Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4006/2025 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh) qarşı (3-cü şəxs: Üçüncü şəxs) “torpaq sahəsinin vəfat etmiş şəxsə məxsusluğu barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə yerləşən **** saylı torpaq sahəsinin mərhum Babayev Məmmədağa Yusif oğluna məxsusluğu barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1ndə yerləşən **** saylı, 0,2217 hektar sahəsi olan torpaq sahəsinin olan mərhum Babayev Məmmədağa Yusif oğluna məxsusluğu barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci tarixli qərardadı ilə Üçüncü şəxs 3-cü şəxs qismində zəruri cəlb etmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ndə yerləşən **** saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan Babayev Məmmədağa Yusif oğluna məxsus olması barədə arayışın verilməsi ilə bağlı hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən toplanaraq cavabdeh orqana təqdim edilmişdir. Cavabdeh orqan əsassız olaraq formal mülahizələrə istinad edərək, heç bir sənəd sübut təqdim etmədən iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı cavabdehə müraciət etmiş və ##.##.2025-ci il tarixli, 253020603942 xaric olma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən, ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə uyğun aparılmamışdır, həmçinin qərb tərəfi şərti göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, müvafiq torpaq sahəsi “3583” saylı sahə və “3584” saylı bağ sahələri və onlardan bölünən sahələrin ərazisinə uyğun gəlir. Bundan başqa, göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti olmuşdur. Əlavə olaraq, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı torpaq sahəsinin sənəd üzrə 0,25 hektar olmasına baxmayaraq, faktiki 0,2217 ha təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin təqdim edilmiş və idarənin arxiv əsaslarında olan sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, hüquq sahibinin adı notariat ofisinin məktubunda “Məmməd Ağa”, ##.##.1993-cü il tarixli, ***** nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair Bağlar Təsərrüfatı Idarəsi ilə bağlanılmış müqavilədə “Məmmədağa” kimi qeyd edilmişdir. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsinə dair digər şəxsin- Üçüncü şəxs müraciəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında *-*(***)- ****/**** saylı inzibati iş mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı Idarəyə daxil olmamışdır. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia tələbi təmin edilərək, ünvan 1ndə yerləşən **** saylı, sahəsi 0,2217 hektar olan torpaq sahəsinin mərhum Babayev Məmmədağa Yusif oğluna məxsusluğu barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə həvalə olunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən, ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə uyğun aparılmamışdır, həmçinin qərb tərəfi şərti göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, müvafiq torpaq sahəsi “3583” saylı sahə və “3584” saylı bağ sahələri və onlardan bölünən sahələrin ərazisinə uyğun gəlir. Bundan başqa, göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti olmuşdur. Əlavə olaraq, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı torpaq sahəsinin sənəd üzrə sahəsinin 0.25 ha olmasına baxmayaraq, faktiki 0.2217 ha təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin təqdim edilmiş və idarənin arxiv əsaslarında olan sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, hüquq sahibinin adı notariat ofisinin məktubunda “Məmməd Ağa”, ##.##.1993-cü il tarixli, ***** nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair Bağlar Təsərrüfatı Idarəsi ilə bağlanılmış müqavilədə “Məmmədağa” kimi qeyd edilmişdir. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsinə dair digər şəxsin-Üçüncü şəxs müraciəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında *-*(***)-****/**** saylı inzibati iş mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı Idarəyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında üçüncü şəxs və cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Iddia tələbi öhdəliyin icrası haqqında iddiadır. IPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Iddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı vaxtilə atasının istifadəsində olan torpaq sahəsinin mərhum atasına məxsus olmasına dair dövlət reyestrindən arayışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Iddia mümkün iddiadır və mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin ## ### 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri Icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Işin faktiki hallarından görünür ki, X4 inkişafı və istismarı birliyi ilə Babayev Məmmədağa Yusif oğlu arasında bağlanmış ## #### 1993-cü il tarixli müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0,25 ha torpaq sahəsi olan **** nömrəli bağ sahəsi Babayev Məmmədağa Yusif oğlunun istifadəsinə verilmişdir. Iddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad edərək sözügedən torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında və apellyasiya şikayətində o hallara istinad etmişdir ki, - elektron kadastr məlumatlarına əsasən, ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə uyğun aparılmamışdır, həmçinin qərb tərəfi şərti göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, müvafiq torpaq sahəsi “3583” saylı sahə və “3584” saylı bağ sahələri və onlardan bölünən sahələrin ərazisinə uyğun gəlir. - göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti olmuşdur. Digər şəxsin- Üçüncü şəxs müraciəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında *-*(***)- ****/**** saylı inzibati iş mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı Idarəyə daxil olmamışdır. - idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı torpaq sahəsinin sənəd üzrə sahəsinin 0.25 ha olmasına baxmayaraq, faktiki 0.2217 ha təşkil etdiyi müəyyən edilmişdir. - təqdim edilmiş və idarənin arxiv əsaslarında olan sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, hüquq sahibinin adı notariat ofisinin məktubunda “Məmməd Ağa”, ##.##.1993-cü il tarixli, ***** nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair Bağlar Təsərrüfatı Idarəsi ilə bağlanılmış müqavilədə “Məmmədağa” kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını və apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik imperativ qaydada bağ sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsi üçün aşağıdakı sənədlərdən birinin olmasını şərtləndirmişdir: - Icarə müqavilələri; - Sərəncamlar; - Orderlər; - Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Əvvəla iş materiallarında olan sənədlər nəzərdən keçirilir. - X4 inkişafı və istismarı birliyi ilə Babayev Məmmədağa Yusif oğlu arasında bağlanmış ## #### 1993-cü il tarixli müqavilədən görünür ki, Ləhiş qəsəbəsində 0,25 ha torpaq sahəsi olan **** nömrəli bağ sahəsi Babayev Məmmədağa Yusif oğlunun istifadəsinə verilmişdir. - Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən cavabdehə ünvanlanmış ## #### 2024-cü il tarixli, *** nömrəli məktubdan görünür ki, iddiaçı ##.##.2007-ci il tarixdə vəfat etmiş atası Babayev Məmmədağa Yusif oğlundan qalmış miras (ünvan 2 **** saylı sahədə yerləşən 0,25 ha torpaq sahəsinə) əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan Babayev Məmmədağa Yusif oğlunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş forma 37 arayışını, forma 1 arayışının və ya yeni çıxarışın və bu barədə müvafiq məlumatın Babayev Məmmədağa Yusif oğluna və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir. - Cavabdeh tərəfindən Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) aktına əsasən Ləhiş bağ massivi ünvanda yerləşən **** saylı bağın ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,25 hektar, faktiki 0,2217 hektar təşkil etmişdir. Bağ sahəsinin sərhədləri şimal və cənub tərəfdən qonşu hasarla ayrılmış, qərb tərəfdən şərtidir, şərq tərəfdən isə 4-5 sıra mişar daşı ilə hörülmüşdür. Tikili yoxdur. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Sahənin koordinatları əlavə olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarından görünür ki, üçüncü şəxs hazırkı iş üzrə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək mərhum atası X2 Bakı şəhər XDS IK-nın (indiki Bakı şəhəri IH) ##.##.1990-cı il tarixli, */** nömrəli qərarına əsasən ayrılmış Ləhiş bağ massivində 0,12 ha torpaq sahəsinə dair onun adına arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin 2- *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən iş üzrə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. - Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən **** saylı bağ sahəsinin mərhum atası X2 məxsus olması barədə arayışın iddiaçı Üçüncü şəxs verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin **-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (qərar qanuni qüvvəsini almışdır). - Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Cavabdehin apellyasiya şikayətində gətirdiyi ilkin dəlil ilə bağlı kollegiya diqqətə çatıdırır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olan hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır. Cavabdeh qeyd olunan hallarla əlaqədar mötəbər sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin gətirdiyi digər bir dəlil ondan ibarətdir ki, göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti olmuşdur. Digər şəxsin-Üçüncü şəxs müraciəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında *-*(***)-****/**** saylı inzibati iş mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı Idarəyə daxil olmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin qeyd etdiyi dəlillərə uyğun olaraq araşdırma aparılmış və işin obyektiv araşdırılması məqsədilə müvafiq sorğular ünvanlanmışdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən **** saylı bağ sahəsinin mərhum atası X2 məxsus olması barədə arayışın iddiaçı Üçüncü şəxs verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *- *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh inzibati orqana sorğu ünvanlanaraq göstərilən işin obyektiv araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı inzibati iş üzrə yekun məhkəmə qərarının icra edilib-edilməməsi barədə məlumatın, icra edilmişdirsə çıxarışın, iddiaçı tərəfindən iddia edilən ünvan 1ndə yerləşən **** saylı torpaq sahəsi ilə Üçüncü şəxs iddia etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən **** saylı bağ sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi üçün ortofotogörüntünün məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş *-**-*-**/*-*****/**** nömrəli ## ### 2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, torpaq sahəsi faktiki olaraq hasardaxili 0.2217 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə 3584 və **** saylı bağ sahələri və bölünənlərinin ərazisinə düşür. Sahənin hər hansı dövlət qeydiyyatından keçmiş torpaq sahəsi ilə üst-üstə düşmə halı yoxdur. Bundan əlavə sahəyə dair Üçüncü şəxs müraciəti olmuşdur. Məktuba torpaq sahəsinin ortofoto görüntüsü əlavə olunmuşdur. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən iş materiallarına əlavə edilmiş Bakı Inzibati Məhkəməsinə ünvanlanan *-**-*-**/*-*****/**** nömrəli ## ##### 2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı tərəflərindən icra edilmiş, ünvan 2, **** saylı bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinə dair mərhum X2 adına ********** qeydiyyat nömrəli, ##.##.2026-cı il tarixli elektron arayış hazırlanmışdır. Göründüyü kimi mübahisəli torpaq sahəsinə digər şəxsin müraciəti olsa da, onun hüquqmüəyyənedici sənədinə uyğun olaraq ünvan 2, **** saylı bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinə dair mərhum atasına məxsusluq arayışını məhkəmənin qərarı ilə əldə etmişdir. Beləliklə, iddia olunan bağ sahəsinə digər bir şəxsin müraciətinin olması kimi dəlillər üzrə kollegiya diqqətə çatdırır ki, əgər müraciət edən digər şəxslə bağlı sözügedən bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd yoxdursa, qeyd edilən tərzdə ifadələr iddiaçının müraciətinə imtina əsası ola bilməz. Apellyasiya araşdırması zamanı sözügedən məqam bir daha araşdırılmış və məlum olmuşdur ki, digər şəxsin müraciəti **** saylı bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin mərhum atasına məxsusluğu ilə bağlıdır. Cavabdeh tərəfindən təqdim edilən ortofotogörüntüdən də aydın olur ki, iddiaçının iddia etdiyi bağ sahəsi ilə üçüncü şəxsin müraciəti əsasında hüquqları qeydiyyata alınan bağ sahələri bağlararası yolun fərqli tərəflərində yerləşməklə üst-üstə düşmür. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı torpaq sahəsinin sənəd üzrə sahəsinin 0.25 ha olmasına baxmayaraq, faktiki 0.2217 ha təşkil etdiyi müəyyən edilmişdir” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı da məhz faktiki istifadəsində olan torpaq sahəsinə dair məxsusluq arayışının verilməsini tələb edir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “hüquq sahibinin adının notariat ofisinin məktubunda “Məmməd Ağa”, ##.##.1993-cü il tarixli, ***** nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair Bağlar Təsərrüfatı Idarəsi ilə bağlanılmış müqavilədə “Məmmədağa” kimi qeyd edilməsi” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası diqqətə çatdırır ki, notariat ofisinin məktubundan da görünür ki, iddiaçı Babayev Məmmədağa Yusif oğlunun vərəsəsidir. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş torpaq sahəsinə aid arxiv sənədlərinin bəzilərində hüquq sahibinin adı həmçinin “Məmməd Ağa” kimi qeyd edilmiş, iddiaçının şəxsiyyət vəsiqəsində isə ata adı “Məmmədağa” kimi göstərilmişdir. Yəni, görünür ki, yazılışından asılı olmayaraq söhbət eyni şəxsdən gedir. Cavabdeh isə bunun əksini sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum Babayev Məmmədağa Yusif oğluna məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun ünvan 1 ünvanında yerləşən **** saylı, 0,2217 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin torpaq sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışının və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Beləliklə, torpaq sahəsinin mərhum Babayev Məmmədağa Yusif oğluna məxsus olmasına dair arayış almaq üçün qanunvericiliyə uyğun olaraq hüquqmüəyyənedici sənədlər mövcuddur və inzibati orqana təqdim edilmişdir. Arayışın verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-4006/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4006/2025
10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver