Məhkəmə qərarları › İş №2-1(103)-4002/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4002/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4002/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyadan tutulmaların cavabdehə qadağan edilməsi və tutulmuş məbləğin geri qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştrakı olmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8297/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının əmək pensiyasından tutulmalar ilə bağlı hərəkətləri qanunsuz hesab edilməsini və xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər cavabdeh tərəfindən iddiaçının əmək pensiyasından tutulmuş 2237.25 manat məbləğin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir).

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci ildə anadan olmuşdur. İddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 57 yaşının tamam olduğu tarixdən sonrakı müddət üçün əmək pensiyası məbəğinin birdəfəlik hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-4067/2020 saylı is üzrə xx.xx.2020-ci il tarixli Qərarı ilə iddia tələbi təmin edilmiş, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 57 yaşının tamam olduğu (xx.xx.2019-cu il) tarixdən sonrakı müddət üçün əmək pensiyası məbləğinin birdəfəlik hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh orqan apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)- 1737/2020 saylı is üzra xx.xx.2020-ci il tarixli Qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4067/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli Qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh tərəf kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-344/2021 saylı is üzrə xx.xx.2021-ci iİ larixli Qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1737/2020 saylı iş üzrə xx.xx.2020- ci il tarixli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2023-cü il tarixində əvvəllər təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmiş, cavabdeh orqan müraciətə xx.xx.2023-cü il tarixli, 3-17-1/2-14-159532/2023 nömrəli məktubla cavab vermişdir. Məktubda qeyd olunmuşdur ki, “araşdırma nəticəsində xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində sizə 8569,03 manat məbləğində əlilliyə görə əmək pensiyası ödənildiyi və əlillik dərəcənizin xx.xx.2020-ci il tarixdə təyin edildiyi tarixdən etibarsız hesab edildiyi aşkar edilib. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya əsassız ödənilmiş 8569,03 manat pul vəsaitindən, ödənilməli olan 1411,58 manat pul vəsaiti çıxılaraq artıq ödənilmiş 7439,77 manat pul vəsaiti müəyyən edilib. Həmin artıq ödənilmiş 7439,77 manat pul vəsaiti cari ilin may ayından etibarən hər ay 89,49 manat olmaqla əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Sizə artıq ödənilmiş pul vəsaiti ikili sosial ödəniş nəticəsində yarandığı üçün əmək pensiyanızın müraciətinizdə qeyd etdiyiniz qaydada yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil”. İnzibati orqanın bu hərəkətləri tamamilə qanunsuzdur və vətəndaşın hüquqlarını kobud surətdə pozur. Hesab edir ki, aşağıda göstərilən qanunvericilik normalarına əsasən, pensiya məbləğindən əsassız və qanunsuz olaraq tutulmaların aparılmasının qarşısı alınmalı və müvəkkilinin pozulmuş hüquqları bərpa edilməlidir. İlk öncə bildirmək istəyir ki, inzibati orqan inzibati icraatı qüvvədə olan qanunvericilik normalarına zidd olaraq və heç bir araşdırma olmadan aparmışdır. Cavabdeh daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamışdır. Artıq 4 ildir ki, iddiaçı pensiya ödənişini almaqda davam edir. Bu müddət ərzində onun pensiya ödənişi dayandırılmamış, hər hansı tutulmalar olmamışdır. İnzibati orqanın aşkar etdiyi nöqsan həqiqi olsa da belə, bu vətəndaşın təqsiri ucbatından baş verməmiş, vətəndaşa məhkəmə qərarı ilə yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmuş və ona təyin edilmiş pensiyanı almışdır. Hazırda vətəndaşdan inzibati icraatın qanuna uyğun olmayan şəkildə aparılması nəticəsində, özdə 4 il sonra pensiya ödənişlərindən tutulmaların aparılması tamamilə absurd və qanunsuzdur. İnzibati icraatın düzgün aparılmaması vətəndaşın hüquqlarını pozmuş, onun mənafeyinə xələl gəlmişdir. Bu səbəbdən hesab edir ki, inzibati orqanın hərəkətləri qanunsuz olduğundan dayandırılmalı və tutulmaların aparıldığı tarixdən əmək pensiyası bərpa edilməlidir.

3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-344/2021 nömrəli Qərarı əsasında 2 aprel 2021 -ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 57 yaşının tamam olduğu 27 sentyabr 2019-cu il tarixdən hesablanıb. Keçmiş müddət üçün iddiaçıya ödənilməli olan 10289,32 manat pensiya məbləği hesablanıb. Həmin pensiya məbləğinin 1143,26 manat hissəsi 2021-ci ilin aprel və may aylarında, qalan 9146,06 manat hissəsi isə 2021 -ci ilin iyun ayında pensiyasının (635,77 manat) üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülüb. Pensiya hüququnun yarandığı 27 sentyabr 2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 114531,30 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun qaydada hesablanaraq 489,45 manat (114531,30:234 ay (64 il 6 ay-57 il=90 ay+144 ay) məbləğində müəyyən edilib (xx.xx.2022-ci il tarixədək indeksləşdirilməklə 657,39 manat)). İş materillarından məlum olduğu kimi iddiaçının xx.xx.2022-ci il tarixdə işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 19537,12 manat sığorta kapitalı 3 fevral 2023-cü il tarixli müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 184 (65 il—59 il 4 ay=68 ay+(144 ay-28 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))) aya bölünməklə (19537,12:184=106,18 manat) əmək pensiyasının (657,39 manat) üzərinə əlavə edilərək (106,18+657,39=763,57 manat) pensiya məbləği xx.xx.2022-ci il tarixdən 657,39 manatdan 763,57 manata arrtırılıb. Həmçinin keçmiş müddət üçün ödənilməli olan 1411,58 manat pul vəsaiti hesablanıb. İnzibati orqanın təşəbbüsü ilə iddiaçı barəsində başlanılmış inzibati icraatın gedişində Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2018xx.xx.2019- cu il tarixləri arasındakı dövr ərzində ona 8569,03 manat məbləğində əlilliyə görə əmək pensiyası ödənildiyi və əlillik dərəcəsinin xx.xx.2020- ci il tarixdə təyin edildiyi tarixdən etibarsız hesab edildiyi aşkar edilib. Beləliklə, 1.11.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona əsassız ödənilmiş 8569,03 manat pul vəsaitindən, ödənilməli olan 1411,58 manat pul vəsaiti çıxılaraq artıq ödənilmiş 7439,77 manat pul vəsaiti müəyyən edilib. Həmin artıq ödənilmiş 7439,77 manat pul vəsaiti cari ilin may ayından etibarən hər ay 89,49 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq, “Əmək pensiyaları haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən əmək pensiyası 780,23 manat, 29.1 -ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 894,93 manat olmuşdur. artıq ödəmə müyyən edilib, o isə bununla razı olmadığını, inzibati orqan tərəfindən ona rəsmi məlumat verilmədiyini iddia edir. Bildirirlər ki, iddiaçının əmək pensiyası xx.xx.2023- cü il tarixli - 3-17-1/3-3- 5583/2023 nömrəli qərarla yenidən hesablanaraq indeksləşdirilmə ilə əlaqədar 894,93 manat olmuş, keçmiş dövr üzrə isə artıq ödəmə müəyyən edilmişdir. İşin faktiki hallarından da müəyyən olunduğu kimi 8569,03 manat məbləğində artıqödəmə müəyyən edildiyi xx.xx.2023-cü il tarixdən hazıradək iddiaçının əmək pensiyasından 1968,78 manat (xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək) tutulma aparılmış, əvəzləşdirilmədən (7439,77 manat) və tutulmadan sonrakı artıqödənilməli məbləğ isə 5470.99 manat müəyyən edilmişdir. Bundan əlavə olaraq, yuxarıda qeyd olunmuş artıqödənilmiş pul vəsaiti barədə xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-159532/2023 nömrəli məktubla iddiaçıya məlumat verilsə də, o, xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Hazırda hesab edirlər ki, sözügedən, artıq ödənilmiş 5470.99 manat məbləğində pensiya təyinatı iddiaçının ona hüququ çatmadığından digər vətəndaşların pensiya təminatına münasibətdə ədalətsizdir və hüquqa uyğun deyildir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8297/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasından tutulmalar ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər İddiaçı əmək pensiyasından tutulmuş 2237.25 manat məbləğin iddiaçıya geri qaytarılması öhdəliyinin Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

5. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki,artıqö dəmə müəyyən edilmədən əvvəl aparılmış inzibati araşdırma zamanı iddiaçıya inzibati icraatın gedişatı barədə məlumat verilməklə, mülahizələrin dinlənilməsi üçün inzibati orqana dəvət edilmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə dair etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı işdə iddiaçının ona artıq ödənilmiş pensiyanın tutulması barədə razılığının olmaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda cavabdeh orqan artıq ödənildiyi hesab etdiyi məbləği öz təşəbbüsü ilə deyil, yalnız məhkəmədə müvafiq iddia qaldırmaqla nail ola bilərdi. Lakin cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, razılıq olmamasına baxmayaraq məhkəmə qaydasında həll edilməli məsələ cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş, faktiki olaraq əvəzləşdirmə kimi pul məbləği tutulmuşdur.

c) Proses iştirakçılarının izahatları

8. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştrak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə verilmiş apellyasiya şikayətinə tərəflərin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

11. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

12. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən) 14.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 09-10-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

15. Belə ki, iddiaçı əmək pensiyasından tutulmalar ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsini və xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər cavabdeh tərəfindən iddiaçının əmək pensiyasından tutulmuş 2237.25 manat məbləğin ona geri qaytarılmasını tələb edir.

16. İş materiallarından görünür ki, iddiaçıya Azərbaycan Respubılikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)- 344/2021 nömrəli Qərarına əsasən 2 aprel 2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, İnzibati orqanın təşəbbüsü ilə iddiaçı barəsində başlanılmış inzibati icraatın gedişində Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona 8569,03 manat məbləğində əlilliyə görə əmək pensiyası ödənildiyi və əlillik dərəcəsinin xx.xx.2020-ci il tarixdə təyin edildiyi tarixdən etibarsız hesab edildiyi aşkar edilmiş və 1.11.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona əsassız ödənilmiş 8569,03 manat pul vəsaitindən, ödənilməli olan 1411,58 manat pul vəsaiti çıxılaraq artıq ödənilmiş 7439,77 manat pul vəsaiti müəyyən edilmişdir. Hazırda həmin artıq ödənilmiş 7439,77 manat pul vəsaiti cari ilin may ayından etibarən hər ay 89,49 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir.

17. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 30 sentyabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı xx.xx.2022-ci il tarixində işdən azad olması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 19537,12 manat sığorta kapitalı 3 fevral 2023-cü il tarixli müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada hesablanaraq pensiya məbləği xx.xx.2022-ci il tarixindən 657,39 manatdan 763,57 manata artırılıb. Həmçinin keçmiş müddət üçün ona ödənilməli olan 1411,58 manat fərq məbləği hesablanıb. Həmin fərq məbləğinin 282,32 manat məbləği İddiaçı xx.xx.2023-cü il tarixində ödənilmişdir. Eyni zamanda araşdırma nəticəsində, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsə 8569,03 manat məbləğində əlilliyə görə əmək pensiyası ödənildiyi və əlillik dərəcəsinin xx.xx.2020- ci il tarixdə təyin edildiyi tarixdən etibarsız hesab edildiyi aşkar edilib. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona əsassız ödənilmiş 8569,03 manat pul vəsaitindən, adıçəkilən şəxsə ödənilməli olan 1129,26 manat pul vəsaiti çıxılaraq artıq ödənilmiş 7439,77 manat pul vəsaiti müəyyən edilib. Eyni zamanda bildiririk ki, İddiaçı əmək pensiyasından xx.xx.2023-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində hər ay 89,49 manat olmaqla tutularaq büdcəyə bərpa edilib.

18. Məhkəmə kolleqiyası cavabdehin əvəzləşdimə ilə bağlı gətirdiyi arqumentlərini qanunvericilikdə nəzərdə tutulan imperativ normalar baxımından əsassız hesab edir.

19. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

20. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur.

21. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın əmək pensiyaının yenidən hesablanması haqqında cavabdehin müvafiq qərarının ləğv edilməsi və əvəzləşdirilmiş məbləğin ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir.

22. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 23.Göründüyü kimi, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakının təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 25.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 26.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8297/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 27.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8297/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar