Məhkəmə qərarları › İş №2-1(103)-4/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4/2021

09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4/2021 09.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Ləğv prosesində olan Cavabdeh1-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X6, "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş Agentliyin vəsaitləri hesabına Cavabdeh1-yə ayrılmış güzəştli kredit üzrə öhdəliklərinin və həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka və girov üzrə hüquqlarının Cavabdeh1-dən "xxxx" ASC-yə ötürülməsi barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Ləğv prosesində olan Cavabdeh1-nin ləğv etmə proseduru ilə əlaqədar inzibati işə baxılarkən 28 avqust 2019-cu il tarixdə ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ərizə daxil olmuş və ərizəçi Agentliyin vəsaitləri hesabına Cavabdeh1-yə ayrılmış güzəştli kredit üzrə öhdəliklərinin və həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka və girov üzrə hüquqlarının Cavabdeh1-dən "xxxx" ASC-yə ötürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 3.6-cı bəndinə əsasən Müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə, kredit təşkilatı məcburi ləğv edildikdə və ya müflis olduqda, Agentliyin müraciəti əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Agentliyin vəsaiti hesabına maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış kredit təşkilatından digər müvəkkil kredit təşkilatına keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar yeni müvəkkil kredit təşkilatına ötürülür.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 412 nömrəli Fərmanı ilə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin adı dəyişdirilərək Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilmişdir.Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyasının iclasının müvafiq qərarları ilə əvvəlki illərdə Cavabdeh1 Müvəkkil kredit təşkilatı qisrplndə seçilərək kredit xətti ayrılmışdır. Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “X11” ASC müflis elan edilmiş və məhkəmənin qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Yunayted Kredit Bank” ASC-nin ləğv prosesi Agentlik tərəfindən qanunvericiliyə uyğun olaraq verilmiş və kənd təsərrüfatına yönəldilmiş güzəştli kreditlərin geri ödənilməsində problemlərin yaranmasına səbəb olmuşdur.Bildirilir ki, müvəkkil kredit təşkilatı kimi Cavabdeh1-yə Agentliyin vəsaitləri hesabına 2009-2011-ci illər ərzində 1,550,000 (bir milyon beş yüz əlli min) manat güzəştli kredit vəsaiti ayrılmışdır (əlavə olunur).Qüvvədə olan qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixdə Agentliyin vəsaiti hesabına Cavabdeh1-yə ayrılmış güzəştli kredit üzrə öhdəliklərinin və həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka və girov üzrə hüquqlarının Cavabdeh1-dən "xxxx" ASC-yə köçürülməsi haqqında məktub daxil olmuşdur (əlavə olunur).Bununla əlaqədar bildiririk ki, kredit portfelinin köçürülməsi dövlət tərəfindən ayrılmış vəsaitlərin geri qaytarılmasını və Agentliyin maliyyə mövqeyinin dayanıqlığını təmin etməklə Agentlik tərəfindən ləğv prosesində olan banklar vasitəsilə ayrılmış kreditlərin qaytarılmasında yaranmış problemlərin aradan qaldırılması, ləğv prosesində olan bankların ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondunun kreditlərin toplanmasında üzləşdiyi problemlərin həlli və sağlam bankla əməkdaşlıq etmək istəyən kənd təsərrüfatında fəaliyyət göstərən subyektlərinin mənafei baxımından mühüm əhəmiyyət kəsb edir. Daha sonra ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə vermiş və ərizədə qeyd etmişdir ki, ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş Agentliyin vəsaitləri hesabına Cavabdeh1-yə ayrılmış güzəştli kredit üzrə öhdəliklərinin və həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka və girov üzrə hüquqlarının Cavabdeh1-dən "xxxx" ASC-yə ötürülməsi barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması zərurəti yaranmışdır. "xxxx" ASC ilə əldə edilmiş razılığa əsasən ərizəsinin geri qaytarılmasını və tələbindən imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X9 ərizəni müdafiə edərək tələbin geri götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ləğv prosesində olan Cavabdeh1-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 və "xxxx" ASC-nin nümayəndəsi X4 ərizənin geri qaytarılmasına etiraz etmədiklərini bildirdilər. İş üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq Palata nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən Palatanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə ünvanlanmış 26 sentyabr 2019-cu il tarixli, № ********** saylı məktubda qeyd edilmişdir ki, dövlət vəsaitlərinin kapitallaşma prosesinin tamamlanmadığı banklara ötürülməsi ehtimalı və bununla da potensial dövlət yükünün arta biləcəyi nəzərə alınaraq, məhkəmələrə olan belə müraciətləri məqbul saymamaqla oxşar xarakterli məsələlərin Maliyyə Bazarlarına Nəzarət Palatası ilə qabaqcadan razılaşdırılmasını məqsədəuyğun hesab edirlər. Məhkəmə kollegiyası ərizəçinin tələbindən imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə müzakirə edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsipini tanımışdır. Belə ki, həmin Məcəllənin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Bu səbəbdən qanunverici həmin Məcəllədə məhkəmə qərarı qanuni qüvvəyə minənədək iddiaçıya iddiadan imtina etmək hüququ vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, tələbindən imtina etmək inzibati məhkəmə icraatının iştirakçısı kimi hazırkı iş üzrə ərizəçinin hüququdur, ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin imtinası qanunazidd deyildir və tərəflərin hüquqlarını pozmur, buna görə də ərizəçinin imtinası qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinin tələblərinə uyğun olaraq ərizəçinin tələbindən imtina etməsi onun eyni tərəfə qarşı, eyni eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin imtinası qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş Agentliyin vəsaitləri hesabına Cavabdeh1-yə ayrılmış güzəştli kredit üzrə öhdəliklərinin və həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka və girov üzrə hüquqlarının Cavabdeh1-dən "xxxx" ASC-yə ötürülməsi barədə ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar