Məhkəmə qərarları › İş №2-1(103)-399/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-399/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-399/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, X8 və X9 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı, Cavadehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7834/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və X5 xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Tələb onunla əsaslandırılmışdır ki, ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa (X4 verdiyi) əsasən, X5 XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) üzrə Simptomatik lokal epilepsiya (G40.2) və Baş beyin zədələnməsi (G93.1) diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti cədvəlində) G40 kodu üzrə “Epilepsiya” xəstəliyi əlilliyin meyarı kimi təsbit olunmuşdur. Lakin buna baxmayaraq, TSEK-in xx.xx.2022-ci il tarixli qərarı ilə X5 əlilliyin verilməsindən əsassız imtina edilmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7834/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim B.Calalov) iddianın təmin edilməsi, X5 qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən əlillik dərəcəsinin (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi müəyyən edilməklə) təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eyni olmaqla əlavə onunla əsaslandırılmışdır ki, əlilliyin təyin edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normaları pozulmuşdur. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-442/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: K.H.Əkbərov, hakimlər: İ.Vəkil2 və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7834/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-442/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1831/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22- 1(103)-442/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək, iddiaçının əsl iddiaçı X7 ilə əvəz edilməsini, özünün isə əsl iddiaçının qanuni nümayəndəsi qismində tanınmasını xahiş etmiş, həmçinin dəqiqləşdirilmiş iddia tələbinə dair yenidən ərizə verərək, X5 orqanizm funksiyalarının pozulmasının 65-80 faizi ( 2-ci qrup əlilliyin) müəyyən edilməklə 2 il müddətinə xx.xx.2022-ci il tarixindən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin isə təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfindən ərizələr icraat qəbul edilmiş, iddiaçı əsl iddiaçı X7 ilə əvəz edilmişdir. Əsaslandırıcı hissə: İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1831/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının əsas diaqnozu olmasa da ağırlaşma halı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3.2-ci və 2.5.6-cı bəndlərində nəzərdə tutulmuşdur. Göndərişin verildiyi dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Bundan əlavə qərarda qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı təyin edilmiş ekspertiza cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmişdir. Birlik tərəfindən qanuni əsaslar olmadan cəlb edilmiş cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ekspert rəyinin məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməklə, həmin rəyə uyğun nəticəyə gəlinməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri: - təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən X3 olan epilepsiyanın növü, buna uyğun olaraq orqanizmin funksiyalarının pozulma faizi və müddəti göstərilməli; - hemiplegiya xəstəliyinə görə orqanizmin funksiyalarının pozulma faizi və müddəti göstərilməli. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, dəqiqləşdirilmiş iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, iddiaçı X7 xx.xx.2018-ci il tarixdə doğulmuş, atası İddiaçı, anası X1r. F.İbayev: - xx.xx.2018-ci il tarixdə Bakı Respublika Diaqnostika Mərkəzində 4 gün müddətində müayinədə olmuş, ona beyin qişalarının dəqiqləşdirilməmiş xoşxassəli yenitörəməsi diaqnozu (D32.6) qouyulmuşdur; - xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək Bakı Uşaq Nevroloji Xəstəxanasında müayinə olunmuş, ona kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu (G40.2) qoyulmuşdur; - xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək Bakı Uşaq Nevroloji Xəstəxanasında müayinə olunmuş, Hemipelgiya (G81) diaqnozu qoyulmuşdur; - xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək Bakı Uşaq Bərpa Mərkəzində müayinədə olmuş, ona kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu (G40.2) qoyulmuşdur; - xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilədək Bakı Uşaq Nevroloji xəstəxanasında müayinə olunmuş, ona kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu (G40.2), həmçinin baş beynin digər rubrikalarında təsnif olunmayan anoksik zədələnməsi (G93.1) qoyulmuşdur; - xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilədək Bakı Uşaq Bərpa Mərkəzində müayinə olunmuş, ona kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu (G40.2), həmçinin baş beynin digər rubrikalarında təsnif olunmayan anoksik zədələnməsi (G93.1) qoyulmuşdur; - xx.xx.2022 və xx.xx.2022-ci il tarixli müayinə zamanı ona kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu qoyulmuşdur; X2 əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsi xx.xx.2022-ci il tarixli, S00032456EKR nörməli göndərişi ilə Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Göndərişdə əsas diaqnoz: kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar (G40.2), baş-beyin zədələnməsi (kistik törəmənin sonrakı vəziyyəti: əməliyyatdan sonrakı vəziyyət) – (G93.1) diaqnozu, ağırlaşma kimi Hemiplegiya (G81) diaqnozu qoyulmuşdur. Birinci İnstansiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmış və məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, X2 tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş S00032456EKR №-li Forma № 088 saylı göndərişində qeyd edilən “Diaqnozun mətni: Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Hemiplegiya” diaqnoz onda hazırda da müşahidə olunur. F.İbayevin xəstəlikləri tam reabilitasiya olunmur, lakin kəskinləşərkən müvafiq ixtisas sahəsi üzrə həkimdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator ya stasionar müalicəyə cəlb oluna bilər. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3656/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qərardadı ilə ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadığı üçün, iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” nin xx.xx.2025-ci il tarixli 7 saylı rəyi ilə X3 hazırda yüngül koqnitiv pozuntu müşahidə olunmuş, simptomatik fokal epilepsiya, anemnezində qıcolma tutmaları qeydə alınmışdır. Lakin əilliyin pozulma faizi və müddəti barəsində olan suala heç bir cavab verilməmiş, səbəb olaraq, səlahiyyətlərinə aid olmadıqları bildirilmişdir. İddiaçıya dair sonuncu göndərişin status localis və həkim müayinəsi bölmələrində aşağıdakılar qeyd edilmişdir: Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Uşağın ümumi vəziyyəti kafidir. Dərisi təmizdir. Bənək sakitdir. Daxili üzvlərində patologiya yoxdur. Qarnı yumşaqdır. Stul və diurez normaldır. M-16 kq, L-104 sm. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Uşaq 2018-ci ildə RDM-də əməliyyat olunub. Sağ təpə payından kistik törəmə mikroskopik yolla xaric edilib. Əməliyyatdan sonra uşaqda qıcolma tutmaları olur, tutmalar ayda 5-7 dəfəyə qədər qeyd olunur. Sol tərəfi hemiparez formalaşıb. Yeriyi yarımparetdir. Nevroloji statusda başı konfiqurasiyalıdır. Göz bəbəkləri bərabərdir. Eşitməsi və görməsi normaldır. Sərbəst udur, çeynəyir. Hərəki sferada: Sol tərəfdə əzələ tonusu və vətər refleksləri bir qədər zəifdir. D kiçikdir S. Daimi olaraq Depakin Xrono qəbul edir. Buna baxmayaraq teztez epitutmalar olur. Qurd yumurtaları aşkar olunmadı. Sağ serebral hemisfer parietal payda sağ lateral ventrikul posterior hornu qonşuluğunda postop dəyişikliklər, təxmini 36x24x20 mm ölçüsündə postop malaziya sahəsi qeyd edilir. Postkontrast sekanslarda patoloji kontrastlanma aşkarlanmadı. Nəticə: Sağ serebral hemisfer parietal payda postop dəyişikliklər. EEQ müayinəsində epiaaktivliyat aşkar olunmur. Funksional vəziyyət zəifdir. xx.xx.2022 EEQ monitorinq: Çəkiliş zamanı sol gicgah zamanı kəskin dalğalar qeyd edilir. Çəkiliş zamanı sol gicgah payında fokal olaraq paroksizmal aktivlik qeyd edilir. Ağciyər və ürək norma daxilində. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, K.Y.Fərəcova adına ETPİ X4 xx.xx.2022-ci il tarixli 2568 nömrəli və X16 Mərkəzinin xx.xx.2022-ci il tarixli 713 nömrəli ambulator kitabçadan çıxarışlarına əsasən Simptomatik fokal epilepsiya - Baş-beyin zədələnməsi (kistik törəmənin sonrakı vəziyyəti: əməliyyatdan sonrakı vəziyyət) – Hemiplegiya. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda epilepsiyanın növündən asılı olaraq əlillik dərəcəsini və müddətini fərqli şəkildə göstərmişdir. Belə ki, epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən) şəkilində olduğu təqdirdə əlilliyin dərəcəsi 35-60% olmaqla 1 il müddətinə, epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) şəkilində olduğu təqdirdə əlilliyin dərəcəsi 65-80% olmaqla 2 il müddətinə əlillik təyin edilir. X3 olan digər diaqnoza gəldikdə isə məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda hemiplegiya xəstəliyi əliliyə səbəb olan xəstəliklər sırasındadır. Lakin şəxsin bu diaqnozla əlilliyi o halda müəyyən edilir ki, orqanizm 85-100% pozulmuş olsun. Bu halda əlillik müddətsiz olaraq təyin edilir. Beləliklə, xüsusilə nəzərə alınmalıdır ki, Meyarlarda olan xəstəliyin sadəcə adının olmasına görə deyil, qeyd edilən xəstəliyin Meyarlarda göstərilən orqanizmin funksiyalarının pozulması faizindən asılı olaraq pozulma faizinə münasibətdə əlillik müəyyən edilir. İddiaçıda mövcud olan xəstəliklərlə bağlı Meyarlarda olan cədvələ diqqət yetirdikdə, hemiplegiya xəstəliyi üzrə orqanizmin funksiyalarının pozulma faizi 85-100 faiz olduqda əlillik müddətsiz, epilepsiya xəstəliyi üzrə orqanizmin funksiyalarının pozulma faizi 35-60 faiz olduqda əlillik 1 il müddətinə, 65-80 faiz pozulduqda 2 il müddətinə əlillik müəyyən edilir. Qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçıya əlilliyin təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, əlilliyin dərəcəsinin (Orqanizmin funksiyalarının pozulmasının faiz və müddət göstəricisi) müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırma aparmamışdır. Bununla bağlı apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı ərizə ilə müraciət edərək oğluna orqanizmin funksiyasının pozulmasının 65-80 faizi (2-ci qrup) müəyyən edilməklə 2 il müddətinə əlilliyin xx.xx.2022-cü il tarixindən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına əsasən ekspert rəylərindən və həkim müayinə sənədlərindən (ambulator kitabçadan çıxarışdan) aydın görünür ki, X3 yüngül koqnitiv pozuntu müşahidə olunmuş, simptomatik fokal epilepsiya, anemnezində qıcolma tutmaları qeydə alınmışdır. F.İbayevə G40.2 simptomatik fokal epilepsiya diaqnozu qoyulmuşdur. Əməliyyatdan sonra uşaqda qıcolma tutmaları olur, tutmalar ayda 5-7 dəfəyə qədər qeyd olunur. İddiaçıda olan əsas diaqnozun ağırlaşması hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə də öz əksini tapmışdır. “Əlilliyin müəyyən olunması meyarları”na “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair Əlavənin 6-cı bəndinə (Sinir sistemi xəstəlikləri) əsasən - Epilepsiya -G40: 6.7.3. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) –orqanizmin funksiyalarının 65-80 faiz pozulması- 2 il müddətinə əlillik təyini üçün əsasdır. Göründüyü kimi, Meyarlar şəxsdə XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu üzrə G 40 diaqnozuna uyğun xəstəliyin olmasını əlilliyin təyini üçün əsas hesab etmişdir, hansı ki, bu xəstəliklər iddiaçı barəsində verilmiş göndərişdə təsbit edilmiş, ekspert rəyi ilə isə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi əlilliyin təyin olunması tarixi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının əlillik dərəcəsinin təyin olunması ilə bağlı müraciət tarixi də nəzərə alınmalıdır. Yəni cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar qəbul edilmiş yekun qərar son nəticədə iddiaçının həmin müraciəti ilə əlaqədardır və qərar həmin müraciət üzrə qəbul olunmuş sayılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası diqqəti çəkir ki, əlilliyinin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-cü maddəsi). Beləliklə, məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı təşkil etdiyindən, onun barəsində sonuncu göndəriş üzrə sonuncu imtina xx.xx.2023-cü il tarixdə imzalandığından, əlilliyin təyinat tarixinin sonuncu imtina tarixi nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-2067/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərar). Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7834/2023 saylı, xx.xx.2023-cü il tarixli dəyişdirilməli, iddia dəqiqləşdirilmiş formada təmin edilməklə X5 orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz və müddəti 2 il qeyd edilməklə əlilliyin sonuncu göndərişə əsasən verilmiş sonuncu imtina tarixi- xx.xx.2022-cü il tarix nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7834/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilsin. Dəqiqləşdirilmiş iddia tələbi təmin edilsin. İddiaçı X5 xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi 2 il müddətinə olmaqla (2-ci dərəcə) əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Məhəmməd Rüstəmli Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar