövrdə cavabdeh tərəfindən müvafiq sənədlərin əldə olunması məqsədi ilə hər hansı müvafiq hərəkətlərin edildiyi və əlavə sənədlərin tələb olunduğu müəyyən edilmir. Bu da öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın həmin hərəkətləri, həm Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.7-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Qanunun 11-ci və 24cü maddələrinin pozulması ilə müşayiət olunur. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir və həmin imkanlardan sui-istifadə olunması yolverilməzdir. Bundan əlavə, Səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********150270 saylı “Səyyar vergi yoxlaması Aktı” xeyli sayda uyğunsuzluqlar və hüquqazidd pozuntularla tərtib edilmişdir: Aktın 1.7-ci bəndində qeyd edilmişdir ki, İddiaçı MMC lisenziyası olmadan yaşayış və qeyri-yaşayış binalarının tikintisi fəaliyyət növü ilə məşğul olmuşdur. Lakin, "xxxx" MMC ümumiyyətlə və həmçinin yoxlama ilə əhatə edilən dövr ərzində tikinti fəaliyyəti ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixli **********150270 saylı Aktda (səhifə 5, abzas 2) düzgün olaraq qeyd edilmişdir ki, tikinti işləri podrat müqaviləsi əsasında üçüncü şəxs tərəfindən həyata keçirilmişdir. Aktın 1.8-ci bəndində qeyd edilmişdir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş satış müqavilələri və qarşılıqlı əlaqələrə dair alınmış məlumatlar əsasında satışların olduğu müəyyən edilmişdir. Lakin bu fakt iddiaçı tərəfindən təqdim edilmiş satış müqavilələri və qarşılıqlı əlaqələrə dair alınmış məlumatlar əsasında öz təsdiqini tapmır. İddiaçı tərəfindən yoxlama ilə əhatə edilən dövr ərzində satış aparılmamışdır. Yoxlama ilə əhatə edilən dövr ərzində satış aparılmadığını təsdiq edən sənədlər cavabdeh tərəfindən sorğular vasitəsi ilə əldə etdiyi, eləcə də iddiaçı tərəfindən təqdim edilmiş sənədlər ilə sübuta yetirilir. Aktın 2.1. bəndində (səhifə 13, abzas 3) qeyd edilmişdir ki, yoxlama zamanı təqdim edilmiş mənzillər, qeyri-yaşayış obyektləri və zirzəmi sahələri iizrə satış müqavilələr əsasında Vergi Məcəlləsinin 159.1-ci maddəsinin (Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi vergitutma obyektidir) tələblərinə əsasən yoxlama dövründə (sentyabr 2018-avqust 2021) təqdim edilmiş 2 ədəd satışa yararlı sahəsi 360.3 kv.m təşkil edən mənzil, satışa yararlı sahəsi 2113.6 kv.m təşkil edən zirzəmi və qeyri-yaşayış sahələri üzrə ümumilikdə 4 271 165.25 manat dövriyyədən 768 809.76 manat ƏDV hesablandı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 384 904.88 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Hesab edirlər ki, "xxxx" MMC-yə 768 809.76 manat ƏDV-nin və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 384 904.88 manat maliyyə sanksiyasının hesablanması qanunsuz və əsassızdır. Belə ki, "xxxx" MMC tərəfindən yoxlama ilə əhatə edilən dövr ərzində satış və ya təqdimetmə aparılmamışdır. Aktın 2.1. bəndində (səhifə 13, abzas 4) qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən Bina tikintisi fəalliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlanması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə, yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Vergi ödəyicisi tərəfindən bu məlumat təqdim edilməmişdir. Vergi ödəyicisində cari yoxlamadan əvvəl 3 səyyar vergi yoxlaması keçirilmiş və əvvəlki yoxlamalar ilə satış müəyyən edilməmiş və bu hallar vergi ödəyicisi tərəfindən təsdiqlənmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiçiləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi imkanı olduğu halda, vergi ödəyicisi tərəfindən satılmış mənzillərə və qeyri-yaşayış obyektlərinə dair dövriyyələr bəyan edilməmiş və vergidən yayınma halına yol vermişdir. Qeyd edilənləri nəzərə alaraq, 10 943 939,24 manat (ƏDV istisna) (853.6 kv. m yararlı qeyri yaşayış sahəsi, 7055.3 kv.m yararlı yaşayış sahəsi) dövriyyə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu ayına (avqust 2021) bərpa edildi və dövriyyədən büdcəyə 1 969 909.06 manat ƏDV hesablandı. Beləliklə, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci və 67.16 cı maddələrinə əsasən ümumilikdə 2 738 718.82 manat əlavə dəyər vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%- i miqdarında, yəni 1 369 359.40 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edildi. İddiaçı hesab edir ki, Vergi Məcəlləsinin 67.16-cı maddəsini rəhbər tutmaqla İddiaçı MMC-yə hər hansı bir vergi məbləğinin və maliyyə sanksiyasının hesablanıb tətbiq edilməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20dən gec olmayaraq vergi orqanına təqdim edir: 16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış; 16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. İddiaçı qeyd edir ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.8-ci maddəsi ilə nəzərdə tutulmuş şəxslər sırasına aid edilə bilməz. Belə ki, torpaq sahəsinin ayrılması səlahiyyətli icra hakimiyyəti orqanının xx.xx.2004-cü il tarixli 195 saylı sərəncamı ilə baş vermişdir; - torpaq Ayrıc Aktı ayrıc aktlarının qeydiyyat kitabında 05/25 sayla qeydiyyata alınmaqla xx.xx.2005-ci il tarixdə verilmişdir; - Bakı şəhər İcra Hakimiyyəti və iddiaçı arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə xx.xx.2005-ci il tarixdə bağlanmışdır; - tikinti-quraşdırma işlərinin aparılmasına 3754 saylı İcazə xx.xx.2006-cı il tarixdə verilmişdir; - həmin dövrdən başlayaraq zəruri icazələr əsasında inşaat işləri podratçı subyektlər tərəfindən aparılmaqla 2019-cu ildə başa çatdırılmışdır; tikintisi başa çatmış binaya Ünvan Reyestrindən Arayış xx.xx.2019-cu il tarixdə verilmişdir; - tikinti obyektinin istismarına 001 saylı İcazə xx.xx.2020-ci il tarixdə verilmişdir; - vergi orqanının təqdim etdiyi xx.xx.2019-cu il tarixli **********547700 saylı arayışı ilə də təsdiq olunur ki, onun dövlət büdcəsinə ödənilməmiş heç bir vergi borcu və öhdəliyi olmamışdır. İddiaçı məhkəmənin diqqətinə çatdıraraq qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********150231 saylı Qərarla İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının aparılması təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlaması sentyabr 2018 - avqust 2021 olan dövrü əhatə etmişdir. Sözügedən növbədənkənar səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş Aktda qeyd olunur ki, İddiaçı MMC tərəfindən yoxlama ilə əhatə edilən dövr ərzində satış və ya təqdimetmə aparılmışdır və bu hala görə İddiaçı MMC-yə vergi məbləğləri və maliyyə sanksiyaları hesablanmışdır. Lakin yoxlama zamanı iddiaçı tərəfindən inzibati orqana təqdim edilmiş və müvafiq sorğular vasitəsi ilə inzibati orqan tərəfindən əldə edilmiş notarial qaydada təsdiq edilmiş 51 ədəd alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC-yə məxsus olmuş cəmi 54 mənzildən 51 mənzil xx.xx.2014 - xx.xx.2018-ci il tarixləri arasında satılmışdır. Vergi yoxlamasının əhatə etdiyi dövr isə xx.xx.2018-ci il tarixdən başlayır. İddiaçı MMC-yə məxsus olmuş 1 ədəd Bakı şəhər İcra Hakimiyyətini sərancamı əsasında şəhid ailəsi üzvü vətəndaş Bağırova Ofelyaya, 1 mənzil məhkəmə qətnaməsi əsasında vətəndaş Ağayev Sakitə, 1 mənzil isə hal-hazırda İddiaçı MMC-yə məxsusdur. Eləcə də, inzibati orqana yoxlama zamanı iddiaçı tərəfindən təqdim edilmiş və müvafiq sorğular vasitəsi ilə inzibati orqan tərəfindən əldə edilmiş notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrindən görünür ki, İddiaçı MMC-yə məxsus olmuş qeyriyaşayış sahələrinə dair təqdimetmələr isə xx.xx.2014-xx.xx.2016-ci il tarixləri arasında həyata keçirilmiş, bu tarixlərdə növbədənkənar səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə (xx.xx.2018 - xx.xx.2021) təsadüf etmir. Beləliklə, İddiaçı MMC tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdimetmə tarixlərini (xx.xx.2014 - xx.xx.2018 tarixləri arasında) əhatə edən dövr üzrə səyyar vergi yoxlamaları daha əvvəl aparılmışdır, həmin dövrlər üçün vergi öhdəlikləri tam icra edilmişdir və bunun təsdiqi olaraq vergi orqanının təqdim etdiyi xx.xx.2019-cu il tarixli **********547700 saylı arayışı mövcuddur ki, həmin arayışla təsdiq olunur ki, İddiaçı MMCnin xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ödənilməmiş heç bir vergi borcu və sair öhdəliyi olmamışdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********150231 nömrəli Qərarına əsasən, "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi üzrə (yoxlanılan dövr: xx.xx.2018xx.xx.2021) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********150271 “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. MMC tərəfindən 15 iş günü müddətində vergilərin hesablanması üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmişdir. Bununla əlaqədar olaraq etibarnamə ilə səlahiyyətli nümayəndəsinin iştirakı ilə yoxlama üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə 2 nüsxədən ibarət xx.xx.2020-ci il tarixli Akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli **********151444 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərara əsasən, müəsissəyə məxsus sənədlərin təsdiq edilmiş surətləri götürülərək, xx.xx.2021-ci il tarixli protokol tərtib edilmiş və vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş satış müqavilələrində (mənzillər, qeyriyaşayış obyektləri və zirzəmi sahələri üzrə satış müqavilələri) Vergi Məcəlləsinin 14.3.3-cü maddəsində (30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxan) fərqləndikdə) nəzərdə tutulan hallar olduğundan ekspert dəvət olunmasına zərurət yaranmışdır. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin mallann (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3-ci malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Aparılmış araşdırma zamanı Vergi Məcəlləsinin 14.6.3.1-ci maddəsinin tələblərinə uyğun “əlavələr” müəyyən edilə bilmədiyindən Vergi Məcəlləsinin 14.6.3.1-ci maddəsinə istinad oluna bilməmişdir. Vergi Məcəlləsini 14.6.3.2-ci maddəsinin tələblərinə uyğun əsaslandırılmış bütün xərcləri və çeşidlər (dövrlər) üzrə mənfəəti müəyyən edilə bilmədiyindən Vergi Məcəlləsinin 14.6.3.2-ci maddəsinə istinad oluna bilməmişdir. Göstərilən səbəblərdən Vergi Məcəlləsinin 14.6.3.3-ci maddəsinə əsasən bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər və ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Yoxlama ilə əhatə olunan dövrdə Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən 1 blokdan ibarət yaşayış binası (14 mərtəbədən ibarət), 2 mərtəbədən ibarət qeyri-yaşayış obyektləri, 1 mərtəbədən ibarət zirzəmi və 1 mərtəbədən ibarət həyətaltı (avtodayanacaq sahəsi) sahələrinin real bazar qiymətlərini müəyyənləşdirmək məqsədilə Baş İdarənin "Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********157220 nömrəli Qərarına əsasən "xxxx" MMC-dən ekspert dəvət edilmişdir. xx.xx.2022-ci il tarixli **********157220 nömrəli Qərarına əsasən "xxxx" MMC-dən ekspert X5 dəvət edilmiş və orta bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ekspert rəyi verilmişdir. Əlavə dəyər vergisi üzrə: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 195 saylı sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı ilə Z.Əhmədbəyov küçələrinin arasındakı 610-cu məhəllədə 0.72 hektar torpaq sahəsi ayrılmışdır. Razılaşdırılmış eskiz layihəsi əsasında 1 girişli 14 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir. Cari yoxlama ilə satışa yararlı sahəsi 93.2 kv.m təşkil edən 1 ədəd 5-ci mənzildən başqa bütün 53 ədəd mənzilin, zirzəmilərin və qeyri-yaşayış sahələrinin satışı müəyyən edilmişdir. Belə ki, satışı müəyyən edilən satışa yararlı sahə yaşayış üzrə 8738.8 kv.m, zirzəmi üzrə 1213.6 kv.m, qeyri-yaşayış üzrə 1753.6 kv.m təşkil edir. Müəssisə tərəfindən mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə verginin hesablanması və ödənilməsi əvvəlki yoxlanılan vergi dövrlərdə öz təsdiqini tapmışdır. Ekspert tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən tikilmiş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin və zirzəmi sahələrinin orta bazar qiyməti aşağıdakı kimi təşkil etmiş və ekspert rəyinə əsasən hesablamalar aparılmışdır. Beləliklə, yoxlama zamanı təqdim edilmiş mənzillər, qeyri-yaşayış obyektləri və zirzəmi sahələr üzrə satış müqavilələri əsasında Vergi Məcəlləsinin 159.1-ci maddəsinin (Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi vergitutma obyektidir.) tələblərinə əsasən yoxlama dövründə (sentyabr 2018-avqust 2021) təqdim edilmiş 2 ədəd satışa yararlı sahəsi 360.3 kv.m təşkil edən mənzil, satışa yararlı sahəsi 2113.6 kv.m təşkil edən zirzəmi və qeyri-yaşayış sahələri üzrə ümumilikdə 4271165.25 manat dövriyyədən 768809.76 manat ƏDV hesablandı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 384904.88 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilir. Vergi Məcəlləsinin 67.16cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Vergi ödəyicisi tərəfindən bu məlumat təqdim edilməmişdir. Vergi ödəyicisində cari yoxlamadan əvvəl 3 səyyar vergi yoxlaması keçirilmiş və əvvəlki yoxlamalar ilə satış müəyyən edilməmiş və bu hallar vergi ödəyicisi tərəfindən təsdiqlənmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi imkan olduğu halda vergi ödəyicisi tərəfindən satılmış mənzillərə və qeyri-yaşayış obyektlərinə dair dövriyyələr bəyan edilməmiş və vergidən yayınma halına yol vermişdir. Qeyd edilənləri nəzərə alaraq, 10943939,24 manat (ƏDV istisna) (853.6 kv.m yararlı qeyri yaşayış sahəsi, 7055.3 kv.m yararlı yaşayış sahəsi) dövriyyə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu ayına (avqust 2021) bərpa edildi və dövriyyədən büdcəyə 1969909.06 manat ƏDV hesablandı. Beləliklə, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci və 67.16-cı maddələrinə əsasən ümumilikdə 2738718.82 manat əlavə dəyər vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 1369359.40 manat maliyyə sanksiyası tətbiq edildi. Bundan əlavə, yoxlama zamanı səyyar vergi yoxlaması ilə əhatə edilməyən dövr üzrə (Əvvəlki səyyar vergi yoxlaması dövrü ilə cari səyyar vergi yoxlaması dövrü aralığında olan və səyyar vergi yoxlaması ilə əhatə olunmayan dövr üzrə (xx.xx.2017-xx.xx.2018) yararlı sahəsi 1323,20 m2 olan 8 ədəd mənzil sahəsi (satış qiyməti ümumilikdə 1827168.32 manat ƏDV daxil) təqdim olunmuş müqavilələr üzrə satışlar 3 il müddət keçdiyindən yoxlama ilə əlavə hesablama aparılmadı. Eyni zamanda, yoxlama ilə 2021-ci ilin iyul ayı üzrə vergi ödəyicisi tərəfindən hesablanmış 1710.0 manat ƏDV öz təsdiqini tapmadığına görə azaldılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7408/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********168354 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7408/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya etirazla oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********150 nömrəli Qərarına əsasən, "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi üzrə (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********150271 “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. MMC tərəfindən 15 iş günü müddətində vergilərin hesablanması üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmişdir. Bununla əlaqədar olaraq etibarnamə ilə səlahiyyətli nümayəndəsinin iştirakı ilə yoxlama üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə 2 nüsxədən ibarət xx.xx.2020-ci il tarixli Akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli **********151444 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərara əsasən, müəsissəyə məxsus sənədlərin təsdiq edilmiş surətləri götürülərək, xx.xx.2021-ci il tarixli protokol tərtib edilmiş və vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş satış müqavilələrində (mənzillər, qeyriyaşayış obyektləri və zirzəmi sahələri üzrə satış müqavilələri) Vergi Məcəlləsinin 14.3.3-cü maddəsində (30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyat zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxan) fərqləndikdə) nəzərdə tutulan hallar olduğundan ekspert dəvət olunmasına zərurət yaranmışdır. Bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən 1 blokdan ibarət yaşayış binası (14 mərtəbədən ibarət), 2 mərtəbədən ibarət qeyri-yaşayış obyektləri, 1 mərtəbədən ibarət zirzəmi və 1 mərtəbədən ibarət həyət (avtodayanacaq sahəsi) sahələrinin real bazar qiymətlərini müəyyənləşdirmək məqsədilə Baş İdarənin "Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********1572 nömrəli Qərarına əsasən "xxxx" MMC-dən ekspert dəvət edilmişdir. xx.xx.2022-ci il tarixli **********157220 nömrəli Qərarına əsasən "xxxx" MMC-dən ekspert X5 dəvət edilmiş və orta bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ekspert гəyi verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 195 saylı sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı ilə Z.Əhmədbəyov küçələrinin arasındakı 610-cu məhəllədə 0.72 hektar torpaq sahəsi ayrılmışdır. Razılaşdırılmış eskiz layihəsi əsasında 1 girişli 14 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir. Cari yoxlama ilə satışa yararlı sahəsi 93.2 kv.m təşkil edən 1 ədəd 5-ci mənzildən başqa bütün 53 ədəd mənzilin, zirzəmilərin və qeyri-yaşayış sahələrinin satışı müəyyən edilmişdir. Belə ki, satışı müəyyən edilən satışa yararlı sahə yaşayış üzrə 8738.8 kv.m, zirzəmi üzrə 1213.6 kv.m, qeyriyaşayış üzrə 1753.6 kv.m təşkil edir. Müəssisə tərəfindən mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə verginin hesablanması və ödənilməsi əvvəlki yoxlanılan vergi dövrlərdə öz təsdiqini tapmışdır. Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Vergi ödəyicisi tərəfindən bu məlumat təqdim edilməmişdir. Vergi ödəyicisində cari yoxlamadan əvvəl 3 səyyar vergi yoxlaması keçirilmiş və əvvəlki yoxlamalar ilə satış müəyyən edilməmiş və bu hallar vergi ödəyicisi tərəfindən təsdiqlənmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi imkan olduğu halda vergi ödəyicisi tərəfindən satılmış mənzillərə və qeyri-yaşayış obyektlərinə dair dövriyyələr bəyan edilməmiş və vergidən yayınma halına yol vermişdir. Qeyd edilənləri nəzərə alaraq, 10943939,24 manat (ƏDV istisna) (853.6 kv.m yararlı qeyri-yaşayış sahəsi, 7055.3 kv.m yararlı yaşayış sahəsi) dövriyyə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu ayına (avqust 2021) bərpa edildi və dövriyyədən büdcəyə 1969909.06 manat ƏDV hesablandı. Beləliklə, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci və 67.16-cı maddələrinə əsasən ümumilikdə 2738718.82 manat əlavə dəyər vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 1369359.40 manat maliyyə sanksiyası tətbiq edildi. Bundan əlavə, yoxlama zamanı səyyar vergi yoxlaması ilə əhatə edilməyən dövr üzrə (Əvvəlki səyyar vergi yoxlaması dövrü ilə cari səyyar vergi yoxlaması dövrü aralığında olan və səyyar vergi yoxlaması ilə əhatə olunmayan dövr üzrə (xx.xx.2017xx.xx.2018) yararlı sahəsi 1323,20 m2 olan 8 ədəd mənzil sahəsi (satış qiyməti ümumilikdə 1827168.32 manat ƏDV daxil) təqdim olunmuş müqavilələr üzrə satışlar 3 il müddət keçdiyindən yoxlama ilə əlavə hesablama aparılmadı. Eyni zamanda, yoxlama ilə 2021-ci ilin iyul ayı üzrə vergi ödəyicisi tərəfindən hesablanmış 1710.0 manat ƏDV öz təsdiqini tapmadığına görə azaldılmışdır. Yoxlama zamanı 2020-ci il üzrə əmlak vergisinin 160,0 manat azaldıldığı müəyyən edildi. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş əvvəlki il üzrə əmlak vergisi bəyannaməsi, cari il üzrə mənfəət vergisi bəyannaməsi, vergi orqanının uçot baza məlumatlarına əsasən 2020-ci il üzrə əmlak vergisinin azaldıldığı müəyyən edilmişdir. Məhkəmə qərarında göstərilir: cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli **********150231 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları dəqiq göstərməmiş, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə hər hansı sübut təqdim etməmiş, yoxlamanın qanuniliyini əsaslandırmamış və diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Səyyar vergi yoxlamasının başlanması üçün əsas xx.xx.2021-ci il tarixli **********883200 nömrəli xidməti məlumat olmuş və həmin xidməti məlumat mənbəyi bəlli olan məlumat hesab edilir. Lakin məhkəmə iş üzrə araşdırma aparmadığı üçün səyyar vergi yoxlamasının başlanması üçün əsas olan mənbəyi bəlli olan məlumatları müəyyən etməmiş, formal əsaslarla və həddən artıq formalizmi tətbiq edərək yoxlamanın başlanma əsaslarını şübhə altına almışdır. Məhkəmə prosessual fəallıq prinsipinə əsasən iş üzrə obyektiv həqiqəti müəyyən etmək üçün yoxlayıcıları şahid qismində dindirməli olduğu halda dindirməmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə əsas olmuş hallar səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində qeyd olunmuş, əsaslandırılmış, həmin akt sübut kimi məhkəməyə təqdim edilmiş və işin materiallarında mövcuddur. Göstərilən səbəblərdən də məhkəmənin növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinin qanuniliyinin əsaslandırılmaması və bu barədə məhkəməyə sübut təqdim edilməməsi barədə dəlilləri əsassızdır. Məhkəmə hesab etmişdir ki, yoxlamanın 9 dəfə eyni əsaslarla dayandırılması inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır. Həmçinin, ekspertiza keçirilməsi haqqında qərar iş materiallarında mövcud olmadığından ekspertizanın keçirilməsinin əsasları və zəruriliyi hazırkı vergi yoxlaması üzrə müəyyən olunmur. Səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndindən görünür ki, xx.xx.2022-ci il tarixli **********157220 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərara əsasən, "xxxx" MMC tərəfindən ekspertiza aparılmış və xx.xx.2022-ci il tarixli ekspert rəyi verilmişdir. Ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Eləcə də, səyyar vergi yoxlaması aktının 1.9.5-ci bəndindən görünür ki, xx.xx.2021-ci il tarixli **********150829 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərara əsasən, "xxxx" MMC-nin mütəxəssisi X6 tərəfindən xx.xx.2022-ci il tarixli rəy verilmişdir. Məhkəmə qərarında göstərilir ki, səyyar vergi yoxlamasının başa çatdığı tarix xx.xx.2021-ci il olaraq qeyd edilsə də, səyyar vergi yoxlaması aktı xx.xx.2022-ci il tarixdə tərtib edilərək rəsmiləşdirilmişdir. Yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinin tələbləri pozulmamışdır. Belə ki, yoxlama təyin edilən zaman yoxlamanın həyata keçiriləcəyi müddət qərarla müəyyən edilmiş və başa çatacağı tarix də daxil olmaqla, reyestrdə əksini tapmışdır. Lakin yoxlama müddətinin dayandırılması və artırılması zərurəti ilə bağlı yoxlama davam etmiş və ilkin olaraq yoxlama müddətinin son gününün müəyyən edilməsi bu hüquqi imkanlardan istifadəni qadağan etmir və ya məhdudlaşdırmır. Məhkəmə həmçinin qeyd etmişdir ki, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2021-ci il göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022-ci il tarixdə başa çatmış (Səyyar vergi yoxlaması aktı tərtib edildiyi tarix) və vergi ödəyicisinin məsuliyyətə cəlb etmə qərarı xx.xx.2023-cü il tarixində vergi yoxlamasının başa çatmasından 4 ay sonra Vergi Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Vergi Məcəlləsinin müddəalarından da göründüyü kimi, aktın tərtib olunduğu tarixdən 60 gün (5+30+15+10) ərzində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə Qərarın qəbul edilməsi qanuni hesab edilir. Səyyar vergi yoxlaması aktı xx.xx.2022-ci ildə tərtib edilmiş, məsuliyyət qərarı isə xx.xx.2023-cü il tarixdə, yəni 56 gün sonra qəbul edilmişdir. Göründüyü kimi, məhkəmənin bu dəlili tamamilə əsassızdır. xx.xx.2021-ci il tarixi yoxlamanın bitmə deyil, başlama tarixi kimi çıxarışda öz əksini tapmışdır. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan ünvan 2 ünvanında yerləşən yaşayış sahələrinə dair cədvələ və yaşayış sahələrinin alqı-satqı müqavilələrinə əsasən müəyyən olunur ki, 10 mənzil 2014-cü ildə, 6 mənzil 2015-cl ildə, 24 mənzil 2016-ci ildə, 7 mənzil 2017-ci İldə, 4 mənzilin isə 2018-ci ildə təqdim edilməsinə dair müqavilələrə uyğun olaraq, həmin şəxslərə verilmiş və həmin tarixlər üzrə də maliyyə arayışı təqdim edilmişdir. 2020-2021-ci illərdə bağlanılmış müqavilələr isə sadəcə ilkin əməliyyat notarial qaydada təsdiq edilmişdir. Belə olan halda həmin sahələrin təqdim edilməsinə görə vergi hesablanması VM-nin 13.2.10-cu və 56.1-ci maddələrinin tələblərinə ziddir. Həmçinin, yoxlama dövrünə ƏDV hesablanması VM-nin 166.1-ci maddəsinə ziddir. Belə ki, Səyyar vergi yoxlaması aktından müəyyən olunur ki, yoxlama ƏDV üzrə sentyabr 2018-avqust 2021-ci illəri əhatə etmişdir. Notarial qaydada təsdiq edilməmiş maliyyə arayışlarının və ya hər hansı digər sənədin hüquqi qüvvəsi yoxdur. Müvafiq mənzillər üzrə rəsmi şəkildə notarial qaydada bağlanılmış müqavilələr hüquqi qüvvəyə malikdir və həmin müqavilələr isə yoxlama dövründə, yəni 2020-2021-ci illərdə rəsmiləşdirilmişdir. Belə olan halda, Vergi Məcəlləsinin tələblərinin pozulması ilə hesablamanın aparılması barədə məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Vergi ödəyicisi tərəfindən bu məlumat təqdim edilməmişdir. Vergi ödəyicisində cari yoxlamadan əvvəl 3 səyyar vergi yoxlaması keçirilmiş və əvvəlki yoxlamalar ilə satış müəyyən edilməmiş və bu hallar vergi ödəyicisi tərəfindən təsdiqlənmişdir. İş materiallarından, eləcə də məhkəmə qərarından da göründüyü kimi, əvvəlki yoxlamalar dövründə vergi ödəyicisindən sənədlərin əldə olunması məqsədilə bütün tədbirlər görülmüşdür. İş materiallarına əlavə edilmiş, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli **********142135 nömrəli tələbnamədən görünür ki, İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq, “İnfina Kapital" Məhdud Məsuliyyətli Cəmiyyətindən zəruri sənədlərin təqdim edilməsi təklif edilmişdir. Müvafiq sənədlər təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə sənədlərin təqdim olunmasından imtina barədə Akt tərtib edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin cavabdeh İddiaçı MMC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin (yoxlanılan dövr üzrə gəlirləri və xərcləri təsdiq edən sənədlər, satış və alış müqavilələri, elektron əmək müqavilələri, təhvil-təslim aktı, qaimə-fakturalar, bank sənədləri, xəzinə sənədləri, keçid (ssuda) sənədləri, lisenziya, layihə-smeta sənədləri, kassa kitabı, texniki hesabatlar, dövriyyə cədvəllərinin İddiaçı MMC-dən götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli 2-2(81)778/2018 saylı qərardadı ilə iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin cavabdeh İddiaçı MMC-nə qarşı “sənədlərin götürülməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Bundan əlavə, Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi imkan olduğu halda, vergi ödəyicisi tərəfindən satılmış mənzillərə və qeyri-yaşayış obyektlərinə dair dövriyyələr bəyan edilməmiş və vergidən yayınma halına yol vermişdir. Qeyd edilənləri nəzərə alaraq, 10943939,24 manat (ƏDV istisna) (853.6 kv.m yararlı qeyri yaşayış sahəsi, 7055.3 kv.m yararlı yaşayış sahəsi) dövriyyə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu ayına (avqust 2021) bərpa edildi və dövriyyədən büdcəyə 1969909,06 manat ƏDV hesablandı. Beləliklə, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci və 67.16-cı maddələrinə əsasən ümumilikdə 2738718,82 manat əlavə dəyər vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 1369359,40 manat maliyyə sanksiyası tətbiq edildi. Bundan əlavə, yoxlama zamanı səyyar vergi yoxlaması ilə əhatə edilməyən dövr üzrə (Əvvəlki səyyar vergi yoxlaması dövrü ilə cari səyyar vergi yoxlaması dövrü aralığında olan və səyyar vergi yoxlaması ilə əhatə olunmayan dövr üzrə (xx.xx.2017-xx.xx.2018) yararlı sahəsi 1323,20 m2 olan 8 ədəd mənzil sahəsi (satış qiyməti ümumilikdə 1827168.32 manat ƏDV daxil) təqdim olunmuş müqavilələr üzrə satışlar 3 il müddət keçdiyindən yoxlama ilə əlavə hesablama aparılmadı. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin və maddi hüquq normalarının tələbləri pozularaq qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət etmədən yoxlama həyata keçirilmiş və müvafiq qərar qəbul edilmişdir. Məhkəmə müddətlərə riayət edilmədiyini qeyd etsə də, bu dəlilini əsaslandırmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsinə əsasən, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması maddədə göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Belə ki, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış, başladıqdan 30 iş günü sonra, yəni xx.xx.2021-ci ildə xx.xx.2021-ci il tarixədək dayandırılmış, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmış, daha sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Vergi Məcəlləsinin tələblərinə əməl olunmaqla, yoxlama 9 dəfə, ümumilikdə, 9 ay müddətinə dayandırılmış və 2 dəfə, ümumilikdə, 60 iş günü müddəti uzadılmışdır. Belə olan halda, yoxlama ilə qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Məhkəmə qərarında qeyd edilir ki, hazırkı vəziyyətdə vergilərin hesablanması barədə yalnız mütəxəssis rəyinin mövcudluğu iddiaçının əlavə vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli deyildir. Mütəxəssis yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin və xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin (əmək tutumunun) müəyyən edilməsi məqsədi ilə dəvət edilmişdir. Lakin vergi ödəyicisinə əlavə vergilərin hesablanması satış müqavilələri, qarşılıqlı əlaqələrə dair alınmış məlumatlar, ekspert rəyi, mütəxəssis rəyi və digər zəruri sənədlər əsasında aparılmışdır. Göründüyü kimi, vergi orqanı sadəcə mütəxəssis rəyi ilə kifayətlənməyərək, digər zəruri sənədlər və sübutları qiymətləndirərək, əlavə vergi məbləğləri hesablamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150231 nömrəli qərarına əsasən İddiaçı MMC barəsində (VÖN 1********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (sentyabr 2018-ci il avqust 2021-ci ilədək) olan vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********150271 nömrəli tələbnamədən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq, “İnfina Kapital" Məhdud Məsuliyyətli Cəmiyyətindən zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli **********150270 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmişdir. “Səyyar vergi yoxlaması aktı” əsasında cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********168354 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək iddiaçıya 2 738 878,82 manat əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50% miqdarında 1.369.359,40 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, “Özünəməxsus ərazidə yaşayış binalarının, istehsalat bazasının lahiyələndirilməsinə icazə verilməsi haqqında” Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 195 nömrəli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 145 saylı sərəncamına əsasən, Yasamal rayonu, C.Cabbarlı ilə Z.Əhmədbəyov küçələrinin arasındakı 610-cu sahələrdə yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün istifadəyə verilmiş ərazinin 0,72 ha sahəsi "xxxx" MTKnın xx.xx.2004-cü il tarixli, 02 saylı razılıq məktubu, "xxxx" MMC-nin xx.xx.2004-cü il tarixli, 2004/03 saylı müraciəti nəzərə alınaraq, eyni məqsədlə həmin MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 113 saylı sərəncamının 4-cü və 4.1-ci bəndləri ləğv edilmişdir. İşdə olan Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən, "xxxx" MMC-nə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 195 saylı sərəncamı ilə Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçəsi 610-cu məhəllədə 0,5428 hektar sərhədlər daxilində yaşayış binasının tikintisi üçün 05/25 nömrəli 2005-ci il tarixli “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin” Ayrıc Aktı tərtib edilmişdir. İş materiallarında olan, xx.xx.2005-ci il tarixli 0490 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 195 saylı sərəncamı, xx.xx.2004-cü il tarixli, 11521 saylı inşaat pasportu və 05/25 saylı, xx.xx.2005-ci il tarixli ayrıc aktı əsasında Yasamal rayonu, C.Cabbarlı ilə Z.Əhmədbəyov küçələrinin arasındakı 610-cu məhəllədə ayrılmış torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti (icarəyəverən) ilə "xxxx" MMC (icarəçi) arasında müqavilə bağlanılmışdır. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli 001 nömrəli “Tikinti obyektinin istismarına” İcazə aktından görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ünvan 3 ünvanda yerləşən çoxmənzilli yaşayış binasının, təqdim edilmiş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq xx.xx.2020-ci il tarixdən tikinti obyektinin sifarişçisi İddiaçı MMC-nə tikinti obyektinin istismarına icazə verilmişdir. İş materiallarından görünür ki, Sifarişçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal gəlirlər Baş İdarəsinin sifarişi əsasında icraçı Azərbaycan Respublikası "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən İddiaçı MMC tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən yaşayış binasının yaşayış və qeyriyaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə real bazar qiymətlərinin müəyyən edilməsi barədə ekspert rəyi tərtib edilmişdir. Tərtib edilmiş ekspert rəyinin nəticəsi olaraq aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən yaşayış binasının yaşayış və qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə real bazar qiymətləri aşağıdakı kimi təşkil edir: Təyinatı 2018-ci il üzrə 2019-cu il iizrə 2020-ci il üzrə 2021-ci il üzrə 1 kv.m dəyəri, 1 kv. m dəyəri, 1 kv.m dəyəri, 1 kv.m dəyəri, ƏDV-li manatla ƏDV-li manatla ƏDV-li manatla ƏDV-li manatla Yaşayış sahəsi 1250,00 1250,00 1250,00 1250,00 Qeyri yaşayış sahəsi İ mərtəbə 3200,00 3200,00 3200,00 3200,00 İİ mərtəbə 1600,00 1600,00 1600,00 1600,00 Zirzəmi (-1) 1600,00 1600,00 1600,00 1600,00 Parking (-2) 1200,00 1200,00 1200,00 1200,00 İş materiallarından görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-nə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC-in xx.xx.2019-cu il tarixə vergi üzrə dövlət büdcəsinə ödənilməmiş borcu yoxdur. Həmçinin iş materialları əsasında müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli tikinti obyektinin istismar aktına əsasən binanın layihə üzrə və faktiki sahəsi 12 483.4 kv.m, mənzilllərin ümumi sahəsi 9 415 kv.m , qeyri-yaşayış sahəsi 2 221.6 kv.m, - 2 səviyyə zirzəmi-1241.5 kv.m, -1 səviyyə zirzəmi sahəsi- 1 203.3 kv.m təşkil edir. İş materiallarında olan ünvan 2 ünvanında yerləşən yaşayış sahələrinə dair cədvələ və yaşayış sahələrinin alqı-satqı müqavilələrinə əsasən müəyyən olunur ki, 10 mənzil 2014-cü ildə, 6 mənzil 2015-ci ildə, 24 mənzil 2016-ci ildə, 7 mənzil 2017-ci ildə, 4 mənzilin isə 2018-ci ildə təqdim edilməsinə dair müqavilələrə uyğun olaraq, həmin şəxslərə verilmiş və həmin tarixlər üzrə də maliyyə arayışı təqdim edilmişdir. 2020-2021-ci illərdə bağlanılmış müqavilələr isə sadəcə ilkin əməliyyat notarial qaydada təsdiq edilmişdir. Belə olan halda həmin sahələrin təqdim edilməsinə görə vergi hesablanması VM-nin 13.2.10-cu və 56.1-ci maddələrinin tələblərinə ziddir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixdə çap edilmiş KY211653923 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”dan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən plandankənar (növbədənkənar) səyyar vergi yoxlaması təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi) göstərilmişdir. Çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2021-ci il, sona çatma tarixi xx.xx.2021-ci il tarixi ilə qeydiyyata alınmışdır. Yoxlanılan dövr xx.xx.2018-ci il -xx.xx.2021-ci olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli **********142135 nömrəli Tələbnamədən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq, İddiaçındən zəruri sənədlərin təqdim edilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Tikinti fəaliyyəti ilə məşgul olan vergi ödəyiciləri ilə iş idarəsinin vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin əməkdaşları tərəfindən Vergi Məcəlləsinin 43.10cu maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə sənədlərin təqdim olunmasından imtina barədə Akt tərtib edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti cavabdeh İddiaçı MMC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin (yoxlanılan dövr üzrə gəlirləri və xərcləri təsdiq edən sənədlər, satış və alış müqavilələri, elektron əmək müqavilələri, təhvil-təslim aktı, qaimə-fakturalar, bank sənədləri, xəzinə sənədləri, keçid (ssuda) sənədləri, lisenziya, layihə-smeta sənədləri, kassa kitabı, texniki hesabatlar, dövriyyə cədvəllərinin İddiaçı MMC-dən götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli 2-2(81)778/2018 saylı qərardadı ilə iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin cavabdeh İddiaçı MMC-nə qarşı “sənədlərin götürülməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilələrinin 5-ci bəndinə əsasən müəyyən olunur ki, müqavilələrin 4-cü bəndində nəzərdə tutulmuş məbləğlər ilkin alqı-satqı müqavilələrinin imzalandığı tarixlərdə ödənilmişdir (maliyyə arayışına əsasən satıcıya əvvəlcədən ödənilmişdir). Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, hazırkı işin özəyini cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********168354 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi tutur. Qeyd olunan qərar da xx.xx.2022-ci il tarixli **********150270 nömrəli Səyyar vergi yoxlaması Aktı əsasında qəbul edilmişdir. O cümlədən, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150231 nömrəli qərarına əsasən İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (sentyabr 2018-ci il avqust 2021-ci ilədək) olan vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yuxarıda qeyd olunan xx.xx.2022ci il tarixli **********150270 nömrəli Səyyar vergi yoxlaması Aktı da məhz 2018-ci ilin sentyabr ayından 2021-ci ilin avqust ayınadək olan dövrü əhatə edən dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılmasının nəticələrini əks etdirməli olduğu halda, yaşayış və qeyriyaşayış sahələri faktiki olaraq yoxlama ilə əhatə olunmayan dövrdə təqdim edilmişdir və bu səyyar vergi yoxlaması ilə təsdiq edilir. Eyni zamanda, müvafiq cədvəl vergi orqanın özü tərəfindən məhkəmə araşdırmasına təqdim edilmişdir. Həmçinin, VM-nin 166.1-ci maddəsinin tələbinə əsasən ƏDV öhdəliyi “nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt” yaranır. Lakin yoxlama ilə də təsdiq edilmişdir ki, mənzillərin alqı-satqısı və dəyərinin ödənilməsinə dair maliyyə arayışları yoxlamadan əvvəlki dövrlərdə verilmişdir. Səyyar vergi yoxlaması aktında yoxlama dövründə mənzillərin təqdim edilməsi və müəssəsinin bank hesabına və digər hesablarına hər hansı məbləğin daxil olması sübut olunmamışdır. Belə olan halda yoxlama dövrünə ƏDV hesablanması VM-nin 166.1-ci maddəsinə ziddir. Belə ki, səyyar vergi yoxlaması aktından müəyyən olunur ki, yoxlama ƏDV üzrə sentyabr 2018-avqust 2021-ci illəri əhatə etmişdir. O cümlədən, xx.xx.2018-ci il tarixli **********142135 nömrəli Tələbnamə ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq, “İnfina Kapital" Məhdud Məsuliyyətli Cəmiyyətindən zəruri sənədlərin təqdim edilməsi təklif edilmişdir. Beləliklə də müəyyən olunur ki, daşınmaz əmlakların real olaraq satıldığı (maliyyə arayışları ilə) dövrdə cavabdeh inzibati orqan tərəfindən yoxlamalar həyata keçirilməsinə baxmayaraq, səlahiyyətlərindən səmərəli istifadə etməklə (sənədləri tələb etmə, bu barədə iddia qaldırmaq və s.) vergiyə cəlb olunmalı halları müəyyən etməli olduğu halda müvafiq tədbirləri görməmiş və müəyyən olunmuş müddəti ötürməklə iddiaçını vergi məsuliyyətinə cəlb etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqları kimi qeyd edilmişdir. Vergi Məcəlləsinin 36.3-1-ci maddəsinə əsasən vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu maddə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri aşağıdakı hallarda artırıla bilər: 36.3- 1.1. vergi ödəyicisinin müraciəti əsasında; 36.3-1.2. keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 36.3-1.3. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38.3-ci maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; - 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. - 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; - 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; - 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə - 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; - 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. - 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; -38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; - 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: - 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; - 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; - 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Qeyd edilən normaların tələblərinə əsasən vergi qanunvericiliyi hər 2 yoxlamanın və operativ vergi nəzarətinin keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyinin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Lakin bununla yanaşı, vergi orqanı hər hansı yoxlama növünü seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməyə borcludur. Vergi qanunvericiliyinə əsasən səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda sadalanmış müəyyən konkret hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi (azaldılması) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. İnzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəldikdə VMnin 38.3-cü maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır (VM-nin 15.1.7-ci maddəsi. Vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək). Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli **********150231 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları dəqiq göstərməmiş, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə hər hansı sübut təqdim etməmiş, yoxlamanın qanuniliyini əsaslandırmamış və diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi Məcəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinə əməl edilməsinə nəzarət olunması və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif yoxlama tədbirləri həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti əhatə edir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7408/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar