Məhkəmə qərarları › İş №2-1(103)-3991/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3991/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3991/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X6 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6524/2025 saylı, 21 iyul 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxsdir.

2. İddiaçı "xxxx" MMC ilə xx.xx.2023-xx.xx.2023-cü il, "xxxx" MMC ilə xx.xx.2023xx.xx.2023-cü il, "xxxx" MMC ilə xx.xx.2024-cü il, "xxxx" MMC ilə xx.xx.2023xx.xx.2023-cü il və "xxxx" MMC ilə xx.xx.2023-xx.xx.2024-cü il, X3 ilə xx.xx.2021-ci ildə, "xxxx" MMC ilə xx.xx.2021-ci ildə, "xxxx" MMC ilə xx.xx.2024-cü il dövrlər aralığında əməliyyatlar apararaq elektron qaimələr əsasında mal (iş, xidmət) alışı həyata keçirmişdir.

3. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2021-ci il tarixli qərarı ilə X3, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC və xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-369372/2024 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2024-cü ilin Sentyabr ayı üçün 681968,00 manat Əlavə əyər vergisi hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı bərəsində xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-369372/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 369372/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarı ilə İddiaçıya 681.968,00 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Əlavə vergi məbləğinin hesablanmasına əsas isə 2024-cü ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim olunmuş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli hesab edilməsidir. Vergi orqanının qərarının əsaslandırma hissəsində yalnız əvəzləşmə üçün təqdim edilmiş EBDW seriyalı 125438 nömrəli və EBDZ seriyalı 020254 nömrəli elektron qaimə - fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunduğuna istinad edilmiş və təqdim edilmiş bəyannamənin 324-cü sətrində cəmi olaraq 179 945,50 AZN məbləğində kənarlaşma yarandığı qeyd edilmişdir. Halbuki, vergi orqanın qərarı ilə hesablanan əlavə vergi məbləği 681.968,00 AZN təşkil edir. Əlavə olaraq hesablanmış 502 022, 50 AZN vergi məbləğinin qərarda açıqlanması və əsaslandırılması mövcud deyildir. Yuxanda qeyd edildiyi kimi vergi orqanının qərarında əlavə vergi məbləğinin hesablanması əsaslan göstərilməmişdir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesahlanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Beləliklə, heç bir əsas göstərilmədən hesablanmış vergi məbləğinin İddiaçıdan ödənilməsinin tələb edilməsi tamamilə qanunsuzdur. Qərarda iki elektron qaimə-faktura üzrə aparılan əməliyyatlara istinad edilsə də, kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubda 30 elektron qaimə-faktura üzrə kənarlaşmalar müəyyən edilmişdir ki, hansı ki bu elektron qaimə fakturalar üzrə cəmi məbləğ 1,249,912.76 AZN təşkil edir. Beləliklə, qərarda hesablanmış vergi məbləği ilə üstüstə düşmür. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqamn (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Qarşılıqlı əməliyyat apardığı şirkətlərin riskli vergi ödəyicisi hesab edilib- edilməməsi İddiaçı tərəfindən yoxlanılmışdır və əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyiciləri barədə məlumatda bu haqda heç bir məlumat aşkarlanmadığına görə qanuna uyğun olaraq əvəzləşdirmə aparılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş mal və xidmətlərə dair elektron qaiməfakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən, bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır. Belə olan halda, İddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, İddiaçı həmin əməliyyatlara görə ƏDV məbləğlərini vergi qanunvericiliyinə uyğun olaraq əvəzləşdirmişdir.

7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddia tələbi ilə razılaşmır və aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir: Vergi ödəyicisi xx.xx.2024-cü il tarixdə 2024-cü il sentyabr ayı üzrə dəqiqləşmiş ƏDV bəyannaməsi təqdim etmiş və həmin bəyannamə araşdırılarkən müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən tərəfindən ƏDV bəyannaməsində (11.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDT seriyalı 706333 ,EBDT seriyalı 706591 nömrəli, EBDT seriyalı 706704 nömrəli, EBDT seriyalı 706784 nömrəli, (12.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDU seriyalı 468878 nömrəli, EBDU seriyalı 579086 nömrəli , EBDV seriyalı 693210 nömrəli, EBDV seriyalı 943359 nömrəli, EBDV seriyalı 944061 nömrəli , EBDW seriyalı 125438 nömrəli, (10.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDQ seriyalı 061087 nömrəli,EBDQ seriyalı 061153 nömrəli, EBDQ seriyalı 061213 nömrəli, EBDR seriyalı 245870 nömrəli, EBDR seriyalı 246032 nömrəli, EBDR seriyalı 246250 nömrəli, (09.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDO seriyalı 735499 nömrəli, EBDO seriyalı 766267 nömrəli, EBDO seriyalı 937345 nömrəli, (03.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 020254 nömrəli , EBEB seriyalı 113475 nömrəli, EBEB seriyalı 226985 nömrəli, EBEB seriyalı 227112 nömrəli , EBEB seriyalı 227710 nömrəli, EBEB seriyalı 229180 nömrəli, EBEB seriyalı 229431 nömrəli, EBEB seriyalı 229482 nömrəli, EBEB seriyalı 229576 nömrəli və ( 02.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBDW seriyalı 125438 nömrəli, EBDZ seriyalı 020254 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 681968,00 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 681968,00 manat kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli uyğunsuzluq məktubu göndərilməsinə baxmayaraq ödəyici tərəfindən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-369372/2024 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. "TVM İNŞAAT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tərəfindən riskli vergi ödəyiciləri hesab edilən vergi ödəyiciləri ilə ******* min manat dəyərində əməliyyatlar aparılmışdır."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə cəmi 163 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Recyele qranula qara, Sinklənmiş dəmirdən hava kanalı 0.7 mm, Sorucu və vurucu aspirator 20000 m3/saat və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən e-qaimə- faktura məlumatlarına əsasən təqdim edilmiş ƏDV-yə cəlb edilməyən cəmi 143696 manat dəyərində "Split kondisioner, Nitrat natrium, LED lampalı çıraq, Porşenin kipləyici üzükləri, Yağ soyuducusu, Nasos" və s. mallar baza məlumatlarına əsasən müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. "xxxx" MMC-nin idxalı, qeydiyyata alınmış aktiv təsərrüfat subyekti (obyekti) və işçisi olmaması müəyyən olunmuşdur. 3. X3 (VÖEN **********) xx.xx.2020-xx.xx.2021 ci il tarix aralığında fərdi sahibkar X3 tərəfindən e-qaimə faktura məlumatlarına əsasən müxtəlif vergi ödəyicilərinə cəmi 287,0 min manat ƏDV dəyərində olmaqla 15 min ton artıq həcmdə mal (sement) təqdim edilməsi müəyyən edilmişdir. Vergi ödəyicisinin idxalı yoxdur. X3NUN qeydiyyata alınmış obyekti yoxdur. Əmək müfəttişliyinin hesabatına əsasən vergi ödəcisinin 1 işçisi vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) , "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) , "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş mal və xidmətlərə dair elektron qaimə- fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı "PREMİUM-T E Q” MMC, "FERTLOPO LL” MMC, "BİRLİK-23” MMC, "FABEN İNŞAAT” MMC və "İNTER A mGROUP” MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən, bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır. Belə olan halda, İddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, İddiaçı həmin əməliyyatlara görə ƏDV məbləğlərini vergi qanunvericiliyinə uyğun olaraq əvəzləşdirmişdir. Bir məsələni nəzərə almaq lazımdır ki, qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Yəni təkcə operativ vergi nəzarəti deyil, həm də səyyar və kameral vergi yoxlaması nəzərdə tutulur. Hazır ki, iş üzrə kameral vergi yoxlaması aparılmış və müəyyən edilmişdir ki, aparılan əməliyyat əmtəəsiz əməliyyatdır. Həmçinin, yuxarıda adı qeyd olunan vergi ödəyicisi məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə qərar qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6524/2025 saylı, 21 iyul 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasını istinad etməklə həmin iş, xidmətləri və mal alışını şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır.

10. Məhkəmə qeyd edir ki, təqdim edilmiş materiallardan müəyyən edilir ki, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət və mal alışı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyiciləri vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxslər arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. İddiaçının qarşılıqlı əməliyyat etdiyi ödəyicilərinin fəaliyyətlərinin araşdırmaq öhdəliyi olmadığından və mallar, xidmətlər faktiki olaraq alınaraq qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyindən, vergi orqanı tərəfindən aparılmış hesablama əsassız olmuşdur. Cavabdeh vergi orqanı iddiaçı ilə müqavilə tərəfləri arasında baş tutmuş alqı-satqı və iş, xidmətə dair əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə malları, işləri təqdim edən hüquqi şəxslərdə keçirilmiş OVN tədbirlərinə əsasən həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən ƏDV bəyannaməsində bəyan edilmiş əvəzləşmələrini qəbul etməkdən imtina etmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı ilə əməliyyat aparan vergi ödəyiciləri iddiaçı ilə alqı-satqı və iş, xidmətə dair əməliyyatlar həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər və iddiaçı həmin hüquqi şəxslərin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi.

11. Alqı-satqı və iş, xidmət əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır.

12. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının alqı-satqı və iş, xidmət əməliyyatları həyata keçirdiyi müəssisələr, iddiaçının alqı-satqı və iş, xidmət əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur.

13. Məhkəmə qeyd edir ki, riskli hesab olunan müəssisələrin riskli hesab olunmasına səbəb olan hallar, o cümlədən təsərrüfat subyektlərinin uçota qoyulmaması, işçilərin müqaviləsiz işə cəlb edilməsi və sair bu kimi hallarla bağlı yaranan risklərə görə iddiaçıya əlavə vergi məbləğləri hesablana bilməz. Belə ki, bu hal həmin şəxslərin məsuliyyət kateqoriyasına aiddir və hər bu pozuntulara görə özləri fərdi şəkildə məsuliyyət daşıyırlar

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6524/2025 saylı, 21 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin əməliyyat apardığı vergi ödəyiciləri hesablamaya əsas olmuş riskli elektron qaimə fakturalar əsasında riskli vergi ödəyiciləri hesab olunmuşdur. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə cəmi 163 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Recyele qranula qara, Sinklənmiş dəmirdən hava kanalı 0.7 mm, Sorucu və vurucu aspirator 20000 m3/saat və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən e-qaimə-faktura məlumatlarına əsasən təqdim edilmiş ƏDV-yə cəlb edilməyən cəmi 143 696 manat dəyərində "Split kondisioner, Nitrat natrium, LED lampalı çıraq, Porşenin kipləyici üzükləri, Yağ soyuducusu, Nasos" və s. mallar baza məlumatlarına əsasən müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. "xxxx" MMC-nin idxalı, qeydiyyata alınmış aktiv təsərrüfat subyekti (obyekti) və işçisi olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) fəaliyyəti üzrə aparılmış təhlillər nəticəsində təqdim olunmuş eqaimələrdə əmtəəsiz əməliyyatlar aparılması şübhəsi yaranmışdır və bununla bağlı olaraq ödəyicinin fəaliyyəti üzrə vergi nəzarəti tədbiri keçirilmişdir. Ödəyiciyə məxsus uçot-baza məlumatlarında qeydiyyatda olan AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz ev.43 m. ünvalı obyektin ofis, AZ1108,Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli ev.1968-ci məhəllə ünvalı obyektin anbar, AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi ev.Biləcəri-Bakı dəmiryolu, PK 3,4 rayon, 2650 km ünvanlı obyektin isə beton zavodu olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixində vergi ödəyicisinin rəhbəri olan X5 ilə Lokal Gəlirlər Baş İdarənin inzibati binasında görüş keçirilmişdir. Müəssisənin rəhbəri görüş zamanı satış elədikləri müəssisələrin heç birini tanımadığını, elektronqaimə fakturalarla mal əldə etdikləri müəssisələri tanımadığını, ən çox satış etdikləri mallar və işçilər haqqında məlumatsız olduğunu qeyd etmişdir. Nəticədə vergi ödəyicisinin fəaliyyəti riskli hesab olunmuş və müvafiq bildiriş göndərilmişdir. Bildirirlər ki, iddiaçı ilə "xxxx" MMC arasında aparılan əməliyyatların elektron-qaimə fakturasına nəzər saldıqda müəyyən olunur ki, MMC tərəfindən “Tədbirin təşkil olunması” xidməti göstərilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin rəhbəri isə öz izahatında işçiləri barədə, elektron qaimə təqdim edilən ödəyicilər, o cümlədən, təqdim etdiyi mallar barədə məlumatının olmamasını bildirmişdir. Uçot baza məlumatlarına əsasən müəyyən olunur ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli X2 xx.xx.2024-cü il tarixdən cəmiyyətin direktoru təyin edilmişdir. Beləliklə, iddiaçı ilə "xxxx" MMC arasında əməliyyat baş tutarkən X5 MMC-nin rəhbəri olmasına baxmayaraq həmin aparılan əməliyyatlardan məlumatlı olmamış və elektron qaimə-fakturalar barədə xəbərdar olmamışdır. Əlavə olaraq bildirirlər ki, "xxxx" MMC-nin Nizamnaməsinin 5.2-ci bəndində direktorun səlahiyyətləri qeyd olunmuşdur.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin riskli hesab edilməsi Cavabdeh apellyasiya şikayətində "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə aparılmış əməliyyatların əmtəəsiz əməliyyatlar olduğunu iddia edir. İlk növbədə qeyd edək ki, "xxxx" MMC və "xxxx" MMC verilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əvəzləşdirmələr nə mübahisələndirilən inzibati aktda, nə də Bakı İnzibati Məhkəmədə mübahisə predmeti olmamışdır. "xxxx" MMC ilə bağlı isə qeyd edilməlidir ki, həmin cəmiyyətin riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanı tərəfindən qəbul edilmiş qərar qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmişdir. Bu baxımdan, cavabdehin sözügedən əməliyyatların əmtəəsiz olması ilə bağlı iddialarının hüquqi və faktiki əsası yoxdur. Vergi orqanının qərarının əsaslandırma hissəsində yalnız əvəzləşmə üçün təqdim edilmiş EBDW seriyalı 125438 nömrəli və EBDZ seriyalı 020254 nömrəli elektron qaimə - fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunduğuna istinad edilmiş və təqdim edilmiş bəyannamənin 324-cü sətrində cəmi olaraq 179 945,50 AZN məbləğində kənarlaşma yarandığı qeyd edilmişdir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Hesablanma əsasları qərarda öz əksini tapmadığından vergi orqanı tərəfindən Təqdim edilmiş inzibati akt sayılmayan uyğunsuzluq məktubunda istinad edilən elektron qaimə-fakturaları nəzərdən keçirmişik. Aşağıdakı cədvəldə vergi orqanı tərəfindən qeyd edilən şirkətlərlə bağlı elektron qaiməfakturaların təqdim edildiyi (ƏDV-nin əvəzləşdirildiyi) tarix və qarşılıqlı əməliyyat aparılan vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edildiyi qərarların tarixi öz əksini tapır. Cavabdeh şikayətində bildirir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə 2024-cü il sentyabr ayı üzrə dəqiqləşmiş ƏDV bəyannaməsi təqdim etmiş və həmin bəyannamə araşdırılarkən, vergi ödəyicisi tərəfindən tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş 681968,00 manat dəyərində elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən elektron qaiməfakturaların heç biri 2024-cü ilin sentyabr ayında təqdim edilməmiş, ödənilməmiş və əvəzləşdirilməsi həyata keçirilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 87.3-1. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.

20. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli, 1704-VQD nömrəli Qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli, 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VMnin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

25. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarına əsasən iddiaçı elektron qaimə faktura əsasında iddiaçı "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X3, "xxxx" MMC və "xxxx" MMC ilə əməliyyatlar apararaq elektron qaimələr əsasında mal (iş, xidmət) alışı həyata keçirmişdir. Dövlət Vergi Xidmətinin qərarları ilə iddiaçının əməliyyat apardığı hüquqi və fiziki şəxslər riskli vergi ödəyicisi hesab edilmişdir. Qeyd olunan hal iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar çıxarılmasına əsas olmuşdur. İddiaçı hazırda həmin qərarı mübahisələndirir.

26. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, hesablanmış verginin qanuniliyinin qiymətləndirilməsindən öncə məhkəmə riskli vergi ödəyiciləri və onlarla aparılan qarşılıqlı əməliyyatların hüquqi nəticələrinin qanunvericiliyin normaları baxımından təhlilini zəruri hesab edir Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir.

27. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

28. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir.

29. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

30. Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur.

31. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir.

32. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur.

33. Belə ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

34. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir.

35. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin qeyd olunamlıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasını istinad etməklə həmin iş, xidmətləri və mal alışını şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır.

36. Məhkəmə qeyd edir ki, təqdim edilmiş materiallardan müəyyən edilir ki, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət və mal alışı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyiciləri vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxslər arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır.

37. İddiaçının qarşılıqlı əməliyyat etdiyi ödəyicilərinin fəaliyyətlərinin araşdırmaq öhdəliyi olmadığından və mallar, xidmətlər faktiki olaraq alınaraq qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyindən, vergi orqanı tərəfindən aparılmış hesablama əsassız olmuşdur.

38. Cavabdeh vergi orqanı iddiaçı ilə müqavilə tərəfləri arasında baş tutmuş alqı-satqı və iş, xidmətə dair əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə malları, işləri təqdim edən hüquqi şəxslərdə keçirilmiş OVN tədbirlərinə əsasən həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən ƏDV bəyannaməsində bəyan edilmiş əvəzləşmələrini qəbul etməkdən imtina etmişdir.

39. Halbuki, iş materiallarından görünür ki, iddiaçı ilə əməliyyat aparan vergi ödəyiciləri iddiaçı ilə alqı-satqı və iş, xidmətə dair əməliyyatlar həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər və iddiaçı həmin hüquqi şəxslərin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi.

40. Alqı-satqı və iş, xidmət əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının alqı-satqı və iş, xidmət əməliyyatları həyata keçirdiyi müəssisələr, iddiaçının alqı-satqı və iş, xidmət əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Məhkəmə qeyd edir ki, riskli hesab olunan müəssisələrin riskli hesab olunmasına səbəb olan hallar, o cümlədən təsərrüfat subyektlərinin uçota qoyulmaması, işçilərin müqaviləsiz işə cəlb edilməsi və sair bu kimi hallarla bağlı yaranan risklərə görə iddiaçıya əlavə vergi məbləğləri hesablana bilməz. Belə ki, bu hal həmin şəxslərin məsuliyyət kateqoriyasına aiddir və hər bu pozuntulara görə özləri fərdi şəkildə məsuliyyət daşıyırlar.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-92/2024 nömrəli iş üzrə qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçının mal aldığı MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərarı mübahisələndirməməsi iddiaçının ziyanına təfsir oluna və qiymətləndirilə bilməz. Yəni başqasının öz hüququndan istifadə etməməsi qarşı tərəf üçün vergi öhdəliyi yaranmasının əsası kimi çıxış edə bilməz”.

42. Həmçinin, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.

43. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir.

44. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın və iş, xidmətin alıcısına münasibətdə Vergi Məcəlləsinin 175-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın və iş,xidmətin alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların və iş, xidmətin faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir.

45. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuşicraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

46. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

47. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsbit olunmuşdur. Həmin meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:

49. Bundan başqa məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə əməliyyatın riskli hesab olunması yalnız malların alışı və təqdim edilməsi ilə bağlı (malların hərəkəti-alışı, satışına dair) müəyyən edilmişdir. Müəssisə tərəfindən alınmış xidmətlərə münasibətdə əməliyyatın riskli hesab olunması meyarları müəyyən edilməmişdir. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur.

50. Nəzərə almaq lazımdır ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri)

51. Eyni zamanda, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmiinzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

52. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə “"xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X3, "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı və iş, xidmət əməliyyatlarının əmtəəsiz əməliyyat olduğuna və başqa əməliyyatı pərdələyərək mənfəət əldə əldə etmək məqsədilə həyata keçirildiyinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçı ilə əməliyyat aparmış "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X3, "xxxx" MMC və "xxxx" MMC-də özlərinə münasibətdə əmtəəsiz əməliyyatların aparıb-aparmamasının mövcudluğunu müəyyən etmək iddiaçının öhdəliyi olmadığından, mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2-369372/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən hesablanmış əlavə vergi məbləğinin düzgünlüyü öz təsdiqini tapmır.

53. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.

54. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

55. Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 2-1(102)-1644/2024 nömrəli, 2-1(102)- 462/2021 nömrəli, 2-1(102)-1045/2023 nömrəli, 2-1(102)-1757/2024 nömrəli, qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Vergi orqanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilibedilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydadaaparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur”.

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 551/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “hazırkı iş üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1644/2024 nömrəli 2-1(102)- 1918/2024 nömrəli, 2-1(102)-1502/2024 nömrəli, 2-1(102)-2261/2024 nömrəli qərardadlarına müvafiq olaraq formalaşmış hüquqi mövqeyə malik qərardadları mövcuddur. Məhkəmə kollegiyası hazırkı işlə bağlı qeyd edir ki, iddiaçı ilə riskli vergi ödəyicisi hesab edilmiş fiziki şəxslər arasındakı əməliyyatlar, həmin şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilməmişdən öncə aparılmışdır. Fiziki şəxslər tərəfindən digər əməliyyatlarını riskli hesab edərək riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən şəxslər ilə əməliyyat apardığı zamanı həmin şəxslər riskli vergi ödəyicilər siyahısında olmamışdır”

58. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında aparılan əməliyyatların elektron-qaimə fakturasına nəzər saldıqda müəyyən olunur ki, MMC tərəfindən “Tədbirin təşkil olunması” xidməti göstərilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMCnin rəhbəri isə öz izahatında işçiləri barədə, elektron qaimə təqdim edilən ödəyicilər, o cümlədən, təqdim etdiyi mallar barədə məlumatının olmamasını bildirmişdir. Uçot baza məlumatlarına əsasən müəyyən olunur ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli X2 xx.xx.2024-cü il tarixdən cəmiyyətin direktoru təyin edilmişdir. Beləliklə, iddiaçı ilə "xxxx" MMC arasında əməliyyat baş tutarkən X5 MMC-nin rəhbəri olmasına baxmayaraq həmin aparılan əməliyyatlardan məlumatlı olmamış və elektron qaiməfakturalar barədə xəbərdar olmamışdır. Əlavə olaraq bildirirlər ki, "xxxx" MMC-nin Nizamnaməsinin 5.2-ci bəndində direktorun səlahiyyətləri qeyd olunmuşdur.

59. Bununla bağlı məhkəmə Kollegiyası yuxarıda qeyd olunanların hüquqi davamı olaraq diqqətə çəkir ki, iddiaçı ilə əməliyyat aparmış "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X3, "xxxx" MMC və "xxxx" MMC-də özlərinə münasibətdə əmtəəsiz əməliyyatların aparıb-aparmamasının mövcudluğunu müəyyən etmək iddiaçının öhdəliyi olmamışdır və iddiaçı həmin hüquqi şəxslərin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi..

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

61. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6524/2025 saylı, 21 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6524/2025 saylı, 21 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar