Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3996/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin cizgisinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9890/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh Başçısının 26 09.1996-cı il tarixli 633 saylı Sərəncamı ilə iddiaçının atası X5 adına ayrılmış 600 kv.m. torpaq sahəsinə dair cizginin hazırlanıb təqdim edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İPM.m.34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “..Bakı şəhəri Cavabdeh Başçısının 26 09.1996-cı il tarixli 633 saylı Sərəncamı ilə 600 kv.m. torpaq sahəsi iddiaçının atası X5 adına ayrılmışdır. X10 2012-ci ildə avtomobil qəzasında ölmüşdür. Həmin torpaq sahəsi vərəsəlik əsasında iddiaçı - X1 adına verilmişdir. Belə ki, Bakı şəhəri Qaradağ rayonu 45 saylı Notariat Ofisinin 31 oktaybar 2021-ci il tarixli 250 №li məktubla xx.xx.2012-ci ildə vəfat etmiş X5 adına vərəsəlik işi açıldığı və mərhum X5 adından Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi xahiş olunmuş, o zaman Reyestr Xidməti tərəfindən X3 təqdim edilməsini, sərancamın arxiv arayışının və torpaq sahəsinin cizgi sənədinin əlavə edildikdən sonra baxılacağı bildirilmişdir. Ona görə də torpaq sahəsinin sənədləşdirilməsi üçün ilkin olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət olunmuş və 2 iyul 2021-ci il tarixli № BA-02856- 2021 saylı məktubla Bakı şəhəri Cavabdeh Başçısının 26 09.1996-cı il tarixli 633 saylı Sərəncamının surəti təqdim edilmiş, sonradan iddiaçı ona ayrılmış torpaq sahəsinin cizgisinin verilməsi üçün Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. sonuncunun 5-13/1- M-25/3-091/2024//5-13/1-M-25/4-151/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məkubunda qeyd etmişdir ki, “Rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanılma müddəti 5 (beş) ildir. Siyahıda saxlanılma müddəti “daimi” göstərilmiş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra dövlət arxivinə təhvil verilir. Rayon İcra Hakimiyyəti nin başçısı (Qaradağ rayon XDS İK ) tərəfindən 1996-cı il tarixində imzalanmış Sərəncamlar (qərarlar) və onlara aid digər sənədlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən sözügedən quruma müraciət edilməsi tövsiyyə olunur”. Lakin İcra Hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsinə dair cizgi təqdim etmədiyindən Milli Arxiv İdarəsi iddiaçıya yalnız Sərəncamın surətini təqdim etmiş, sonradan isə özəl şirkət - "xxxx" MMC-yə edərək torpaq sahəsinin cizgisini hazırlatdırmış, lakin Reyestr Xidməti həmin cizgi əsasında ayrılmış torpaq sahəsinə sənədləşdirmə aparmaqdan imtina etmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir...” Cavabdeh iddia ərizəsinə dair xx.xx.2024-cü il tarixli mülahizəsində iddianı qəbul etməmiş mümkün sayılmamasını məhkəmədən xahiş edərək bunu aşağıdakılarla əsaslandırılmışdır. “...Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respubiikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5- ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə ayrıc aktının (plan-sxemin) verilməsi” tələbinə dair iddianın mümkün sayılmamasını qanuna müvafiq hesab edilmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə əsasən rayon icra hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9890/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli 633 nömrəli sərəncamına əsasən iddiaçının mərhum atası X6 Qaradağ rayonu, Səngəçal qəsəbəsində ayrılmış 600 kv.m. torpaq sahəsinə dair cizginin İddiaçı verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “...Ərizəyə əlavə olunmuş mübahisəli torpaq sahəsindən olan şəkillərdən də görünür ki, bugünkü gün belə həmin tikili başa çatdırılmamış və sərəncamın verilməsindən artıq, 28 il müddət ötmüş və vətəndaş həmin vaxt tikilini vaxtında yerinə yetirmədiyi üçün həmin sərəncamın qüvvəsi itmişdir. Hüquqi qüvvəsini itirmiş inzibati aktın icrası və həmin akta dair hər hansı prosessual hərəkətlərin edilməsi mümkün deyil. Həmin akt 3 il müddətində tikintinin başa çatdırılmaması nəticəsində öz hüquqi qüvvəsini itirmişdir. Bundan əlavə olaraq Azərbaycan Respublikası “Yerli icra hakimiyyətləri” haqqında Əsasnamənin tələblərində torpaq sahələri üzrə yerləşmə cizgisi yerli icra hakimiyyəti orqanları tərəfindən verilmir. Belə ki, hazırki qanunvericiliyin tələbi ilə bu yerləşmə cizgisi artıq, texniki pasport şəklində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləriüzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publikhüquqi şəxsi (bundan sonra: AR İN yanında ƏMDK DƏDKR) tərəfindən verilir vəbununla bağlı vəzifə öhdəliyi daşıyır. Həmçinin 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan RespublikasınınTorpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həminMəcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, "müvafiq icra hakimiyyəti orqan"-nın səlahiyyətləri Azərbaycan RespublikasınınNazirlər Kabinetinin 1999-cu il 7 il iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"-nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsinə,habelə, işə əlavə olunmuş Bakı şəhəri 45 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan məktubda qeyd edilmişdir ki, İlham Ağayeevin oğlu, yəni hazırkı İddiaçı müraciətinə əsasən təqdim etdiyi sənədlərə əsasən xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlakla bapğlı vərəsəlik işi açılmışdır. İşə əlavə olunmuş arxiv materialarının surətlərinə əsasən müəyyən olnur ki, iddiaçıya Bakı şəhəri Cavabdeh başçısının "fərdi evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında" xx.xx.1996-cı il tarixli 633 nömrəli sərəncamı ilə Sahil qəsəsbəsi, Şimal keçidi, ev 16, mənzil 25 sakini X6 fərdi yaşayış evinin tikintisi məqsədi ilə Səngəçal qəsəbəsindən ayrılmış torpaq sahəsindən 600 kv.m torpaq sahəsi ayrılmışdır. İşin hazırkı mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı vərəsəsi olduğu mərhum atasına ayrılmış həmin torpaq sahəsinə dair cavabdeh yerli icra hakimiyyəti tərəfindən vaxtıilə torpağın yerini müəyyənləşdirməyə imkan verən plan-cizgisi və ya ayrıc aktı sərəncamla birlikdə tərtib olunub atasına verilmədiyindən, torpaq sahəsinə dair vərəsəlik hüququnu daşınmaz əmlakın dövlət reyestrində reallaşdıra bilmir. Halbuki, həmin vaxt (2001-ci ilə qədər) qüvvədə olmuş, 9 noyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsi nəzərdə tututudu ki, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək...; Həmin Məcəllənin 23-cü maddəsi isə nəzərdə tuturdu ki vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 1) respublika və zona proqnozlaşdırma sxeminin, torpaqların yaxşılaşdırılması proqnozlarının, eləcə də yer quruluşu sxemlərinin hazırlanmasını; 2) inzibati ərazi qurumları sərhədlərinin yerdə (naturada) müəyyən edilməsini; 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin orpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını...» Mübahisəli torpaq sahəsi ayrılarkən qüvvədə olan torpaq qanunvericiliyinin qeyd olunan tələbləri göründüyü kimi, mübahisəli sərəncamla torpaq sahəsi ayrılarkən, toraqayırma, yerquruluşu qaydalarına müvafiq olaraq öncə həyata keçirməli olduğu halda, cavabdeh bu qaydaya riayət etməmiş, torpağın naturada planı hazırlamamış, sanki ayrılmış torpağı görmədən və yerini müəyyən etmədən, təkcə, sərəncamı qəbul etməklə kifayətlənilmiş, hal-hazırda da həmin nöqsanının aradan qaldırılması istiqamətində vərəsənin torpağın cizgisini verilməsi barədə müraciətinin təmin edilməsindən əsassızolaraq imtina edir. Plan-cizginin yoxluğu isə həmin sərəncamla onun mərhum atasına ayrılan torpaq sahəsinin yerini, konfiqursiyası və ölçülərini dəqiqliyi ilə müəyyən olunmasını imkansız edir. Belə olan halda da = sərəncamla ayrılan torpağın əraziyə uyğunluğunun müəyyən edilməsini mümkünsüz etməklə yanaşı, həm də qeydiyyat orqanı, eləcə də məhkəmə tərəfindən yerində baxış keçirilməsini səmərəsiz edir. Halbuki, sərəncam qəbul edilərkən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında» Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına aid edilirdi (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür). Bundan sonra da qəbul olunmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndi isə nəzərdə tuturdu ki, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndi də nəzərdə tutur ki, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, cavabdeh, qanunvericiliyin qeyd olunan tələbləri ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, o cümlədən, qəbul etdiyi sərəncamla ayrılan torpaq sahəsinin plan cizgisini tərtib etməmiş və hal-hazırda da həmin cizginin verilməsindən imtina etməklə, iddiaçının həmin torpaq sahəsinə mövcud olan vərəsəlik hüququnu məhdudlaşdırır və onun “legitim gözlənti” hüququnu pozur. Ən azından, həm də cavabdeh orqan bilməlidir ki, istinad etdiyi torpaq kadastrının daşıyıcısı olan qeydiyyat qürumu torpaq ayıran orqan deyil, qərar və cizgi əsasında artıq ayrılmış torpaq sahşəsinin koordinat nöqətlərini yerində müəyyənləşdirib kadastr parametrlərini reyestrə daxil edən bir dövlət orqanıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.2-ci maddəsinin imperativ şəkildə müəyyən etdiyi qaydadadan da məhz görünür ki, torpaq sahəsinə dair hüququn qeydə alınması üçün həm də torpaq sahəsinin planı (cizgisi) mütləq təqdim edilməlidir. Torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən cizginiin tərtib etmək vəzifəsi isə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, məhz cavabdeh orqanın birbaşa vəzifəsi olmuşdur. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də onun apellyasiya şikayətinin torpaq sahəsinə dair plan-cizginin tərtib olunması yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Sərəncamın 3 il müddətində tikintinin başa çatdırılmaması nəticəsində öz hüquqi qüvvəsini itirdiyini bildirən dəlillərinə gəldikdə, birincisi, sərəncamın müvafiq bəndində qeyd olunan «fərdi yaşayış evinin tikintisinin 3 il ərzində başa çatdırılmasının iddiaçıyva tapşırılması» istinad olunan dəlilində ifadə olunan mənanı, yəni torpaq sahəsinin ayrılması barədə sərəncama xitam verilməsini ehtiva etmir. Ən azından ona görə ki, həmin ildə 16 iyul 1996-cı il 155-İQ №-li Qanunula artıq qəbul edilmiş «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsi nəzərədə tutur ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İkincisi, cavabdeh qəbul etdiyi həmin sərəncamla birlikdə torpağın plan-cizgisini vermək vəzifəsini yerinə yetirməyə borclu idi ki, iddiaçı da məhz həmin torpaqda tikinti işlərini reallaşdıra bilsin. Sözügedən plan-cmzginin verilməməsi üzündən iddiaçının hansı əngəlliklərə üzləşdiyi gözqabağındadır. Beləliklə də qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmənin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələnirən ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9890/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9890/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3996/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3996/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver