Məhkəmə qərarları › İş №2-1(103)-3996/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3996/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3996/2025 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair işi üzrə (Açar sözlər: pensiyanın yenidən hesablanması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeleyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) #.##.2024-cü il tarixli Əmək pensiyasının təyin edilməsi haqqında Qərarına əsasən İddiaçı Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş məlumat vərəqi əsasında, ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının sonunçu iş yeri olan Dövlət Sərhəd Xidməti tərəfindən tərtib edilərək cavabdehə göndərilmiş məlumat vərəqinə əsasən, hərbi rütbəsi: R olan, ##.##.1979-cu il təvəllüdlü İddiaçı təqvim üzrə xidmət illəri 24 il 10 ay; 2017-ci il # #### tarixinədək 16 il 10 ay 27 gün; 2017-ci il # #### tarixindən sonra 7 il 2 ay 3 gün; güzəştli xidmət illəri 2 il 14 gün; 2017-ci il # #### tarixinədək 2 il 14 gün; 2017-ci il # #### tarixindən sonra 0; Cəmi iş stajı və xidmət illəri 26 il 1 ay 14 gün, ondan 2017-ci il # #### tarixinədək 18 il 11 ay 11 gün; 2017-ci il # #### tarixindən sonra 7 il 2 ay 3 gün; Ehtiyata buraxıldığı tarix - ##.##.2024-cü il; Ehtiyata buraxılması üçün götürülmüş qanun və maddəsi 41,01 (Yaşa görə); vəzifə maaşı: 575.00 manat, rütbə maaşı; 124.00 manat, ərzaq payı əvəzinə pul kompensasiyası; 64.00 manat; xidmət illərinə görə əlavə 30%, 209.70 manat; DSX-ya xdmətə görə əlavə 10%, 57.50 manat; məharət (ixtisas) dərəcəsinə görə əlavə 25%, 143,75 manat; vəzifə maaşına əlavə 20%, 115.00 manat; xüsusi qulluq şəraitinə görə 10%, 57,50 manat; cəmi təminat xərcliyi 1346,45 manat qeyd edilmişdir. İddiaçı ##.##.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək yaşa görə 5% əlavə nəzərə alınaraq, pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli Əmək pensiyasının hesablanması haqqında məktubunda bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” ## ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən, “Bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxan hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala təqdim edilmiş məlumat vərəqinə əsasən sizə # ######## 2024-cü il tarixindən Qanunun 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 26 il, 1 ay 14 gün xidmət müddətinizə (24 il 1 ay təqvimi xidmət ili, 2 il 14 gün güzəştli xidmət ili) görə təminat xərcliyinizin (1346,45 manat) 62,17 faizi (20 il üçün 50 faiz, 6 il üçün 12 faiz, 1 ay üçün 0,17 faiz) - 837,09 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Eyni zamanda bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 39.1.2-ci maddəsinin # ###### 2024-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, Rlər və Rlar üçün həqiqi hərbi xidmətdə olmanın son yaş həddi 48 yaşdır. Qeyd olunanlara əsasən, hərbi xidmətdən tərxis olduğunuz # ######## 2024-cü il tarixinə yaşınız 48-dən az - 45 olduğu üçün əmək pensiyanızın hesablanması zamanı yaşa görə 5 faiz əlavənin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri qanunsuz hesab edilməsini və əmək pensiyasının hesablanması zamanı yaşa görə 5 faiz əlavənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 0# ######## 2024-cü il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Cavabdeh inzibati orqanın hərəkətləri eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olmuşdur. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan əmək pensiyasının təyin olunmasından imtina etməyib ona pensiva təyin edib, amma həmin pensiyanı təyin edərkən qanunvericiliyin tələblərini və işin bütün hallarını nəzərə almaması, həmçinin digər şəxslərə münasibətdə qanun müvafiq normalarını tətbiq edib iddiaçı vətəndaşa münasibətdə tətbiq etməməsi mütənasiblik prinsipinin pozulmasıdır. Belə ki, inzibati orqan öz vəzifə səlahiyyətlərini digər vətəndaşlara münasibətdə icra edib, ona münasibətdə mütənasib şəkildə icra etməyib. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, Mərkəzi Filial tərəfindən ##.##.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim edilmiş məlumat vərəqinə əsasən ona # ######## 2024-cü il tarixindən Qanunun 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 26 il 1 ay 14 gün xidmət müddətinə (24 il 1 ay təqvimi xidmət ili, 2 il 14 gün güzəştli xidmət ili) görə təminat xərcliyinin (1346.45 manat) 62,17 faizi (20 il üçün 50 faiz, 6 il üçün 12 faiz, 1 ay üçün 0,17 faiz) - 837.09 manat məbləğində hərbi qulluqçu kımı güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilərək ödənilir. Bundan başqa iddiaçı ##.##.2025-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək pensiyasının hesablanması zamanı yaşa görə 5 faiz əlavənin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoymağı xahiş etmişdir. Bildirirlər ki, “Hərbi qulluqçuların statusu haqqında", “Hərbi xidmətkeçmə haqqında" Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” ## ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən, “Bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir”. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il ####un #-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2018-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (3 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (3x2) təminat xərcliyinin 6 faizi; -natamam ildəki iş stajı aylarının sayına (10 ay) mütənasib olaraq təminat xərcliyinin 1,66 faizi. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi. 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Eyni zamanda bildirirlər ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 39.1.2-ci maddəsinin # ###### 2024-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, Rlər və Rlar üçün həqiqi hərbi xidmətdə olmanın son yaş həddi 48 yaşdır. Qeyd olunanlara əsasən, ##.##.1979-cu il təvəllüdlü İddiaçı təminat xərcliyinin 55 faiz dərəcəsinə uyqun olaraq pensiyasının yenidən hesablanmasını xahiş etməsinə baxmayaraq, iddiaçının hərbi xidmətdən tərxis olduğu # ######## 2024-cü il tarixində 45 yaşı olduğu üçün və qanunvericiliklə tələb olunan yaş həddi 48 olduğundan əmək pensiyasının hesablanması zamanı yaşa görə 55 faiz dərəcəsinə uyğun təminat xərcliyinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərarı ilə (hakim Bəhlul Cəlalov) iddia təmin edilmiş, İddiaçı təyin olunmuş pensiyanın yaşa görə 5% əlavə nəzərə alınmaqla yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2-1(112)-9394/2025-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017ci il ####un #-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2018-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (3 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (3x2) təminat xərcliyinin 6 faizi; -natamam ildəki iş stajı aylarının sayına (10 ay) mütənasib olaraq təminat xərcliyinin 1,66 faizi. Müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxan hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim edilmiş məlumat vərəqinə əsasən iddiaçıya # ######## 2024-cü il tarixindən Qanunun 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 26 il, 1 ay 14 gün xidmət müddətinə (24 il 1 ay təqvimi xidmət ili, 2 il 14 gün güzəştli xidmət ili) görə təminat xərcliyinin (1346,45 manat) 62,17 faizi (20 il üçün 50 faiz, 6 il üçün 12 faiz, 1 ay üçün 0,17 faiz) - 837,09 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Eyni zamanda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 39.1.2-ci maddəsinin # ###### 2024-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, Rlər və Rlar üçün həqiqi hərbi xidmətdə olmanın son yaş həddi 48 yaşdır. Qeyd olunanlara əsasən, hərbi xidmətdən tərxis olduğu # ######## 2024-cü il tarixinə yaşı 48-dən az - 45 olduğu üçün əmək pensiyasının hesablanması zamanı yaşa görə 5 faiz əlavənin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Yuxarıda qeyd olunanlara əsasən, qanunvericilik təqvim ili əsasında pensiyaya çıxma ilə yaşa və ya əlilliyə görə pensiyaya çıxma halını fərqləndirir. Yəni iddiaçıya pensiya təyin olunması zamanı ilkin olaraq qanunvericiliklə nəzərdə tutulan yaş həddinə – 65 yaşa çatıb, yaşa görə və ya əlilliyə görə pensiyaya çıxıb-çıxmaması məsələsinə baxılmışdır. İddiaçı yaşa görə pensiyaya çıxmadığından eləcə də, əlilliyə görə pensiya almadığından iddiaçıya qanunvericiliklə nəzərdə tutulan güzəşt kimi Qanunun 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən təqvim illərinə uyğun pensiya təyinatı aparılmışdır. Normanın mahiyyəti ondan ibarətdir ki, hərbi qulluqçulara güzəşt məqsədi ilə onlara pensiyaya çıxma yaşı kimi 65 yaşdan çıxmaq əvəzinə onlara təqvim ili əsasında pensiyaya çıxma üstünlüyü tanıyır. Yəni qanunvericilik “yaşa görə” pensiyaya çıxmaq dedikdə, pensiyanın növlərindən biri olan “yaşa görə pensiya” növünə uyğun olaraq 65 yaş həddi nəzərdə tutulmuşdur. Lakin qeyd olunanlara baxmayaraq, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında əvvəlki Qanunun keçid müddəasına istinad olunsa da, inzibati orqan tərəfindən təyinat aparılarkən Qanunun # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya təyin edilmişdir. Yəni, hərbi xidmətdən buraxılanadək 20 təqvimili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əmək pensiyasının təyin olunması qaydasına uyğun olaraq, iddiaçıya pensiya təyin olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5. və 9.5.1-ci maddələrinin tələblərinə əsasən hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır (2024-cü ilin ######ın #-dən qüvvədə olan redaksiyası). İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini və əmək pensiyasının hesablanması zamanı yaşa görə 5 faiz əlavənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hərbi xidmətdən yaşa görə ehtiyata buraxılmış və cavabdeh orqan da iddiaçıya yaşa görə güzəştli şərtlərlə hərbi qulluqçu kimi pensiya təyin etmişdir. Belə olan halda, ##.##.2023-cü il tarixli, № ****-VIQD nömrəli “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanunun Keçid müddəalarının 5.2-ci bəndinə görə, iddiaçının pensiyası hesablanarkən, Əmək pensiyaları haqqında” Qanunun 20.1.14-cü maddəsinin #.##.2024-cü il tarixədək qüvvədə olan redaksiyası tədbiq edilməli və iddiaçının 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50% deyil, 55%-i hesablanmalıdır. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “... iddiaçıya pensiya təyin olunması zamanı ilkin olaraq qanunvericiliklə nəzərdə tutulan yaş həddinə – 65 yaşa çatıb, yaşa görə və ya əlilliyə görə pensiyaya çıxıb-çıxmaması məsələsinə baxılmışdır. İddiaçı yaşa görə pensiyaya çıxmadığından eləcə də, əlilliyə görə pensiya almadığından iddiaçıya qanunvericiliklə nəzərdə tutulan güzəşt kimi Qanunun 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən təqvim illərinə uyğun pensiya təyinatı aparılmışdır. Normanın mahiyyəti ondan ibarətdir ki, hərbi qulluqçulara güzəşt məqsədi ilə onlara pensiyaya çıxma yaşı kimi 65 yaşdan çıxmaq əvəzinə onlara təqvim ili əsasında pensiyaya çıxma üstünlüyü tanıyır. Yəni qanunvericilik “yaşa görə” pensiyaya çıxmaq dedikdə, pensiyanın növlərindən biri olan “yaşa görə pensiya” növünə uyğun olaraq 65 yaş həddi nəzərdə tutulmuşdur. Lakin qeyd olunanlara baxmayaraq, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında əvvəlki Qanunun keçid müddəasına istinad olunsa da, inzibati orqan tərəfindən təyinat aparılarkən Qanunun # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya təyin edilmişdir. Yəni, hərbi xidmətdən buraxılanadək 20 təqvimili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əmək pensiyasının təyin olunması qaydasına uyğun olaraq, iddiaçıya pensiya təyin olunmuşdur.”. Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçı Dövlət Sərhəd Xidmətindən ##.##.2024-cü il tarixdə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən cavabdehə göndərilən məlumat vərəqində 26 il 1 ay 14 gün xidmət müddəti (24 il 1 ay təqvimi xidmət ili, 2 il 14 gün güzəştli xidmət ili) qeyd edilmişdir. Cavabdeh iddiaçıya pensiya hesablayarkən Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olan redaksiyasını tədbiq edərək təminat xərcliyinin (1346.45 manat) 62,17 faizi (20 il üçün 50 faiz, 6 il üçün 12 faiz, 1 ay üçün 0,17 faiz) - 837.09 manat məbləğində pensiya təyin etmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı yaşa görə hərbi xidmətdən ehtiyata buraxıldığına görə 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 55 %, yəni hazırda cavabdehin hesabladığı məbləğə 5% əlavə edilməklə pensiyanın yenidən hesablanmasına yönəlmişdir. Cavabdeh isə bildirir ki, iddiaçı yaşa görə deyil, staja görə ehtiyata buraxıldığına görə, 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50% miqdarında hesablandığından yaşa görə 5% əlavənin iddiçıya tədbiq edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (# ###### 2024- cü il tarixinədək qüvvədə olan redaksiyası) 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxan hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Normanın məzmunundan göründüyü kimi, 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyi 50% miqdarında hesablanır. Bu qayda, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi miqdarında hesablanır. Hazırkı mübahisə, normanın məzmununda olan 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinə 50%, yoxsa 55%-in hesablanması ilə bağlıdır. ##.##.2023-cü il tarixli, № ****-VIQD nömrəli “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanun qəbul edilmiş və həmin Qanun 2024-cü ilin ######ın #-dən qüvvəyə minmişdir. X3 müddəaları adlanan 5-ci maddəsi: 5.1. Bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. 5.2. Bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5. və 9.5.1-ci maddələrinin tələblərinə əsasən hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır (2024-cü ilin ######ın #-dən qüvvədə olan redaksiyası). Sadalanan normalardan göründüyü kimi, 2024-cü ilin ######ın #-dək hərbi qulluqçunun 20 təqvim ili tamam olduqda onun xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. 2024-cü ilin ######ın #-dən qüvvəyə minmiş ##.##.2023-cü il tarixli, № ****-VIQD nömrəli Qanunla hərbi qulluqçunun ehtiyata buraxılması üçün nəzərdə tutulmuş təqvim ili 20-dən 25-ə qaldırılmışdır. Lakin X3 müddəalarına əsasən Qanunun qüvvəyə mindiyi tarixədək (#.##.2024) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, həmçinin 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxılan hərbi qulluqçuların pensiyasının hesablanmasında "Əmək pensiyaları haqqında” #.##.2024-cü il tarixədək qüvvədə olan normalarının tədbiq edilməsi nəzərdə tutulmuşdur. İddiaçının təqvim xidmət illəri 24 il, 1 ay, yəni ehtiyata buraxıldığı tarixə 20 ildən çoxdur. Belə olan halda, ##.##.2023-cü il tarixli, № ****-VIQD nömrəli Qanunun Keçid müddəalarının 5.2-ci bəndinə görə, iddiaçının pensiyası hesablanarkən "Əmək pensiyaları haqqında” Qanunun 20.1.14-cü maddəsinin #.##.2024-cü il tarixədək qüvvədə olan normaları tədbiq edilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı yaşa görə ehtiyata buraxılmayıb. Halbuki, iş matereallarında olan Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçı barəsində tərtib olunmuş məlumat vərəqəsindən müəyyən edilir ki, iddiaçı 2024-cü il ərzində Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda) əsasən ehtiyata buraxılmışdır. Məhkəmə tərkibinin müvafiq sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin ##.##.2026-cı il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu ehtiyatda olan R İddiaçı ehtiyata buraxılanadək 45 yaşını tamamladığına görə 2024cü ilin yanvar ayının 1-dək qüvvədə olan normalar tətbiq edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin müavini – X9 ##.##.2024-cü il tarixli, 675 ş/h №-li əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş hədinə çatdıqda) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə ## ###### 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununun 5.1-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixədək "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. Həmçinin məhkəmə tərkibinin müvafiq sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin ##.##.2026-cı il tarixli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı “yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş hədinə çatdıqda” əsası ilə ehtiyyata buraxılmışdır. Həmçinin məhkəmə tərkibi tərəfindən cavabdeh inzibati orqandan iddiaçının pensiya işi tələb edilərək baxış keçirilmiş və müəyyən edilmişdir ki, “ehtiyyata və ya istefaya buraxılmaı üçün əsas götürülmüş qanun və maddəsi” qrafasının qarşısında “41.0.2/yaşa görə” qeydləri aparılmışdır. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçı hərbi xidmətdən yaşa görə ehtiyata buraxılmış və cavabdeh orqan da iddiaçıya yaşa görə güzəştli şərtlərlə hərbi qulluqçu kimi pensiya təyin etmişdir. Belə olan halda, iddiaçının pensiyası hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.14-cü maddəsinin 0#.##.2024-cü il tarixədək qüvvədə olan redaksiyası tədbiq edilməli və iddiaçının 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50% deyil, 55%-i hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar