Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4009/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8279/2025 nömrəli, 08 iyul 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclası keçirmədən yazılı qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-4356/2024 nömrəli, xx.xx.2024-cü tarixli, 3-17-1/3-3-12793/2024 nömrəli və xx.xx.2020-ci il tarixli, **********7 nömrəli qərarlarının ləğv edilməsi, pensiya hüququnun yarandığı tarix xx.xx.2011-ci il olduğu nəzərə alınmaqla, xx.xx.2011-xx.xx.2017 və xx.xx.2017-xx.xx.2023-cü il tarixləri ərzində yığılan 6 illik dövrlər üzrə sığorta kapitalının nəzərə alınmaqla, xx.xx.2017-ci il və xx.xx.2024-cü il tarixlərdə barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2-1(112)-8279/2025 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3- 4356/2025 nömrəli, xx.xx.2024-cü tarixli, 3-17-1/3-3-12793/2024 nömrəli və xx.xx.2020-ci il tarixli, **********7 nömrəli qərarların ləğv edilməsi, iddiaçının müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2025-ci il tarixli, 2-1(103)-4009/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, baxılması üçün şifahi məhkəmə iclasına təyin edilmişdir. Lakin sonradan, işə apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında iddiaçı tərəfindən yekun məhkəmə aktında yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair Bakı İnzibati Məhkəməsinə ünvanlanmış ərizə mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılır və həll edilir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, hazırkı iş üzrə apellyasiya şikayəti məhkəmənin icraatına qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edilməmişdir, lakin birinci instansiyası məhkəməsində işə baxan hakimin məhkəmə iclasında həll etməli olduğu məsələ ortaya çıxmışdır. Belə olan halda, məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarına istinadən belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş apellyasiya baxışından çıxarılmalı və iddiaçı tərəfindən təqdim olunan yekun məhkəmə aktında yol verilmiş yanlışlığın aradan qaldırılması barədə iddiaçının ərizəsinə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 228.2 və 384.0.6-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş apellyasiya baxışından çıxarılsın və yekun məhkəmə aktında yol verilmiş yanlışlığın aradan qaldırılması barədə iddiaçının ərizəsinə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-4009/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4009/2025
24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver