Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-400/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın, habelə texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5644/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının X8 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa-Nardaran massivi, məhəllə 64, 6 saylı sahədə yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın, habelə, texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası X8 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1 (82)- 2927/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə qərarı xx xxxxxx 2019-cu il tarixdə qanuni qüvvəyə mindiyi üçün icra edilməsi üçün cavbdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının X8 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək yeni açılmış hallar üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1 (82)-2927/2019 nömrəli qərarında qeyd olunan müvafiq daşınmaz əmlakla bağlı İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yoxlama-ölçü işləri aparılarkən və mövcud sənədlərin ətraflı və təkrar araşdırılması zamanı birinci instansiya məhkəməsində müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və müvafiq icra sənədinin icrasını mümkünsüz edən yeni hallar və sübutlar aşkar edilmişdir. Belə ki, müvafiq ünvanda təkrar və ətraflı aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşir. Yuxanda qeyd edilən sonradan məlum olan hallar məhkəmə tərəfindən nəzərə alınmalı və iş üzrə icraat təzələnməlidir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5644/2020 saylı qərardadı ilə Azərbaycan Respublikasının X8 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməsi, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1 (82)- 2927/2019 saylı qərarının ləğv edilməsi və Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu rayonu Nardaran qəsəbə bələdiyyəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, X1 Təşkili üzrə Dövlət Agentliyinin məhkəmə tərəfindən müvafiq iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi və ekspertiza təyin edilməsi, sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla işə yenidən baxılaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq ünvanda təkrar və ətraflı aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşir. Qeyd edilən hallar daha əvvəl məlum olmadığından məhkəmə tərəfindən araşdırılmamış, nəticədə düzgün və ədalətli qərarlar qəbul edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qanunvericliyin tələbindən göründüyü kimi, yeni açılmış hallarla bağlı iş üzrə başa çatmış məhkəmə icraatı o zaman təzələnə bilər ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutlar və ya hallar aşkar olunsun, həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmasın. Həmin Məcəllənin 106-ci (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü) maddəsində göstərilmişdir: ”106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır.106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir.106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.” Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş ərizədə məhkəmə qərarının icrasının mümkünsüz edən yeni hallar və sübutların aşkar edilməsi, bu yeni hal - idarənin elektron kadastr baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsi X4 sovxozunun ərazisində yerləşməsindən ibarət olması göstərilmişdir. Lakin, birincisi, bununla əlaqədar məhkəməyə heç bir sübut təqdim edilməmiş və ərizə qanunvericiliyin tələblərinə əsasən əsaslandırılmamışdır. İkincisi, yeni açılmış hallar kimi qeyd edilmiş hallar xx xxxx 2019-cu il tarixli, **********08 nömrəli cavabdeh tərəfindən iddiaçıya göndərilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildişdə” qeyd edilmişdir. Yəni mübahisəli torpaq sahəsinin Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşməsi kimi “yeni” hal artıq işə baxılan zaman tərəflərə və məhkəməyə məlum idi. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmaldır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisə ilə bağlı iş üzrə icraatın yeni açılmış hallara görə təzələnməsi üçün Azərbaycan Respublikası İPMnin 100-cu maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, birinci instansya məhkəməsi tərəfindən düzgün olaraq ərizənin təmin olunmaması barədə qərardad qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 100 və 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5644/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-400/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-400/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver