Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4004/2025 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” iddia tələbinə dair işi üzrə Açar sözlər: (mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayış) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X4 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (3-cü şəxs: Üçüncü şəxs) qarşı “torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, sahəsi 2280 kv.m olan, *** nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun Fərzəli Xəlil oğluna məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan ##.##.2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavab məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən hasarlandığı müəyyən edilmişdir. Elektron kadastr məlumatına əsasən, qeyd olunan torpaq sahəsi “949” saylı sahə və bölünənlərinin ərazisinə düşür. Odur ki, müvafiq torpaq sahələrinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən sahəsi 2500 kv.metr olan, *** nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun Fərzəli Xəlil oğluna məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, sahəsi 2280 kv.m olan, *** nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun Fərzəli Xəlil oğluna məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci tarixli qərardadı ilə Üçüncü şəxs 3-cü şəxs qismində zəruri cəlb etmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ndə yerləşən, sahəsi 2500 kv.m. olan, *** saylı bağ sahəsi, mərhum Fərzəli Xəlil oğluna verilmiş və verildiyi vaxtdan daimi istifadədədir. İddiaçı bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə nümayəndəsi vasitəsi ilə müraciət etmiş, lakin müraciətinə imtina edilərək bildirilmişdir ki, torpaq sahəsi digər fiziki şəxs tərəfindən hasarlanmışdır. Bağ sahəsinin *** saylı sahə və bölünənlərin ərazisinə düşməsi və keçid yolu qoyulmaqla bölgü sxeminin təqdim edilməsi bildirilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və qeyd etmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən hasarlandığı müəyyən edilmişdir. Elektron kadastr məlumatına əsasən, qeyd olunan torpaq sahəsi “949” saylı sahə və bölünənlərinin ərazisinə düşür. Lakin müvafiq torpaq sahələrinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Emin Abdullayev) iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən, sahəsi 2280 kv.metr olan, *** nömrəli torpaq sahəsinin mərhum Fərzəli Xəlil oğluna məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən hasarlandığı müəyyən edilmişdir. Elektron kadastr məlumatına əsasən, qeyd olunan torpaq sahəsi “949” saylı sahə və bölünənlərinin ərazisinə düşür. Lakin müvafiq torpaq sahələrinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır, Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanun: M a d d ə 9 . Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. M a d d ə 1 0 . Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və apellyasiya icraatı zamanı əlavə olaraq əldə edilmiş sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının arayış almaq hüququnun mövcudluğu barədə mahiyyət etibarilə düzgün nəticəyə gəlsə də, arayışın verilməli olduğu torpaq sahəsinin həcmini müəyyən edərkən işin bütün faktiki hallarını nəzərə almamışdır. Buna görə apellyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddia qismən təmin edilməlidir. Hazırkı mübahisədə müəyyən edilməli əsas məsələ ##.##.1981-ci il tarixli, ***** nömrəli müqavilə ilə Fərzəli Xəlil oğlunun istifadəsinə verilmiş *** nömrəli bağ sahəsi üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində nəzərdə tutulmuş arayışın verilməsi üçün hüquqi əsasların mövcud olub-olmaması və belə əsaslar mövcuddursa, arayışın torpaq sahəsinin hansı hissəsinə münasibətdə verilə bilməsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin məzmunundan görünür ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququ əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Bu arayış yeni hüquq yaratmır; ölmüş şəxsin sağlığında mövcud olmuş və dövlət qeydiyyatına alınması üçün qanuni əsası olan hüququn vərəsəlik məqsədilə təsdiqinə xidmət edir. Buna görə belə tələb üzrə ilk növbədə ölmüş şəxsin daşınmaz əmlak üzərində hüququnun yaranmasına əsas verən sənədin mövcudluğu, həmin sənədin hüquqi qüvvəsi və sənəddə göstərilən daşınmaz əmlakın fərdiləşdirilə bilməsi müəyyən edilməlidir. İş materiallarından görünür ki, keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə Fərzəli Xəlil oğlu arasında bağlanmış ##.##.1981-ci il tarixli, ***** nömrəli “Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsi haqqında” müqavilə ilə ünvan 1ndə yerləşən, sahəsi 0,25 hektar olan *** nömrəli bağ sahəsi Fərzəli Xəlil oğlunun istifadəsinə verilmişdir. Həmin müqavilənin həqiqiliyi tərəflər arasında mübahisə doğurmur və onun cavabdehin arxivində də mövcud olduğu müəyyən edilmişdir. Qanunun 8.0.7-ci maddəsi ## ### 2007-ci ilədək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilmiş icarə müqavilələrini, sərəncamları və orderləri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qəbul edir. “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələri də dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olan bağ torpaqlarının qanuni istifadəçilərinin mülkiyyətinə verilməsini nəzərdə tutur. Bu baxımdan ##.##.1981-ci il tarixli müqavilə Fərzəli Xəlil oğlunun *** nömrəli bağ sahəsinə münasibətdə hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilməlidir. Beləliklə, həmin müqavilə qüvvədə olduğu və qanunla müəyyən edilmiş qaydada etibarsız hesab edilmədiyi müddətdə cavabdeh onun doğurduğu hüquqi nəticələri nəzərə almağa borcludur. Cavabdehin imtina məktubunda istinad etdiyi torpaq sahəsinin başqa şəxslər tərəfindən hasarlanması, onun *** nömrəli sahə və bölünənlərinin ərazisinə düşməsi və notariat qaydasında təsdiqlənmiş bölgü sxeminin təqdim edilməməsi isə özlüyündə 1981-ci il tarixli hüquqmüəyyənedici sənədin hüquqi qüvvəsini aradan qaldırmır. Bununla belə, arayışın verilməsi barədə tələbin təmin olunması üçün yalnız hüquqmüəyyənedici sənədin mövcudluğu kifayət etmir. Arayışın predmeti olan daşınmaz əmlakın sərhədləri və sahəsi müəyyən edilməli, habelə həmin əraziyə münasibətdə dövlət reyestrində qüvvədə olan başqa hüquqların olub-olmaması nəzərə alınmalıdır. Məhz bu məsələ apellyasiya icraatı zamanı aparılmış əlavə araşdırma nəticəsində dəqiqləşdirilmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələb etdiyi *** nömrəli torpaq sahəsinin *** nömrəli sahə və onun bölünənlərinin ərazisinə düşdüyünü bildirsə də, bu dəlili təsdiq edən konkret sübutu şikayətə əlavə etməmişdir. Kollegiyanın sorğusuna verilmiş ##.##.2026-cı il tarixli cavabdan isə müəyyən olunur ki, *** nömrəli bağ sahəsi sənəd üzrə 0,25 hektar olsa da, faktiki olaraq 0,228 hektar təşkil edir və həmin faktiki sahənin təqribən 695 kv.m hissəsi vahid elektron kadastr baza məlumatlarına əsasən *** nömrəli özəl bağ sahəsi ilə üst-üstə düşür. Beləliklə, cavabdehin *** nömrəli sahə ilə üst-üstə düşmə barədə ilkin dəlili apellyasiya araşdırması zamanı təsdiqini tapmamış, əvəzində *** nömrəli sahə ilə 695 kv.m həcmində üstüstə düşmə müəyyən edilmişdir. İş materiallarında olan qeydiyyat sənədlərinə əsasən, ünvan 1, *** nömrəli bağ sahəsi ##.##.2016-cı ildə Ağa Kişi İslam oğlunun adına ilkin dövlət qeydiyyatına alınmış, ##.##.2016cı il tarixli alqı-satqı müqaviləsi əsasında isə Üçüncü şəxs adına rəsmiləşdirilmiş və hazırda onun mülkiyyətindədir. Deməli, iddiaçının faktiki istifadəsində olan 2280 kv.m torpaq sahəsinin 695 kv.m hissəsi eyni zamanda dövlət reyestrində üçüncü şəxsin mülkiyyəti kimi qeydə alınmış *** nömrəli bağ sahəsinin hüdudlarına daxildir. Bu hal mübahisənin hüquqi həlli üçün həlledici əhəmiyyət daşıyır. Mülki Məcəllənin 140cı maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə onun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Hazırkı işdə *** nömrəli bağ sahəsi üzrə Üçüncü şəxs adına aparılmış dövlət qeydiyyatı ləğv edilməmiş, etibarsız hesab olunmamış və həmin qeydiyyatın qeyri-dəqiqliyi hazırkı mübahisənin predmeti kimi müəyyən edilməmişdir. Buna görə qüvvədə olan qeydiyyat nəzərə alınmadan eyni 695 kv.m hissəyə münasibətdə həmin torpaq sahəsinin mərhum Fərzəli Xəlil oğluna məxsus olması barədə arayış verilməsi mümkün deyildir. Üçüncü şəxsin birinci instansiya məhkəməsinə təqdim etdiyi və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdiyi ərizə də bu nəticəni dəyişmir. Dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququ yalnız mülkiyyətçinin məhkəməyə ünvanladığı ərizə ilə aradan qalxa bilməz. Üstəlik, iş materiallarındakı həmin ərizə notariat qaydasında təsdiq edilməmiş və məhkəmə iclasında üçüncü şəxs tərəfindən şəxsən təsdiqlənməmişdir. Buna görə həmin ərizə *** nömrəli bağ sahəsi üzrə mövcud dövlət qeydiyyatını aradan qaldıran hüquqi əsas və ya bu qeydiyyatın qeyri-dəqiqliyini təsdiq edən yetərli sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən, 695 kv.m üst-üstə düşən hissənin mövcudluğu iddiaçının tələbini bütövlükdə rədd etmək üçün də əsas yaratmır. ##.##.1981-ci il tarixli müqavilənin hüquqi qüvvəsi saxlanılır, həmin müqavilənin *** nömrəli bağ sahəsinə aid olması mübahisələndirilmir və apellyasiya araşdırması nəticəsində iddiaçının faktiki istifadəsində 2280 kv.m torpaq sahəsinin mövcudluğu cavabdehin öz məlumatları ilə də təsdiq edilmişdir. Mübahisə yalnız bu sahənin 695 kv.m hissəsinin dövlət reyestrində başqa şəxsin mülkiyyəti kimi qeydiyyata alınmış *** nömrəli bağ sahəsi ilə üst-üstə düşməsi ilə bağlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində dövlət qeydiyyatından imtinanın əsasları konkret göstərilmişdir. İş üzrə müəyyən edilmiş hallar *** nömrəli bağ sahəsinin *** nömrəli sahə ilə üst-üstə düşməyən hissəsinə münasibətdə hüquqmüəyyənedici sənədin hüquqi qüvvəsini aradan qaldıran və həmin hissə üzrə arayışın verilməsini istisna edən halın mövcudluğunu göstərmir. Buna görə üçüncü şəxsin dövlət qeydiyyatında olan 695 kv.m sahəsinin qorunması ilə yanaşı, qalan hissə üzrə iddiaçının hüquqi marağının təmin olunması mümkündür. Beləliklə, birinci instansiya məhkəməsi ##.##.1981-ci il tarixli müqavilənin hüquqmüəyyənedici xarakteri və iddiaçının arayış almaq hüququnun prinsip etibarilə mövcudluğu barədə düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə 2280 kv.m faktiki sahənin 695 kv.m hissəsinin dövlət reyestrində üçüncü şəxsin mülkiyyəti kimi qeydiyyata alınmış *** nömrəli bağ sahəsi ilə üst-üstə düşməsinin hüquqi nəticəsini düzgün müəyyən etməmişdir. Bu səbəbdən iddianın həmin 695 kv.m hissəyə aid hissəsi təmin edilə bilməz. Nəticə etibarilə, ünvan 1 ünvanında yerləşən *** nömrəli bağ sahəsinin iddiaçının faktiki istifadəsində olan 2280 kv.m hissəsindən *** nömrəli bağ sahəsi ilə üst-üstə düşən 695 kv.m hissə çıxılmaqla qalan 1585 kv.m hissəsinə münasibətdə mərhum Fərzəli Xəlil oğluna məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi üçün hüquqi əsaslar mövcuddur. 695 kv.m hissəyə münasibətdə isə qüvvədə olan dövlət qeydiyyatı buna mane olur. Beləliklə, apellyasiya şikayətində irəli sürülmüş dəlillər iddianın bütövlükdə rədd edilməsinə əsas vermir. Bununla belə, apellyasiya icraatı zamanı müəyyən edilmiş 695 kv.m üst-üstə düşmə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia həmin hissədə təmin edilməməli, qalan 1585 kv.m hissəyə münasibətdə isə arayışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ünvan 1 ünvanında yerləşən *** nömrəli bağ sahəsinin *** nömrəli bağ sahəsi ilə üst-üstə düşən 695 kv.m hissəsinin mərhum Fərzəli Xəlil oğluna məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair hissədə ləğv edilsin. İddia tələbi həmin 695 kv.m hissəyə münasibətdə təmin edilməsin. ünvan 1 ünvanında yerləşən *** nömrəli bağ sahəsinin *** nömrəli bağ sahəsi ilə üst-üstə düşən 695 kv.m hissə istisna olmaqla, qalan 1585 kv.m hissəsinin mərhum Fərzəli Xəlil oğluna məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-4004/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4004/2025
17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver