Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-400/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X1 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2559/2024 saylı 06 avqust 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, Şura hökumətinin vaxtında qaynar nöqtələrində: 1973-1977-ci illərdə Cənubi Yəmən və 1985- 1988-ci illərdə İraqda işlədiyinə görə, orada aldığı maaş nəzərə alınaraq indiki təqaüdünə əlavələr edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2559/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsi təmin edimiş, iddia tələbi “əmək pensiyasının yenidən hesablanması” kimi icraata qəbul olunmuş, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2559/2024 saylı 06 avqust 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işin təkrar baxılması üçn birinci instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən onun 1973-1977-ci illərdə (360 ABŞ dolları) Cənubi Yəmən və 1985-1988-ci illərdə İraqda (750 ABŞ dolları) aldığı maaş nəzərə alınaraq indiki təqaüdünə əlavələr edilməlidir. Apellyasiya şikayətinə etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etirazında göstərmişdir ki, müvafiq iş üzrə mübahisə məhkəmədənkənar qaydada həll edildiyindən cavabdeh orqan tərəfindən iş üzrə icraata xitam verilməsinə dair vəsatət təqdim edilmişdir. Məhkəmə cavabdeh orqanın aparmış olduğu təyinatla kifayətlənərək iş üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərardadı qəbul edilmişdir.Təyinatdan sonra yenidən hesablanmış pensiya məbləğindən narazı qalan iddiaçı müvafiq məhkəmə qərardadından şikayət vermişdir. Belə ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş 7-ci maddəsinə əsasən 62 yaşına çatdığı xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyasının məbləği Qanunun pensiya təyin olunduğu dövrdə qüvvədə olmuş 27.1-ci maddəsinə əsasən hesablanmışdır. Bu Qanunun xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əməkhaqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əməkhaqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Sözügedən Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əməkhaqqının (72-ci maddə) 60 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əməkhaqqının iki faizi qədər artırılır. Həmin Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əməkhaqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Məlumat üçün bildiririk ki, iddiaçının xx.xx.1965-ci il tarixdən xx.xx.1967-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1968-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil illəri, xx.xx.1962-ci il tarixdən xx.xx.1963-cü il tarixədək, xx.xx.1968-ci il tarixdən xx.xx.1968-ci il tarixədək, xx.xx.1968-ci il tarixdən xx.xx.1968-ci il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən 01,09.1992-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək sığorta stajı cəmi 26 il 11 ay 19 gün təşkil edir. İddiaçının əmək pensiyasının hesablanması zamanı ona xx.xx.1985-ci il tarixdən 01,03.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək ödənilmiş əməkhaqqı üzrə orta aylıq əməkhaqqı hesablanmışdır. Beləliklə, iddiaçının sözügedən dövrlər üzrə 44052241,74 manat ümumi gəlirini 60-(ay)a bölməklə 734204 AZN (yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulduğu üçün 734204:5000=146,84 AZN), yəni 146,84 AZN manat orta aylıq əməkhaqqı müəyyən edilmişdir. Buradan orta aylıq əməkhaqqının 25 il üçün 60 faizi və tələb olunan iş stajından artıq 4 ili üçün 4 faizi, beləliklə cəmi 64%- i nəzərə alınarsa, “yaşa görə pensiyanın əsas məbləği” 146,84x64%=93,97 manat təşkil edir. Daha sonra xx.xx.2006-cı il tarixdə orta aylıq əməkhaqqının ümumi məbləği dəyişdirilmədən Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq 25 manat baza hissəsi (BH) və 68,98 manat sığorta hissəsi (SH) (93,97 manat - 25 manat = 68,98 manat) müəyyənləşdirilmişdir. Sığorta hissəsinin xx.xx.2007-ci il tarixə indeksləşdirilmiş məbləği 68,98+8,3%= 74,71 manat təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 76,56 manat pensiya kapitalına əsasən formalaşmış sığorta hissəsi (71,33:144= 0,50 manat) 0,50 manat təşkil edir. Beləliklə, adıçəkilən şəxsin əmək pensiyasının məbləği xx.xx.2007-ci il tarixdən BH+SH=50+74,71+0,50=125,21 manat təşkil edir. İddiaçının əmək pensiyasının məbləği illər üzrə indeksləşərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2008- (BH) 60 + (SH) (75,21+16,7%)=147,77 xx.xx.2008- (BH) 75 + (SH) 87,77=162,77 xx.xx.2009- (BH) 75 + (SH) (87,77+20,8%)=181,02, xx.xx.2010- (BH) 75 + (SH) (106,02+1,5%)=182,59, xx.xx.2010- (BH) 85 + (SH) 107,62=192,62, xx.xx.2011- (BH) 85 + (SH) (107,62+5,7%) =198,75, xx.xx.2012- (BH) 85 + (SH) (113,75+7,9%)=207,74, xx.xx.2013- (BH) 85+ (SH) (122,73+1,1 %)=209,12, xx.xx.2013-(BH)100+ (SH) 124,08 = 224,08, xx.xx.2014- (BH)100+ (SH) (124,08+2,4%)=127,05. İddiaçının xx.xx.2014-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoryasına keçməsi ilə əlaqədar olaraq onun xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 1554,40 manat pensiya sığorta kapitalı 72-yə bölünməklə (1554,4 : 72 = 21,58 manat) əmək pensiyasının sığorta hissəsinə əlavə edilmişdir. xx.xx.2014- (BH) 100 + (SH) 127,05+(SH) 21,58=248,63, xx.xx.2015 - (BH) 100 + (SH) (148,63 + 1,4%) =250,71, xx.xx.2016 - (BH) 100 + (SH) (150,71 + 4%) =256,74, xx.xx.2016 - (BH) 110 + (SH) (156,74) = 266,74, xx.xx.2017 - (BH) 110 + (SH) (156,74+12,4%) = 286,18 Qeyd edək ki, Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Sözügedən maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının baza və sığorta hissələrinin cəmi məbləği xx.xx.2017- ci il tarixdən 286,23 manat olmaqla sığorta hissəsinə çevrilmişdir: xx.xx.2018 - (SH) 286,22+ 5,7%= 302,49, xx.xx.2019 - (SH) 302,53+ 3%= 311,57, xx.xx.2020 - (SH) 311,61 +16,6% = 363,29, xx.xx.2021- (SH) 363,33 +11,4% = 404,71, xx.xx.2022- (SH) 404,71 +3,4% = 418,47 Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə uyğun olaraq 2022- ci il üzrə əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Beləliklə, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 16,66 manat maddi yardım əlavə edilərək və 14,7% indeksləşdirilməklə 499,09 manata, 01.01,2024-cü il tarixindən isə 11,2 % indeksləşdirilməklə 554,99 manata çatdırılmışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2-1(112)-2559/2024 nömrəli qərardadının dəyişdirmədən saxlanılması xahiş edilmişdir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri X1 və X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı tələbi “əmək pensiyasının yenidən hesablanması” ilə bağlı olmuşdur. İşin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli 3-17-1/2-182404/24 nömrəli vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, 2- 1(112)-2559/2024 nömrəli iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş, İddiaçı yaşa görə əmək pensiyası cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarı ilə yenidən hesablanmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdehin həmin vəsatətini təmin edərək, “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə icraata xitam verilməsini qərara almışdr. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə icraata xitam verilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının tələbi onun əmək pensiyasının yenidən hesablanması ilə bağlı olmuşdur. Cavabdeh qurum yuxarıda qeyd edilən vəsatətində, həmçinin apellyasiya şikayətində iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı onun bütün tələb etdiyi dövrlər üzrə orta aylıq əmək haqlarına uyğun olaraq pensiyasının hesablandığını bildirmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxılarkən cavabdeh qurumun təqdim etdiyi “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iddiaçıya 2007-ci ildə pensiya təyin olunarkən 1973-1977-ci illər də nəzərə alınmaqla orta aylıq əmək haqqı əsasında qanuna uyğun hesablandığı qeyd olunmuşdur. Bundan sonra “Əmək pensiyasının təyin olunması haqqında” xx.xx.2022-ci il tarixli qərarın məzmunundan aydın olur ki, iddiaçıya pensiya qanuna müvafiq əmək haqqı əsasında hesablanmışdır, yəni 1973-1977-ci illərin tam nəzərə alınması, məbləğin dəyişməməsi göstərilmişdir. Daha sonra, iddiaçı barəsində “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilərkən pensiyanın 1985-1990-cı illərin orta aylıq əmək haqları nəzərə alınmaqla qanuna müvafiq hesablandığı qeyd edilmişdir. Həmçinin cavabdeh qurumun təqdim etdiyi “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdi ki, vətəndaşın pensiyası 1985-1990-cı illərin orta aylıq əmək haqları nəzərə alınaraq hesablanmışdır. Qeyd olunan hesablamalardan narazı qalan iddiaçı məhkəmə icraatı zamanı iddia tələbinin dəqiqləşdirilməsini təqdim edərək onun pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, əvvəlcə iddiaçının tələbi 1973-1977-ci illərdə Cənubi Yəmən və 1985-1988-ci illərdə İraqda xüsusi xidmət keçdiyi zaman ödənilən əmək haqqlarının nəzərə alınaraq pensiyasının hesablanması ilə bağlı olmuşdu. Lakin cavabdeh qurumun apardığı hesablamalardan narazı qaldığı üçün hesab etmişdir ki, onun pensiyası yenidən hesablanmalıdır. Bu barədə dəqiqləşmə ərizəsi verən iddiaçının əslində hüquqi marağının nədən ibarət olduğu, yəni cavabdeh qurumun apardığı hesablamalardan, həmçinin bu hesablamaları özündə əks etdirən “pensiyasının yenidən hesablanması” ilə bağlı qəbul etdiyi qərarlardan niyə narazı olduğu məsələsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Hətta iddiaçının iddia tələbini dəqiqləşdirərək, “əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsi” ilə bağlı ərizə verərkən əslində tələbinin nədən ibarət olduğu, yəni cavabdeh qurum tərəfindən onun pensiyasının hansı dövrlərə görə, hansı qaydada hesablanmalı olduğu məsələsi araşdırılmamış və bu hüquqi marağına uyğun pensiyasının yenidən hesablanması ilə bağlı tələb irəli sürmək hüququnun olduğu ona izah olunmamışdır. Odur ki, iddiaçının “pensiyasının yenidən hesablanması” ilə bağlı verdiyi ərizə qeyri-müəyyən olsa da, ona birinci instansiya məhkəməsi tərəfindən baxılaraq, cavabdeh qurumun “əmək pensiyasının yenidən hesablanması haqqında” qəbul etdiyi qərarları nəzərə alınaraq iddiaçının tələbinin təmin olunduğu qənaətinə gələn məhkəmə iş üzrə icraatı xitamlamışdır. Halbuki məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə baxan məhkəmə əvvəlcə iddiaçı ilə “onun pensiyasının yenidən hesablanması” ilə bağlı müraciət edərkən məhz hansı dövrlərə görə hansı qaydada hesablanmanın aparılmasını istədiyini aydınlaşdırmalı, bu məqsədə çatmağa nail olmaq üçün ən uğurlu iddia növündən istifadə etməklə düzgün ifadə olunan iddia tələbini qoymağı iddiaçıya hüquqi yardım göstərməklə ona təklif etməli və yalnız bundan sonra cavabdeh qurumun qəbul etdiyi qərarlarla iddiaçının tələbinin təmin olunub-olunmadığı qənaətinə gələ bilərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən birinci instansiya məhkəməsi tərəfindən baxılarkən iddiaçının “pensiyasının yenidən hesablanması”nı tələb etdiyi zaman onun pensiyasının hansı dövrlər nəzərə alınmaqla və hansı qaydada yenidən hesablanmanı tələb etməsi iradə ifadəsi olaraq dəqiqləşdirilməli, bu hüquqi marağı dəqiq müəyyən edildikdən sonra ona müvafiq iddia tələbini irəli sürməklə bağlı hüquqi yardım göstərilmək şərtilə tələbinin dəqiqləşdirilməsi barədə ərizə alınmalı və bundan sonra cavabdeh qurumun qəbul etdiyi “pensiyanın yenidən hesablanması” barədə qərarlara əsasən qiymətləndirmə aparılmaqla müvafiq qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2559/2024 saylı 06 avqust 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-400/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-400/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver