Məhkəmə qərarları › İş №2-1(103)-3997/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3997/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3997/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; inzibati mübahisənin mövcud olmaması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X8 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi ilə, İddiaçı kiçik müəssisəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qanunsuz zəbtdən azad olunma üçün müvafiq tədbirlərin görülməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2101/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Qaradağ Rayonu icra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 845 saylı sərəncamına əsasən Lökbatan qəsəbəsi, 2-ci yaşayış massivində maşınlara pullu dayanacaq xidməti göstərilməsi məqsədilə "xxxx" kiçik müəssisəsinə (bundan sonra – iddiaçı) 50×40 m ölçüdə torpaq sahəsinin ayrılması qərara alınmışdır.

2. Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 440 nömrəli Sərəncamından görünür ki, Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1100 nömrəli Sərəncamında dəyişiklik edilmiş və həmin sərəncamın aşağıdakı redaksiyada oxunması qərara alınmışdır: “Nizami-AS” kiçik müəssisəsinin xx.xx.1997-ci il tarixli, 55 nömrəli və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli, 5/03 nömrəli məktubları nəzərə alınaraq, Qaradağ Rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsindəki 23-cu məhəllə “Nizami-AS” kiçik müəssisəsinə xidmət mərkəzinin layihələşdirilməsi və tikintisi üçün 0.2 hektar torpaq sahəsi ayrılsın.

3. İşdə olan Qaradağ Rayon Lökbatan Bələdiyyəsinin (bundan sonra – cavabdeh) xx.xx.2022-ci il tarixli 06/74 nömrəli məktubundan da görünür ki, ünvan 1 ünvanında iddiaçı X4 istifadəsində olan torpaq sahəsi Lökbatan bələdiyyəsinin 20 sentyabr 2000-ci il tarixdə təsdiq edilmiş xəritəsində yerləşir.

4. 1 X16 Məhkəməsinin icrataında olmuş 2-(81)-853a/2009 nömrəli iş üzrə əldə edilərək hazırkı iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı "xxxx" kiçik müəssisəsi cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq 200 000 manat məbləğində maddi ziyanın, 50 000 manat məbləğində əldən çıxmış faydanın, 200 000 manat məbləğində şərəf və ləyaqətə və işgüzar nüfuza vurulmuş zərərin, cəmi 450 000 manat məbləğində pulun cavabdehdən tutularaq "xxxx" kiçik müəssisəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti "xxxx" kiçik müəssisəsinə qarşı qarşılıqlı iddia verərək dövlət qulluqçularının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən böhtan xarakterili məlumatları yazdıqlarına görə 500 000 manat mənəvi ziyanın tutulması, "xxxx" kiçik müəssisəsinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsi, 23-cü məhəllədə ona ayrılmış 0,2 ha torpaq sahəsindən əlavə olaraq 19,6 sot torpaq sahəsini zəbt etməsini və həmin ərazidə aparılan tikintinin qanunsuz hesab edilməsi, həmin tikintinin cavabdehin hesabına sökülməsi və oradan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. - Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti "xxxx" kiçik müəssisəsinə qarşı qarşılıqlı iddia verərək dövlət qulluqçularının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən böhtan xarakterili məlumatları yazdıqlarına görə 500 000 manat mənəvi ziyanın tutulması, "xxxx" kiçik müəssisəsinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsi, 23- cü məhəllədə ona ayrılmış 0,2 ha torpaq sahəsindən əlavə olaraq 19,6 sot torpaq sahəsini zəbt etməsini və həmin ərazidə aparılan tikintinin qanunsuz hesab edilməsi, həmin tikintinin cavabdehin hesabına sökülməsi və oradan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədn xahiş etmişdir. - 10458 nörməli xx.xx.1998-ci il tarixli inşaat pasportundan görünür ki, Nizami AS kiçik müəssisəsinə qeyd olunan sərəncamlar əsasında 0.2 ha torpaq sahəsinə dair xx.xx.1998ci il tarixli 98/181 nömrəli ayrıc aktı verilmişdir. - Bakı Şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli, 18/038/3565 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, «Nizami-AS» kiçik müəssisəsinin təsisçisi xanım Ç.Sadıqova xidmət mərkəzinin layihəsinin təsdiq edilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə xx.xx.2008-ci il tarixli, 45 saylı məktub ilə müraciət etmişdir. Müraciətə, xx.xx.2008-ci il tarixli, 18/04-299 saylı məktubla cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş layihədəki baş planın qabaritləri ayrıc aktından kənara çıxdığından, razılaşdırıla bilməz. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsindən daxil olan 18/03-8/4258 №-li xx.xx.2008-ci il tarixli məktubdan görünür ki, "xxxx" kiçik müəssisəsi tərəfindən 10458 nömrəli İnşaat Pasportunun tərkibindəki xx.xx.1998-ci il tarixli 98/181 №-li Ayrıc Aktında göstərilən ölçülərdən kənara çıxaraq əlavə torpaq sahəsi zəbt olunmuş, eyni zamanda tikintinin layihəsi müvafiq qaydada Memarlıq və Şəhərsalma Baş İdarəsində təsdiq edilmədən özbaşına tikinti işləri aparılmışdır. - 16 fevral 2009-cu il tarixli 6780/81 №-li ekspert rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 1100 saylı və xx.xx.1998-ci il tarixli 440 saylı sərəncamlarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsi, 23-cü məhəllədə iş üzrə iddiaçı qismində olan Nizami AS kiçik müəssisəsinə avtomobillərə xidmət kompleksinin layihələşdirilməsi və tikintisi üçün ayrılmış 0.2 ha (2000 kv.m) torpaq sahəsində tikintisi tam başa çatmamış iki mərtəbə səviyyəsində dəmir-beton konstruksiyalı qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinə yaxın məsafədə yerləşən digər qeyri-yaşayış sahəsinin xx.xx.1998-ci il tarixli 10458 sayı inşaat pasportunun ayrıc aktında göstərilən 0.2 ha torpaq sahəsinin sərhədləri daxilində inşa olunduğu müəyyən edilir. Tədqiq olunan torpaq sahəsində digər mövcud olan müvəqqəti xarakterli tikililərin "xxxx" MMC tərəfindən 2008-ci il tarixdə tərtib olunmuş eskiz layihəsinin baş planında göstərilən ümumi torpaq sahəsinin yanğından mühafizə yolunan hüdudları daxilində inşa olunduğu müəyyən edilir.

5. Azərbaycan Respublikası 1 X16 Məhkəməsinin 2-(81)-853a//2009 nömrəli xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, 16 fevral 2009-cu il tarixli 6780/81 №-li ekspert rəyində göstərilən ümumi torpaq sahəsinin yanğından mühafizə yolunun hüdudları daxilində inşa olunan müvəqqəti xarakterli tikililər və onların yerləşdiyi torpaq sahəsinin zəbt olunması qanunsuz hesab edilmiş, həmin tikili "xxxx" kiçik müəssisəsinin hesabına sökülməsi və "xxxx" kiçik müəssisəsinin oaradan çıxarılması, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Kollegiyasının 03 iyun 2009-cu il tarixli, 2-1(103)-241/2009 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı – "xxxx" kiçik müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 17 mart 2009-cu il tarixli 2-(81)-853a/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2-1(102)-268/09 saylı qərarı ilə iddiaçı "xxxx" kiçik müəssisəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 03 iyun 2009cu il tarixli, 2-1(103)-241/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Baki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-21341/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.2 ha olsa da, faktiki olaraq hasardaxili 0.3871 ha təşkil edir. Torpaq sahəsi üzərində tikintialtı sahəsi 968.0 kv.m olan qeyri-yaşayış təyinatlı tikililər mövcuddur. Faktiki torpaq sahəsinin şimal hissəsindən 6.0 kVt-lıq yüksək gərginlikli elektrik xətti keçir (torpaq sahəsinin və üzərində olan tikilinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür). Qeyd olunanlarla bağlı torpaq sahəsinin koordinatlarını əks etdirən izahlı sxem əlavə olundu. Təqdim edilmiş Ayrıc Aktında göstərilən istinad məsafələri ilə faktiki torpaq sahəsinin yerləşməsində uyğunsuzluqlar mövcuddur. Lakin həmin istinadları nəzərə alsaq torpaq sahəsinin az bir hissəsi istisna olmaqla ümumi ərazi daxilində yerləşir və ərazidə mövcud olan tikilinin bir hissəsi ayrıc aktından kənara düşür. Həmçinin təqdim edilmiş inşaat pasportunda göstərilən istinad divarlarından olan məsafələrlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş inşaat pasportunda İddiaçı kiçik müəssisəsinə ayrılmış 0.2 ha torpaq sahəsi qərb tərəfdən sərhəddi yəni inşaat pasportunda göstərilən A və Q nöqtələri qonşu sahənin hasarına bitişikdir. Şərq tərəfdən isə çoxmərtəbəli (beş) yaşayış binasından 70 m məsafədə qeyd edilmişdir. İddiaçı kiçik müəssisəsinə ayrılmış 0.2 ha torpaq sahəsinin koordinatlarını qərb tərəfdən mövcud hasardan götürdükdə şərq tərəfdən çoxmərtəbəli (beş) yaşayış binasından olan 70 m məsafə pozulur. Əksinə koordinatları şərq tərəfdən çoxmərtəbəli (beş) yaşayış binasından 70 m götürdükdə qərb tərəfdə hasara münasibətdə uyğunsuzluq yaranır. Bu səbəbdən təqdim edilmiş sənədlərdə qeyd edilən 0.2 ha sahənin dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. İddiaçı kiçik müəssisəsinə ayrılmış 0.2 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Təqdim edilmiş sərəncama və inşaat pasportuna əsasən İddiaçı kiçik müəssisəsinə 0.2 ha torpaq sahəsi ayrılsa da, faktiki olaraq sahə hasardaxili 0.3871 ha təşkil edir. Əlavə 0.1871 ha torpaq sahəsi istifadə edilir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi sahənin və üzərindəki tikililərin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin qeydiyyatı və üst-üstə düşmə ilə bağlı məlumat aşkar edilməmişdir.

9. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********26 nömrəli məktubu ilə təqdim edilmiş hüquqmüəyyənedici səndələrdən görünür ki:

10. Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyətinin 1619 nömrıli xx.xx.1992-ci il tarixli sərıncamına əsasən Bakı şəhərı, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, yeni yaşayış massivi, 1594-cü keçidində radio-televiziya cihazları təmiri emalatxanasının tikintisinə razılıq verılmiş, göstərilən emalatxanada rayon icra hakimiyyəti tərəfindən A-007717 sayında Abdulov Oqtay lal oğluna verilmiş lisenziya əsasında radio-televiziya cihazlarının təmiri üzrə xidmət göstərilməsi nəzərdə tutulmuşdur. - 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 1981/2018 saylı qərarı ilə Qaradağ rayon İcra Hakimiyyətinin 02 dekabr 1992-ci il tarixli 1619 saylı sərəncamında qeyd edilan Abdulov Oqtay llal oğlunun hazırkı iş üzrə iddiaçı X10 olması (şəxsiyyət vəsiqəsi AZE № ********) nəzərə alınmaqla, həmin sərəncamla tikintisinə icazə verilmiş, memarlıq planlaşdrıma bölməsi lisenziya əsasında fəaliyyət göstərən X9 tərəfindən hazırlanmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin (iaşə obyektının) iddiaçı X7 adına hüquqi qeydiyyata alınaraq buna daır reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. -1307643 nömrəli, RX seriyalı çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, 1M ünvanında yerləşən ümumi sahəsi 89.9 kvadrat metr olan **********92-06301 reyestr nömrəli qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququ X7 adına xx.xx.2018-ci ildə **********92-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı kiçik müəssisəsi cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Ticarət küçəsindəki, 23-cü məhəllə ünvanında yerləşən "Nizami-AS" KM-nə ayrılmş ərazinin yanğın təhlükəsizliyinə xidmət üçün nəzərdə tutulan zolağın qanunsuz zəbtdən azad olunması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsinin cavabdeh Qaradağ rayon Lökbatan bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 845 saylı sərəncamına əsasən Lökbatan qəsəbəsi, 2-ci yaşayış massivində maşınlara pullu dayanacaq xidməti göstərilməsi məqsədi ilə rəhbəri olduğu "xxxx" kiçik müəssisəsinə 50x40 m. ölçüdə torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 may 1998-ci il tarixli, 440 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1100 saylı sərəncamında dəyişiklik edilmiş və həmin sərəncamda “Nizami-AS” kiçik müəssisəsinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsindəki 23-cü məhəllədə "xxxx" kişik müəssisəsinə xidmət mətkəzinin lahiyələşdirlməsi və tikintisi üçün 0,2 ha torpaq sahəsi ayrılmışdır. Müəssisə tikililərinin yanğın çıxışları üçün nəzərdə tutulan ərazilərin qanunsuz yolla zəbt edilərək çıxış məhdudiyyəti yarandığından aidiyyatı üzrə Fövqəladə Hallar Nazirliyinə müraciət edilmişdir. FHN-nin əməkdaşları əraziyə baxış keçirmiş və haqlı olduğunu müəyyən etməklə müvafiq tədbirlərin görülməsi üçün Qaradağ RİH-nə müraciət etmişlər. İddiaçı özü də müəssisə rəhbəri kimi Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Şikayəti təmin edilmədiyindən Qaradağ RİHnin hərəkətlərindən Bakı İnziabti Məhkəməsinə müraciət etmişdir. Məhkəmə zamanı cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək ərazilərin Cavabdehnə aid olduğunu əsas gətriməklə cavabdehliyi bələdiyyənin daşıdığını bildirmişdir. Bakı İnzibat Məhkəməsi Qaradağ RİH-nin xx.xx.2022-ci il tarixli 3/25 nömrəli məktubuna istinad etməklə torpaq sahəsinin Lökbatan bələdiyyəsinin təsdiq edilmiş xəritəsində yerləşdiyni əsas göstərməklə xx.xx.2022-ci il tarixli, 2-1(112)-5956/2022 saylı qərardadı ilə iddianı mümkün saymamışdır. Bundan sonra ərizə ilə Qaradağ rayonu, Lökbatan bələdiyyəsinə müraciət etmişdir. Qaradağ rayon Lökbatan bələdiyyəsi də heç bir tədbir görmədiyindən iddiaçı yenidən inzibati məhkəməyə müraciət etməli olmuşdur.

13. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 845 №-li 08 iyun 1994-cü il tarixli sərəncamı ilə qəsəbənin 2-ci yaşayış massivində maşınlara pullu dayanacaq xidməti göstərilməsi məqsədi ilə "xxxx" kiçik Müəssisəsinə 50*40 ölçüdə torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 440 №-li 15 may 1998-ci il tarixli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin 25 sentyabr 1997-ci il tarixli 1100 №-li sərəncamına dəyişiklik edilərək göstərilmişdir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi Ticarət küçəsindəki 23-cü məhəllədə "xxxx" kiçik Müəssisəsinə xidmət mərkəzinin layihələşdirilməsi üçün 0.2 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, qeyd olunan ilkin sərəncamlarda avtomobillərə pullu dayanacaq xidməti göstərilməsi digər sərəncamda isə xidmət mərkəzinin layihələşdirilməsi göstərilmişdir. Bu sənədlərdən aydın olur ki, qeyd olunan torpaq sahəsi avtomobillərə pullu dayanacaq xidməti göstərilməsi məqsədi ilə ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1100 №-li 25 sentyabr 1997-ci il tarixli sərəncamının 2.5-ci bəndində də qeyd olunub ki, torpaq sahəsi ayrılmış məqsəd üçün istifadə olunsun. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma Baş idarəsi şəhər ərazisinin Tikinti idarəsinin, Bakı şəhərinin Baş Memarı E.Qasımzadənin 30 iyul 1998-ci il tarixində təsdiq etdiyi Lökbatan qəsəbəsi Ticarət küçəsindəki 23-cü məhəllədə xidmət mərkəzinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmasına dair 10458 №-li inşaat pasportunun 4-cü bəndində ayrılan sahəni əhatə edən ərazi tikinti və qurğular öz əksini tapmışdır. Belə ki, sahə şimaldan 13 metr aralı ticarət küçəsi tərəfdən, şərqdən və cənubdan boş sahələr ilə qərbdən daş hasarla əhatə olunur. Qeyd olunan inşaat pasportunun 14-cü bəndində memarlıq planlaşdırma göstərişlərinin müddəti nəzərdə tutulmuşdur, həmin bəndə əsasən memarlıq və planlaşdırma göstərişləri 2 (iki) il müddətində etibarlıdır. Sözügedən inşaat pasportunun 15-ci qeyd bəndində göstərilmişdir ki, 2 (iki) il müddətində torpaq sahəsindən inşaat pasportunda qeyd edilmiş məqsəd üçün istifadə olunmadıqda Azərbaycan Respublikasının torpaq məcəlləsinin 32-ci maddəsinin 8-ci bəndinə əsasən ayrılmış torpaq sahəsi geri alınır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 idarəsi normallaşdırmaya və tikintilərə nəzarət şöbəsinin NTNŞ 1274 №-li 26 iyun 1998-ci il tarixli rəyinin, 4-cü bəndinə əsasən rəyin qüvvədə qalma müddəti 2 (iki) ildir. Daha sonra ayrılmış torpaq sahəsinin təhvil verilməsinə dair 29 iyun 1998-ci il tarixli aktda 2 şəxsin imzaları ilə təsdiq edilmiş (digər 2 şəxsin imzası yoxdur) aktla torpaq sahəsini sərhədləri göstərilmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsini müəyyən edilmiş sərhədlər daxilində deyil, daha çox ərazini qeyri- qanuni zəbt edərək tikinti işləri aparmışdır. İddiaçının iddia etdiyi keçmiş Ticarət indiki Vilayət Əsgərov küçəsi ilə iddiaçının zəbt etdiyi torpaq sahəsi üzərində inşa etdiyi tikili arasında məsafə hal hazırda piyadaların gediş-gəliş üçün nəzərdə tutulmuş səkiyədək olan məsafə müvafiq olaraq 16,14 və 9 metrdi. Eyni zamanda ayrılmış torpaq sahəsinin faktiki ölçüləri 50×40 ölçüdə deyil 75×61 m² yəni 4575 m² uyğundur. Göründüyü kimi iddiaçı ona ayrılmış sərhədləri keçərək, torpaq sahəsini Ticarət (indiki V.Əsgərov) küçəsinə tərəfdən də zəbt edərək qeyri-qanuni tikinti işləri aparmışdır, İstinad nöqtəsi kimi küçə tərəfdən nəzərdə tutulan 13 metr məsafənin 4 metri də iddiaçı tərəfindən zəbt edilmişdir. 1 X16 Məhkəməsinin 2(81)-853a/2009 №-li Qətnaməsində göstərilib ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti "xxxx" kiçik müəssisəsinə qarşı qarşılıqlı iddia verərək dövlət qulluqçularının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən böhtan xarakterili məlumatları yazdıqlarına görə 500 000 manat mənəvi ziyanın tutulması, "xxxx" kiçik müəssisəsinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsi, 23-cü məhəllədə ona ayrılmış 0,2 ha torpaq sahəsindən əlavə olaraq 19,6 sot torpaq sahəsini zəbt etməsini və həmin ərazidə aparılan tikintinin qanunsuz hesab edilməsi, həmin tikintinin cavabdehin hesabına sökülməsi və oradan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəməd xahiş etmişdir. Qaradağ rayon İcra Hakimiyyəti qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 440 saylı sərəncamından 10 ilə yaxın keçməsinə baxmayaraq, "xxxx" kiçik müəssisəsi sərəncamın tələblərini pozaraq tikinti işlərinə 2008-ci ildə başlamışdır. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 224a xx.xx.2006-cı il tarixli sərəncamı ilə Qaradağ rayonu ərazisində qanunsuz tikililərə qarşı mübarizə komissiyası yaradılmışdır. Komissiyanın Lökbatan qəsəbəsində növbəti reydi zamanı və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə müraciəti əsasında "xxxx" kiçik müəssisəsinə dəfələrlə xəbərdalığına baxmayaraq "xxxx" kiçik müəssisəsi tikinti işlərinin aparılmasını davam etdirmişdir. "xxxx" kiçik müəssisəsi onun üçün ayrılmış 0,2 ha torpaq sahəsindən qanunsuz kənara çıxaraq əlavə 19,6 sot torpaq sahəsini özbaşına zəbt etmiş və həmin sahədə qanunşuz tikinti işləri aparmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1100 saylı sərəncamı ilə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997- ci il tarixli 5/03 №-li məktubu nəzərə alınaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsi, 23-cü məhəllədə yerləşən "xxxx" kiçik avtomobillərə xidmət kompleksinin layihələndirilməsi ayrılmışdır. Müəssisəsinə və tikintisi üçün torpaq sahəs iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci tarixli 440 il saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1100 saylı sərəncamına düzəliş verilərək, həmin torpaq sahəsinin 0,2 ha olması göstərilmişdir. İlk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 10458 №-li xx.xx.1998-ci il tarixli İnşaat Pasportundan görünür ki, "xxxx" kiçik müəssisəsinə qeyd olunan sərəncamlar əsasında 0,2 ha torpaq sahəsinə dair xx.xx.1998-ci il tarixli 98/181 №-li Ayrıc Aktı verilmiş, Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi Normalaşdırmaya və Tikintilərə Nəzarət Şöbəsindən 1279 №-li xx.xx.1998ci il tarixli müsbət rəy alınmışdır. Lakin, məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsindən daxil olan 18/03-8/4258 №-li xx.xx.2008-ci il tarixli məktubdan görünür ki, "xxxx" kiçik müəssisəsi tərəfindən 10458 №-li İnşaat Pasportunun tərkibindəki xx.xx.1998ci il tarixli 98/181 №-li Ayrıc Aktında göstərilən ölcülərdən kənara çıxaraq əlavə torpaq sahəsi zəbt olunmuş, eyni zamanda tikintinin layihəsi müvafiq qaydada Memarlıq və Şəhərsalma Baş İdarəsində təsdiq edilmədən özbaşına tikinti işləri aparılmışdır. İlk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən "xxxx" MMC tərəfindən tərtib edilən eskiz layihəsindən də görünür ki, həmin layihə lazımi qaydada Memarlıq və Şəhərsalma Baş İdarəsində təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrırmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 728 №-li xx.xx.2000-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş «Bakı şəhərində torpaq sahələrinin ayrılması və geri alınması, tikinti (yenidənqurma və bərpa) işlərinə icazə verilməsi barədə vəsadət qaldırılması və ona baxılması haqqında Əsasnamənin 13-cü bəndinə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən tikinti pasportunun qüvvədə olma müddəti Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən 1 ildir və tikinti normativ müddəti bir ildən artıqdırsa və yaxud başqa forsmajor səbəblərlə əlaqədar inşaat pasportunun qüvvədə olma müddəti uzadıla bilər. Həmin Əsasnamənin 14-cü bəndinə əsasən 13-cü bənddə nəzərdə tutulan müddətdə sifarişçi verilmiş tikinti pasportu əsasında tərtib olunmuş layihə sənədlərini razılaşdırmaq üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etməlidir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən sifarişçi sahədən istifadə edilməsi müddətini və tələblərini pozarsa, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Azərbaycan Respublikası Torpaq Məcəlləsinə uyğun olaraq, sərfolunmuş xərcləri qaytarmamaq şərtilə həmin sahəni geri alıb başqa sifarişçiyə vermək hüququna malikdir. Qeyd edildiyi kimi, "xxxx" kiçik müəssisəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1100 saylı sərəncamında və «Bakı şəhərində torpaq sahələrinin ayrılması və geri alınması, tikinti (yenidənqurma və bərpa) işlərinə icazə verilməsi barədə vəsadət qaldırılması və ona baxılması haqqında Əsasnamə də nəzərdə tutulan vəzifələri yerinə yetirməmişdir. Beləliklə məhkəmə müəyyən etimşdir ki, "xxxx" kiçik müəssisəsi tikinti işlərinə başlayarkən şəhərsalma və tikinti normalarını və qaydalarını pozduğundan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsi, 23-cü məhəllədə aparılan tikinti özbaşına tikinti olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur». Adıçəkilən qanun normasının şərhi nəticəsində Məhkəmə müəyyən etmişdir ki, "xxxx" kiçik müəssisəsinin mübahisəli tikintiyə mülkiyyət hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia "xxxx" kiçik müəssisəsi tərəfindən Lökbatan qəsəbəsi, Ticarət küçəsi, 23cü məhəllədə ayrılmış 0,2 hatorpaq sahəsindən əlavə olaraq 19,6 sot torpaq sahəsini zəbt etməsini və həmin ərazidə aparılan tikintinin qanunsuz hesab edilməsi, həmin tikintinin cavabdehin hesabına sökülməsi və oradan çıxarılması hissəsində qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 fevral 2009-cu il tarixli 6780/81 №-li ekspert rəyindən görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin xx.xx.1998-ci il tarixli 10458 saylı inşaat pasportunun ayrıc aktında göstərilən 0,2 ha torpaq sahəsinin sərhədləri daxilində inşa olunması, tədqiq olunan torpaq sahəsində digər mövcud olan müvəqqəti xarakterli tikililərin "xxxx" MMC tərəfindən 2008-ci il tarixdə tərtib olunmuş eskiz layihəsinin baş planında göstərilən ümumi torpaq sahəsinin yanğından mühafizə yolunun hüdudları daxilində inşa olunduğu müəyyən edilmişdir. Beləliklə, ekspert rəyinə əsasən yanğından mühafizə yolunun hüdudları daxilində inşa olunan müvəqqəti tikililər zəbt olunmuş topaq sahəsində inşa edilmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, 19,6 sot torpaq sahəsinin deyil, ekspert rəyində qeyd edilən sahənin zəbt edilməsi, orada aparılan tikinti qanunsuz hesab edilməli və "xxxx" kiçik müəssisəsi oradan çıxarılmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsətlər üçün ayrilmayan torpaq sahəsində və buna lazımi icazələr almadan və ya şəhərşalma yə tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə qərarında qeyd edilib ki, 16 fevral 2009-cu il tarixli 6780/81 №-li ekspert rəyində göstərilən ümumi torpaq sahəsinin yanğından mühafizə yolunun hüdudları daxilində inşa olunan müvəqqəti xarakterili tikililər və onların yerləşdiyi torpaq sahəsinin zəbt olunması qanunsuz hesab edilsin, həmin tikili "xxxx" kiçik müəssisəsinin hesabına sökülsün və "xxxx" kiçik müəssisəsi oradan çıxarılsın. Eyni zamanda Ali Məhkəmənin İqtisadi mübahisələrə dair işlər üzrə Məhkəmə Kollegiyasının 2-1(102)-268/09№-li, 07 sentyabr 2009-cu il tarixli qərarında göstərilib ki, Apellyasiya instansiyası məhkəməsi işin materialları ilə müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 sentyabr 1997-ci il tarixli, 1100 saylı sərəncamı ilə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 02 yanvar 1997-ci il tarixli, 5/03 saylı məktubu nəzərə alınaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsi, 23-cü məhəllədə yerləşən "xxxx" kiçik müəssisəsinə avtomobillərə xidmət kompleksinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmış, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 may 1998-ci il tarixli, 440 saylı sərəncamı ilə 25 sentyabr 1997-ci il tarixli, 1100 saylı sərəncama düzəliş verilərək, həmin torpaq sahəsinin 0,2 ha olması göstərilmiş, "xxxx" kiçik müəssisəsinə qeyd olunan sərəncamlar əsasında 0,2 ha torpaq sahəsinə dair 29 iyun 1998-ci il tarixli, 98/181 saylı Ayrıc Aktı verilmiş, 2008-ci ildə "xxxx" MMC tərəfindən eskiz layihəsi tərtib edilmiş və həmin sahədə inşaat İşləri aparılmışdır. Məhkəmə həm də müəyyən etmişdir ki, "xxxx" kiçik müəssisəsi sərəncamda və ayrıc aktında göstərilən ona ayrılmış 0,2 ha torpaq sahəsindən kənara çıxaraq başqa torpaq sahəsini də zəbt edərək orada əlavə tikililər tikmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən təyin edilən məhkəmə tikintiəmtəəşünaslıq ekspertizasının 16 fevral 2008-ci il tarixli, 2-(81)-967/4-231 saylı rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" kiçik müəssisəsi qanunsuz olaraq qarşılıqlı iddia ərizəsində göstərildiyi kimi 19,6 ha torpaq sahəsində deyil, 2008-ci ildə "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihəsinin baş planında göstərilən ümumi torpaq sahəsinin yanğından mühafizə yolunun hüdudları daxilində inşa olunmuşdur. Beləliklə də məhkəmə ekspert rəyinə əsasən müəyyən etmişdir ki, yanğından mühafizə yolunun hüdudları daxilində inşa olunan müvəqqəti tikililər zəbt olunmuş torpaq sahəsində inşa edilmişdir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüquq əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur, maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır, 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd edilənlərə əsasən iddiaçı "xxxx" kiçik müəssisəsinin kassasiya şikayəti təmin edilməmişdir. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 03 iyun 2009cu il tarixli, 2-1(103)-241/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarlarında aydın olur ki, iddiaçı torpaq sahəsini qeyri-qanuni zəbt edərək qanunsuz irəli sürür. Tikililər aparmış və digər mülk sahiblərinə qarşı qanunsuz iddia qeyd etmək istəyirik ki, iddiaçı bütün işlərini yalnız müvafiq qaydaya uyğun olaraq ona ayrılmış torpaq sahəsinin hüdudları çərçivəsində həyata keçirmək hüququ vardır. İddiaçı isə hüquq yaradan sənədlərə istinad etmədən öz subyektiv fikirləri əsasında hazırlatdığı layihədə öz fikirlərinə uyğun yanğın çıxışı yolu müəyyən etmişdir. Qeyd olunanlarla yanaşı iddiaçı torpaq sahəsinin təyinatını dəyişərək nəzərdə tutulmuş təyinatdan kənar fəaliyyətlə məşğuldur. Belə ki, sahəni kommersiya məqsədi ilə ayrı ayrı şəxslərin kirayəsinə vermişdir. İddiaçı ərazinin ətrafında anti sanitar vəziyyət yaratmış, həmin sahənin kənarlarında təmizlik abadlıq işlərinin aparılmasına maneəçilik yaradır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasında torpaqlar kateqoriyalara bölünür. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci hissəsinə əsasən torpağın kateqoriyaları torpağın verilməsi barədə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. İddiaçı qeyd olunan məsələ ilə əlaqədar bir neçə ildir məhkəmələrə müraciət edir və bütün məhkəmələrdə qaldırdığı iddiaları rədd edilir. Belə ki, əvvəlki illərdə olan məhkəmələrlə yanaşı son illərdə də eyni predmet üzrə məhkəmələrdə qaldırdığı iddialar mümkün sayılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsində nəzərdə tutulub ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya İddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Qaradağ rayon Lökbatan bələdiyyəsi tərəfindən "xxxx" kiçik Müəssisəsinin direktoru X4 ünvanına 06/176 №-li 28 iyul 2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıqda qeyd edilib ki, rəhbərlik etdiyiniz kiçik müəssisəyə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 845 №-li 07 iyul 1994-cü il tarixli sərəncamı ilə Lökbatan qəsəbəsi İİ yaşayış massivində “maşınlara pullu dayancaq xidməti göstərmək məqsədi ilə 50x40 ölçüdə torpaq sahəsi ayrılmışdır” Həmin torpaq sahəsi tərəfinizdən təqribən 61x75 metrə uyğun hasarlanaraq bəzi tikinti işləri aparılmışdır. Ölçudə torpaq sahəsi təqribən 61x75 metrə uyğun Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi şəhər ərazisinin tikinti planlaşdırma idarəsinin 30 iyul 1998-ci il tarixində təsdiq etdiyi 10458 №-li inşaat paspotunun 4-cü bəndində ayrılan sahəni əhatə edən ərazi, tikinti və qurğular, 14-cü bəndində memarlıq planlaşdırma göstərişlərinin müddəti, 15-ci qeyd bəndində isə müvafiq qanununun tələbi göstərilmişdir. Əlavə olaraq bildirmək istəyirik ki, ünvan 6 ünvanında iddiaçı X4 istifadəsində olan torpaq sahəsi Lökbatan bələdiyyəsinin 20 sentyabr 2000-ci il tarixdə təsdiq edilmiş xəritəsində yerləşir. Həmin əraziyə qonşuluqda yerləşən torpaq sahələri Lökbatan bələdiyyəsi tərəfindən ayrılmamışdır və qonşuluqda yerləşən tikililərin qeyd olunan "xxxx" kiçik Müəssisəsinə heç bir maneəçiliyi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alıb Məhkəmədən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

14. Cavabdeh orqanın iddiaya yazılı etiraza əlavə məhkəməyə təqdim edilmiş və qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi keçmiş Ticarət indiki Vilayət Əsgərov küçəsi ilə iddiaçının zəbt etdiyi torpaq sahəsi üzərində inşa etdiyi tikili arasında məsafə hal hazırda piyadaların qediş gəlişi üçün nəzərdə tutulmuş səkiyədək olan məsafə müvafiq olaraq 16,14 və 9 metrdi. Eyni zamanda ayrılmış torpaq sahəsinin faktiki ölçüləri 50*40 ölçüdə deyil 75*61 m² yəni 4575 m² uyğundur. Göründüyü kimi iddiaçı ona ayrılmış sərhədləri keçərək, torpaq sahəsini Ticarət (indiki V.Əsgərov) küçəsinə tərəfdən də zəbt edərək qeyri-qanuni tikinti işləri aparmışdır. İddiaçının bütün işlərini yalnız müvafiq qaydaya uyğun olaraq ona ayrılmış torpaq sahəsinin hüdudları çərçivəsində həyata keçirmək hüququ vardır. İddiaçı isə hüquq yaradan sənədlərə istinad etmədən öz subyektiv fikirləri əsasında hazırlatdığı layihədə öz fikirlərinə uyğun yanğın çıxışı yolu müəyyən etmişdir. Qeyd olunanlarla yanaşı iddiaçı torpaq sahəsinin təyinatını dəyişərək nəzərdə tutulmuş təyinatdan kənar fəaliyyətlə məşğuldur. O, sahəni kommersiya məqsədi ilə ayrı-ayrı şəxsləırin kirayəsinə vermişdir. İddiaçı ərazinin ətrafında anti sanitar vəziyyət yaradaraq, həmin sahənin kənarlarında təmizlik abadlıq işlərinin aparılmasına maneəçilik törədir . Müvafiq məhkəmə qərarlarından da göründüyü kimi 19,6 sot torpaq sahəsi iddiaçının özü tərəfindən zəbt edilməsinə baxmayaraq iddiaçı məhkəmədə əsassız iddia qaldıraraq quya ki, yanğın çıxışı yolunun hansısa şəxslər tərəfindən tutulduğunu göstərilmişdir. Reallıqda isə 19,6 sot torpaq sahəsi və yanğın çıxışı yolu iddiaçının özü tərəfindən zəbt edilərək tutulmuşdur. Yaşayış massivinin ortasında kimyəvi laborotoriya fəaliyyət göstərə bilməz. Hal-hazırda qanunamüvafiq şəkildə fəaliyyət göstərən ticarət obyektləri iddiaçının iddia etdiyi kimi onun hasarının hüdudları daxilində deyil, ondan kənarda iddiaçıya heç bir maneçilik törətmədən fəaliyyət göstərirlər. Göründüyü kimi "xxxx" kiçik Müəssisəsi torpağı qeyri-qanuni zəbt edərək orada müvəqqəti tikililər tikərək ətrafda yaşayan və fəaliyyət göstərən sakinlərə problemlər yaratmış, yolun gediş-gəliş hissəsinə mişar daşları tökərək həmin yoldan istifadə edən şəxslərin narahatçılıqlarına səbəb olmuşdur.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2101/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12ci bənd).

17. Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin.

18. Hazırkı iş üzrə cavabdeh Qaradağ rayon Lökbatan Bələdiyyəsinin iddiaçının bilavasitə hüquq və qanunla qorunan maraqlarını pozan inzibati akt qəbul etdiyi və hərəkətə (və ya hərəkətsizliyə) yol verdiyi müəyyən olunmadığından iddia ona münasibətdə mümkün sayıla bilməz.

19. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2101/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, aidiyyatı dövlət orqanları tərəfindən mənim mülkiyyətim hüququm kobud surətdə pozulmuşdur. Belə ki, mənim təsisçisi və direktoru olduğum müəssisənin yanğından mühafizə zolağına məxsus olan və müəssisənin mərkəzi çıxış xəttində yerləşən torpaq sahəsi müvafiq dövlət orqanları tərəfindən qanunsuz və əsassız olaraq digər şəxslərə satılmışdır. Bu hallar Bakı İnzibati Məhkəməsi tərəfindən qətiyyən araşdırılmamış və qanunsuz və əsassız olaraq iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul etmişdir. Odur ki, pozulmuş mülkiyyət hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsi iddianın mümkünsüz hesab edilmısi ilə bağlı nəticəyə gələrkən tərəfimdən təqdim edilmiş sənədləri tədqiq etməmiş, işin hallarını, mahiyyətini və qanunvericiliyin tələblərini nəzərə almamış, odur ki, hakim bu hissədə tam, hərtərəfli və obyektiv araşdırma aparmayaraq əsassız və qərəzli nəticəyə gəlmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Maddə 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

34. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

35. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

36. İşin hallarından görünür ki, iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 15 may 1998-ci il tarixli, 440 nömrəli Sərəncamı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsindəki 23-cü məhəllədə “Nizami-AS” kiçik müəssisəsinə xidmət mərkəzinin lahiyələşdirilməsi və tikintisi üçün 0,2 ha torpaq sahəsi ayrıldığını, "xxxx" MMC tərəfindən 2008-ci il tarixdə tərtib olunmuş eskiz layihəsinə əsasən baş planında göstərilən ümumi torpaq sahəsinin yanğından mühafizə yolunun göstərildiyini, həmin ərazi nəzərə alınmaqla Azərbaycan Respublikası DİN Baş X5 idarəsi Normalaşdırmaya və Tikintilərə Nəzarət Şöbəsinin xx.xx.1998-ci il tarixli, 1274 nömrəli rəyi ilə razılaşdırıldığını əsas gətirərək ayrılmış torpaq sahəsində inşa edilən tikililərin yanğından çıxışları üçün nəzərdə tutulmuş ərazinin qanunsuz zəbt etdilməsini iddia edərək cavabdehdən bu zəbtin aradan qaldırılması üçün tədbir görülməsini mübahisələndirir.

37. Hazırkı iş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı müəssisəyə Bakı şəhəri İcra Hakimiyyəti başçısının 15 may 1998-ci il tarixli, 440 nömrəli Sərəncamı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsindəki 23-cü məhəllədə “Nizami-AS” kiçik müəssisəsinə xidmət mərkəzinin lahiyələşdirilməsi və tikintisi üçün 0,2 ha torpaq sahəsi ayrılmış, həmin ölçüdə torpaq sahəsinə dair xx.xx.1998-ci il tarixli 98/181 №-li Ayrıc Aktı tərtib edilmiş, ayrıc aktında sahənin ölçüsü 40x50 m göstərilmiş olsa da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi İdarəsinin məhkəmə sorğusuna əsasən təqdim etdiyi mütəxəssis rəyindən də müəyyən olunur ki, sərəncama və inşaat pasportuna əsasən ayrılmış 0.2 ha torpaq sahəsindən əlavə iddiaçının faktiki olaraq hazırda istifadəsində sahə hasardaxili 0.3871 ha təşkil etməklə, əlavə 0.1871 ha torpaq sahəsi istifadə edilir.

38. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin məhkəmə sorğusuna cavab olaraq mütəxəssis rəyində iddiaçı tərəfindən xx.xx.1998-ci il tarxli 10458 nömrəli inşaat pasportu vəı ayrıc aktında göstərilən torpaq sahəsindən kənar istifadə edilən-2008-ci il tarilxi "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihəsinin baş planında göstərilən yanğından mühafizə yolu üzərində sahənin qeydiyyatı barədə məlumatın olmadığı bildirilmişdir.

39. Bundan əvvəl 1 X16 Məhkəməsinin icraatında olmuş 2-(81)- 853a/2009 nömrəli mülki iş materiallarından da müəyyən olunmuşdur ki, Bakı Şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nizami-AS” kiçik müəssisəsinin xidmət mərkəzinin layihəsinin təsdiq edilməsi ilə bağlı müraciəti layihədəki baş planın qabaritlərinin ayrıc aktından kənara çıxdığından razılaşdırmamış, eyni zamanda "xxxx" kiçik müəssisəsi tərəfindən 10458 nömrəli İnşaat Pasportunun tərkibindəki xx.xx.1998-ci il tarixli 98/181 №li Ayrıc Aktında göstərilən ölçülərdən kənara çıxaraq əlavə torpaq sahəsi zəbt olunduğu bildirilmişdir.

40. 1 X16 Məhkəməsinin qanuni qüvvəsini almış 2-(81)-853a/2009 nömrəli xx.xx.2009cu il tarixli qətnaməsi ilə yanğından mühafizə yolunun hüdudları daxilində torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olduğu müəyyən edilərək həmin hissənin iddiaçı tərəfindən zəbt olunması qanunsuz hesab edilmişdir.

41. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Ticarət küçəsindəki, 23-cü məhəllə ünvanında yerləşən "Nizami-AS" KM-nə ayrılmş ərazinin yanğın təhlükəsizliyinə xidmət üçün nəzərdə tutulan zolağın qanunsuz zəbtdən azad olunması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsinin cavabdeh Qaradağ rayon Lökbatan bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsidir.

42. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

43. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən iddiaçının hüquqi müdafiə marağının mövcud olması, mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır.

44. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilən hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərini pozduğunu sübut etməlidir.

47. Beləliklə, göstərilənlərdən aydın olur ki, hazırkı vəziyyətdə iddiaçı yanğın çıxışı üçün nəzərdə tutulmuş sahənin zəbt edilməsinin qarşısının alınmasının cavabdehə həvalə edilməsini tələb etsə də işin yuxarıda sadalalanan hallarından müəyyən olunur ki, iddiaçının istinad etdiyi sərəncamla ayrılmış torpaq sahəsində inşa ediləcək tikililiərin yerləşdiyi torpaq sahəsinə bitişik "xxxx" MMC-nin 2008-ci il tarixli razılaşdırılmamış eskiz layihəsində yanğın mühafizə yolu kimi iddia edilən, 0.2 ha torpaq sahəsindən əlavə 0.1871 ha ölçüdə torpaq sahəsi iddiaçının hazırda faktiki istifadəsindədir. Belə olan halda cavabdehin həmin sahənin bələdiyyənin sahibliyində olması və ya cavabdeh tərəfindən iddiaçının həmin sahədən istifadəsinə mane olan hərəkətlərin edildiyi müəyyən olunmur.

48. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

49. Qeyd edilənlərə əsasən kollegiya qeyd edir ki, cavabdeh Qaradağ rayon Lökbatan Bələdiyyəsinin iddiaçının bilavasitə hüquq və qanunla qorunan maraqlarını pozan inzibati akt qəbul etdiyi və hərəkətə (və ya hərəkətsizliyə) yol verdiyi müəyyən olunmadığından iddia ona münasibətdə mümkün sayıla bilməz.

50. İddiaçının iddia etdiyi torpaq sahəsinin yanğın çıxış yolu üzərindəki sahənin digər şəxslər tərəfindən zəbt edilmə halarına gəlincə məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktubuna təqdim edilmiş ortofoto görüntülər və hüquqmüəyyənedici sənədlərdən görünür ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda **********92-06301 reyestr nömrəli daşınmaz əmlak yerləşir. Sözügedən əmlaka dair mülkiyyət hüququ 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-1981/2018 saylı qərarı ilə digər fiziki şəxsin adına qeydiyyata alınmış və hazırda da xüsusi mülkiyyətdədir.

51. Beləliklə, iddiaçı müəssisəyə ayrılmış ərazinin yanğın təhlükəsizliyinə xidmət üçün nəzərdə tutulan zolağın həm də qonşu mülkiyyətçi üçüncü şəxs tərəfindən qanunsuz zəbt edildiyini iddia etdiyi halda iddiaçının hüquqi marağı hazırkı iddia ilə deyil, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1981/2018 saylı inzibati iş üzrə məhkəmə icraatına cəlb edildiyi halda (sonrakı hüquqi nəticələrdən asılı olaraq) öz həllini tapması mümkündür

52. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2101/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2101/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar