Məhkəmə qərarları › İş №2-1(103)-3986/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3986/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3986/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “siyahıya alınmış əmlakın satılması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), X7 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5049/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi (bundan sonra – iddiaçı) tərəfindən dövlət qeydiyyatına alınmışdır, əsas fəaliyyət növü yeməkxana tərəfindən xidmətlərin göstərilməsi olmuşdur.

2. İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********2 saylı, xx.xx.2023cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 22 may 2023- cü il tarixinə ümumilikdə 179.95 manat, o cümlədən işsizlikdən sığorta haqqı üzrə 135.5 manat, faizlər üzrə 44.45 manat borcu olmuşdur.

3. Muzdlu və qeydi-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********2 nömrəli, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 24 iyul 2023-cü il tarixinə ümumilikdə 5027.01 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 3946.48 manat, faizlər üzrə 1080.53 manat borcu olmuşdur.

4. Vergi borcunun ödənilməsinə dair **********9 saylı, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 24 iyul 2023-cü il tarixinə dövlət büdcəsinə ümumilikdə 560.03 manat, o cümlədən vergilər üzrə 493.76 manat, faizlər üzrə 66.27 manat borcu olmuşdur.

5. İcbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair **********7 saylı, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 24 iyul 2023-cü il tarixinə ümumilikdə 936.19 manat, o cümlədən icbari tibbi sığorta haqları üzrə 696.8 manat, faizlər üzrə 239.39 manat borcu müəyyən olunmuşdur.

6. İddiaçının xx.xx.2023-cü il tarixli, **********5 nömrəli, **********5 nömrəli, **********5 nömrəli, **********8 nömrəli qərarlarından görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması qərara alınmışdır.

7. İşdə olan xx.xx.2023-cü il tarixli **********5 nömrəli, **********5 nömrəli, **********5 nömrəli, **********8 nömrəli Əmlakın siyahıya alınması haqqında protokollardan və həmin protokollara əlavələrdən görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) qiyməti 10000 manat olan “FORD TRANSİT TOURNEO CONNECT YÜK” markalı 77BR564 dövlət qeydiyyat nişanlı və qiyməti 7000 manat olan “CHEVROLET CRUZE MİNİK” markalı 77DF945 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri siyahıya alınmış, cavabdeh əmlakın siyahıya alınmasında iştirak etmişdir.

8. İddiaçının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, borclu Cavabdeh (VÖEN: **********) xx.xx.2023-cü il tarixli **********5 saylı qərar üzrə dövlət büdcəsinə 257.63 manat, **********5 saylı qərar üzrə sosial sığorta ödənişinə 3474.51 manat, **********5 saylı qərar üzrə işsizlikdən sığorta ödənişinə 117.85 manat, **********8 saylı qərar üzrə isə icbari tibbi sığortaya 566.13 manat borcu vardır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 4250.76 manat, İcbari Tibbi Sığorta Fonduna 692.13 manat, İşsizlikdən Sığorta Fonduna 148.90 manat və dövlət büdcəsinə 397.63 manat ödənilməmiş borclarına görə siyahıya alınmış qiyməti 10000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WF0TXXTTP17U11305 olan ağ rəngli “FORD TRANSİT TOURNEO CONNECT YÜK” markalı 77BR564 dövlət qeydiyyat nişanlı və qiyməti 7000 manat 2011-ci il buraxılışı kuzov nömrəsi 1G1PH5SC4C7168479 olan albalı metallik rəngli “CHEVROLET CRUZE MİNİK” markalı 77DF945 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi Cavabdeh (VÖEN:**********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin, cavabdeh yaranmış borc məbləğlərini yenə də ödəməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 5027.01 manat, İcbari Tibbi Sığorta Fonduna 936.13 manat, İşsizlikdən Sığorta Fonduna 179.95 və dövlət büdcəsinə 560.03 manat borclarına görə qiyməti 10000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WF0TXXTTP17U11305 olan ağ rəngli "FORD TRANSİT TOURNEO CONNECT YÜK” markalı 77BR564 dövlət qeydiyyat nişanlı və qiyməti 7000 manat 2011-ci il buraxılışı kuzov nömrəsi 1G1PH5SC4C7168479 olan albalı metallik rəngli “CHEVROLET CRUZE MİNİK” markalı 77DF945 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********5, **********8, **********5 və **********5 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın 2 vərəqdən ibarət siyahıları əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın qanunamüvafiq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5049/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Baş X14 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş sənədlərə əsasən, DİN Baş X14 İdarəsi Qeydiyyat – imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdiyi 2007-ci il buraxılışı ban nömrəsi WF0TXXTTP17U11305 olan ağ rəngli “FORD TRANSİT TOURNEO CONNECT YÜK” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və X2 adına rəsmiləşdirilmişdir. 2011-ci il buraxılışı ban nömrəsi 1G1PH5SC4C7168479 olan albalı metallik rəngli “CHEVROLET CRUZE MİNİK” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və X4 adına rəsmiləşdirilmişdir.

13. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin vergi borcuna görə digər şəxsə məxsus əmlakı siyahıya aldığından, qanunvericilik isə yalnız vergi borcu olan şəxsin əmlakının siyahıya alınmasına yol verdiyindən, vergi ödəyicisinə deyil, digər şəxslərə məxsus siyahıya alınmış əmlakın satılması barədə hazırkı iddia təmin edilə bilməz.

14. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5049/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, məhkəmə 2-1 (112)-5049/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında Baş İdarənin iddia tələbinin təmin edilməməsini DİN-nin Baş X14 İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubuna istinad etməklə 2007-ci il buraxılışı ban nömrəsi WF0TXXTTP17U11305 olan ağ rəngli “FORD TRANSİT TOURNEO CONNECT YÜK” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh Flüseyn oğlunun adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X1 adına rəsmiləşdirilmişdir. 2011-ci il buraxılışı ban nömrəsi 1G1PH5SC4C7168479 olan albalı metallik rəngli “CHEVROLET CRUZE MİNİK” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, lakin xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X4 adına rəsmiləşdirilməsi ilə əsaslandırmağa çalışmışdır. Bununla bağlı bildirmək istəyirik ki, məhkəmənin əsas gətirdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin məktubunda açıq aydın qeyd olunmuşdur ki, həmin qurumun Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən 2007-ci il buraxılışı ban nömrəsi WF0TXXTTP17U11305 olan ağ rəngli “FORD TRANSİT TOURNEO CONNECT YÜK” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024cü il tarixədək və 2011-ci il buraxılışı ban nömrəsi 1G1PH5SC4C7168479 olan albalı metallik rəngli “CHEVROLET CRUZE MİNİK” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixədək Cavabdeh adına qeydiyyatda olmuşdur, lakin sonradan məhkəmə prosesi zamanı alqı-satqı müqaviləsinə əsasən həmin nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi həyata keçirilmişdir. Bundan başqa, iddia tələbi üzrə borc məbləğinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən cavabdehin aktiv bank hesabına - Dövlət Sosial Müdafiə Fonduna 5027.01 manat, İcbari Tibbi Sığorta Fonduna 936.13 manat, İşsizlikdən Sığorta Fonduna 179.95 və dövlət büdcəsinə 560.03 manat borcunun alınmasına dair 14 mart və 04 may 2022-ci il tarixli Sərəncamlar göndərilmişdir. Lakin qeyd olunan hesablaşma hesablarında pul vəsaitinin olmaması ilə əlaqədar alınmalı sərəncamların icrası təmin edilmədiyi üçün həmin sərəncamlar hələ də öz qüvvəsini saxlamaqdadır (Qeyd olunan Sərəncamlar şikayətə əlavə edilir). Diqqət yetirilməli məqam ondan ibarətdir ki, vergi orqanının uçot-baza məlumatlarında Cavabdeh hazırkı qərar üzrə siyahıya alınmış əmlakından başqa sahibkarlıq fəaliyyətində istifadə edilən digər əmlak, təsərrüfat subyekti və ya avadanlıqların olması aşkar edilməmişdir. (Fiziki şəxs haqqında uçot-baza məlumatı şikayətə əlavə edilir). Qeyd edilməlidir ki, cavabdehin yuxarıda qeyd olunan borc məbləğindən xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 5027.01 manat, İcbari Tibbi Sığorta Fonduna 936.13 manat, İşsizlikdən Sığorta Fonduna 179.95 və dövlət büdcəsinə 560.03 manat ödənilməmiş borcunun qalması Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5049/2024 nömrəli qərarında öz əksini tapır. Lakin məhkəmə, cavabdehin Dövlət Sosial Müdafiə Fonduna 5027.01 manat, İcbari Tibbi Sığorta Fonduna 936.13 manat, İşsizlikdən Sığorta Fonduna 179.95 və dövlət büdcəsinə 560.03 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə müvafiq qərar üzrə siyahıya alınmış dəyəri 10.000,0 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WF0TXXTTP17U11305 olan ağ rəngli “FORD TRANSİT TOURNEO CONNECT YÜK” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı və qiyməti 7.000,0 manat 2011-ci il buraxılışı kuzov nömrəsi 1G1PH5SC4C7168479 olan albalı metallik rəngli “CHEVROLET CRUZE MİNİK” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin satılması hesabına ödənilməsini məqsədəmüvafiq hesab etməmiş və qeyd olunan borc məbləğinin dövlət büdcəsinə ödənilməməsinə səbəb olmuşdur. Əlavə olaraq bildirmək istəyirik ki, hazırkı iş üzrə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi Cavabdeh (VÖEN: **********) xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 5027.01 manat, İcbari Tibbi Sığorta Fonduna 936.13 manat, İşsizlikdən Sığorta Fonduna 179.95 və dövlət büdcəsinə 560.03 manat borclarına görə qiyməti 10.000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WF0TXXTTP17U11305 olan ağ rəngli “FORD TRANSİT TOURNEO CONNECT YÜK” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı və qiyməti 7000 manat 2011-ci il buraxılışı kuzov nömrəsi 1G1PH5SC4C7168479 olan albalı metallik rəngli “CHEVROLET CRUZE MİNİK” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri üzərinə həbsin qoyulmasına dair müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25.01,2024-cü il tarixli, 15(112)-49/2024 nömrəli qərardadı ilə cavabdehin siyahıya alınmış əmlakına həbs qoyulmasına dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə Baş İdarənin ərizəsi mümkün sayılmamışdır. Məhkəmə qərardadında qeyd etmişdir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə ərizəçinin hüquqi müdafiə marağı mövcud deyildir. Belə ki, ərizəçi hüquqi marağına və çatmaq istədiyi məqsədə VM-nin 89-cu maddəsinə əsasən həyata keçirdiyi siyahıya alma tədbiri vasitəsilə artıq nail olmuşdur. Baş İdarə Bakı İnzibati Məhkəməsinin gətirdiyi dəlillərlə əlaqədar bildirir ki, Cavabdeh ona məxsus avtonəqliyyat vasitəsini məsul saxlamaya götürməkdən, eyni zamanda “Avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim edilməməsi (imtina edilməsi) barədə Aktı imzalamaqdan imtina etmişdir. Bununla da siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətindən yayınmağa cəhd edilmişdir. Məhkəmə təcrübəsi göstərir ki, oxşar hallarla əlaqədar vergi ödəyiciləri siyahıya alınmış nəqliyyat vasitələrini məsul saxlamaya qəbul etməkdən imtina edərək vergi orqanlarının iddia ərizələrinə məhkəmədə baxıldığı zaman siyahıya alınmış lakin tərəfindən məsul saxlamaya qəbul edilməmiş sahibliyində olan nəqliyyat vasitələrini özgəninkiləşdirilməsini həyata keçirirlər ki, bununla əlaqədar vergi orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tərkibinin olmasına dair məhkəmələrə verdikləri vəsatətlər məhkəmələr tərəfindən vergi ödəyicisinin avtonəqliyyat vasitəsini məsul saxlamaya götürmədikləri və hal hazırda onların mülkiyyətində olmaması əsası ilə təmin edilmir. Bu da nəticədə siyahıya alınmış nəqliyyat vasitələrinin satılmasına dair vergi orqanlarının iddia tələbinin məhkəmə işə baxılarkən nəqliyyata sahibliyin dəyişməsi əsas gətirilərək təmin edilməməsi ilə nəticələnir. Hazır ki inzibati iş qeyd olunanlara əyani sübutdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:

Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri: 16.1 Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1 qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; Maddə 23. Vergi orqanlarının hüquqları 23.1 Vergi orqanlarının aşağıdakı hüquqları vardır: 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 78.2. Vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir. 78.3. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyriistehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.8-1. Dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı mövcud olan borclu vergi ödəyicisinin həmin əmlakının siyahıya alınmaya təqdim edilməsi məqsədilə, vergi orqanı tərəfindən əmlakın siyahıya alınması haqqında çıxarılmış qərarla birlikdə vergi ödəyicisinə müvafiq yazılı xəbərdarlıq da göndərilir. Vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı vergi orqanı tərəfindən müvafiq yazılı xəbərdarlıq edildikdən sonra da həmin xəbərdarlıqda müəyyən edilmiş müddətdə və yerdə siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlak reyestr məlumatlarına əsasən vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınır. Əmlakın siyahıya alınmasının vaxtı və yeri barədə yazılı qaydada xəbərdar edilmiş vergi ödəyicisi (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsi) əmlakın siyahıya alınması prosesində iştirak etmədiyi halda, əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanının vəzifəli şəxsləri 1 iş günü müddətində vergi ödəyicisinə (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinə) əmlakın siyahıya alınması haqqında protokolun surətini əlavələri ilə birlikdə göndərir. Vergi orqanı dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın bu Məcəlləyə uyğun olaraq siyahıya alınmasını apardıqdan sonra 1 iş günü müddətində həmin əmlakın yüklü edilməsi barədə məlumatı bu əmlakın dövlət reyestrini aparan səlahiyyətli dövlət orqanına (qurumuna) elektron və ya kağız daşıyıcıda verir. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 89.12. Əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı cavabdehin dövlət büdcəsinə olan borcunun ödənilməsi məqsədilə siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına dair qərar qəbul edilməsidir.

27. İş materiallarından göründüyü kimi, cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 4250.76 manat, İcbari Tibbi Sığorta Fonduna 692.13 manat, İşsizlikdən Sığorta Fonduna 148.90 manat və dövlət büdcəsinə 397.63 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Cavabdeh vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün **********5, **********5, **********8 və **********5 nömrəli, xx.xx.2023-cü il tarixli protokollar ilə onun əmlakı siyahıya alınmış və xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. Vergi ödəyicisi əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

28. Vergi qanunvericiliyi ilə vergiləri ödəmək vergi ödəyicisinin üzərinə vəzifə kimi qoyulmuşdur və vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Hazırkı halda cavabdeh öhdəliklərini yerinə yetirməmiş, vergi borcu üzrə yaranmış borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməmişdir.

29. İşin faktiki hallarından görünür ki, vergi ödəyicisi olan cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcu mövcuddur. Cavabdehin ona hesablanmış vergi borcunun məbləğini mübahisələndirməməsi, nəticə etibarı ilə hazırkı mərhələdə həmin borcun cavabdehin əmlakına yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir.

30. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı Vergi Məcəlləsi ilə ona məxsus hüquqdan istifadə edərək cavabdehə məxsus olduğunu iddia etdiyi nəqliyyat vasitələrini siyahıya alsa da, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının siyahıya aldığı nəqliyyat vasitəsi siyahıya alınma zamanı cavabdehə məxsus olmamışdır.

31. Belə ki, Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş Baş X14 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş sənədlərə əsasən, DİN Baş X14 İdarəsi Qeydiyyat – imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdiyi 2007-ci il buraxılışı ban nömrəsi WF0TXXTTP17U11305 olan ağ rəngli “FORD TRANSİT TOURNEO CONNECT YÜK” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və X2 adına rəsmiləşdirilmişdir. 2011-ci il buraxılışı ban nömrəsi 1G1PH5SC4C7168479 olan albalı metallik rəngli “CHEVROLET CRUZE MİNİK” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və X4 adına rəsmiləşdirilmişdir.

32. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər.

33. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır.

34. İşin faktiki hallarından görünür ki, iddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarı ilə cavabdeh tərəfindən vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmış, xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus əmlak siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokollar, həmin protokollara 14 saylı əlavələr tərtib edilmişdir.

35. Kollegiya qeyd edir ki, vergi ödəyicisinin əmlakları siyahıya alındığı tarixə onun dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması təkzibolunmaz haldır. Cavabdeh (VÖEN: **********) barəsində Dövlət Vergi Xidmətinin internet vergi portalına daxil olmuş məlumatlardan məlum olmuşdur ki, cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcuddur. Göründüyü kimi cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması istisna olunmur, əksinə hesablanmış həmin borc məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməməsi, nəticə etibarı ilə həmin borcun hal-hazırda qüvvədə olmasını və hazırkı mərhələdə həmin borcun cavabdehin əmlakına (daşınmaz) yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir.

36. Digər tərəfdən yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, vergi borcunun ödənilməsinin təmin etmək üçün məhz vergi ödəyicisinin mülkiyyətində olan əmlakı siyahıya alına və satıla bilər.

37. Baş X14 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş məlumatdan müəyyən olunur ki, cavabdehə məxsus olduğu iddia edilən 2007-ci il buraxılışı ban nömrəsi WF0TXXTTP17U11305 olan ağ rəngli “FORD TRANSİT TOURNEO CONNECT YÜK” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqısatqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və X2 adına rəsmiləşdirilmişdir. 2011-ci il buraxılışı ban nömrəsi 1G1PH5SC4C7168479 olan albalı metallik rəngli “CHEVROLET CRUZE MİNİK” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2024cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və X4 adına rəsmiləşdirilmişdir.

38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin vergi borcuna görə digər şəxsə məxsus əmlakı siyahıya aldığından, qanunvericilik isə yalnız vergi borcu olan şəxsin əmlakının siyahıya alınmasına yol verdiyindən, həmçinin siyahıya alınmış əmlaklar hazırda cavabdeh vergi ödəyicisinin mülkiyyətində olmadığından digər şəxslərə məxsus siyahıya alınmış əmlakın satılması barədə hazırkı iddia təmin edilə bilməz.

39. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5049/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5049/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar