Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3982/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-72N8/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilən Arxiv sənədlərinə və hərbi biletində aparılan qeydlərlə 3N mart N-cü il tarixindən 3N yanvar N997-ci il tarixinə qədər olan 3 il N0 ay hərbi xidmətdə olduğu dövrdə xx.xx.N-cü il tarixindən xx.xx.N-cü il tarixinə qədər, yəni N0 may N994-cü il tarixində elan olunan atəşkəsə qədər 4 ay 7 gün müddətində Tərtər bölgəsinin ən təhlükəli mövqelərindən biri olan Çaylı kəndi istiqamətində N saylı hərbi hissənin tərkibində torpaqların müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunduğu üçün ona “Müharibə Veteranı” vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hərbi biletinin surətindən və Müdafiə Nazirliyinin arxiv sənədlərindən də göründüyü kimi, İ Qarabağ Müharibəsi zamanı torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərin qızğın vaxtlarında, yəni 3N mart N-cü il tarixində N8 yaşı tamam olan kimi Bakı şəhəri Səbail rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Məhz həmin məqsədlə çağırış məntəqəsində də bildirmişdir ki, o, cəbhə bölgəsində döyüş əməliyyatları aparan hərbi hissədə xidmət etmək istəyir. Ona görə də öz arzusu ilə onu Yaşma qəsəbəsində olan Xüsusi Təynatlı kəşfiyyat hərbi hisəsinə göndərmişdirlər. Yaşma qəsəbəsində ilk döyüş hazırlıqlarını keçib, N4 may N-cü il tarixində hərbi andı qəbul etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi hərbi hissənin N iyul N-cü il tarixli 32 №li əmrinə əsasən döyüş tapşırığı ilə bağlı praktiki təlimləri yerinə yetirmək üçün Şəmkir rayonunda olan Seyfəlli dövüş təlimi poliqonuna göndərilmişdir. Bir aya yaxın həmin poliqonda təlim keçdikdən sonra Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi hərbi hissə tərəfindən N iyul N-cü il tarixli 35 №li başqa bir əmrinə əsasən gələcək xidmətini davam etdirmək üçün digər hərbi hissəyə keçirilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilən və ərizəyə əlavə etdiyi hərbi hissənin N iyul Ncü il tarixli 32 №li əmrinə əsasən döyüş tapşırığı ilə bağlı praktiki təlimləri yerinə yetirmək üçün döyüş təlimi poliqonuna göndərilmişdir. Bir aya yaxın həmin poliqonda təlim keçdikdən sonra digər hərbi hissəyə keçirilmişdir. Hərbi biletinin 4-cü səhifəsində aparılan qeydlərə əsasən xx.xx.N-cü il tarixində Müdafiə Nazirliyinin hərbi hissə komandiri tərəfindən verilən N33 saylı əmri ilə şəxsi heyətinin siyahısına daxil edilmiş və xx.xx.N994cü il tarixində hərbi hissə komandiri tərəfindən verilən N saylı əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarlılmışdır. xx.xx.N994-cü il tarixindən xx.xx.N995-ci il tarixinə qədər hərbi biletində xidməti barəsində məlumat olmasa da, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi N saylı hərbi hissənin N may N995-ci il tarixli N №li əmrinə əsasən gələcək xidmətini davam etdirmək üçün 470, 475, N və N saylı hərbi hissələrdən xeyli sayda hərbi qulluqçuların yeni yaradılmış N saylı hərbi hissəyə göndərilməsi barəsində əmrdə onun adı 58-ci şəxs kimi qeyd olunaraq göstərilmişdir ki, o, N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilib 3-cü kəşfiyyat tağımında sürücü vəzifəsinə təyin olunmuşdur. Hərbi biletinin 3-cü səhifəsində göstərilmişdir ki, 3N yanvar N997-ci il tarixində Müdafiə Nazirinin xx.xx.N997-ci il tarixli 3 №li əmrinə əsasən ehtiyata buraxılaraq, hərbi qeydiyyata durmaq üçün Bakı şəhəri Səbail Rayon Hərbi Komissarlığına göndərilmişdir. Cavabdehin iddia tələbinə dair yazılı etirazında göstərilmişdir ki, Mərkəzi Arxivin 202N-ci il tarixli arayışına əsasən, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmadığından, N nömrəli hərbi hissədə xidməti atəşkəsdən sonra olduğundan, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2NN №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların verinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, adliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-72N8/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərarı (hakim N.Abıyev) ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən istinad olunan Arxiv arayışındakı məlumatlardan da göründüyü kimi, iddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 32 №-li əmrinə (əsas: §-N, sıra-8, səh- 2N, əmrdə atasının adı yazılmamışdır) əsasən döyüş tapşırığını yerinə yetirmək üçün Seyfəli rayonuna göndərilən təminat bölüyünün şəxsi heyətinin siyahısına daxil edilmiş və həmin hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 3N №-li əmrində xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında onun adı qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, N №-li hərbi hissə komandirinin iyul N-cu il tarixdən may N994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumatın aşkar olunmaması, onun müraciətindən imtina üçün əsas ola bilməz. Eyni zamanda iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün tələb olunan şərtlərdən biri də onun ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan sənədlərdə görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat bölüyünün hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli N №-li əmrilə (əsas: §-N, səh-5N, sıra-N) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Səbail RHK-ya göndərilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı əsassız olduğundan ləğv olunmalıdır. Komissiyanın məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Arxivin 202N-ci il tarixli arayışına əsasən, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmadığından, N nömrəli hərbi hissədə xidməti atəşkəsdən sonra olduğundan, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. İddiaçının N nömrəli hərbi hissənin əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitabında adının olmaması o deməkdir ki, İddiaçı orada xidmət etməyib. Məhkəmə isə buna hüquqi qiymət vermədən əsassız olaraq iddia ərizəsini təmin etmişdir. Bununla da “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsini nəzərə almamışdır. Həmin maddəyə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.” Apellyasiya şikayətinə qarşı etiraz: İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, işin araşdırması zamanı Bakı İnzibati Məhkəməsinin apardığı araşdırma obyektiv olmuş və heç bir qeyri qanunu hərəkət işin gedişatında müəyyən edilməmişdir. Cavabdeh öz işini özü araşdırmaq əvəzinə Məhkəmələrin araşdırmasına buraxmış, İPM 85.2 rəhbər tutmaqla heç bir vətəndaş haqqında şikayət ərizəsini təqdim etməmişdir. Bu halların Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmasını xahiş edir. Müsbət həllini tapan Bakı İnzibatı Məhkəməsinin qərarına şübhə ilə yanaşan icraçılar öz xidməti vəzifələri yetərincə yerinə yetirməmiş və bu işləri illərcə uzatmışdırlar. Apellyasiya instansiyası məhkəməsində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-3887/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.Ə.Əliyev (sədrlik edən və məruzəçi hakim), R.Ə.Səmədov və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı müvafiq döyüş bölgəsində xidmət etmiş, döyüş əməliyyatlarında iştirak edən hərbi hissənin tərkibində olmuş və qanuni əsaslarla ehtiyata buraxılmışdır. Bu səbəbdən, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs sayılır və müharibə veteranı adı və vəsiqəsi almaq hüququna malikdir. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-N(N02)-9N4/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-3887/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.N-ci maddəsinə əsasən xx.xx.2026-cı il tarixə təxirə salınmışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.NN-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.20N2-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 4N6, habelə 407.N.4, 407.2 və 408.N.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 4N9.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22-N(N02)- 9N4/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qərarındakı göstəriş: - iddiaçının N nömrəli hərbi hissədən xx.xx.N-cü il tarixli 3N №-li əmrlə N nömrəli hərbi hissəyə ezam olunduqdan sonra N nömrəli hərbi hissədə N994-cü il mayın N2-dək faktiki döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirməsində iştirak edib-etməməsi məsələsi aydınlaşdırılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin N-ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin N-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının 3 oktyabr N997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: ...
20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. ... Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
İş materiallarından görünür ki: - HZ seriyalı ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı 3N mart Ncü il tarixdə Bakı şəhəri Səbail rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və 3N yanvar N997-ci il tarixdə hərbi xidmətdən təxris olunaraq, xx.xx.N997-ci il tarixdə Bakı şəhəri Səbail rayon hərbi komissarlığında qeydiyyata alınmışdır. - N saylı hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 32 №-li əmrindən çıxarışdan (surəti) müəyyən olunur ki, İddiaçı Seyfəlli ərazisində döyüş tapşırıqlarını yerinə yetirmək üçün göndərilmiş hesab olunmuşdur (Qeyd: əmrdə atasının adı göstərilməmişdir və əmr olduğu kimi köçürülmüşdür.). - N saylı hərbi hissə komandirinin “N saylı hərbi hissədən şəxsi heyətin sonrakı xidmət üçün N saylı hərbi hissəyə keçirilməsi haqqında” xx.xx.N-cü il tarixli, N №-li əmrinin surətindən müəyyən olunur ki, İddiaçı N saylı hərbi hissəyə keçirilmişdir (Qeyd: əmr olduğu kimi köçürülmüşdür.). - N saylı hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli, N №-li əmrindən çıxarışda (surəti) göstərilmişdir ki, N995-ci il tarixdən 470, 475, N və N saylı hərbi hissələrdən növbəti həqiqi hərbi xidmətlərini davam etdirmək üçün gəlmiş aşağıdakı hərbi qulluqçılar bölmənin, şəxsi heyətinin bütün növ təminatlara daxil edilmiş və aşağıdakı vəzilərə təyin edilmişlər:
58. sıravi İddiaçı – İİİ kəşfiyyat bölüyünün sürücüsü. Əsas: Azərbaycan Silahlı Qüvvələrin Milli Baş Qərargahının əmri. Respublika. xx.xx.N995-ci il tarixli, № 3/4 – N (Qeyd: Əmrdə hərbi hissənin adı “Milabad” yox, “İlabad” göstərilmişdir və əmr olduğu kimi köçürülmüşdür.). - N №-li hərbi hissə tərəfindən İddiaçı verilmiş xx.xx.N996-cı il tarixli, N9N №-li arayışda (surəti) qeyd olunmuşdur ki, o, döyüş bölgəsində yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 367-N7704 4İ-3222 №-li arayışında göstərilmişdir ki, AR Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumatlara əsasən xx xxxx N975-cı il tarixdə Azərbaycan Respublikasında doğulmuş İddiaçı məhkumluğu yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-8373 saylı məktubunda qeyd olunmuşdur ki; Səbail RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N №-li əmrilə (əsas: §-2, sıra-330, səh-47) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” hərbi rütbəsi verilərək təsərrüfat tağımının avtomobil manqasında sürücü-yanacaqdolduran vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 32 №-li əmrində (əsas: §- N, sıra- 8, səh-2N, əmrdə atasının adı yazılmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün Seyfəli rayonuna göndərilən təminat bölüyünün şəxsi heyətinin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 3N №-li əmrində (əsas: §- N, sıra- 65, səh-28) xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında, Sabail RHK-nın çağırışçısı İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin iyul N-cu il tarixdən may N994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N №-li əmrində (əsas: §-4, sıra-58, səh-3) həqiqi xidmətlərini davam etdirmək üçün 470, 475, 476, N №-!i hərbi hissələrdən gəlmiş və xx.xx.N995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, kəşfiyyat bölüyündə bütün növ təminatlara qoyulmuş hərbi qulluqçuların siyahısında, 3-cü kəşfiyyat tağımında sürücü vəzifəsinə təyin olunmuş, sıravi İddiaçı adı qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat bölüyünün hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli N №-li əmrilə (əsas: §-N, səh-5N, sıra-N) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Səbail RHK-na göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq araşdırma apararaq iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını (tərxis edilmə) ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. İnzibati işin araşdırılmış hallarından və arxiv arayışındakı məlumatlardan da müəyyən olunur ki, iddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 32 №-li əmrinə (əsas: §-N, sıra-8, səh-2N, əmrdə atasının adı yazılmamışdır) əsasən döyüş tapşırığını yerinə yetirmək üçün Seyfəli rayonuna göndərilən təminat bölüyünün şəxsi heyətinin siyahısına daxil edilmiş və həmin hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N №-li əmrində xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında onun adı qeyd olunmuşdur. Eyni zamanda birinci apellyasiya baxışı zamanı verilmiş məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 3083 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Sonuncu apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla, iş üzrə cavabdeh inzibati orqana sorğu verilərək xx.xx.N975-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissədə xidmət edib-etməməsi barədə, əgər şəxs həmin hərbi hissədə xidmət etmişdirsə, həmçinin döyüş əməliyyatlarında iştirak etmişdirsə (2.07.N-xx.xx.N994-cü illər) bununla bağlı bütün hüquqmüəyyənedici sənədlərin (nizami hərbi hissə üzrə əmrlər, şəxsi heyətin əlifba qeydiyyatı kitabı), o cümlədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu verilərək iddiaçının hərbi xidmətə göndərilməsi və hərbi xidmət keçməsi ilə bağlı olan bütün məlumatların məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-25-29/2-2N40/2025 nömrəli, N7 sentyabr 2025-ci il tarixli sorğuya cavab məktubu ilə İddiaçı barəsində N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N №-li, xx.xx.N-cü il tarixli 32 №-li, xx.xx.N-cü il tarixli N №-li və N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N №-li, xx.xx.N997-ci il tarixli N №-li nizami hissə üzrə əmrlərindən arxiv Çıxarışları məhkəməyə göndərilmiş və bildirilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: sıra- N4) xx.xx.N975-ci il təvəllüdlü, xx.xx.N-cü il tarixdə Səbail RHK-dan çağırılmış, N №-li hərbi hissədən gəlmiş, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N995- ci il tarixli N №li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması, manqa komandiri vəzifəsinə təyin olunması və Müdafiə Nazirinin xx.xx.N997-ci il tarixli N №-li əmrinə əsasən, komandirin xx.xx.N997-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat qeyd olunmuşdur. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin iyul N-cü il-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin yanvar-dekabr N994-cü il, yanvar-may N995-ci il tarixli nizami hissə üzrə əmrlərində, 47N №-li hərbi hissə komandirinin dekabr Ncü il yanvar-dekabr N994-cü il, yanvar-may N995-ci il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. 470, N №-li hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş Şahid tərəfindən notarial qaydada təsdiq olunmuş ərizə ilə bildirilmişdir ki, o, N-cü ildə Azərbaycan Respublikası Tərtər rayonu Çaylı, Talış, Həsənqaya və s. kəndləri istiqamətində N saylı h/h əsgəri olaraq döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlərdə onunla birlikdə İddiaçı da iştirak etmişdir. Onlar eyni istiqamətdə hərbi əməliyyatlarda olmuş, birgə tapşırıqları yerinə yetirmişlər. xx.xx.N-cü ildə Ağdərə rayonunun Madagiz kəndi, indiki Suqovuşan kəndində döş qəfəsini dəlib keçən güllə yarası almışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş (İ cild səh. 230) Şahid məxsus epikriz çıxarışının məzmunundan aydın olur ki, N saylı hərbi hissənin sıravi Şahid xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək torakal cərrahiyyə şöbəsində stasionar müalicədə olmuşdur. Diaqnoz: sağ tərəfli döş qəfəsinin odlu silahdan, güllə ilə vurulma nəticəsində yaranmış, keçici, nüfuzedici yarası, açıq pnevmotoraks, dördüncü və altıncı qabırğaların sınığı. Yaralanmanı xx.xx.N-cü il tarixdə Ağdərə rayonu ərazisində aparılan döyüş əməliyyatları zamanı almışdır. 2 saylı hərbi-tibb hissəsində yaralara ilkin cərrahi işləmə aparılmış, açıq pnevmotoraks tikilmiş, plevral boşluq drenaj edilmişdir. xx.xx.N-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Tibb Xəstəxanasına çatdırılmış və burada konservativ müalicə almışdır. Yara ikincili gərginliklə sağalmışdır. xx.xx.N-cü il tarixdə N saylı əmrin 34-cü bəndinə əsasən travmatoloji hərbi-həkim komissiyasında tibbi müayinədən keçirilmişdir. Xəstəliyə görə 30 gün müddətinə məzuniyyətə ehtiyac vardır. Xəstə qənaətbəxş vəziyyətdə evə buraxılır. Apellyasiya baxışı zamanı məhkəmə iclas zalına şahid qismində dəvət olunan və dindirilən X5 ifadəsində bildirmişdir ki, iddiaçı ilə N saylı hərbi hissədə əsgər yoldaşı olmuşlar. Bundan qabaq “YAŞMA” xüsusi təyiantlı komandasında olmuşlar, iddiaçının hərbi rütbəsi daha aşağı, o isə gizir idi. Daha sonra İddiaçı və bir neçə əsgər yoldaşı ilə birlikdə onları Tərtər rayonunda yerləşən N saylı hərbi hissəyə göndərdilər. Onunla birgə döyüşlərdə iştirak etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinə sorğu ünvanlanaraq İddiaçı məxsus şəxsi iş materialları tələb olunmuş, məhkəmə iclas zalında nümayəndə vasitəsilə təqdim olunan iddiaçıya məxsus şəxsi iş materiallarına, o cümlədən qeydiyyat kartasına məhkəmə tərkibi tərəfindən baxış keçirilərək müəyyən edilmişdir ki, İddiaçı xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək N №-li, xx.xx.N-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N №-li, xx.xx.N995-ci il tarixdən xx.xx.N997-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Beləliklə işin araşdırılmış hallarından göründüyü kimi, N saylı hərbi hissənin komandirinin N №-li N6 aprel N-cü il əmrinə əsasən həqiqi hərbi xidmət keçmək üçün hərbi komissarlıqlardan gəlmiş 330-cu sırada adı qeyd edilmiş İddiaçı hərbi hissənin şəxsi heyət siyahısına salınması, bütün təminat növləri ilə təmin edilməsi, “əsgər” hərbi rütbəsinin verilməsi və vəzifələrə təyin edilməsi əmr olunmuş və o, maddi-texniki təminat rotasının təsərrüfat taqımının avtomobil bölüyündə sürücü-doldurucu vəzifəsinə təyin edilmişdir. İddiaçıya məxsus N2 seriyalı ******* №-li hərbi biletin qeydiyyat kartasından da göründüyü kimi, iddiaçı xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək N №-li hərbi hissədə xidmətdə olmuşdur. İddiaçı N №li hərbi hissədə hərbi xidmətdə olduğu müddət ərzində N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 32 №-li əmrinə əsasən döyüş tapşırığını yerinə yetirmək üçün Seyfəli rayonuna göndərilən təminat bölüyünün şəxsi heyətinin siyahısına daxil edilmiş və həmin hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N №-li əmrində sonrakı xidmətin davam etdirilməsi üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında onun adı qeyd olunmuşdur. Sözügedən əmrin məzmununa diqqət edildikdə aydın görünür ki, əmr Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N-cü il tarixli №0N67 saylı əmrinə istinad edilərək N nömrəli hərbi hissənin şəxsi heyətinin sonrakı hərbi xidmət keçməsi üçün N №-li hərbi hissəyə verilməsi haqqındadır. Məhkəmə araşdırması zamanı həm iddiaçının verdiyi izahatlardan, həm də Şahid tərəfindən notarial qaydada təsdiq olunmuş ərizədən, eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsindən aydın olur ki, N №-li hərbi hissə Yaşmada yerləşmiş və həmin hərbi hissənin heyəti xüsusi təyinatlılar olmuşdur. Həmin hərbi hissədə xidmət edən xüsusi təyinatlılar döyüş əməliyyatlarının aparılması üçün göndərilən zamanı göndərildikləri hərbi hissənin sıravi heyəti sırasına daxil edilməmişlər. Həmçinin şəxsi iş materiallarından da göründüyü kimi N №-li hərbi hissənin şəxsi heyəti bütövlükdə xx.xx.Ncü il tarixli əmr əsasında sonrakı xidmətin davam etdirməsi üçün N №-li i hərbi hissəyə keçirilmiş, iddiaçı da həmin N №-li hərbi hissənin heyəti sırasında olmuş və son olaraq isə 04 dekabr N-cü ilədək N №-li hərbi hissədə xidməti qeyd edilmişdir. Əgər cavabdehin qeyd etdiyi kimi iddiaçı əmr olsa da N №-li hərbi hissəyə getməmişdirsə, bu zaman sözügedən əmrə riayət edilməməsi ilə bağlı müvafiq tədbirlər görülərdi. Bununla bağlı isə hər hansı bir məlumat təqdim edilməmişdir. Qeyd edilənlərdən əlavə məhkəmə araşdırmaları zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik İdarəsinin 4/3-N0402 nömrəli xx.xx.2022-ci il tarixli məktubu da nəzərdən keçirilmişdir. Sözügedən məktubun məzmunu ondan ibarət idi ki, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının sədrinə ünvanlanmış xx.xx.2022-ci tarixli məktubdan görünür ki, iddiaçının adı döyüş əməliyyatlarında iştirak etmiş, lakin məhkum olunmaları barədə məlumat aşkar edilməmiş şəxslər sırasında qeyd edilmişdir. Lakin hazırki mübahisə üzrə şəxsə sonradan imtina məktubu təqdim edilmişdir. Məhkəmə araşdırmaları zamanı cavabdehin sərgilədiyi mövqe ondan ibarət olmuşdur ki, inzibati icraatda aparılmış hərtərəfli araşdırmanın yekunu kimi iddiaçının döyüşən hərbi hissə 703-ün tərkibində döyüşlərdə iştirakına dair nizami hərbi hissə üzrə əmrlərdə, şəxsi heyətin əlifba qeydiyyatı kitabında məlumat olmadığından son olaraq imtina qərarı verilmişdir. Beləliklə, faktiki iş materialları və şahid ifadələri ilə iddiaçının N nömrəli hərbi hissədən xx.xx.N-cü il tarixli 3N №-li əmrlə N nömrəli hərbi hissəyə ezam olunduqdan sonra xüsusi təyinatlı kimi döyüş əməliyyatlarında iştirak edərək döyüş əməliyyatlarını yerinə yetirdiyi sübut olunur. İş materiallarından aydın olur ki, iddiaçı və onunla birgə digər döyüş yoldaşları hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə ezam olunarkən N nömrəli hərbi hissənin qazan təminatından çıxarılmamış, rəsmi sənədlərdə xx.xx.N-cü ilədək N №-li hərbi hissədə hərbi xidməti qeyd edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, N №-li hərbi hissə komandirinin iyul N-cü il tarixdən may N994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumatın aşkar olunmaması, onun müraciətindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. Hazırki mübahisəyə münasibətdə iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxıldığı məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat bölüyünün hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli N №-li əmrilə (əsas: §-N, səh-5N, sıra-N) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Səbail RHK-na göndərilmişdir. Beləliklə, müharibə veteranı adının verilməsi üçün zəruri olan və qanunla nəzərdə tutulan dispozisiya şərtlərinin, o cümlədən hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılma (tərxis olunma) şərtinin iddiaçıya münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6).
Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-72N8/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Pərviz Hüseynov Fərid Mədətli